Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2210/2024 29.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 428/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şik ayətinə 29 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt şəhərində Şəhidlər Xiyabanının və şəhərin bir neçə küçələrində abadlıq və təmir işlərinin aparılmasına dair açıq tender elan olunmuşdur. İddiaçı Cavabdeh2 sifarişi əsasında tikinti materiallarını ona təhvil vermiş, Cavabdeh2 isə həmin materialların pulunu tam ödəməmişdir.
2. Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi izahatda Cavabdeh2 İddiaçı ümumilikdə 817000 manatlıq tikinti materialları götürməsini, həmin vəsaitin 650000 manatını ödəməsini, 167000 manatın isə borc qismində qaldığını bildirmişdir. 3. "xxxx" MMC-nin direktoru Cavabdeh2 Sum qayıt Şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərmişdir ki, Sumqayıt şəhəri Şəhidlər Xiyabanında görülmüş yenidən qurma və abadlıq işlərini tamamlandıqdan sonra ödənilməmiş vəsaitlə əlaqədar aralarında yaranmış anlaşılmazlıq aradan qaldırılmışdır. Ona çatacaq vəsait tam ödənilmişdir, borc qalmamışdır, Şəhidlər Xiyabanına dair iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 236.000 manat pulun cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyəti və Cavabdeh2 alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhərində Şəhidlər xiyabanı və istirahət parkının inşası zamanı Sumqayıt Şəhər İcra Hakimiyyətinə ümumi dəyəri 276.000 manatlıq tikinti və dekorasiya materialları vermişdir. İddiaçı bu materialları “Çanakqala” kafel, metlax və keramika mağazasından, Balaxanıda yerləşən daş sexindən və “Sədərək” TM-dən alıb vermişdir.
6. Materiallar bunlardır:
1. Kerma qranit 45x45, 400.00/xx.xx/6400.00;
2. Kermo qranit 45x45, 400.00-xx.xx/6400.00; 3. Кеrmo qranit 45x45, 400.00-xx.xx/6400.00,
4. Kermo qranit 45x45, 400.00-xx.xx/6400.00, cəmi 25600.00 man.; 1.Tamet 20x10 adi578.00/8.50/4913.00; 2.Tamet 20x10 adi578.00/8.50/4913.00; 3.Setka aqlay80.00/4.00/320.00; 4.Nəqliyyat tamet 4.00/200.00/800.00;
5. Nəqliyyat setka qazel1.00/50.00/50.00;
6. Fəhlə tamet avtokar 1.00/50.00/50.00, cəmi 11046.00 man.; 1.Armatur 12 mm tonal (Ba ku Steel)- 2.20/12xx.xx/2750.00; 2.Armatur 14 mm tonla (Baku steel)-6.40/12xx.xx/8000.00; 3.Armatur 16 mm tonla (Baku steel)-3.20/12xx.xx/4000.00;
4. Armatur 18 mm tonla (Baku Steel)-2.60/12xx.xx/3250.00;
5. Katinka 8 tonla2.40/13xx.xx/3120.00; 6. fəhlə1.00/20.00/20.00;
7. Nəqliyyat-1.00/160.00/160.00, cəmi 21300.00 man.;
1. Armatur 12 mm tonla-4.70/11xx.xx/5428.00;
2. Armatur 14 mm tonla 7.30/10xx.xx/7738.00;
3. Armatur 16 mm tonla-2.10/10xx.xx/2226.00;
4. Armatur 18 mm tonla- 2.40/10xx.xx/2544.00;
5. Katinka 8-14400.00/0.60/200.00;
6. Məftil yanmış 80.00/2.50/200.00;
7. Fəhlə-1.00/20.00/20.00; 8.Nəqliyyat-1.00/160.00/160.00, cəmi 26956.50 manatş
7. Bundan əlavə bu materallarda verilib:
1. Mismar 70-25.00/2.40/60.00;
2. Mismar 100-25.00/2.40/60.00;
3. Dupel 100-15.00/5.00/75.00;
4. CilozT UT-1800.00/2.50/4500.00; 5-Ciloz açarı-2.00/80.00/160.00;
6. Taxta 5x10 10.00/4xx.xx/4500.00;
7. Dikt 18mm147.00/xx.xx/7497.00, cəmi 16852.00 man.; 1.Armatur 18 mm tonla2.00/11xx.xx/2200.00;
2. Armatur 16 mm tonla 1.50/11xx.xx/1650.00;
3. Armatur 14 mm tonla-2.40/11xx.xx/2640.00; 4.Armatur 12 mm tonla- 2.60/11xx.xx/2860.00;
5. Nəqliyyat1.00/300.00/300.00, cəmi 9650,00 man. və digər inşaat materialları cəmi 276.000 manat.
8. Bu borcdan 40.000 manat ödənilib, yerdə qalan 236.000 manatı isə cavabdehlər borclu qalıblar və ödəməkdən yayınırlar.
9. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin Sumqayıt Şəhər İcra Hakimiyyətinə münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, İcra Hakimiyyəti iddiaç ıdan heç bir tikinti və dekorasiya materialları almamışdır. Sözügedən materialların götürülməsi ilə bağlı müqavilə olsa belə, bu müqavilə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmışdır. Cavabdeh2 Sumqayıt Şəhər İcra Hakimiyyətinin işçisi deyil. Cavabdeh2 sözügedən işləri görməsi barədə İcra Hakimiyyətində məlumat yoxdur.
10. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, göstərmişdir ki, Sumqayıt şəhərində olan bərpa işləri ilə bağlı sənədlər araşdırılsa, görünərki, müqavilə bağlayanla iş görənlər başqa-başqa şəxslərdir. Cavabdeh2 etibar etdiyi şəxslərlə iş görmüş, görülən işlər üçün lazımi materiallar almışdır. Cavabdeh2 nəinki iddiaçıdan, digər şəxslərdən də tikinti və dekorasiya materialları götürmüşdür. İddiaçıya borc məbləğinin bir qismi ödənilmişdir. Əslində cavabd eh sifarişçi orqan olmalıdır.
11. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubunda qeyd edilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Tikinti şöbəsinin rəisi – baş memar vəzifəsində işləyən X1 Cavabdeh2 tərəfindən barəsində rüsvayedici məlumatların yayılacağı hədəsi faktına dair Sumqayıt şəhər prokurorluğundan Baş İdarəyə daxil olmuş material üzrə araşdırma aparılmaqla 27 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Cavabdeh2 bir neçə şəxsdən borc pul və nisyə inşaat malları alaraq borcunu qaytarmaması xüsusatları mülki hüquqi xarakterli olduğundan, tərəflərə aidiyyə ti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Bundan başqa, araşdırma zamanı Cavabdeh2 izahatında bildirmişdir ki, İddiaçı ümumilikdə 817000 manatlıq tikinti materialları götürmüş, həmin vəsaitin 650000 manatını ödəmiş, 167000 manatı isə borc qismində qalmışdır.
12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3931/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 167.000 (bir yüz altmış yeddi min) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə və cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə münasibətdə təmin edilməməsi qət edilmişdir. (hakim Şəbnəm Həxiyeva)
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 iddiaçıdan ümumilikdə 817000 manatlıq tikinti mate rialları götürdüyünü, həmin vəsaitin 650000 manatının ödədiyini, 167000 manatının isə borc qismində qaldığını Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində etiraf etmiş, habelə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, həmin pulu iddiaçıya geri qaytarmamışdır. Buna görə də ödənilməmiş məbləğ 167.000 manat məbləğində müəyyən edilməklə, həmin məbləğdə pul Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.
14. İddianın cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə münasibətdə və qalan 69.000 manat hissəsi ilə bağlı isə birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçı cavabdehlərin ona 236.000 manat məbləğində borclu olduqlarını bildirsə də, borcun məhz Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilməli olmasını və həmin məbləğdə olmasın ı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yalnız 167.000 manatla bağlı Cavabdeh2 etirafı iş materiallarında öz əksini tapmışdır.
15. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi qaimələrlə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin qaimələrin “təhvil aldım” hissələrindəki imzalar cavabdehlərə aid deyildir. Buna görə də həmin qaimələr iş üzrə sübut kimi qəbul edilə bilməz.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 386.1, 425.1, 442, 777.1, 777.2, 783.1, 783.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 89.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
18. Apellyasiya şi kayəti belə əsaslandırılmışdır: - məhkəmənin istinad etdiyi ifadə məhkəmə portalına yerləşdirilməmişdir. Məlumatları olmadığına görə həmin ifadə ilə tanış olmaq imkanları olmamışdır. - həmçinin Cavabdeh2 ona borcların tam ödənilməsi barədə ərizəsi ilə əlaqədar məhkəmədə məlumat vermişdir ki, həmin ərizələr həqiqəti əks etdirmir. Hazırda da Cavabdeh2 ona olan borcun ödənilməsinin təmin edilməsi barədə müxtəlif dövlət orqanlarına şikayət ərizələri ünvanlayır. Bütün bunlar Cavabdeh2 ödənilməli olan borcun ödənilməməsinə dəlalət edir; - bundan başqa, məhkəmə mülki işi araşdırarkən Cavabdeh2 rəhbəri olduğu MMCnin Sumqayıt şəhərində aparılan abadlıq işlərinə nə kimi aidiyyəti olmasına, tenderin keçirilib-keçirilməməsinə, tenderin qalibinin kim olmasına və tenderin qalibinin hazırkı işlə nə əlaqə si olmasına əhəmiyyət verməmiş, işin bu halları araşdırılmamışdır. Tender qalibinin deyil, Cavabdeh2 abadlıq işlərinə hansı səbəbdən cavabdeh olması müəyyən edilməmişdir. - məhkəmə iddiaçı ilə Cavabdeh2 arasında olan qarşılıqlı münasibəti tam araşdırmamış, onların arasında yaranmış münasibətlərə qiymət verməmişdir. Əslində bu münasibətlərdə Cavabdeh2 iddiaçı ilə digər cavabdeh arasında formalaşmış münasibətlərdə vasitəçi olmuş, aldığı tapşırıq və göstərişləri tənzimləmiş, təmir və abadlıq işlərinin görülməsi üçün lazımi tikinti materialları sifariş etmişdir. Tikinti materialları da Sumqayıt şəhərində aparılan təmir və abadlıq işlərinə sərf edilmişdir. Lakin sifarişçi təşkilat tender üçün ayrılan məbləği tenderin qalibi olmuş təşkilatın hesabına ödəsə də təmir və abadlıq işlərinə sərf edilm əmişdir. İşin faktiki hallarından məlum olur ki, görülən işlərin dəyəri iş üzrə digər cavabdehdədir. İşləri görən şəxslərə müvafiq ödənişlər ödənilmir. Yəni, burada əsas cavabdeh sifarişçi təşkilatdır. Bu məsələləri də sifarişçi təşkilat həll etməlidir. Lakin məhkəmə işin bu hallarına əhəmiyyət verməmiş həmin hallara müvafiq maddi hüquq normalarını tətbiq etməmişdir. Əksinə, həmin cavabdehə münasibətdə əsassız olaraq iddia rədd edilmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-428/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli, İlqar Dəmirov)
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında tikinti materiallarına dair alqı-satqı əməliyyatlarının olması işin mübahisəsiz halıdır. İddiaçı 236.000 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsini xahiş edir və iddia tələbinin əsası kimi təhvil verilmiş malların dəyərinin iddiaçıya ödənilmədiyinə, Cavabdeh2 isə alınan tikinti materiallarının Sumqayıt şəhərində aparılan təmir və abadlıq işlərinə sərf edildiyini, lakin görülən işin dəyərinin Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilmədiyinə istinad edir.
21. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, alğı-satqı müqavilələrindən irəli gələn münasibətlərin mahiyyətinə uyğun olaraq, satıçı əşyanı alıcıya vermək öhdəliyini daşıyır, alıcının öhdəliyi əşyanı qəbul etməklə onun qiymətinin ödənilməsindən ibarətdir. İşdən görü nür ki, iddiaçı tikinti materiallarını Cavabdeh2 vermiş, lakin sonuncu materialların dəyərini ödəməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubuna əsasən işin müəyyən olunmuş hallarına görə hesab etmişdir ki, Cavabdeh2 təhvil aldığı malların dəyərini ödəmədiyindən iddiaçının mövcud tələbi əsasında cavabdehdən 167.000 manatın alınaraq iddiaçıya qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin mahiyyətinə uyğun olmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə münasibətdə təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə izah etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında alğı-satqı əməliyyatlar ı olmuş, iddiaçı ilə bilavasitə Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında alğı-satqı əməliyyatlarının olması barədə hər hansı sübut təqdim edilməmişdir. Əksinə, məhkəmə iclasında müəyyən edilmişdir ki, görülən işlər üçün tələb olunan mal-materialların iddiaçıya sifarişi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən deyil, bilavasitə Cavabdeh2 tərəfindən verilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 385.2, 442, 567, 598, 780-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün yenidən apellyasiya baxışına göndərilməsini xahiş etmişdi r.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iddiaçı ilə Cavabdeh2 arasında olan qarşılıqlı münasibəti tam araşdırmamış, onların arasında yaranmış münasibətlərə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası Mülki Məcəllənin 567 və 598-ci maddələrini Cavabdeh2 münasibətdə düzgün tətbiq etməmiş, apellyasiya şikayətində göstərilən sübutları və dəlilləri araşdırılmamış, onlara hüquqi qiymət verilməmişdir. Qətnamədə şikayətdə göstərilən dəlillərin rədd edilməsini səbəbləri qeyd edilməmiş, dəlillərə əhəmiyyət verilməmiş, qətnamədə bu sübutlara münasibət bildirməmişdir. Həmçinin “Dövlət satınalmaları haqqında” Qanunun müddəaları da tətbiq edilməli olduğu halda məhkəmə buna əməl etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassa siya şikayətinə qarşı yazılı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, malla rda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtınd a ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Maddə 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Maddə 598.5. Alğı-satqı müqaviləsinə uyğun olaraq satıcının alıcıya təkcə onun ödədiyi əşyaları deyil, digər əşyaları da verməyə borclu olduğu hallarda satıcının ixtiyarı var ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əvvəl verilmiş əşyaların hamısı tam ödənilənədək həmin əşyaların verilməsini dayandırsın. Maddə 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. Maddə 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin. Maddə 780.4. Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası m əhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxark ən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işi n faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassas iya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas yoxdur.
32. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
33. İddia tələbi alqı-satqı müqaviləsi əsasında malın qalıq dəyərinin tutulması barədə olmuşdur.
34. Tərəflər arasında tikinti materiallarına dair alqı-satqı əməliyyatlarının olması işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Cavabdeh2 iddiaçıdan ümumilikdə 817000 manatlıq tikinti materialları götürməsini, həmin vəsaitin 650000 manatını ödəməsini, 167000 manatın isə borc qismində qaldığını Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi izahatında təsdiq etmişdir. Həmçinin bu izahatın doğruluğuna dair Cavabdeh2 işə mahiyyəti üzrə baxan məhkəmələrə hər hansı etiraz bildirməmişdir.
35. Nəzərə alınsa ki, Mülki Məcəllənin 598.3-cü maddəsinə görə alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər, belə olan halda iddia tələbi üzrə gəlinən nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur. 3
6. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 567 və 598-ci maddələrini Cavabdeh2 münasibətdə düzgün tətbiq etməməsi barədə kassasiya şikayətinin dəlillər də əsassızdır.
37. Kassasiya şikayətinin mübahisəyə “Dövlət satınalmaları haqqında” Qanunun müddəalarının tətbiq edilməli olması barədə dəlilinə gəldikdə, qeyd edilməlidir ki, tərəflər arasındakı yaranmış hüquq münasibətinin həmin Qanunun nizama saldığı hüquq münasibətləri ilə hər hansı əlaqəsinin olması məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-428/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.