Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2211/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X14, iddiaçı X9 və digərlərinin (cəmi 10 nəfər) vəkili X22, Cavabdeh1 xxx oğlu, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X10 və vəkili X11 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxqətnaməsindən iddiaçılar X9, İddiaçı2, X6, X3, X4, X15, X12, X7, X16 və xxx oğlunun kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Quba R ayon Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2(027)-914/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.T.Həsənov) iddiaçılar İddiaçı1 sex rəisi X1 vərəsəsi X9, İddiaçı2, X6, X3, xxx oğlu, X4, X15, X13, X7, X8 cavabdehlər Cavabdeh1 xxx oğlu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “əmlak kompleksi kimi müəssisəyə dair keçirilmiş hərracın və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddiası qismən təmin edilərək, Azərbaycan Respublikası ƏMDK-nin yanında Hərracların Təşkili üzrə x Mərkəzi tərəfindən keçirilmiş 04 aprel 2017-ci il tarixli, 05 saylı hərracın nəticələri və həmin hərracın nəticəsində X19 ilə Cavabdeh1 xxx oğlu arasında bağlanılmış 05 aprel 2017-ci il tarixli, 3350 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına rəsmiləşdirilmiş hüquqların dövlət qeydiyyatı haqqında 28 dekabr 2017-ci il tarixli Çıxarışın ləğv edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ayrı-ayrılıqda qətnamədən apelyasiya şikayətləri veriblər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxqətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, L.M.Məmmədova və F.Ə.Məmmədov) apelyasiya şikayətləri təmin edilərək, iş üzrə Quba Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsi qismən“qeyri-yaşayış obyektinə dair hərracın və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilmə si” hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunub və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. İddiaçı Rəna Fətullayeva və digərləri (cəmi 10 nəfər) qətnamədən kasasiya şikayəti veriblər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçılar məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, İddiaçı1 (ümumi sahəsi 1.304,5 kv.metr; torpaq sahəsi 6.963,9 kv.metr təşkil edən) dair Azərbaycan Respublikası ƏMDK-nin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 04 aprel 2017-ci il tarixli, 05 saylı hərracın nəticələrinin və həmin hərracın nəticəsində X32 Orucov arasında bağlanılmış 05 aprel 2017-ci il tarixli, 3350 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına r əsmiləşdirilmiş hüquqların dövlət qeydiyyatı haqqında 28 dekabr 2017-ci il tarixli Çıxarışın ləğv edilməsi, eləcə də cavabdehlərdən onların xeyrinə dəymiş maddi ziyana görə 30.000 manat və mənəvi ziyana görə 20.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş ediblər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçılar xxx, İddiaçı2, xxx, xxx, xxx, xxx, xxx, xxx, xxx və xxx vəkili xxx kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi xx və vəkili xxx məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçılar xxx, İddiaçı2, xxx, xxx, xxx, xxx, xxx, xxx, xxx və xxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində ləğv edib, həmin hissədə iddianı rədd edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, iddianın təmin olunması üçün əsasların müəyyən edilməməsinə, iddiaçıların cavabdehlərə qarşı hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamalarına, Cavabdeh1 mübahisəli qeyri-yaşayış sahəsini vicdanlı əldə etməsinə, cavabdehlərin təqsiri üzündən iddiaçılara maddi, mənəvi ziyan dəyməsinin mülki iş materialları ilə təsdiq edilməməsinə isti nad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 140, 152.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Quba x saylı Konserv Zavodunun direktorunun 14 may 1992-ci il tarixli, 37/k say lı əmri ilə təsisçisi Zavod olmaqla, İkinci Nügədi meyvə emalı sexi İddiaçı1 kiçik müəssisəsi kimi 15 may 1992-ci il tarixdən müstəqil fəaliyyətə balayıb və Emal sexinin rəisi xx isə İddiaçı1 kiçik müəssisəsinin direktoru vəzifəsinə təyin edilib. Eyni zamanda həmin əmrlə İddiaçı1 kiçik müəssisəsinin müstəqil fəaliyyətə başlaması ilə əlaqədar olaraq meyvə emalı sexinin fəhlə və qulluqçuları köçürmə yolu ilə işdən azad edilib. Bundan sonra, Quba rayon İHB-nın 24 fevral 1992-ci il tarixli, 64 saylı sərəncamına əsasən, Quba x saylı Konserv Zavodu tərəfindən təsis edilmiş mövcud sexlərin bazasında yaradılmış İddiaçı1 kiçik müəssisəsinin Nizamnaməsi qeydə alınıb. Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respubl ikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.3 və 7.7-ci bəndlərinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin 30 may 2014-cü il tarixli, 160 saylı Sərəncamı ilə İddiaçı1 kiçik müəssisəsinin bazasında İddiaçı1 təsis edilib və Nizamnaməsi təsdiq edilib. Həmin Nizamnamənin 1.1 və 3.2-ci bəndlərinə görə, qeyd olunan Cəmiyyət İddiaçı1 kiçik dövlət müəssisəsinin bazasında təsis edilib və onun hüquqi varisidir. Cəmiyyətin nizamnamə kapitalındakı 100 faiz pay dövlətə məxsusdur və dövlətin adından payın mülkiyyətçisi hüquqlarını Azərbaycan Respublikası ƏMDK həyata keçirir. 24 iyul 2014-cü il tarixdə Cəmiyyət yeni təşkilatihüquqi formada 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb və Cəmiyyətə qanuni təmsilçi kimi X23 təyi n edilib. Eyni zamanda işdən görünür ki, Azərbaycan Respublikası ƏMDK 27 yanvar 2017-ci il tarixli, 13 saylı sərəncamı ilə 100 faiz nizamnamə kapitalı dövlətə məxsus olan İddiaçı1 hərrac yolu ilə özəlləşdirilməsi qərara alınıb. “Hərracın yekunları haqqında” 04 aprel 2017-ci il tarixli, 01 saylı Protokola əsasən, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən, ümumi faydalı sahəsi 1.304,5 kv.metr, torpaq sahəsi 6.963,9 kv.metr olan İddiaçı1 Azərbaycan Respublikası ƏMDK tərəfindən 100.000 manata Cavabdeh1 satılıb və bu barədə onlar arasında “Daşınmaz əmlakın alqı-satqısına dair” 05 aprel 2017-ci il tarixli, 3350 saylı müqavilə bağlanıb və həmin müqaviləyə əsasən qeyd olunan əmlak kompleksi kimi müəssisə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeyd alınıb və bu barədə sonuncunun adına “Hüquqların dövlət qeydiyyatı haqqında” 28 dekabr 2017-ci il tarixli Çıxarış verilib. Hazırda iddiaçılar, özəlləşdirilən sözügedən dövlət Cəmiyyətinin işçiləri olduqlarını, həmin Cəmiyyətin işçiləri kimi Cəmiyyətin əmlakını güzəştli şərtlərlə almaq hüququna malik olduqlarını, Cəmiyyətin özəlləşdirilməsi zamanı onlara bildiriş göndərilmədiyini, hərracın nəticələrindən xəbərsiz olduqlarını və Cəmiyyətin qanunsuz olaraq Cavabdeh1 adına özəlləşdirildiyini göstərib, əmlak kompleksi kimi Cəmiyyətə dair keçirilmiş hərracın və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsini və cavabdehlərin təqsiri üzündən onlara dəymiş 30.000 manat maddi, 20.000 manat mənəvi ziyanın ödənilməsini iddia edirlər. Cavabdehlər isə sözügedən Cəmiyyətin özəll əşdirilməsi zamanı ümumiyyətlə əmək kollektivinin üzvlərinin olmaldığını, Cəmiyyətin fəaliyyət göstərmədiyini, iddiçıların Cəmiyyətlə əmək münasibətində olmadığını və onların əmək kollektivinin üzvləri olmasına dair heç bir mötəbər yazılı sübutun olmadığını və Cəmiyyətin özəlləşdirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyini göstərib iddia tələblərinə etiraz edirlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilşməsinin İİ Dövlət Proqramının 4.1, 4.2.1, 4.4, 6.1-ci bəndlərinin və digər maddi, prosessual hüquq normalarının tələblərinə istinad edib, iddiaçıların özəlləşdirilən sözügedən dövlət Cəmiyyətinin işçiləri olmaqla, onların h əmin Cəmiyyətin əmlakını güzəştli şərtlərlə almaq hüquqlarının olmasına, Cəmiyyətin özəlləşdirilməsi zamanı əmək kollektivinin üzvləri kimi iddiaçıların hüquqlarının pozulmasına, Cəmiyyətin qanunsuz olaraq Cavabdeh1 adına özəlləşdirilməsinə, hərracın Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilməsinə və beləliklə də hərracın etibarsız sayılması və hərracı udmuş Cavabdeh1la bağlanmış müqavilənin etibarsız sayılması üçün əsasların olmasına əsaslanaraq iddianı yuxarıda göstərilən hissədə təmin edib. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin olunan hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, Quba x saylı Konserv Zavodunun direktorunun 14 may 1992-ci il tarixli, 37|k saylı əmri ilə İddiaçı1 kiçik m üəssisəsinin müstəqil fəaliyyətə başlaması ilə əlaqədar olaraq meyvə emalı sexinin fəhlə və qulluqçuları, o cümlədən iddiaçılar köçürmə yolu ilə işdən azad edilsələr də, həmin fəhlə və qulluqçuların, həmçinin iddiaçıların İddiaçı1 kiçik müəssisəsinə işə qəbul edilmələrinə, onlarla müvafiq əmək müqavilələri bağlanmasına və bu barədə işəgötürən tərəfindən əmr verilməsinə dair işdə, heç bir mötəbər yazılı sübut yoxdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddian ın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudovun Rusiyaya qarşı işi üzrə” 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq “affirmanti, non neganti, incumbi t probalion” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi iddiaçıların İddiaçı1 kiçik müəssisəsinə işə qəbul edilmələri, onlarla əmək müqavilələrinin bağlanması və ya işəgötürənin bu barədə müvafiq əmr verməsi mülki iş materialları ilə istisna olunmur və sübutetmə yükü daşıyan iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq edən mötəbər sübutları nə birinci, nə də apelyasiya instansiyası məhkəmələrinə təqdim etməyiblər. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakı nın idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.3-cü bəndinə əsasən Azərbaycan Respublikası adından dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (səhmdarı, payçısı) kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 4.1-ci bəndinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi və özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə (bundan sonra işçilər) güzəştli satışı üsulları ilə h əyata keçirilir. Həmin Proqramın 4.2.1-ci bəndinə əsasən, özəlləşdirilmə prosesində dövlət müəssisələrinin əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxslərə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əsas iş yeri həmin müəssisə hesab edilən işçilərə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər, özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər aid edilir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən, özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qal an hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin Maddənin 2-ci hissəsinə əsasən, özəlləşdirilən dövlət müəssisələrin səhmlərinin və ya hissələrinin satışında güzəştlərin əsas iş yeri həmin müəssisə hesab edilən işçilər; Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər; özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər; 01 yanvar 1995-ci il tarixindən sonra işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz kimi qeydiyyata alınmış şəxslərə aid edilir. Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. H ərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (Mülki Məcəllənin 416.1. və 416.2. maddələri). Maddənin mənasına görə, hərrac və onun nəticələri maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən o, vaxt etibarsız sayıla bilər ki, hərrac Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmiş olsun. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıların əsas iş yerinin İddiaçı1 kiçik müəssisəsi olması, onların həmin müəssisədə əvvəlki iş yerlərinə qayıtmaq hüquqlarını saxlamaları, eləcə də onların sonradan özəlləşdirilən həmin müəssisədə 7 ildən çox çalışmaları, eləcə də həmin müəssisədən təqaüdə çıxmaları və 01 yanvar 1995-ci il tarixindən sonra işçilərin sayı və ya ştatların ixtisarı nət icəsində işdən azad olunaraq işsiz kimi qeydiyyata alınmaları mülki iş materialları ilə təsdiq olunmur. Digər tərəfdən işdən görünür ki, Azərbaycan Respublikası ƏMDK sədrinin 30 may 2014-cü il tarixli, 160 saylı sərəncamı ilə İddiaçı1 kiçik müəssisəsinin bazasında İddiaçı1 təsis edilərək, nizamnaməsi təsdiq edilib və Aydın Cəfərov həmin Cəmiyyətə qanuni təmsilçi təyin edilib. Bundan sonra Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017-ci il tarixli, 13 saylı sərəncamı ilə İddiaçı1 hərrac yolu ilə özəlləşdirilməsi qərara alınıb və özəlləşdirmə sənədləri ilə müəyyən olunur ki, İddiaçı1 özəlləşdirməyə açıq elan edilərkən, Cəmiyyət ümumiyyətlə fəaliyyət göstərməyib və əmək kollektivinin üzvləri olmayıb. Göründüyü kimi sözügedən sərəncamlar qüvvədə olduğu və məhkəmə qaydasında mübahisələn dirilmədiyi halda, iddiaçılar həmin sərəncamlara əsasən keçirilmiş hərracın nəticələrini mübahisələndirirlər. Bu isə yolverilməzdir və sözügedən sərəncamlar qüvvədə olduğu halda hərracın nəticələri etibarsız sayıla bilməz. Əksinə, işdən görünür ki, sözügedən Cəmiyyət dövlət əmlakı olmaqla, Azərbaycan Respublikası ƏMDK sözügedən sərəncamına əsasən özəlləşdirməyə açıq elan edilərək və bu barədə qanuni şəkildə “Mülkiyyət” qəzetinin 29 yanvar 2017-ci il və 04 mart 2017-ci il tarixli buraxılışlarında elan verilməklə müvafiq hərrac keçirilib və hərracda Cəmiyyət qanuni əsaslarla 100.000 manata Cavabdeh1 satılıb və hazırda əmlak kompleksi kimi sözügedən Cəmiyyət mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydə alınıb. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şi kayətinin dəlillərini əsaslı hesab edib haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün yuxarıda göstərilən mühüm əhəmiyyəti olan bütün faktiki halları nəzərə almadan, onlara qanunun tələbinə uyğun olaraq qiymət vermədən, iddianı mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəsinə gəlməyib. Apelyasiya instansiyası məhkəməsi həmçinin alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia tələbinə gəldikdə isə düzgün olaraq qeyd etmişdir ki, əqdin etibarsızlığı dedikdə- mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respubl ikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı sübyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericliyin tələblərinə uyğun olması vacibdir. Sadalanan maddələrin mənasına görə, əqdin bağlanması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tə tbiq edib, iddiaçıların kasasiya şikayəti ilə eyni məzmunlu olan etirazlarını araşdırıb, Azərbaycan Respublikası ƏMDK ilə Cavabdeh1 arasında bağlanmış 05 aprel 2017-ci il tarixli müqaviləni təsvir edərək qeyd etmişdir ki, müqavilə azadlığı şəraitində bağlanmış alqı-satqı müqaviləsi tərəflərin həqiqi iradə ifadəsini özündə əks etdirdiyindən, mövcud müqavilənin bağlanması zamanı qanunvericiliyin tələbləri pozulmadığından, bu halları təsdiq edən hər hansı bir sübut iddiaçılar tərəfindən məhkəməyə təqdim etdilmədiyindən, onların dəlilləri formal mülahizə kimi dəyərləndirilməklə qanuna uyğun bağışlanmış bu müqavilənin etibarsızlığına səbəb ola bilməz. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi iddia tələbinin mübahisəli obyektə dair Cavabdeh1 adına verilmiş “hüquqların dövlət qeydiyyatı haq qında” Çıxarışın etibarsız hesab edilməsi hissəsinə gəldikdə isə haqlı olaraq qeyd etmişdir ki, iddia tələbini bu hissədə də təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməyib. Belə ki, mülki qanunvericiliyə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (Mülki Məcəllənin 140-cı maddəsi). Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübu t kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirmişdir. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Bu mənada apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisələndirilən çıxarış qanuni əsaslarla əldə edildiyindən və Mülki Məcəllənin 140-ci maddəsinə uyğun o laraq reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, iddia tələbi bu hissədə də təmin edilməməlidir. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, Mülki Məcəllənin 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, mülki qanunvericiliy in tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şə rait yaradır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülk iyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 vicdanlı əldə edən olduğundan, bu əsasla da iddianın təmin edilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Apelyasiya instansiyası məhkəməsi həmçinin iddiaçıların hazırki tələblə bağlı iddia qaldırmaq hüquqlarının (subyektiv hüquq) olması baxımından mübahisəyə hüquqi qiymət verib, düzgün olaraq qeyd etmişdir ki, iddiaçılar hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa da malik olmayıblar. Belə ki, sadalanan maddələrin tələblərinə görə, müqavilənin etibarsızlığı- müqavi lənin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanması, yəni müqavilənin bağlandığı andan qanunsuz olması deməkdir. İddiaçılar hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi üçün tələblərinin əsasını mübahisəli İddiaçı1 əmək kollektivinin üzvləri olduğundan üstünlük hüququnun pozulması ilə əsaslandırmışlar. Lakin, işin araşdırılmış hallarından görünür ki, sözügedən kiçik müəssisə dövlətin mülkiyyətində olub, mübahisəli Cəmiyyət onun bazasında yaradılıb, əvvəlki işçilərlə bağlanmış müqavilələr ləğv edilsədə, onlarla yeni müqavilələr bağlanmayıb. Bununla da iddiaçıların heç biri yeni təsis edilmiş İddiaçı1 əmək kollektivinin üzvü olmayıb və ümumiyyətlə həmin Cəmiyyət fəaliyyət göstərməyib. Bu isə, iddiaçıların hazırki id dianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamaları qənaətinə gəlməyə əsas verir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd editlmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüu rlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəx slərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıların hərracın və onun nəticələrinin mübahisələndirilməsi üçün subyektiv hüquqa malik olması üçün ilk növbədə onların həmin əmlaka qanunla müəyyən edilmiş qaydada hüququ olmalıdır. Lakin iddiaçılar belə hüquqa malik olmadıqlarından başqa sözlə, iddiaçılara keçəcək hüquq qalmadığından, iddia tələbi bu əsasla da təmin edilə bilməz. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sa dalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kassatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məh kəməsi QƏRARA ALDİ: İddiaçılar X9, İddiaçı2, X6, X3, X4, X15, X12, X7, X16 və xxx oğlunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxqətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2211/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2211/2020
03.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver