Məhkəmə qərarları › İş №2(102)-2205/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2205/2019

15.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2205/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3,iddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh X1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 sentyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M ÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30 may 2018-cı il tarixli qətnaməsi ilə (hakim X.Məhərrəmova) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh X1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov, hakimlər X.Mərdanova və X.Sarıyev) Yasamal rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respu blikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X Cavabdeh qarşı iddia ərizəsi verərək, cavabdehdən 12.713 manat əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi 25.05.2014-cü il tarixinə 5.315 manat faiz borcu, müqavilə bitdikdən sonra əsas borca illik 5% faiz hesablanmış 2.255 manat faiz borcu, cəmi isə 20.283 manat borcun və bu mülki mübahisənin araşdırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi, tələbin girov qoyulmuş Cavabdeh mülkiyyətin də olan BMW-745 minik markalı, buraxılış ili 2003-cü il olan, ban-WBACL61022DM55786, qara rəngli, **-NT-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, kreditor "İddiaçı" ASC-nin “Riyad” filialı ilə borcalan Cavabdeh arasında bağlanmış 25.05.2012-ci il tarixli kredit müqaviləs inə əsasən bank borcalana 24 ay müddətinə 25.05.2014-cü il tarixədək illik faiz dərəcəsi 25% faiz ödənilmək şərti ilə 13.830 manat məbləğində kredit vermişdir. Cavabdeh adına olan «BMW-745» minik markalı, ** NT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 25.05.2012-ci il tarixdə "İddiaçı" ilə bağlanmış ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Lalə Abubəkirova kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə v ə ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Beləliklə işin mübahisələndirilməyən hallarına görə, bankla X arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı kimi «BMW-745» minik markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobili bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, borcalan isə üzərinə düşən öhdəlikləri tam həcmdə və lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, işin halları ilə müəyyən edilir ki, borclu kr edit müqaviləsi üzrə son ödənişi 26.09.2012-ci ildə etmiş, bundan sonra hər hansı bir ödəniş etmədiyindən hazırkı iş üzrə mübahisə yaranmışdır. İş materiallarından görünür ki, 25 may 2012-ci il tarixli kredit müqaviləsinin 1.12-ci bəndinə görə kredit 24 ay müddətinə verilmişdir və kreditin ödənilməli olduğu son tarix kimi 25 may 2014-cü il müəyyən edilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırki iddia məhkəmədə 18 dekabr 2017-ci il tarixdə qaldırılmışdır və Cavabdeh nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir. Azərbaycan Respublikası MM-in 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Bununla yanaşı 18 dekabr 2017-ci il tarixdə yəni, vaxtında məhkəməyə müraciət etdiklərinə görə iddia müddətinin ötürülməməsi barədə iddiaçının dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının 18 dekabr 2017-ci il tarixdə borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 02.12.2015-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinin iddia tələbinin qismən təm in edilməsi barədə 05.04.2014-cü il tarixli qətnaməsi ləğv edildiyi və iddia ərizəsi baxılmamış saxlanıldığı üçün iddia müddətinin axımını kəsilməmişdir. Çünki Mülki Məcəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Beləliklə, iddiaçının məhkəməyə təqdim etdiyi sübutların məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin 24 ay müddətinə qaytarmaq şərti ilə 13830 manat məbləğində kredit götürmüş, girov müqaviləsinə əsasən müqavilənin predmeti olan avtomobil İddiaçı ASC-yə girov qoyulmuş, kredit müqaviləsi üzrə son ödənişi 26 sentyabr 2012-ci il tarixdə etmişdir. Müqavilənin müddətinin bitmə tarixi 25.05.2014-cü il müəyyən edildiyi halda iddiaçı iddia ərizəsi ilə məhkəməyə 18 dekabr 2017-ci il tarixdə yəni iddia müddətini ötürməklə müraciət etmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar