Məhkəmə qərarları › İş №2(102)-2204/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2204/2019

02.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2204/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının vəkili Vəkil3 və Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Məhərrəmova, iş № 2(001)-xx/18) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov-sədrlik edən və məruzəçi, X.Sarıyev və X.Mərdanova, iş № 2(103)-xx/18) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməyərək Binəqədi Rayon Məhkəməsinin xx xx201 8-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə cavabdeh MMC arasında 08.07.2015-ci il tarixdə bağlanmış KM 03 №-li “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1.600.000 manat, kredit müqaviləsinin icra müddətinin bitdiyi 04.04.2016-cı il tar ixə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 30.389 manat, 04.04.2016-cı il tarixdən kreditin əsas məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 148.667 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin (30 manat) borcalan MMC-dən tutularaq Banka ödənilməsi, tutmanın ipoteka predmetinə - Cavabdeh2 məxsus olan və Bakı şəhəri, ev1 evinə yönəldilməsi, evin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına Banka olan borcun ödənilməsi, ev satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh2 vəkili Vəkil2 kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdeh1 MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkillərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsiqismən - Cavabdeh1 MMC-dən İddiaçı ASC ilə bağlanmış 08.07.2015-ci il tarixli, KM 03 №-li kredit müqaviləsi üzrə 1 600 000 manat əsas borcun, kredit müqaviləsinin icra müddətinin bitdiyi 04.04.2016-cı il tarixə hesablanmış 30389 manat faiz borcunun, 04.04.2016-cı il tarixdən kreditin əsas məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 148667 manat faiz borcunun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutulm ası tələbinin rədd olunması hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamənin qalan hissəsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki,İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 08.07.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən MMC-yə kreditdən istifadəyə görə illik 6.75 faiz dərəcəsi ilə 06.10.2015-ci il tarixədək qaytarmaq şərti ilə 1.600.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 08 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, e v1(torpaq sahəsi ilə birlikdə) ipoteka ilə yüklü edilmişdir. Başqa iş üzrə qüvvədə olan məhkəmə qərarlarından həmçinin görünür ki, 07.10.2015-ci il tarixdə Mərkəzi Bank ilə (borcverən) İddiaçı ASC “borcalan” arasında da kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Mərkəzi Bank tərəfindən İddiaçı ASC-yə 07.10.2015-ci il tarixdən etibarən 180 gün müddətinə 1 600 000 manat məbləğində, illik 3 faiz ödənilməsi şərti ilə yenidən maliyyələşdirmə krediti verilmişdir. Mərkəzi Bank, Georgi Arveladze, Arzu Sadıqova və İddiaçı ASC arasında bağlanmış 08.10.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, ev1 Mərkəzi Bankın da xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından habelə görünür ki, 22.07.2016-cı il tarixdə Mərkəzi Bankın və İddiaçı ASC-nin rəsmi razılıq mək tublarına əsasən ipoteka predmeti olan Bakı şəhəri, ev1(torpaq sahəsi ilə birlikdə) alqı-satqı müqaviləsinə əsasən 1 730 000 manata Cavabdeh2 satılmışdır. Alqı-satqı müqaviləsinin 4-cü bəndinə əsasən notariusun depozit hesabı vasitəsilə satışdan əldə olunan vəsaitin 1 629 488,90 manatı Mərkəzi Bankın, 59 312 manatı İddiaçı ASC-nin və 41 199,10 manatı satıcılar X1 və x2 ödənilmişdir. İpoteka predmeti olan ev satılsa da, həmin daşınmaz əmlak üzərində ipoteka ilə yüklülük saxlanılmışdır. 2016-cı ildə yeni mülkiyyətçi Cavabdeh2 İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi və ipoteka yüklülüyünün götürülməsi” barədə iddia qaldırmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.10.2016-cı il tarixli qətnaməsi ilə onun iddiası təmin olunmuşdur. Bu q ətnamə apellyasiya instansiyası məhkəməsinin 10.01.2017-ci il tarixli qətnaməsi ilə, apellyasiya məhkəməsinin qətnaməsi isə kassasiya instansiyası məhkəməsinin 07.06.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 30.03.2018-ci il tarixdə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı 08.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və apellyasiya instansiyası məhkəməsi bununla razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26.10.2016-cı il tarixli qətnaməsinə istinad etmişdir. Həmin qətnamə ilə yeni mülkiyyətçi Cavabdeh2 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi və ipoteka yüklülüyünün götürülməsi” barədə iddiası təmin olunaraq ipoteka predmeti olan Bakı şəhəri, ev1 evinin üzərində olan ipotekaya xitam verilmiş və həmin əmlakın ipoteka ilə yüklülükdən azad edilməsi ilə bağlı Daşınmaz Əmalkın Dövlət Reyestri Xidmətinə rəsmi müraciət edilməsi vəzifəsi İddiaçı ASC-nin ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini hüquqi cəhətdən Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə görə bir mülki iş üzrə qanuni qüvvəyə mi nmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi, evin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına Banka olan borcun ödənilməsi, ev satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması hissələrinə MPM-nin 82.3-cü maddəsini tətbiq etməkdə haqlı olmuşdur. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq ipoteka predmeti olan Bakı şəhəri, ev1 evinin üzərində olan ipotekaya xitam verilmiş və həmin əmlakın ipoteka ilə yüklülükdən azad edilməsi əlaqədar orqanlara həvalə olunmuşdur. Bu qətnamə ilə müəyyən edilən hallar iddia tələbinin qeyd olunan hissəsində həqiqətən də preyudisiallıq keyfiyyəti daşıyır və göstərilən hissədə iddianın rədd olunması üçün əsasdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddianı əsassız saymaqda haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin digər hissələrinə də preyudisiallıqla bağlı həmin normanı tətbiq edərkən işin hallarını tam müəyyən etməmiş, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 08.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilib-yetirilmədiyini aydınlaşdırmamışdır. İşdən göründüyü kimi, iddiaçının tələbi 08.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi, Cavabdeh1 MMC-dən müqavilə üzrə 1 600 000 manat əsas borcun, kredit müqaviləsinin icra müddətinin bitdiyi 04.04.2016-cı il tarixə hesablanmış 30389 manat faiz borcunun, 04.04.2016-cı il tarixdən kreditin əsas məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 148667 manat faiz borcunun ödənilməsi barədədir. Cavabdeh ipoteka predmetinin satışı nəticəsində borcun tam ödənildiyini bildirir və bunun təsdiqi olaraq alqı-satqı müqaviləsinə istinad edir. Həmin alqı-satqı müqaviləsinin 4-cü bəndində notariusun depozit hesabı vasitəsilə satışdan əldə olunan vəsaitin 1 629 488,90 manatının Mərkəzi Bankın, 59 312 manatının İddiaçı ASC-yə və 41 199,10 manatının satıcılar X1 və x2 ödənildiyi qeyd olunmuşdur. Göründüyü kimi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin 59.312 manatı 08.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcu kimi İddi açı ASC-yə ödənilmişdir. 08.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə bundan başqa hər hansı vəsaitin ödənilməsi işdən görünmür. Alqı-satqı müqaviləsində ipoteka predmetinin satışından əldə olunan vəsaitin 1 629 488,90 manatının Mərkəzi Banka ödənildiyi göstərilmiş və bu fakt Mərkəzi Bank tərəfindən etiraf olunmuşdur. Lakin Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26.10.2016-cı il tarixli qətnaməsindən də göründüyü kimi, həmin vaxt İddiaçı ASC-nin Mərkəzi Bank qarşısında yerinə yetirilməmiş kredit öhdəlikləri olmuşdur. Belə ki, İddiaçı ASC ilə Mərkəzi Bank arasında 07.10.2015-ci il tarixdə ayrıca kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Mərkəzi Bank tərəfindən İddiaçı ASC-yə 07.10.2015-ci il tarixdən etibarən 180 gün müddətinə 1 600 000 manat məbləğində, illik 3 fai z ödənilməsi şərti ilə yenidən maliyyələşdirmə krediti verilmişdir. Həm də İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 08.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ev1və torpaq sahəsi 08.10.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Mərkəzi Bankın da xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yəni, mübahisəli ev və torpaq sahəsi hər iki bankın-həm İddiaçı ASC-nin, həm də Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir və ipoteka predmetinin satışı nəticəsində əldə olunan vəsait hesabına Mərkəzi Bankın tələblərinin yerinə yetirilməsində təəccüblü bir şey yoxdur. Deməli, ipoteka predmetinin satışı nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-nin 07.10.2015-ci il tarixli kredit müqaviləsi Mərkəzi Ban ka olan borcu bağlanmış, lakin Cavabdeh1 MMC-nin 08.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcu ödənilməmiş qalmışdır. Həmin borcdan İddiaçı ASC-yə yalnız 59.312 manat faiz borcu kimi ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu halları özü müəyyən etmiş olsa da, yenə də Cavabdeh1 MMC-nin 08.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcunun tam ödənildiyi qənaətinə gəlmiş və hesab etmişdir ki, bu öhdəliklərin hansı prosedur qaydaya əməl olunaraq icra olunmasının hazırkı iş üzrə heç bir əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar Mərkəzi Bank da cəlb olunmaqla bir daha ətraflı aydınlaşdırılmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətin ə qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin İddiaçı ASC-nin sonrakı ipoteka saxlayan olması və bu baxımdan ilkin ipoteka saxlayan olduğu üçün Mərkəzi Bankın tələblərinin əvvəl ödənilməli olması barədə qənaətini də əsaslı saymır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında kredit və ipoteka müqavilələri 08.07.2015-ci il tarixdə, İddiaçı ASC və Mərkəzi Bank arasında kredit və ipoteka müqavilələri isə 07.10.2015 -ci il tarixdə bağlanmışdır. Yəni, Bakı şəhəri, ev1və torpaq sahəsi ilkin olaraq İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təm in edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, 08.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin Cavabdeh1 MMC tərəfindən tam yerinə yetirilib-yetirilmədiyini, onun İddiaçı ASC-yə borcunun olub-olmadığını ətraflı aydınlaşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Həmin maddəyə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinin tələbinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi qismən – iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 MMC-yə qarşı İddiaçı ASC ilə bağlanmış 08.07.2015-ci il tarixli, KM 03 №-li kredit müqaviləsi üzrə 1 600 000 manat əsas borcun, kredit müqaviləsinin icra müddətinin bitdiyi 04.04.2016-cı il tarixə hesablanmış 30389 manat faiz borcunun, 04.04.2016-cı il tarixdən kreditin əsas məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 148667 manat faiz borcunun və iddianın verilməsi üçün öd ənilmiş dövlət rüsumunun əvəzinin tutulması tələbinin rədd olunması hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın, qətnamənin qalan hissəsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar