Məhkəmə qərarları › İş №2(102)-221/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-221/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-221/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh qarşı “kredit borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedic isi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7340/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14.10.2013-cü il tarixli, 68/2013 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 11.550 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat üsulu kimi ipoteka saxlayan "xxxx" (İddiaçı) ASC ilə İpoteka qoyan Cavabdeh arasında “14.10. 2013-cü il tarixli, 68 /2013 saylı ipoteka müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə görə mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan “VOLKSWAGEN PASSAT” minik markalı (dövlət qeydiyyat nişanı - **-GC-***, buraxılış ili - 2009, ban - WVWZZZ3CZ9P040326, rəngi - Ağ) nəqliyyat vasitəsi ipotekaya qoyularaq yüklü edilmişdir. 30.09.2019-cu il tarixli, **********32 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh banka olan əsas kredit borcu 9352,02 manat, faiz borcu 3337,67 manat, 4381,82 manat cərimə üzrə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu isə 1381,90 manat, cəmi 18453,41 manat təşkil edir. 25.05.2016-cı il tarix təhvil təslim aktının surətindən görünür ki,Cavabdeh məxsus Volksvagen Passat markalı, ** GC *** qeydiyyat nömrəli avtomobil Texnika banka təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhk əmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 18453,41 manat, bundan 9352,02 manat əsas, 3337,67 manat faiz, 4381,82 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1381,90 manat faiz və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və yaranmış borc məbləğinin Cavabdeh məxsus olan “Volkswagen Passat” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin a çıq hərrac vasitəsilə satılaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 izahatında bildirmişdir ki, iddia tələbi üzrə ipoteka predmeti banka təhvil verildiyindən və iddia müddəti ötdüyündən tələbin rədd edilməsini xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin (hakim Adilə Paşayeva) 12 aprel 2021ci il tarixli, 2(008)-2088/21 nömrəli, qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi 14.10.2013-cü il tarixdə bağlanmış və 13.10.2016-ci il müqavilənin bitmə tarixi olmuşdur. Məhz həmin tarixdən etibarən müvafiq iddia müddətinin axımı başlanmışdır. Qanunvericilikdə göstərilən müqavilə tələbi üzrə 3 illik müddət hazırki mübahisəyə tətbiq edildikd ə, o zaman iddiaçı hazırki tələblə iddia müddətinin bitməsindən 4 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bütün göstərilənləri nəzərə alaraq məhkəmə hesab dir ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməli və iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373, 375.1, 375.2, 377.1, 377.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitus iya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarları ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin şifahi izahatına əsaslanaraq iddia müddətini tətbiq etmişdir. Həmçinin iddiaçı hazırki kreditlə bağlı ilk dəfə 08 oktyabr 2019-cu il tarixdə iddia ilə iddia müddəti ərzində müraciət etdiyindən iddia müddətinin axımı həmin tarixdə kəsilmiş və fasilədən sonra iddia müddəti yeni dən başlamışdır. Bundan başqa iddiaçı fərmanla bağlı olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Belə ki, borcluya bildiriş göndərərək, yeni müqavilə bağlanması üçün xəbərdarlıq etmiş, həmçinin müraciət etmək üçün müddəti gözləmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh yeni müqavilə imzalanması üçün üzərinə düşən öhdəliyə laqeyd yanaşmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim Məhərrəmova Şeydasədrlik edən və məruzəçi, Məmmədov Məmməd və İbayev Vəfaddin) 08 sentyabr 2021-ci il tarixli 2 (103)-7340/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2088/21 saylı 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə koll egiyası hesab etmişdir ki, müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 13 oktyabr 2016-cı il tarixdən hesablanmalıdır. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iş materiallarında olan cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsi xahiş edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən şifahi deyil, qanunun tələbləri baxımından iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim edilmişdir. Digər tərəfdən iddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə istinad etmişdir. Lakin həmin maddənin tətbiqi hazırki iş üzrə yol verilməzdir, belə ki, iddiaçı ilk dəfə məhkəməyə müraciət etdikdə, iddia tələbi baxılmamış saxlanılmışdır ki, həmin halı tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381-ci maddəsi mövcuddur. Göründüyü kimi iddiaçı ilk dəfə 08 oktyabr 2019-cu il tarixdə iddia ilə məhkəməyə müraciət etmiş olsa belə, həmin iddia tələbi baxılmamış saxlanılmış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381-ci maddəsinə əsasən iddia müddətinin axımı ümumi qaydada davam etmişdir, iddiaçı isə hazırki iddia tələbini ilk iddianın baxılmamış saxlanılması üçün əsas olan halın bitməsindən bir ildən çox keçdikdən sonra məhkəməyə mürac iət etmişdir - Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 31 dekabr 2019-cu il tarixdə bitmiş, hazırki iddia isə 05 fevral 2021-ci il tarixdə verilmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-7340/2021 saylı, 08.09.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunması və ya işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edəsiniz. Hər iki in stansiya məhkəməsi sözügedən qətnaməni əsaslandırarkən prosessual pozuntuya yol verilmişdir.belə ki, birinci instansiya icraatı zamanı məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi yalnız şifahi şəkildə iddia müddətinin tətbiq edilməsini bildirmiş, yazılı şəkildə ərizə və yaxud vəsatət təqdim etməmişdir. İddiaçının nümayəndəsi ərizənin surətini təqdim edərək məhkəmədən həmin ərizəyə münasibət bildirilməsi üçün vaxt tələb etmişdir. Lakin, məhkəmə cavabdehin şifahi izahatının kifayət etdiyini bildirmişdir. Lakin sonradan apellyasiya instansiya icraatı zamanı Bankın nümayəndəsi tərəfindən iş materiallarında iddia müddətinin tətbiqi ilə bağlı ərizənin olmadəğını, hakimin sadəcə bu barədə şifahi izahatının kifayət etdiyini bildirsə də, apellyasiya instansiyası məhkəməsinin hakimi iş materiall arinda belə ərizənin olduğunu bildirmişdir. Birinci instansiya icraatı zamanı təqdim edilməyən ərizənin sonradan necə iş materiallarında olması çoxlu suallar yaratsa da, cavabını tapmaq mümkün olmamışdır. Məsələyə obyektiv yanaşılması üçün hakimə iddia müddətinin tətbiqi ilə bağlı ərizənin mülki işə əlavə edilməsi faktı araşdırılmalı olduğu bildirilsə də hakim buna münasibət bildirməmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə ilk dəfə 08.09.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edilmiş, mülki iş hakim Zaur Hacıyevin icraatına verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini 2(008)7413/2019 saylı 04.12.2019-cu il tarixli qərardadı ilə mülki iş Azerbaycan Res publikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azerbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanına əsasən baxılmamış saxlanılmalıdır. Qərardadda qeyd olunmuşdur ki, Məhkəmə qeyd edir ki, analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənarhəlli qaydası fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayər etmək imkanlarını itirilmədiyindən iddia tələbi baxılmamış saxlanılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini 2(008)7413/2019 saylı 04.12.2019-cu il tarixli qərardadından iddiaçı şikayət vermişdir. Məhkəmə şikayəti təmin edilməyərək mülki işi şikayətlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2574/2020 saylı 17.02.2020-ci il tarixli qərardadı ilə iddi açının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini 2(008)7413/2019 saylı 04.12.2019-cu il tarixli qərardadından şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadında qeyd olunmuşdur ki,”Şikayətdə göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırki qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası qeyd olunan «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yeni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş ağlabatan müddət bankların ziyanına istifadə oluna bilməz. Bu da o deməkdir ki, hazırki kreditlə bağlı iddiaçı 08.10.2019-cu il tarixdə iddia ilə iddia müddəti ərzində müraciət etdiyindən iddia müddətinin axımı həmin tarixdə kəsilmiş və fasilədən sonra iddia müddəti yenidən başlanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə ic lasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarmas ı üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: Maddə 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; Maddə 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; Maddə 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; Maddə 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqd a; Maddə 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; Maddə 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Maddə 379.2. Fiziki şəxslərin həyatına və ya sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsi haqqında iddialar üzrə iddia müddətinin axımı həmçinin fiziki şəxsin müvafiq orqana pensiya və müavinət təyin edilməsi haqqında müraciəti ilə əlaqədar olaraq pensiya və ya müavinət təyin edilənədək və ya təyin etməkdən imtina olunanadək dayandırılır. Maddə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərd ə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətna mə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və əsasən apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Belə ki, iddiaçı apelyasiya şikayətində olduğu kimi, kasasiya şikayətində də cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin birinci instansiya məhkəməsinə təqdim edilmədiyinə, ərizənin sonradan müəmmalı şəkildə iş materiallarına əlavə edilməsinə, həmçinin də iddiaçı tərəfindən iddia müdddətinin restrukturizasiya ilə bağlı tədbirlərin həyata keçirilməsinə sərf edilmiş müddət nəzərə alınmaqla ötürülmədiyinə istinad edir. İlkin olaraq iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinin iş materiallarına sonradan əlavə edilməsi barədə dəlil üzrə qeyd edilməlidir ki, iddiaçı həmin ərizənin sonradan iş materialları na əlavə edilməsini kassasiya şikayətində göstərmiş olsa da, 12.04.2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, həmin ərizə iddiaçının nümayəndəsinin iştirakı ilə məhkəmə iclasında cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Mülki Prossesual Məcəlləsinin 271.1-ci maddəsinə əsasən məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Mülki prosessual qanunvericilik tərəfləri məhkəmə iclasında baş verənlərin təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, protokolda əks olunanlarla razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qanunvericilik nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməlidir. Baxılan iş üzrə iddiaçı birinci instansiya məhkəməsinin tərtib etdiyi məhkəmə iclas protokollarına qeydlər verməmişdir. Odur ki, iddiaçının qeyd edilən dəlili əsaslı hesab edilə və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Bununla yanaşı, iddiaçının müddətin ötürülməməsi ilə bağlı kasasiya şikayətində istinad etdiyi xüsusatlarla bağlı qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemi kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı hazırki iddia mü ddətinin axımını dayandırmamışdır. Çünki əvvəla Fərmanın özündə bu barədə müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, Mülki Məcəllənin 379.1.3-cü maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyətinin (Nazirlər Kabinetinin) öhdəliklərin icrası üçün moratoriumu da yoxdur. İkincisi isə, iddiaçının da qeyd etdiyi kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu il dekabrın 31-də başa çatması göstərilmişdir. Həmin müddət başa çatdıqdan bir ildən artıq müddət keçəndən sonra, yəni 05.02.2021-ci il tarixində məhkəməyə müraciət edilmişdir ki, bu müddət də «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanla müəyyən edilən zəruri prosedurlara sərf edilmiş iddia müddətinə daxil olmayan ağlabatan müddət hesab edilə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində apelyasiya kollegiyası tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi münasibətdə dəyişdirilmədən saxlanılmalı, kasa siya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7340/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar