Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2208/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Nümayəndə Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, cavabdehin etirazının dəlillərinin sübut edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı Nümayəndə Cavabdeh qarşı “borcun qaytarılması” pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-372/2025 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 22 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər araşında borc münasibətləri olub
2. Cavabdeh (bundan sonra “cavabdeh”) 30 noyabr 2023-cü ildə Nümayəndə (bundan sonra “iddiaçı”) hissə-hissə ödəmək şərtilə 8500 manat pul götürməsi barədə qəbz yazmışdır.
3. Mübahisə həmin münasibətlərdən doğub. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8.500 manat borcun, 105 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, 30 noyabr 2023-cü il tarixdə cavabdehə 8.500 manat məbləğində borca pul vermişdir. Cavabdeh 30 noyabr 2023-cü il tarixdə öz xətti ilə yazaraq iltizama imza atmış, iddiaçıdan 8.500 (səkkiz min beş yüz) manat borc almasını təsdiq etmiş, həmin borcu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı mübahisənin məhkəmədən kənar həlli üçün şifahi və rəsmi olaraq cavabdehə müraciətlər etmiş, cavabdeh borcun ödəniləcəyinə vəd versə də, borcunu qaytarmamışdır. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçıdan 2023-cü ildə 8.500 manat borc almamışdır. 2020-ci ildə 28 qram qızıl qoymaq şərti ilə 20%-lə iddiaçıdan 850 manat borca pul götürmüşdlür. Bir ilin faizini vaxtlı-vaxtında ödəmiş, lakin geri qalan ayların faizini vaxtında ödəyə bilməmişdir. Ukraynadan qaçqındır, himayəsində iki azyaşlı övladı vardır. Pulun faizini ödəyə bilmədiyinə görə iddiaçıya zəng etmiş və pulu ödəməyə gücü çatmadığını, faizi donduraraq onda olan qızılı satıb pulunu götürməsini demişdir. Bir müddət keçdikdən sonra iddiaçı tanımadığı bir nəfər qadınla onun yanına gəlmiş və xahiş etmişdir ki, ondan 8.500 manat məbləğində borc almasına dair qəbz yazıb ona versin, o da inanaraq iddiaçıdan 8.500 manat borc almasına dair qəbz yazaraq iddiaçıya vermişdir. Qəbz yazıb verdikdən sonra 250 manat da pul ödəmişdir. İddiaçı ödənilən pulu belə tələb edir.
7. Balakən Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, e-2(019)-92/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən qızından 8.250 (səkkiz min iki yüz əlli) manat borc pul və 101,85 manat ödənilmiş dövlət r üsumu olmaqla cəmi 8.351,85 (səkkiz min üç yüz əlli bir manat səksən beş qəpik) manatın alınıb iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Hümbət Səlimov)
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh 30 noyabr 2023-cü ildə iddiaçıdan 8.500 (səkkiz min beş yüz) manat borc pul almış, aldığı 8.500 manat borc pulu hissə-hissə qaytaracağına söz vermiş və bu barədə qəbz yazmışdır.Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh iddiaçıya ödəməli olduğu 8.500 manat puldan 250 manatı ödəmiş, qalan 8.250 manatı isə hazıra kimi ödəməmişdir.
9. Birinci instansiya məhkəməsi işin hallarını, cavabdehin 30 noyabr 2023-cü ildə iddiaçıdan 8.500 (səkkiz min beş yüz) manat borc pul almasını, bu barədə yazılı sən əd yazmasını, həmin sənəddə borcu hissə-hissə qaytarmağa söz verməsini, lakin aldığı borcdan yalnız 250 manat qaytarmasını, qalan 8.250 manatı qaytarmamasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən 8.250 manat borc pul alınıb iddiaçıya verilməlidir.
10. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçıdan 8.500 manat borc almamasını, 850 manat faizə borc götürməsi barədə dəlillərini qəbul etməyərək, göstərmişdir ki, cavabdeh öz dəlillərini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 442, 427.3, 445.2.1, 448.1, 529.3, 739.1, 739.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şi kayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazının dəlilləri ilə eyni məzmunda əsaslandırmışdır. (bax:6-cı bənd)
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(107)-372/2025 nömrəli qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilməyərək, Balakən Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, e-2(019)-92/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elman İsayev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Elçin Mehdiyev)
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, cavabdeh şikayətində iddiaçıdan borc pul almadığını qeyd etsə də işdə olan qəbzlə bunun əksi müəyyən edilir. Bundan başqa cavabdeh etirazının dəlillərini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 427.3, 442, 445.1, 445.2.1, 448.1, 739.1, 739.2, 740.1, 740.2, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 8.500 manat məbləğ verən şəxs ən azı notarial qaydada bunu edər və risk altına girməzdi. Həmçinin qəbzin məzmununda hissə-hissə ödəmək şərti ilə pulun götürülməsi qeyd edilsə də, hansı müddətdən-müddətə, hansı miqdarda, hansı tarixədək ödəniş ediləcəyi ilə bağlı bir cümlə belə yazılmamışdır. Bu cür qeyri-dəqiqliyin yeganə məntiqli açıqlaması o ola bilər ki, cavabdehin də qeyd etdiyi kimi o, iddiaçıdan cəmi 850 manat faizə pul götürmüş və faizi dondurması müqabilində iddiaçının dediyi məzmu nda qəbz yazmışdır. Həmin qəbzin reallığı əks etdirmədiyi ehtimalını gücləndirən digər məsələ isə 2023-cü ilin 30 noyabrında verildiyi deyilən məbləğə dair iddianın bir neçə il sonra qaldırılmasıdır, halbuki iddiaçı heç bir məbləğ ödənmədiyini bildirmişdir. Belə olduğu təqdirdə iddiaçının bu qədər müddət gözləyərək sonra iddia qaldırmasına məntiqli açıqlama tapmaq mümkün deyildir. Lakin təəssüf ki, apellyasiya instansiyası məhkəməsi qəbzin etibarlılığını yoxlamalı olduğu halda, bunu etməyərək əsassız qətnamə çıxarmaqla cavabdehin hüquqlarının kobud pozuntusuna səbəb olmuşdur. Məhkəmələr iddia qaldırılan zaman iddiaçının əsaslandığı yeganə “sübut” olan qəbzin etibarlılığını yoxlamamışdır. Həmin qəbzin məzmunu qeyri-dəqiq olmaqla birlikdə, cavabdehin izahatında bildirdiklərini təsdiqləyən ma hiyyətdədir. Yəni həmin qəbzdə qeyd edilən 8.500 manat deyil də, 850 manat faizə pul götürülmüşdür. Əfsuslar olsun ki, məhkəmələr adi kağız parçasına əsaslanmaqla cavabdehin hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşlar. İddiaçı əsaslandığı halları sübut etməyə borclu olduğu halda, sadə bir kağızla onu bu vəzifəsini icra etməsi qənaətinə gəlmək əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifə sinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3.Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməs i borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Madd ə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Kassasiya şikayətində cavabdeh qətnamə ni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.
26. İddia tələbi borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehin yazılı iltizamına istinad etmişdir.
27. Cavabdeh iddiaya etirazında və apellyasiya şikayətində qəbzdə göstərilən tarixdə və məbləğdə iddiaçından borc pul almadığını, əslində iddiaçıdan 2000-ci ildə 28 qram qızılı girov qoymaq şərtlə 20 faizlə borc götürdüyünü, faizləri ödədiyini, qızılın da satılmaq üçün iddiaçıda qalmasını, qəbzi iddiaçının xahişi ilə yazdığını bildirsə də, bu dəlillərini işə mahiyyəti üzrə baxan məhkəmələrdə sübuta yetirə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə lidir.
28. Nəzərə alınsa ki, mülki prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh etirazının əsası kimi sübut etməli idi. Qeyd edildiyi kimi, iddiaçı tələbinin əsası kimi cavabdehin yazdığı iltizama istinad etsə də, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları işə mahiyyəti üzrə baxan məhkəmələrdə sübut edə bilməmişdir. Hazırda kassasiya şikayətinin həmin hallarla bağlı dəlilləri də, bu baxımdan, əsassızdır.
29. Buna görə də məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin dəyərləndirməsi ilə razılaşır.
30. Belə ki, apellyasiya məhkəməsi işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüqu qi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübut etmə yükünü düzgün bölüşdürməklə işdəki sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-372/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.