Məhkəmə qərarları › İş №2(102)-2205/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2205/2024

11.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2205/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı ilkin iddia və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilinin sökülməsi, tikili qanunsuz inşa edildikdə, mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb), ekspert rəylərinin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əh liman Mehman oğlu, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mülkiyyət hüququna yaranmış maneənin aradan qaldırılması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilmiş pəncələrin bağlanması” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1331/2024 nömrəli 20 fevral 2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ şin halları: 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 642 saylı sahə/0,02 ha torpaq sahəsi Cavabdeh tərəfindən ipotekanın əlavə qeydiyyatı ilə 8.10.2016-cı il tarixdə X2 xeyrinə yüklü edilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli XO-02-04- PA/B-58/2-202104017 nömrəli məktubuna əsasən, ünvan 1 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinə bitişik, ara məsafəsi gözlənilm ədən qonşusu tərəfindən tikilmiş dəmir hasarın sökülməsinə dair müvafiq göstərişin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Əməkdaşlar tərəfindən yerində baxış zamanı X1 məxsus Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 642 H ünvanındakı fərdi yaşayış evinin mövcud pəncərələrinin 1,5 metrliyində qonşusu Cavabdeh tərəfindən quraşdırılmış hündürlüyü 10 metr olan metal lövhələrlə bağlandığı müşahidə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq qeyd olunan ünvanda şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı yerli səviyyədə şəhərsalma nəzarəti çərçivəsində zəruri tədbirlərin görülməsinin təmin edilməsi, nəticəsi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat təqdim edilməsi bildirilmişdir.

4. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 1 fevral 2022-ci il tarixli məktubuna əsasən, sözügedən ünvana yerində baxış keçirilmiş və lazımi izahatlar verilmişdir. İki qonşu arasındakı münasibət mübahisə xarakterli olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 36-cı küçədə yerləşən ünvansız fərdi yaşayış evi ilə ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış (tikilmiş) hündürlüyü 10 metr, eni 10 metr olan metal lövhələrdən ibarət olan mülkiyyət hüququnun pozulmasına səbəb olan maneənin (hasarın) cavabdehin vəsaiti hesabına aradan qaldırılması (sökülməsi), ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsasla ndırılmışdır ki, o, 2013-cü ildə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 642 H ünvanında alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi alaraq, fərdi yaşayış evi tikmişdir. Fərdi yaşayış evi tikilib qurtardıqdan sonra 2017-ci ildə çıxarış və ünvan almışdır. Evinin arxasında yaşayan Cavabdeh ilə aralarında qanunvericiliyə uyğun olaraq, 2 metr 20 sm hündürlüyündə daş hasar hələ o, torpaq sahəsini almamışdan öncə çəkilmişdir. Ev tikintisindən sonra Cavabdeh qeyri-qanuni olaraq onun həyətinə tərəf baxan pəncərələrin bağlanmasını tələb etmişdir. Qeyd edir ki, onun evinin pəncərələri də onun həyətinə baxır. Badamdar qəsəbəsində bir-birinin həyətinə baxmayan ev pəncərəsi olmadığını, onların ümumiyyətlə onun həyətinə baxmadığını bildirməyinə baxmayaraq o, bununla razıla şmamışdır. 2021-ci ilin sentyabr ayının 20-dən sonra Cavabdeh onun evinin pəncərələrinin qarşında 5 ədəd iri dəmir turbalar basdırmış, onların arasını metal lövhələr ilə örtmüş və pəncərələrinin qarşısını tam bağlamışdır. Cavabdehin inşa etdiyi həmin tikili evinin 1-1.5 metrliyində olmaqla 1-ci, 2-ci və 3-cü mərtəbələrinin pəncərələrinin qarşısını kəsmiş, evin 3 otağına, qaraja və qazanxanaya gələn günəş işığı tamamilə kəsmiş, nəticədə evdə rütubət yarandığından otaqlardan istifadə yararsız hala gəlmişdir. 3-cü mərtəbədə isə görünüş dairəsi məhdudlaşmış, digər mərtəbələrlə birlikdə qaranlıq yaranmışdır. Dəfələrlə bu barədə cavabdehdən hasarın sökülməsi tələb edilsə də, heç bir nəticəsi olmamış, cavabdeh iradlarına məhəl qoymayaraq qanunsuz tikintini sökməmişdir. Eyni zamanda, hasar dəmirdə n olduğu üçün külək əsəndə güclü səs yaranmışdır ki, bu da onlar üçün mütəmadi olaraq əlavə narahatçılıq yaratmışdır. Tikinti getdiyi müddətdə və ondan sonra dəfələrlə aidiyyəti dövlət orqanlarına müraciət etsə də bir faydası olmamışdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, Cavabdeh 10-11 metr hündürlüyündə hasarı çəkmək üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazə almalı idi. Lakin, o, belə icazə almadan qanunsuz tikinti işləri aparmışdır.

7. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilkin iddiasının rədd edilərək, cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, 3-cü massivdə yerləşən, 642 H saylı evin onun həyətinə baxan pəncərələrinin hörülərək tamamilə bağlanması və onun həyətinə müda xilələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 32-ci məhəllədə 2 sot torpaq sahəsi çıxarışla adına rəsmiləşdirmiş və həmin torpaq sahəsində bütün tikinti normalarına riayət edilməklə ev tikmişdir. Hazırda həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Ona məxsus torpaq sahəsinin yanındakı torpaq sahəsini İddiaçı almış və həmin ərazidə ev tikməyə başlamışdır. Ev tikilən zaman evin şəhərsalma və tikinti normalarına uyğun olmadığını görüb bu barədə ona dəfələrlə xəbərdarlıq etmişdir. Hətta pəncərələrin onun həyətinə düşən hissədə tikilməməsini xahiş etsə də, cavabdeh tərəfindən buna məhəl qoyulmamışdır. Bu barədə dəfələrlə Səbail Rayon İcra Hakim iyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə müraciətlər etsə də, müraciətləri cavablandırılmamışdır. Son zamanlarda qonşunun onun həyətinə baxan pəncərə qoyması, onu və ailə üzvlərini narahat etmişdir. O, özünə məxsus həyətyanı sahədən ailə üzvləri istirahəti üçün istifadə edə bilməmişdir. Hətta həmin pəncərələr onun evinin içini belə göstərdiyindən, o, evində də rahatlıqla hərəkət edə bilməmişdir. Bütün bunlar onun Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş mülkiyyət hüququnun və insan azadlığının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Cavabdeh tərəfindən heç bir hüquqi əsaslar olmadan və tikinti normalarına riayət edilmədən ev tikilmiş, onun həyətinə pəncərə qoyulmuşdur.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2023-cü il tarixli 10/6053 nömrəli rəyinə əsasən, tədqiq olunan ünvanda yerləşən yaşayış evləri arasındakı sərhəd hasarının hündürlüyünün 2,35 metr, həmin hasara bitişik, iddiaçıya- məxsus yaşayış evinin pəncərələrinin qarşısında metal konstruksiyalardan inşa edilmiş lövhənin eni 9,0 metr, hündürlüyü 5,5 metr təşkil etdiyini nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 36-cı küçədə yerləşən fərdi yaşayış evi ilə iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, 642H ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış metal lövhələrdən ibarət olan maneənin (hasarın) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin (Hasarların tikintisinə dair tələblər) 73.1. bəndinin və Tikinti Norma və Qa ydaları 2.08.01,89*-un 1.3., 1.4. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 36cı küçədə yerləşən fərdi yaşayış evi ilə iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış metal lövhələrdən ibarət olan maneənin (hasarın) inşası nəticəsində iddiaçının mülkiyyətində olan yaşayış evinin həmin hissədə yerləşən otaqlarına düşən təbii işığın və havalanmanın qarşısının alındığı müəyyən olunmuşdur. Baxış zamanı İddiaçı mülkiyyətində olan yaşayış evinin faktiki vəziyyəti ilə həmin yaşayış evinə dair tərtib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massi vi, 642H ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə müvafiq hüquqmüəyyənedici (çıxarış) və texniki sənədlər (texniki pasport) üzrə nəzərdə tutulmuş ərazidə inşa edildiyi və həmin evin, o cümlədən Cavabdeh həyətinə baxan pəncərələrinin texniki pasportunun göstəriciləri ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-62/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Rəna Qafarova) ilə ilkin iddia təmin edilərək, Cavabdeh yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 36-cı küçədə yerləşən fərdi yaşayış evi ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış metal lövhələrdən ibarət maneə - hasarın Cavabdeh vəsaiti he sabına aradan qaldırılması – sökülməsi qət edilmiş, qarşılıqlı iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2023-cü il tarixli 10/6053 nömrəli ekspert rəyi nəzərə alınmaqla bu nəticəyə gəlinmişdir ki, iş üzrə mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 36-cı küçədə yerləşən fərdi yaşayış evi ilə iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 642 H ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış metal lövhələrdən ibarət olan maneənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olmadığı müəyyən edildiyindən, məhkəmə qaydasında aradan qaldırılmalıdır. 1

2. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2023-cü il tarixli 10/6053 nömrəli ekspert rəyini hazırki iş üzrə sübut növü kimi qiymətləndirilməsini mümkün saymışdır. Belə ki, ekspert rəyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

13. Birinci instansiya məhkəməsi iş materiallarınında olan və məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara, o cümlədən ekspert rəyinə, fotoşəkillərə, tərəflərin izahatlarına qiymət verərək hesab etmişdir ki, Cavabdeh yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 36-cı küçədə yerləşən fərdi yaşayış evi ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi arasında quraşdırılmış metal lövhələr İddiaçı öz mülkiyyətindən sərbəst ist ifadə etməsinə maneə törətmişdir.

14. Birinci instansiya məhkəməsi işin hallarını, qanunvericiliyin normalarının tələbini nəzərə alaraq hesab etmişdir ki, ilkin iddia təmin edilməli, cavabdeh tərəfindən göstərilən ərazidə - ünvanda quraşdırılmış metal lövhələr onları quraşdırmış cavabdeh tərəfindən sökülməlidir.

15. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, işin materiallarından və ekspert rəyi ilə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 642H ünvanında yerləşən fərdi yaşayış evi müvafiq hüquqmüəyyənedici (çıxarış) və texniki sənədlər (texniki pasport) üzrə nəzərdə tutulmuş ərazidə inşa edilmiş və həmin ev, o cümlədən Cavabdeh həyətinə baxan pəncərələri texniki pasportunun göstəriciləri ilə üst-üstə düşmüşdür.

16. Məhkə mə ekspert rəyində göstərildiyi kimi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 642H ünvanında yerləşən fərdi yaşayış evinin müvafiq hüquqmüəyyənedici (çıxarış) və texniki sənədlər (texniki pasport) üzrə nəzərdə tutulmuş ərazidə inşa edilməsini və həmin evin, o cümlədən Cavabdeh həyətinə baxan pəncərələrinin texniki pasportunun göstəriciləri ilə üst-üstə düşməsini nəzərə alaraq, qarşılıqlı iddianın təmin edilməsini mümkün saymamışdır.

17. Məhkəmə onu da qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh hazırda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı üçüncü şəxs qismində cəlb edilməklə texniki pasportda dəyişiklik aparılmasının həvalə edilməsi tələbinə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

18. Birinci instansiya məhkəməsi izah etmişdir ki, onun inzibati icraat qaydasında baxılan iddiası (və ya iddiaları) təmin edildiyi və qərar qanuni qüvvəsini aldığı halda, ümumi məhkəmənin səlahiyyətinə aid hissədə müvafiq tələblə ümumi məhkəməyə müraciət etmək hüququ vardır.

19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 180.1, 180.2, 180.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. İlkin iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsini n qətnamənin ləğv edilməsi və iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müvafiq qurumların məktubuna və ekspert rəyinin mötəbərliliyinə əsaslanmış və əsassız qətnamə qəbul etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1331/2024 nömrəli 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.C.Kazımov, K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkə məsi qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2023-cü il tarixli 10/6053 nömrəli ekspert rəyinə əsasən cavabdeh tərəfindən hər iki ev arasında quraşdırılmış metal lövhələr iddiaçının öz evindən sərbəst istifadəsinə maneə yaratmışdır, həmçinin iddiaçıya məxsus ev hüquqmüəyyənedici sənədlərdə nəzərdə tutulmuş ərazidə inşa olunmuş və cavabdehin həyətinə baxan pəncərələr texniki göstəriciləri ilə üst-üstə düşmüşdür. Bu baxımdan da, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, təmin edilə bilməz.

24. Bundan başqa, cavabdeh tərəf təkrar ekspertizanın təyin edilməsini xahiş etsə də, iş üzrə verilmiş ekspert rəyininin mötəbərliliyini şübhə altına ala biləcək, əsaslı, şübhədənkənar və təkzibolunmazlıqla bağlı tələblərə cavab verən sübut verə bilməmişdir.

25. Kol legiya cavabdeh tərəfin icraatın dayandırılmasına dair vəsatəti ilə bağlı isə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraatı 17 avqust 2023-cü il tarixli qərardadla Bakı İnzibati Məhkəməsinin icraatında olan işlə bağlı dayandırmış, həmin qərardaddan iddiaçının verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin olunmuş, mülki işlə inzibati işin əlaqəli olmadığı müəyyən edildiyindən birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı ləğv edilmişdir. Bu səbəbdən də, hazırkı mərhələdə cavabdehin verdiyi eyni əsaslara dair vəsatət əsassız olduğundan kollegiya tərəfindən təmin edilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 180.1, 180.2, 180.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 372.1, 372.6, 372.7, 384.0.1, və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

27. İlkin iddia üzrə cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin məhkəmə ekspertizasının rəyinə əsaslanması tamamilə əsassızdır. Belə ki, İddiaçı tərəfindən inşa edilmiş yaşayış evi tikinti normalarının pozulması ilə inşa edilmişdir. Digər tərəfdən qarşılıqlı iddia tələbi üzrə iddiaçı- Cavabdeh yaşayış otaqlarına baxan və təxminən 1-1,5 metr ara məsafədə inşa edilənlərə qoyulmuş pəncərələr Səbail rayon İcra hakimiyyəti tərəfindən təsdiq edilməmişdir. Məhkəmələr Cavabdeh ilkin iddia tələbinə qarşı verdiyi qarşılıqlı iddia tələbinin araşdırılması üçün heç bir araşdırma aparmamış, işə birtərəfli qaydada baxaraq qətnamə qəbul etmişlər. Bundan başqa “Texniki pasportunda dəyişiklik aparılmasının həvalə edilməsi barədə” Bakı İnzibati Məhkəməsinə verdikləri iddia ərizəsi ilə bağlı işin icraatının dayandırılması barədə vəsatəti də apellyasiya instansiyası məhkəməsi əsassız olaraq rədd etmişdir. Halbuki, iddia tələbi Bakı İnzibati Məhkəməsi tərəfindən icraata götürüldüyündən Azərbaycan Respublikası MPM-in 254.1.4-cü maddəsinə əsasən m əhkəmə qeyd edilən iddia tələbinə baxılıb nəticə verilənədək işin icraatı dayandırılmalı idi. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi yanlış nəticəni eyni ilə təsdiq etməklə Azərbaycan Respublikası MPM-nin 372.6 və 372.7-ci maddələrinin tələblərini yerinə yetirməmiş, məhkəmə hər iki iddia tələbi üzrə işə baxarkən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İlkin iddia üzrə iddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Maddə 29 (hissə 1). Hər kəsin mülkiyyət hüququ vardır.

32. Maddə 29 (hissə 1). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

34. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir.

35. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxd ıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə ilkin iddia üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət dir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

51. Kassasiya şikayətinin iddiaçı tərəfindən inşa edilmiş yaşayış evinin tikinti normalarının pozulması ilə inşa edilməsi il ə bağlı dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının inşa etdiyi yaşayış evinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin qeydin düzgün olmaması, yaşayış evinin tikinti normalarına uyğun olmaması barədə dəlillər isə hazırki iddia çərçivəsində deyil, cavabdehin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı üçüncü şəxs qismində cəlb edilməklə texniki pasportda dəyişiklik aparılmasının həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsində qaldırdığı iddia çərçivəsində araşdırılmalı məsələdir.

52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İlkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1331/2024 nömrəli 20 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar