Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2203/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Yevlax Rayon 1 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Yevlax Rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-930/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 17 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (bundan sonra – Bank) ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********60 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən Bank Müştərinin adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı (“Tam kart”)) buraxmağı, Müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və cari hesab) açmağı, Müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 30000 manat məbləğinədək, kreditdən (Nağd kredit və/və ya kredit xətti) isti fadəyə görə illik 24%dək ödəmək şərtilə kredit limiti ayırmağı, Müştəri isə Tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı tərəfindən Banka ünvanlanmış xx.xx.2021-ci il tarixli razılıq ərizəsinə əsasən o, BPM**********60 nömrəli kredit müqaviləsinə əsasən kredit xətti üzrə ödəniş gecikdirildikdə bankda olan digər hesablarından akseptsiz qaydada bloklaşdırılmaqla pulun silinməsinə razılıq vermişdir.
3. Bank kartına kredit limitinin təyin olunmasına dair xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən İddiaçı 36 ay müddətinə 24%-lə 2000 manat məbləğində kreditin verilməsini xahiş etmişdir.
4. Bank kartına kredit limitinin təyin olunmasına dair xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən İddiaçı xx.xx.2024-cü ilədək 24%-lə 12000 manat məbləğində kreditin verilməsini xahiş etmişdir. 5. “OTP” kodların göndərilməsi barəsində cədvəllərə əsasən İddiaçı məxsus “+**********36” mobil nömrəsinə xx.xx.2022-ci il tarixində, saat 11:36:46-da və 11:44:40-da 12000 manat məbləğində kredit limitinin təyin olunması; xx.xx.2023-cü il tarixində, saat 20:16:18-də və 20:22:52-də mobil tətbiqə daxil olmağı; xx.xx.2023-cü il tarixində, saat 20:18:27-də İddiaçı məxsus 4127-2044-4614-3065 nömrəli kartın “Apple Pay” elektro cüzdanına əlavə edilməsini təsdiq etmək üçün Bank tərəfindən SMS vasitəsilə OTP kodlar göndərilmiş; həmin kart üzrə Ukrayna Respublikasında yerləşən “FOP Gromlyuk MO” adlı ticarət obyektində xx.xx.2023-cü il tarixində həyata keçirilən 3 uğurlu əməliyyat 4.629,95 manat, 4.629,95 manat və 280,33 manat məbləğində olmuşdur.
6. Bank tərəfindən Yevlax rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı məxsus 4***-*******4-3065 saylı plastik kartdan xx.xx.2023-cü il tarixdə “Apple Pay” ödəniş aləti vasitəsilə 3 əməliyyat nəticəsində 4629.95 manat, 4629.95 manat və 280.30 manat olmaqla, ümumilikdə 9540.23 manat məbləğində vəsait Ukrayna Respublikasında (Vinnitsa) yerləşən “Gromlyuk” kompyuter avadanlıqları ticarət obyektində nağdlaşdırılaraq məxaric edilmişdir.
7. Bank tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən ABB mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilir və müştəri müvafiq kodu dax il etməklə qeydiyyatdan keçə bilir. Bu tip əməliyyatlara chargeback ərizəsi məqsədəuyğun hesab olunmur.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü ildə İddiaçı bank hesabındakı pulunun naməlum şəxs (şəxslər) tərəfindən ələ keçirilməsi barədə Yevlax rayon X3 Bölməsində araşdırma aparılaraq əməldə cinayət tərkibi olmaması əsası ilə AR CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin qərardan rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququnun olması izah edilmişdir.
9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.202 3-cü il tarixli məktuba əsasən onun müraciəti eyni məsələ ilə bağlı araşdırması aparılan yoxlama materiallarına əlavə edilib baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Polis Şöbəsinə göndərilmişdir.
10. Bank tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən ABB mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilir və müştəri müvafiq kodu etməklə qeydiyyatdan keçə bilir. Bank tərəfindən ona təhlükəsizliklə bağlı OTP-nin digər şəxslərə ötürülməməsi ilə bağlı ********** mobil nömrəsinə SMS göndərilmişdir. 11. 28.12.2023-cü il tarixli, Q-812 nömrəli bildirişə əsasən İddiaçı tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 10168.72 manat əsas borc məbləği və bu məbləğə müvafiq olaraq he sablanmış faiz borcu məbləği barədə notariusun icra qeydinin aparılacağı barədə bank tərəfindən xəbərdar edilmişdir. Həmin bildirişi İddiaçı xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza etməklə almışdır. 12. 30.12.2023-cü il tarixdə göndərilmiş “Notariat icra qeydi haqqında” ərizəyə əsasən tələbkar Bank borclu İddiaçı xx.xx.2021-ci il tarixli, BPM**********60 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 10168.72 manat, faiz borcu üzrə 240.60 manat, dövlət rüsumu, 0,40 manat komissiya haqqı olmaqla, cəmi 10409.72 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. 13. 08.02.2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixə Banka əsas borc üzrə 10168.72 manat, faiz borcu üzrə 240.6 manat, 25.4 manat bank tərəfindən ödənilmiş dövlət rüsumu məbləğində borcu vardır.
14. Yevlax Rayon Məhkəməsinin 6(039)-2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş şikayətin təmin olunması, Yevlax rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis mayoru X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, şikayətçinin ərizəsinə AR CPM-in tələblərinə uyğun baxılmasının və həmin Məcəllədə nəzərdə tutulan əsaslı qərarın qəbul edilməsinin təmin olunması qərara alınmışdır.
15. Yevlax rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2024cü il tarixdə aparılmış 8İ-1299 reyestr nömrəli icra qeydinə əsasən İddiaçı BPM**********60 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 10409.72 manat və 25 manat dövl ət rüsumunun tutulması təklif edilmişdir.
16. İddiaçı tərəfindən Banka ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən cinayət işinin istintaqı davam etdiyindən, tutmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri qaytarılması xahiş olunmuş, əks halda müqavilənin ləğvi və dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. 17. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş 1 ədəd CD-diskdəki cədvəldə aşağıdakılar qeyd edilmişdir: DİQQET! Tehlukesizliyiniz ucun bu kodu 2023-01-30 ABB **********36 diger shexslere bildirmeyin. Mobil tetbiqe 20:16:19 daxil olmaq ucun kodunuz: 837965 2023-01-30 Apple Pay-ə daxil etmək üçün Visa Azericard **********36 20:18:50 Rewards kartı üzrə birdəfəlik şi 2023-0 1-30 frəniz 361920. Apple Pay-i aktivləşdirmək Azericard **********36 20:18:34 üçün Wallet tətbiqini aç 2023-01-30 Azericard **********36 ın, kartınızı seçin və kodu daxil edin. 20:18:50 2023-01-30 Hörmətli müştəri, artıq sizin Bank ABB Azericard **********36 20:19:39 4127***3065 nömrəli kartını 2023-01-30 z üçün Apple Pay xidməti aktivdir. Azericard **********36 20:19:40 Təmassız ödənişlər və ya Apple 2023-01-30 Pay nişanını gördüyünüz hər yerdə Azericard **********36 20:19:54 ödənişlər apara bilərsiniz.
Dəst 2023-01-30 Azericard **********36 ək üçün: 937, xaricdən +**********91 20:19:40 2023-01-30 20:20:49 2023-01-30 20:21:05 2023-01-30 20:21:43 2023-01-30 20:21:22 2023-01-30 20:22:54 Azericard **********36 Azericard **********36 Azericard **********36 Azericard **********36 ABB **********36 2023-01-30 20:23:57 Azericard **********36 2023-01-30 20:23:58 Azericard **********36 Mebleg:-99 099.00 UAH
Kart:4127*3065
Tarix:2023-01-30 20:20:40
Merchant:FOP Gromlyuk MO
Balans:4930.05 AZN
Cashback:45.84 AZN
Cashback her ay cemlen ib hesaba qayidacaq Mebleg:-99 099.00 UAH
Kart:4127*3065
Tarix:2023-01-30 20:21:14
Merchant:FOP Gromlyuk MO
Balans:300.10 AZN
Cashback:45.84 AZN
Cashback her ay cemleni b hesaba qayidacaq DİQQET! Tehlukesizliyiniz ucun bu kodu diger shexslere bildirmeyin. Mobil tetbiqe daxil olmaq ucun kodunuz: 661202 Mebleg:-6 000.00 UAH
Kart:4127*3065
Tarix:2023-01-30 20:23:48
Merchant:FOP Gromlyuk MO
Balans:19.77 AZN
Cashback:2.78 AZN
Cashback her ay cemlenib h esaba qayidacaq İş üzrə q əbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı cavabdeh Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Bank arasında bağlanmış BPM**********60 nömrəli kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinə xitam verilməsi və qanunsuz tutulmuş 4000 manatın qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
19. Daha sonra İddiaçı iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, Yevlax Rayon 1 saylı Notariat Ofisinin cavabdeh qismində işə cəlb edilməsi, cavabdeh Bankın vəsatəti ilə Yevlax rayon 1 saylı Notariat Kontoru tərəfindən aparılmış icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
20. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmış dır ki, iddiaçı ilə Bank arasında bağlanmış BPM**********60 nömrəli kredit müqaviləsinə əsasən 2021-ci ildə müxtəlif vaxtlarda plastik kredit kartı vasitəsilə verilmiş kredit borcundan İddiaçı istifadə etdiyi 2440 manat pulun 1504.77 manat hissəsini ödədikdən sonra, xx.xx.2023-cü il tarixdə həmin kartdan hissə-hissə ardıcıl olaraq 3 dəfəyə 9540.23 manat pul vəsaiti oğurlanmışdır. Bununla bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılmış və həqiqətən də oğurlanan pulun Ukrayna Respublikasından çıxarıldığı məlum olmuşdur. İddiaçı Bank tərəfindən müxtəlif vaxtlarda verilmiş kredit borcundan 9540.23 manat məbləğində pul vəsaiti oğurlanmış və oğurlandıqdan sonra bank tutmanı İddiaçı maaşına yönəldərək hər ay müəyyən məbləğlər olmaqla, ümumilikdə 4000 manat məbləğində pul tutulmuşdu r. Halbuki, İddiaçı Banka cəmi 935 manat borcu qalmışdır. Bununla əlaqədar olaraq, Yevlax rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilsə də, Yevlax Rayon Məhkəməsinin 6(039)-2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir. İddiaçının kredit kartındakı pul vəsaitinin oğurlandığı zaman (səhər saat 06:00) radələrində şübhəli olduğu üçün mütləq şəkildə pul vəsaitinin kartdan çəkilməsi barədə kart sahibi ilə əlaqə yaradılıb razılıq alınmalı, bu, mümkün olmadıqda isə karta blok qoyula bilərdi. Bu da oğlurluq hadisəsinin məhz kreditorun, yəni cavabdehin təqsiri üzündən baş verdiyini təsdiq etmişdir. Oğurluq hadisəsi fors-major hal olduğu üçün qeyd edilən müqaviləyə xitam verilməli və qanunsuz olaraq tutulmuş pul vəsaiti cavabdeh tərəfindən iddiaçının hesabına geri qaytarılmalıdır.
21. Məhkəmə iclasında cavabdeh Bankın nümayəndəsi Vəkil2 iddianı qəbul etməyib, təmin edilməməsini xahiş etmişdir. Burada Bankın heç bir günahı olmamışdır. Bu tip işlərin sayı həddindən artıq artmışdır. Bir qrup dələduzlar vətəndaşların kart hesablarında olan pulları aldatmaq yolu ilə ələ keçirmişlər. Kredit limitini iddiaçı özü artırmışdır, bunu inkar etməmişdir. Bu hadisələr yanvar ayında baş vermişdir, lakin kredit limiti çox əvvəl artırılmışdır. Normalda dələduzlar kredit limitini artıran kimi pulu çəkirlər. İddiaçının təqdim etdiyi nömrəyə kredit limitinin artırılması barədə OTP kodlar göndərilmiş, kredit limit i 12000 manata artırılmışdır. Problemli hadisələr isə xx.xx.2023-cü il tarixdən başlamışdır. Həmin gün 20:16-da və 20:52-də mobil bank proqramına qoşulmaqla bağlı OTP kod iddiaçının Banka təqdim etdiyi mobil nömrəyə göndərilmişdir. Daha sonra 20:18-də iddiaçının nömrəsinə kartı mobil “Applepay”ə qoşmaq üçün OTP kod göndərilmiş və kart “Applepay”ə qoşulmuşdur. Sonra isə Ukrayna Respublikasının Vinnitsa şəhərində 3 əməliyyat aparılmış, iddiaçının kartından 4629.95 manat, 4629.95 manat və 280.33 manat pul çıxarılmışdır. Bu əməliyyatlar pos terminal vasitəsi ilə aparılmışdır. Belə qruplar yaranıb ki, hazırda xaricdən “Applepay” vasitəsi ilə dələduzluq edirlər. “Applepay” vasitəsi ilə ödəniş etdikdə OTP kod tələb olunmur. İddiaçı tərəf bildirmişdir ki, niyə ona zəng edib, məlumat verilməmişdir, amma Bankın belə bir öhdəliyi yoxdur ki, əməliyyat aparılanda şəxsə zəng edilsin ki, əməliyyatınızdan əminsinizmi. Çünki müqavilə azadlığı var. OTP kodlar ********** nömrəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən kredit limiti artırılmışdır. İddiaçıya bildiriş göndərildikdən sonra notariusda icra qeydi göndərilmişdir. Bank bu işdə əsl cavabdeh olmamalıdır.
22. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3356/2024 nömrəli iş üzrə 10 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Yevlax rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli, 8İ-1299 reyestr №-li icra qeydinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Günay Abidova).
23. Məhkəmə iddia tələbinin “icra qeydinin ləğv edilməsi” hissəsi ilə əlaqədar hesab etmişdir ki, tələb bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, notariat haqqında qanunvericiliyin tələbinə görə icra qeydləri mübahisəsiz borclar barəsində aparılır. Lakin iş materiallarından görünmüşdür ki, borcun yaranmasına əsas olmuş əməliyyatlar həyata keçirildiyi xx.xx.2023-cü il tarixdən sonra – daha dəqiq, fevral ayından etibarən iddiaçı bu borcu mübahisələndirmiş – cavabdeh Bankın özünə, polisə, Mərkəzi banka, digər hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Lakin buna baxmayaraq, cavabdeh Bank iddiaçının borcu mübahisələndirməsindən xəbərdar ola-ola, bunu nəzərə almadan, mübahisəsiz digər borclar üzrə edildiyi kimi, 2023-cü ilin dekabr ayında icra qeydinin aparılması ba rədə bildirişlə iddiaçıya və ərizə ilə müvafiq notariat ofisinə müraciət etmişdir. İş materiallarından o da müəyyən edilmişdir ki, icra qeydinin aparılacağı barədə bildirişi aldıqdan sonra iddiaçı yenə də hərəkətsiz qalmamış, polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı məhkəmə qaydasında mübahisələndirmiş və həmin qərar xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir (icra qeydi aparılmamışdan 12 gün öncə). İddiaçı bu məsələdə Bankı təqsirli hesab etmiş və onun məsələni mübahisələndirməsindən Bank xəbərdar olmuşdur.
24. Məhkəmə iş materiallarında olan Bank tərəfindən iddiaçıya göndərilmiş bildirişi və notariat ofisinə ünvanlanmış ərizəni icra qeydi ilə birlikdə nəzərdən keçirərək hesab etmişdir ki, mübahisələndirilən icra qeydinin aparılması düzgün olmamışdır. Çünki yuxarıda da qeyd edildiyi kimi, iddiaçı borcun yarandığı gündən onu mübahisələndirməyə başlamış və Bank da bundan xəbərdar olmuş (belə ki, Bank xx.xx.2023-cü ildə polis şöbəsinin sorğusuna cavab yazmış, iddiaçı özü dəfələrlə Banka müraciət etmiş, habelə onun digər orqanlara etdiyi müraciətləri baxılması üçün banka göndərilmiş), iddiaçı bildirişi alandan sonra Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə polis şöbəsi tərəfindən qəbul edilmiş qərar ləğv edilərək məsələnin araşdırılması davam etdirilmiş, həmçinin, müəyyən edilmişdir ki, Bank iddiaçıya göndərdiyi bildirişdə əsas borcun məbləğini qeyd etsə də, faiz borcunun məbləğini göstərməmiş, ondan cəmi nə qədər borcun tələb edilməsini dəqiqliklə yazmamış, bununla da Azərbay can Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in formasına dair 3-cü bəndin tələblərini pozmuşdur.
25. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia bu hissədə təmin edilməli, Yevlax rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli, 8İ-1299 reyestr №-li icra qeydi ləğv edilməlidir.
26. İddia tələbinin “öhdəliyə xitam verilməsi və qanunsuz tutulmuş pulun qaytarılması” hissəsinə münasibətdə məhkəmə qeyd edilmişdir ki, xx.xx.2021-ci ildə iddiaçı ilə Bank arasında çərçivə kredit müqaviləsinin bağlanması və bu zaman iddiaçının gecikmə olacağı təqdirdə, hesablarında olan pulun akseptsiz qaydada bloklaşdırılmaqla silinməsinə dair razılıq ərizəsi verməsi, xx.xx.2022-ci ildə həmin müqavilə çərçivəsində məhz iddiaçının özünün müraciətinə əsasən, ona məxsus mobil nömrəyə OTP kod göndərilməsi yolu ilə kredit xəttinin limitinin 12000 manatadək artırılması, xx.xx.2023-cü ildə Bankın təhlükəsizlik məqsədilə iddiaçıya məxsus mobil nömrəyə OTP kod göndərməsi, bundan sonra isə iddiaçıya məxsus kartla bağlı mobil tətbiqin başqa şəxs(lər)in əlinə keçməsi və həmin şəxs(lər) tərəfindən Ukrayna Respublikasında yerləşən mağazada kartda olan vəsaitin 9.540,23 manat hissəsindən istifadə edilməsi iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları olmuşdur.
27. İddiaçının müqavilə üzrə öhdəliyinin yaranmasında və yaranmış öhdəliyə görə ondan pul tutulmasında bankın heç bir təqsiri olmadığından, belə ki, Bankın müvafiq təhlükəsizlik tədbirini həyata keçirməsi mübahisəsiz olduğundan, habelə iddiaçıya məxsus kartın olduğu mobil tətbiqin başqasının əlinə keçməsi və bu hərəkətlərin başqası tərəfindən yerinə yetirilməsi öz təsdiqini tapdığından məhkəmə hesab etmişdir ki, iddiaçının banka qarşı irəli sürdüyü müqavilə üzrə öhdəliyə xitam verilməsi və ondan tutulmuş pulun qaytarılması tələblərinin təmin edilməsinə əsas yoxdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilə və ona əlavə (limitin artırılması) etibarlı olmuş, müqavilə qüvvədə olduğu müddət ərzində isə iddiaçıya məxsus kartdan pulun oğurlanması faktı baş vermiş və bu faktın baş verməsində Bankın heç bir təqsirinin olmaması, əksinə Bankın müvafiq təhlükəsizlik tədbirini həyata keçirməsi müəyyən edilmişdir. Müqavil ə qüvvədə olduğu müddət ərzində kredit kartından oğurlanmış pula görə müqavilənin tərəfi kimi məhz iddiaçının öhdəliyi yaranmış və əgər Bank tərəfindən həmin öhdəliyin icra edilməməsinə görə iddiaçıdan pul tutulmuşdursa da, nəzərə alınmalıdır ki, Bankda iddiaçının özü tərəfindən bu məsələyə dair təqdim edilmiş razılıq ərizəsi olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin bu hissəsi təmin edilməməlidir.
28. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 386, 425, 430, 527, 555-559-cu, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddələrinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya gönd ərilən Bildiriş”in forması və doldurulması qaydasına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, onun maaşından cavabdeh Bank tərəfindən tutulmuş 4952.78 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin bütün halları ziddiyətlidir. Qeyd edilən oğurluq hadisəsinin fors major hal olduğunu eyni zamanda oğurluq hadisəsinin baş verdiyi vaxt Bankın texniki nöqsanlara yol verdiyini məhkəmə görməzdən gəlmişdir. Bundan başqa məhkəmə tərəfindən Yevlax Rayon Polis İdarəsinə göndərilən sorğulara cavab gəlməmişdir. Bu məqama da məhkəmə hüquqi qiymət verməmişdir.
31. Bank apellya siya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kreditor tərəfindən borclu İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli bildiriş, İddiaçı tərəfindən şəxsən xx.xx.2024-cü il tarixində qəbul edilmiş, Yevlax rayon 1 saylı Notariat Ofisində müvafiq icra qeydi xx.xx.2024-cü il tarixində aparılmışdır. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024cü il tarixində müraciət etmişdir (hazırki baxılan iş). Göründüyü kimi, kreditor tərəfindən bildiriş göndərildiyi, bundan sonra müvafiq müddət gözlənildiyi, daha sonra icra qeydinin aparıldığı vaxtda İddiaçı rəsmi şəkildə cavabdeh olan kreditora (tələbkara) qarşı məhkəmədə iddia qaldırmamışdır. Bu o deməkdir ki, notarius tərəfindən icra qeydi düzgün şəkildə aparılmışdır. Nəticədə, qətnamədə müvafiq normativ hüquqi akt səhv təfsir edilmişdir. Belə ki, qətnamədə məhkəmə səhv təfsir edərək belə hesab etmişdir ki, “mübahisələndirmə” deyildikdə polisə, cavabdeh Banka, Mərkəzi Banka müraciətlər etmək, cavabdehə aidiyyəti olmayan (cavabdehin prosessual tərəf (iştirakçı) olmadığı) cinayət işinin rədd edilməsi haqqından polisin qərarından cinayət prosesi çərçivəsində şikayət etmək nəzərdə tutulur. Halbuki yuxarıda da qeyd edildiyi kimi, Ali Məhkəmənin yanaşmasına və məhkəmə təcrübəsinə əsasən sözügedən kontekstsdə mübahisələndirmə deyildikdə borclunun məhkəmədə kreditora qarşı rəsmi iddia qaldırması nəzərdə tutulur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş” formasında “çatası faiz” ifadəsinin yazıldığı mətn hissəsi ondan əvvəlki hissədən “/” işarəsi ilə ayrılmışdır. Bu o deməkdir ki, faizləri sənəddə göstərmək tələbi imperativ norma deyil və həmin hissədən əvvəl gələn hissə (əsas borc) seçilərsə onda faizi göstərməyə ehtiyac yoxdur. Təsadüfü deyil ki, eyni yanaşma bildirişin yuxarıdakı hissəsində də özəksini tapmış, belə ki, “öhdəliyin icra edilməməsi”,“lazımınca icra edilməməsi” və “icranın gecikdirilməsi” ifadələri bir-birində “/” işarəsi ilə ayrılmışdır, yəni bildiriş hazırlanarkən seçimə (bu halda faktiki vəziyyətə) əsasən bu imkanlardan birini seçmək kifayətdir və ək s yanaşma hüquqi məntiqə uyğun gəlmir. Faiz məbləği əsas borca əsasən dinamik hərəkətdə olur. Yəni, gecikmə günləri keçdikcə faiz məbləği də dəyişir. Ona görə də kreditor tərəfindən bildirişdə faizin dəqiq göstərilməməsi ona hesablanmışdır ki, icra qeydi çıxarılan gün mövcud olan faizlər əsas götürülsün, nəticədə bildirişdəki və icra qeydi çıxan tarixdəki faizlər arasında ziddiyyət olmasın. Ona görə də kreditorun bu hərəkətində heç bir qanunsuzluq olmamışdır.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-930/2025 nömrəli mülki iş üzrə 5 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova).
34. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi birinci instansiya məhkəməsinin mövqeyi ilə eynilik təşkil etmişdir.
35. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 386, 425, 430, 527-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları əsaslandırmışdır. haqqında Təlimat”ının 161-ci bəndinə istinad edərək Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Bank (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
38. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslandırma hissəsində, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilən əsaslandırmalar olduğu kimi köçürülüb əlavə edilmişdir (“copy-paste” edilmişdir) və əsaslandırma hissəsində əsaslandırma deyil, işin faktiki halları sadalanmışdır. MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Apellyasiya instansiyası məhkəməsini n qətnaməsində isə cavabdeh Bankın apellyasiya şikayətində göstərilən əksər dəlillərə münasibət bildirilməmiş, həmin dəlillərdən irəli gələrək əsaslandırmalar aparılmamış, bunun əksinə olaraq, aşağı instansiya məhkəməsinin qətnaməsinin müvafiq hissələri olduğu kimi köçürülüb əlavə edilmişdir. Bu yanaşma ilə məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Məhz buna görə də, cavabdeh Bank obyektiv səbəblərdən məcbur olmuşdur ki, bu kassasiya şikayətində qeyd edilən hüquqi əsaslandırmalarını (öz dəlillərini), əsasən apellyasiya şikayətində qeyd edilən əsaslandırmalardan (öz dəlillərindən) götürsün, çünki apellyasiya məhkəməsi heç bir yeni hüquqi mövqe sərgiləməmiş, yeni əsaslandırmalar irəli sürməmişdir.
39. Cavabdeh şikayətini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı, Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 392-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ının 161-ci bəndinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in forması və doldurulması qaydasına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız var lanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
42. Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cü r hərəkətlərdən çəkinməlidirlər.
43. Maddə 739.1(müqavilə bağlandığı andakı redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
44. Maddə 739.2 (müqavilə bağlandığı andakı redaksiyada). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
45. Maddə
76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elekt ron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydini aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğ u halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notar iat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”
46. Bənd
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün "Elektron notariat” informasiya sistemi vasitəsilə "Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılmas ı üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsul la göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normaların a uyğun çıxarılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, k assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəmə si tərəfindən iddianın təmin edilən hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
58. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə cavabdeh "xxxx" AS C arasında xx.xx.2021-ci il tarixdə bağlanmış tam kart çərçivə müqaviləsinə əsasən, bank tərəfindən iddiaçıya illik 24% ödəmək şərtilə 30000 manatadək kredit limiti olan kart verilməsi barədə razılığa gəlinmiş və həmin tarixdə iddiaçının müraciəti əsasında, bank tərəfindən ona 36 ay müddətinə 2000 manat məbləğində kredit limiti təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının müraciətinə əsasən, bank tərəfindən ona verilmiş kredit kartının limiti artırılaraq 12000 manat təyin edilmişdir. Bu proses iddiaçıya məxsus olan və müqavilədə göstərilən “+**********36” mobil nömrəsinə bank tərəfindən birdəfəlik kod (OTP) göndərilməsi və onun iddiaçı tərəfindən təsdiqlənməsi ilə həyata keçirilmişdir. İddiaçı kredit limitinin özü tərəfindən artırıldığını mübahisələndirməmişdir. xx.xx.2023-cü il t arixdə bank tərəfindən iddiaçıya məxsus həmin nömrəyə “Diqqət! Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin. Mobil tətbiqə daxil olmaq üçün kodunuz: 837965” məzmununda SMS göndərilmiş, bundan sonra isə “Azericard” tərəfindən həmin nömrəyə iddiaçıya məxsus “4127-2044-4614-3065” nörməli kartın “Apple Pay” adlı elektron ödəniş alətinə əlavə edilməsi və Ukrayna Respublikasında yerləşən “Gromlyuk” adlı mağazada 3 dəfə edilmiş cəmi 9540,23 manat təşkil edən ödənişlər barədə mesajlar göndərilmişdir. İddiaçı 2023-cü ilin fevral ayından bu məsələni mübahisələndirməyə başlamışdır.
59. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslandırmaqla hesab etmişdir ki, notariat haqqında qanunvericiliyin tələbinə görə icra qeydləri mübahisəsiz bo rclar barəsində aparılır. Lakin iş materiallarından görünmüşdür ki, borcun yaranmasına əsas olmuş əməliyyatlar həyata keçirildiyi xx.xx.2023-cü il tarixdən sonra – daha dəqiqi, fevral ayından etibarən iddiaçı bu borcu mübahisələndirmiş – cavabdeh bankın özünə, polisə, Mərkəzi banka, digər hüquqmühafizə orqanlarına müraciət etmişdir. Lakin buna baxmayaraq, cavabdeh bank iddiaçının borcu mübahisələndirməsindən xəbərdar ola-ola, bunu nəzərə almadan, mübahisəsiz digər borclar üzrə edildiyi kimi, 2023-cü ilin dekabr ayında icra qeydinin aparılması barədə bildirişlə iddiaçıya və ərizə ilə müvafiq notariat ofisinə müraciət etmişdir. İş materiallarından o da müəyyən edilmişdir ki, icra qeydinin aparılacağı barədə bildirişi aldıqdan sonra iddiaçı yenə də hərəkətsiz qalmamış, polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı məhkəmə qaydasında mübahisələndirmiş və həmin qərar xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir (icra qeydi aparılmamışdan 12 gün öncə). İddiaçı bu məsələdə bankı təqsirli hesab etmiş və onun məsələni mübahisələndirməsindən bank xəbərdar olmuşdur.
60. Bankın kassasiya şikayətində borcun məhkəmə qaydasında deyil, digər orqanlarda mübahisələndirilməsinin icra qeydinin verilməsinə mane olan hal olmaması barədə mövqeyi ilə məhkəmə kollegiyası razılaşmır.
61. Belə ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsində icra qeydlərinin yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda verildiyi müəyyən edilmiş, lakin Bank borcun mübahisəli olduğunu bildiyi halda, bu barədə notari usa hər hansı məlumat verməmişdir. Həmçinin həmin maddədə icra qeydi verildikdən sonra icra qeydi aparılmış tələbin borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilməsi imkanı nəzərdə tutulmuşdur ki, iddiaçı da bu hüququndan istifadə etmişdir.
62. Apellyasiya instansiyası məhkəməsi, həmçinin, qeyd etmişdir ki, bank iddiaçıya göndərdiyi bildirişdə əsas borcun məbləğini qeyd etsə də, faiz borcunun məbləğini göstərməmiş, ondan cəmi nə qədər borcun tələb edilməsini dəqiqliklə yazmamış, bununla da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in formasına dair 3-cü bəndin tələblərini pozmuşdur.
63. Bu baxımdan kassasiya inst ansiyası məhkəməsi, məhkəmələrin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin dəlilləri sübutların araşdırılması və qiymətləndirilməsi səlahiyyətinə malik olan məhkəmələr tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verilmişdir.
64. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilən hissəsində apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
66. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2025-ci il tarixli 2(103)930/2025 saylı qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.