Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2203/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Əmanətlərin Sığortalanması Fonduna və Şəki rayon üzrə icra və Probasiya şöbəsinə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2918/2023 nömrəli, 4 aprel 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-645/2023 saylı 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.F.Cəfərov) İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna və Şəki rayon üzrə icra və Probasiya şöbəsinə qarşı «qalıq məbləğin restrukturizasiya edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
2. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2 023-cü il tarixli qərardadı ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Rafael Eyvazov, Fuad Babayev) apelyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir.
4. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayəti elektron qaydada iddiaçının vəkili Vəkil tərəfindən imzalanmışdır. Lakin Vəkil olaraq iddiaçını təmsil etmək hüququnun olmasını təsdiq edən order əlavə edilsə də, onun iddiaçının nümayəndəsi olmasına dair etibarnamə iş materiallarına əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş, elektron imza ilə imzalanmamış apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin şikayət mülki prosessual qanunvericiliyin tələbinə uyğun ol madığından nəzərə alına bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır.
5. Məhkəmə kollegiyası öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MPM-nin 74.2, 363.1, 366.1.1, 366.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
6. İddiaçı (Vəkil Mustafa oğlu) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir.
7. Kassasiya şikayəti belə əsalanmışdır ki, apellyasiya şikayəti vəkil və iddiaçı tərəfindən imzalanmış, PDF format da elektron portala yerləşdirilmişdir, belə olan halda etibarnamənin verilməsinə ehtiyac olmamışdır, 2022-ci ilin oktyabr ayının 1-dən Ali Məhkəmənin bəyanatından sonra yalnız kassasiya şikayətləri üçün etibarnamə və ya iki tərəfli imza tələb olunmuşdur. Bu qaydanın apellyasiya şikayətlərinə və məhkəmələrə verilən iddialarda tələb olunması isə qanunvericiliklə tələb olunmur və bu hall vətəndaşların məhkəməyə müraciət etmək hüquqlarının kobud şəkildə pozulmasıdır. Əgər vəkil elektron imza ilə yalnız mətnləri təsdiq etmiş olsaydı, o zaman etibarnamənin olması vacib sayılacaqdı. Lakin vəkil özü və iddiaçı tərəfindən imzalanmış şikayəti PDF formatda elektron portala yerləşdirirərək asan imza ilə təsdiqləmişdir.
8. Kassator Mülki Prosessual Məcəllənin 10.1.2, 10.1.8, 402.2.1 maddələrinə istinad etmiş və Ali Məhkəmənin oxşar mübahisəni tənzimləyən qərarını şikayətə əlavə etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
9. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, apellasiya instansiya məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçının apelyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən haqlı olaraq müəyyən etmişdir ki, apelyasiya şikayəti səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır. Belə ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti elektron qaydada onun vəkili tərəfindən imzalanmış, Vəkil olaraq iddiaçını təmsil etmək hüququnun olmasını təsdiq edən order iş materiallarına əlavə olunsa da, etibarnamə iş materiallarına əlavə edilməmişdir. Qərardad qanuni və əsaslı olmuşdur, kassasiya şikayətinin təmin edilməməsin i xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
11. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahis ənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
12. Maddə 363.1.1.Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
13. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
15. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
16. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
17. Qərardaddan kassasiya şikayəti verən kassator onu tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Belə ki, apellyasiya məhkəməsinin qənaətinə görə, şikayət elektron qaydada iddiaçının vəkili tərəfindən imzalansa da, onun iddiaçının nümayəndəsi olmasına dair etibar namə işə əlavə edilməmişdir. Elektron imza ilə imzalanmamış apellyasiya şikayəti isə mülki prosessual qanunvericiliyin tələbinə uyğun olmadığından nəzərə alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur.
20. Kollegiya, kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, PDF formatında yüklənən sənəd elektron imza vasitəsilə yalnız vəkil tərəfindən imzalanmış, kassatorun özü tərəfindən imzalanmamışdır. Halbuki, şikayət bir elektron kabinet vasitəsilə göndərilsə də, hər iki şəxsin elektron imza ilə imzalaması üçün texniki imkan mövcuddur.
21. Qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəy işdirilmədən saxlanılmalıdır.
22. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2918/2023 nömrəli, 4 aprel 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.