Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2205/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçının vəkili Vəliyev Azad Heybət oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli 2(105)3199/2019 nömrəli qətnaməsindən cavabdeh x qızı və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh x qızının hü quqa zidd hərəkətlərinə son qoyulması və cavabdeh tərəfindən ünvan 1 ünvandakı yaşayış evinə dair adına çıxarışın verilməsi ilə əlaqədar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına cavabdehin yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi ona məxsusdur və adına JN-340 saylı, 19.05.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında o, qeyd olunan torpaq sahəsinə dair adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 20.11.2 018-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı çıxarış almışdır. Həmin torpaq sahəsində 2012-ci ildə Rusiya Federasiyasında olan oğlu x1in köməkliyi ilə yaşayış evi tikmişdir. Evi tikdikdən sonra o və ailə üzvləri həmin evdə yaşamışlar. Eləcə də oğlu x1 Rusiya Federasiyasından gələndə həmin evdə yaşayırdı. X7 Cavabdeh ilə onlardan xəbərsiz ailə qurmuş və cavabdehin anasının evində yaşamışdılar. Oğlu Rövşənin ailə qurmasından uşaqları doğulduqdan sonra onların xəbəri olmuşdur2017-ci ilin ortalarında oğlu xəstələndiyindən onların ünvan 3 ünvanda yerləşən evlərinə gəlmiş və müalicə olunana qədər onların evində qalmasını xahiş edərək müalicə olunduqdan sonra yenə qayınanasının evinə gedəcəyini bildirmişdir. O da etiraz etməmiş və hazırda yaşadığı ünvan 4 ünvandakı evdə şəraiti yaxşı o lmadığından o, oğlu Rövşəni müalicə alması üçün ünvaninə aparmışdı. Cavabdeh Rövşənə baş çəkmək üçün oğlunun yanına gəlib getmiş, sonradan gecələr də qalmağa başlamışdı. O da oğlunun xatirinə xəstə olduğu üçün cavabdehin həmin evə gəlib getməsinə bir söz deməmişdi. 13 may 2018-ci il tarixdə X7 vəfat etmişdir. Oğlunun ölümündən sonra cavabdeh həmin evdə yaşamağa başlamış, oğlunun yas mərasimini başa vurduqdan sonra cavabdehin çıxıb gedəcəyini fikirləşmişdir. Lakin yas mərasimləri başa çatdıqdan sonra cavabdeh onu öz evinə buraxmamışdır. Hazırda o, həmin yaşayış evinə dair adına DƏDRX-dan çıxarış almaq istəyir. Lakin Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına və ona həmin yaşayış evinə girməyə icazə vermir və ölçü işləri aparmağa maneələr y aradır. Bu səbəbdən də o, mülkiyyətində olan torpaq sahəsində yerləşən yaşayış evinə dair fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasport və dövlət reyestrindən çıxarış ala bilmir. Quba Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(027)-1199/2019 saylı qətnaməsi ilə (hakim İlqar Məmmədov) İddiaçı cavabdeh x qızına qarşı çıxarışın alınmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh tərəfindən hüquqa zidd hərəkətlərə son qoyulması və onun ünvan 1 ünvandakı yaşayış evinə dair çıxarışın verilməsi ilə əlaqədar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına yaratdığı maneələrin aradan qaldırılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Telman Məmmədov sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov və Aqil Abbasov) 12 sentyabr 2019-cu il tarixli 2(105)-3199/2019 nömrəli qətnaməsi ilə cavabdeh x qızının apelyasiya şikayəti təmin edilməyərək, Quba Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(027)-1199/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x qızı və vəkili Vəkil kasasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli 2(105)-3199/2019 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Kasasiya şikayətini onunla əsaslandırmışdır ki, istər birinci instansiya, istərsə də apelyasiya inst ansiya məhkəməsi iddiaçının təqdim etdiyi sənədlərin - xxxxx saylı, KOD xxx olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və torpağa mülkiyyət hüququna dair çıxarışın qanuniliyinə hüquqi qiymət verməmişlər. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün, daşınmaz əmlakın alqı-satqısına dair müqavilə Daşınmaz Əmlakın Dövlət Reyestri üçün əsas idi. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr X2 (AİK) tərəfindən tətbiq edilən hüquqi sənədlər idi. AİK-ları ləğv edildikdən sonra həmin şəhadətnamələrdən istifadə ləğv edilmişdir. xxxxx saylı, KOD xxx olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş sənədlər alqı-satqı əməliyyatını həyata keçirən notariat kontorundan tələb edilməmişdir. Baxmayaraq ki, bu barədə məhkəmədə dəfələrlə şifahi vəsatətlərlə çıxış etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında iddiaçının vəkili Vəliyev Azad Heybət oğlu kasasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiy a məhkəməsi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, JN-340 saylı, kodu xxx olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayon dövlət notariat kontorunda təsdiq edilmiş 10 aprel 2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı Quba şəhəri ərazisində 0,08 ha fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba şəhəri ərazisində 0,08 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında 20 noyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dö vlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsində inşa edilmiş evin texniki pasportunun və reyestrdən çıxarışın hazırlanması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh idarənin mütəxəssislərini obyektə buraxmadığı üçün ölçmə işləri aparılmamış, texniki pasportun və reyestrdən çıxarışın hazırlanması mümkün olmamışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh x qızının iddiaçının hüquqlarının qeydə alınması üçün mütəxəssisləri evə buraxmamaqla onun qanunla qorunan hüquqlarını pozmuş, nəticədə iddiaçı evə mülkiyyət hüquqlarını təsdiq edən çıxarış və evə texniki pasport ala bilməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi haqlı olaraq,Cavabdeh hüquqa zidd hərəkətlərinə son qoyulması və onun tərəfindən ünvan 1 ünvandakı yaşayış evinə dair çıxarışın verilməsi ilə əlaqədar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Ərazi idarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına yaratdığı maneələr aradan qaldırılması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olm adan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüq uquna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir və iddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş yaşayış evinə dair hüquqların qanunla müəyyən edilmiş qaydada qeydə alınması hüququna malikdir. Cavabdeh isə həmin torpaq sahəsinin mərhum həyat yoldaşının vəsaiti hesabına alındığını və üzərində öz vəsaitləri hesabına ev inşa edildiyini, torpaq sahəsinin iddiaçının adına qeydə alınmasına dair sənədlərin saxta olduğunu bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, torpağa dair qeydiyyata alınmış reyestr çıxarışının etibarsız hesab edilməsi və onun mülkiyyət hüquqlarının qeydiyyata alınana kimi onun tikib yaşadığı evə istifadə və sahiblik hüquqlarının müəyyən edilməsi barədə qarşılıqlı iddiası isə icraata qəbul edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işə baxılarkən cavabdehin mübahisəli əmlaka dair hər hansı hüququnun olduğu müəyyən edilmədiyindən, iddiaçının öz əmlakına mülkiyyət hüquqlarının qeydə alınmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını məhkəmə qaydasında tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb, düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq n ormaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kasasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x qızının kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının 12 sentyabr 2019-cu il tarixli 2(105)-3199/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2205/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2205/2020
01.07.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver