Məhkəmə qərarları › İş №2(102)-2209/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2209/2020

23.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2209/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X15 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı1 və vəkili X9 iştirakı ilə, İddiaçı1 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X3rşı mənzildə yaşamaq hüququnun bərpa olunması tələbinə dair ilkin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X4 cavabdeh İddiaçı1 qarşı mənzilin ayrılması barədə orderin etibarsız hesab edilməsi və cavabdeh İddiaçı1 qızı X10 həmin otaqdan qeydiyyatdan çıxarılması barə də qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X12 tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim İ.Mahmudov) xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilmiş, Sumqayıt şəhəri, S.Vurğun küçəsi 134-də yerləşən yataqxananın 1 saylı otağının İddiaçı1 ayrılması barədə order etibarsız hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən E.Rəhimov, hakimlər G.Tağızadə və T.Quliyev) qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkə məsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X12 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edi lməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı1 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 8/12 saylı yataqxananın 1ci otağında yaşamaq hüququnun bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X5rşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, S.Vurğun küçəsi 134-də yerləşən yataqxananın 1 saylı otağının İddiaçı1 ayrılması barədə orderin etibarsız hesab edilməsi və iddiaçının qızı X11 həmin otaqdan qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyas ı məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda göstərilən halları ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, İddiaçı1 ünvan 1 ünvanda daimi qeydiyyatdadır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, X6 müdriyyətinin, Həmkarlar Komitəsinin və MMK-nın xx.xx.1993-cü il tarixli protokoluna əsasən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 8/12 saylı yataqxananın 1-ci otağının orderinin İddiaçı1 adına verilməsi qərara al ınmışdır Bundan başqa iş materiallarından görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 8/12 saylı yataqxananın 1-ci otağıSum məcburi köçkün X16 tərəfindən zəbt edilmiş və sonuncu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda iş materiallarından görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi 134- də yerləşən 8/12 saylı yataqxananın 1 saylı mənzili xx xxxx 2018-ci il tarixli dövlət və ictimai fondu evlərində yaşayış sahəsinin kirayəsi müqaviləsi əsasında Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən X1 verilmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, idiaçı İddiaçı1 X6 Həmkarlar Komitəsinin xx.xx.1993-cü il tarixli protokolu ilə Sumqayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı mənz ili ayrılmışdır. Lakin məlum hadisələrlə bağlı həmin otaq Cəbrayıl rayonundan gəlmiş məcburi köçkün X14 tərəfindən zəbt edilmiş və sonuncu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı1 iradəsindən asılı olmayan səbəbdən mübahisəli otağa köçüb orada yaşaya bilməmişdir. Eyni zamanda orderin qanuni əsaslarla verilməsini tərəflərdən heç biri mübahisələndirməmişdir, yəni orderin etibarsızlığı üçün hər hansı bir əsas yaranmamışdır. Ona görə də apelyasiya instansiyası məhkəməsi orderin etibarsızlığı tələbi barədə qaqrşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə çıxarmaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Bundan əlavə apelyasiya instanisyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki vəziyyətdə yaşayış sahəsində istifadə hüququnun bərpası barədə iddia tələbi də təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2018-ci il tarixli dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayəsi haqqında müqavilədən görünür ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən X2 Sumqayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi 134- də yerləşən 8/12 saylı yataqxananın 1 saylı mənzili kirayəyə verilmişdir. Ona görə də iddiaçı yalnız həmin müqvilə ləğv və ya etibarsız hesab edildiyi təqdirdə hazırki tələblə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiy ası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X4 kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar