Məhkəmə qərarları › İş №2(102)-2211/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2211/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2211/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, ekspertiza rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” təl əbinə dair iddia üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024-cü il tarixli 2(104)-1/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 21 noyabr 2014-cü il tarixli, 115.LN.2004.211114.00002 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 6 faiz olmaqla 15000 manat kredit verilmişdir. 2. 21 noyabr 2014-cü il tarixli, 115.CL.211114.00002/a nömrəli ipoteka müqaviləsinə əsasən, 21 noyabr 2014-cü il tarixli, 115.LN.2004.211114.00002 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 Bərdə şəhəri, Heydər Əliyev prospektində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtə bəli, 3 otaqlı, 59,6 kv.m yaşayış, 68,7 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 1 nömrəli Əlavəsinə əsasən yaşayış evi 20000 manat, torpaq sahəsi 9400 manat olmaqla birlikdə ümumi qiyməti 29400 manat müəyyən edilmişdir.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 fevral 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən, Bərdə şəhəri, Heydər Əliyev prospektində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 59,6 kv.m yaşayış, 68,7 kv.m köməkçi sahədən ibarət 114 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 123 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. Hüquqların Dövlət qeydi yyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 noyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Bərdə şəhəri, Heydər Əliyev prospekti 114 nömrəli fərdi yaşayış evi 0,06 ha torpaq sahəsi ilə birlikdə 24 noyabr 2014-cü il tarixli, 115.LN.2004.211114.00002 nömrəli kredit müqaviləsinin təminatı kimi 21 noyabr 2014-cü il tarixdən 21 noyabr 2017-ci il tarixdək İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 21 noyabr 2014cü il tarixli, 115.LN.2004.211114.00002 nömrəli kredit müqaviləsi üzrə 13855,79 manat əsas, 2201,56 manat faiz, 1728,28 manat cərimə olmaqla, cəmi 17785,63 manat borcun, 30 manat dövlət rüsumunun və bildirişin D ƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 31 manat xərcin İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bərdə şəhəri, Heydər Əliyev prospektində 0,06 ha torpaq sahəsində yerləşən 114 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdə və həmin ev hərracda satıldıqdan bir ay sonra istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borcalan Cavabdeh1 kredit müqaviləsinin şərtlərini dəfələrlə pozmuş və nəticədə ödənilməmiş 13855,79 man at əsas, 2201,56 manat faiz, 1728,28 manat cərimə olmaqla, cəmi 17785,63 manat borc yaranmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən bankın ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququ vardır. 7. "xxxx" MMC-nin 28 avqust 2018-ci il tarixli 0008/18 nömrəli rəydən görünür ki, Bərdə şəhəri Heydər Əliyev prospektində 0,06 ha torpaq sahəsində yerləşən 114 nömrəli fərdi yaşayış evinin dazar dəyəri 68000 manat təşkil edir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2018-ci il tarixli, 20080 nömrəli rəyindən görünür ki, Cavabdeh1 03 oktyabr 2017ci il tarixə 13960,44 manat əsas, 749,26 ABŞ dolları əsas olmaqla cəmi 14709,70 ABŞ dolları borc təşkil edir. 9. "xxxx" MMC-nin 13 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Bərdə şəhəri, Heydə r Əliyev prospektində 0,06 ha torpaq sahəsində yerləşən 114 nömrəli fərdi yaşayış evinin 13 dekabr 2022-ci il tarixə bazar qiyməti torpaq sahəsi ilə birilikdə 146000 manat, likvid qiyməti isə 135000 manat müəyyən olunmuşdur.

10. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 mart 2018-ci il tarixli 2(021)-1481/2018 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 24 noyabr 2014-cü il tarixli, 115.LN.2004.211114.00002 nömrəli kredit müqaviləsi üzrə 13855,79 manat əsas, 2201,56 manat faiz, 8,28 manat cərimə olmaqla, cəmi 16065,63 manat kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 31 manat məbləğində xərcin tutularaq İddiaçı ASC-nin xeyrinə verilməsi; Tutmanın 24 n oyabr 2014-cü il tarixli, 115.CL.211114.00002/a nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh2 mülkiyyətində olan Bərdə şəhəri, Heydər Əliyev prospektində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 59,6 kv.m yaşayış, 68,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməklə həmin ev torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması; Fərdi yaşayış evinin ilkin satış qiymətinin 20000 manat, torpaq sahəsinin ilkin satış qiymətinin isə 9400 manat məbləğində qiymətləndirilməklə tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 24 noyabr 2014-cü il tarixli, 115.LN.2004.211114.00002 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə olan borcunun ödənilməsi; Ödənişlər həya ta keçirildikdən sonra əldə olunan vəsaitdən artıq qalan hissəsinin ipotekaqoyan Cavabdeh2 qaytarılması, fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqda ən geci bir ay ərzində ev boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

11. Məhkəmənin öz mövqeyini iş materiallarına və icraat zamanı müəyyən edilən hallara istinadən əsaslandırmış və qeyd etmişdir ki, cavabdehin yüksək məbləğdə dəbə pulu ödəməyə məcbur edilməsi onun əmlak mənafeyinə mənfi təsir edə biləcəyindən tutulmalı olan 1728,8 manat cərimə məbləği azaldılaraq 8,28 manat həddində müəyyən edilməlidir.

12. Həmçinin məhkəmə qeyd etmişdir ki, ipoteka predmetinin qiyməti tutulmalı olan borc məbləğinə münasibətdə kifayət qədər yetərli olduğundan iddia tələbi ipoteka predmetinin satışından əldə olunan vəsaitin bo rcun ödənilməsinə yetərli olmadığı halda borcun ümumi qaydada Cavabdeh1 tutulması hissəsində təmin olunmamalıdır.

13. Bundan əlavə ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdə və həmin ev hərracda satıldıqdan bir ay sonra istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və boşaldılması hissəsində məhkəmə hesab etmişdir ki, şəxslərin dairəsi müəyyən olunmadığından iddia tələbi həmin hissədə qismən təmin olunmaqla mənzil hərracda satıldıqdan bir ay sonra boşaldılmalıdır.

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 317.2, 385.1, 442, 443.1, 448.1, 467, 739 maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1, 39.3, 59.3 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217, 218.3, 216220, 227, 233, 358, 360-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, kredit ödənişləri nəzərə alınmamış və bank əsas, eləcə də faiz borcunu düzgün hesablanmamışdır. Ona görədə şişirdilmiş borcu müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. İpoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti daha yüksək olsada, 20000 manat müəyyən olunmuş və buda hazırki dəyərinə uyğun deyil. Həmçinin fədri yaşayış evi satıldıqdan sonra 1 ay müddətində cavabdehlərin çıxarılmaları gələcək mülkiyyətçiyə aid hüquqdur.

17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023- cü il tarixli 3-16-16/2-10/6258-9/6384 nömrəli rəy ilə Bərdə şəhəri Heydər Əliyev prospektində 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 59,3 kv.m yaşayış, 68,7 kv.m köməkçi sahədən ibarət 114 nömrəli fərdi yaşayış evinin likvid dəyəri təqribən 83000 manat müəyyən edilmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1/2024 nömrəli mülki iş üzrə 12 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edə n və məruzəçi), F.Ə.Mehtiyev və Ə.İ.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(021)-1481/2018 nömrəli qətnaməsi - 2201,56 manat faiz borcun, 16065,63 manat cəmi borcun, eləcədə ipoteka predmetinin - fərdi yaşayış evinin ilkin satış qiymətinin 20000 manat, torpaq sahəsinin ilkin satış qiymətinin isə 9400 manat qiymətləndirilməsi hissədə dəyişdirilmiş, həmin hissədə faiz borcu 749,26 manat, cəmi borc 14613,33 manat, ipoteka predmeti olan Bərdə şəhəri, Heydər Əliyev prospekti 114 nömrəli fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə likvid satış dəyəri 83000 manat müəyyən edilmişdir. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

19. Kollegiya borcun düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab etmişdir ki, şikayətin dəlili həmin hissədə qismən əsaslıdır. Belə ki, apellyasiya icraatı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2018-ci il tarixli, 20080 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, 03 oktyabr 2017-ci il tarixə Cavabdeh1 13960,44 manat əsas, 749,26 manat faiz, cəmi 14709,70 manat (texniki səhv olaraq dollar yazılıb) borcu var. Kreditor isə iddia tələbində borcalandan 21 noyabr 2014cü il tarixli, 115.LN.2004.211114.00002 nömrəli kredit müqaviləsi üzrə 13855,79 manat əsas, 2201,56 manat faiz, 1728,28 manat cərimə olmaqla, cəmi 17785,63 manat tələb etmişdir. Göründüyü kimi faiz borc düzgün hesablanmamışdır. Ona görədə kollegiya hesab etmi şdir ki, qətnamə 2201,56 manat faiz borcunun tutulması hissədə dəyişdirilməli, faiz borcu 749,26 manat müəyyən edilməlidir.

20. Qətnamə faiz borcu hissədə dəyişdirildiyindən kollegiya hesab etmişdir ki, qətnamə 16065,63 manat cəmi borcun tutulması hissədə də dəyişdirilməli və cəmi borc 14613,33 manat müəyyən edilməlidir.

21. Məhkəmə tərkibi ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin ilkin satış qiymətinin 20000 manat, torpaq sahəsinin ilkin satış qiymətinin isə 9400 manat müəyyən olunması hissədə apellyasiya şikayətinin dəlilini əsaslı hesab etmişdir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsa sında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsində isə ilkin satış qiymətinin anlayışı verilmişdir: ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

22. Alınmış qiymətləndirmə rəylərinə münasibətdə kollegiya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023- cü il tarixli 3-16-16/2-10/6258-9/6384 nömrəli ekspert rəyini daha möhtəbər hesab edir. Bu da onu deməyə əsas verir ki, qətnamə fərdi yaşayış evinin ilkin satış qiymətinin 20000 manat, torpaq sahəsinin ilkin satış qiymətinin isə 9400 manat müəyyən edilməsi hissədə dəyişdirilməli və həmin hissədə ip oteka predmetinin (fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 torpaq sahisi) likvid satış dəyəri 83000 manat müəyyən edilməlidir.

23. Məhkəmə apellyasiya şikayətinin “fərdi yaşayış evi satıldıqdan sonra 1 ay müddətində cavabdehlərin çıxarılmaları gələcək mülkiyyətçiyə aiddir” dəlilini əsasız sayaraq qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə ü zvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə mübahisələndirilən həmin hissədə də düzgün nəticəyə gəlmişdir.

24. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6, 385.1, 425.1, 442, 443, 445.2.1, 448.1, 449.1, 449.2, 449.3, 449.4, 464.1, 465.2, 467, 739.1, 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 11, 34.1, 36.1, 36.3, 37, 41-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin iddia tələbinin cərimə borcu və əmlakın qiymətləndirilməsi hissəsində ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məh kəməsi tərəfindən mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və həmin nəticə işin hallarına uyğun olmamış və göstərilən səhv nəticəyə görə maddi və prosessual hüquq normaları pozulmuşdur. Odur ki, qətnamə, “mülkiyyət hüququ Cavabdeh2 məxsus Bərdə şəhəri, Heydər Əliyev prospektində 0,06 ha topraq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 59,6 kv.m yaşayış, 68,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 83000 manat məbləğində müəyyən edilməsi” hissəsində qanunsuz və əsassız olduğuna görə aşağıdakı əsaslarla qismən ləğv edilərək, iş üzrə əmlakın hazırkı likvid dəyərinin müəyyən edilməsi məqsədi ilə təkrar əmtəəşünaslıq-ekspertizası təyin edilməli və müvafiq qərar qəbul edilməlidir.

27. Belə ki, ipoteka predmeti olan əmlakın likvid dəyəri düzgün müəyyən edilməmiş, məhkəmə tərəfindən əmlakın yenidən qiymətləndirilməsi üçün təkrar ekspertiza təyin edilməmiş, iş materiallarında olan ekspert rəyləri arasındakı ziddiyyət sübut növü kimi qiymətləndirilməmişdir. Tərəflər arasında bağlanmış sözügedən kredit və ipoteka müqavilələrinə əlavələrə də diqqət yetirdikdə görünür ki, məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın likvid dəyəri həddindən artıq çox müəyyən edilmişdir. Fərdi yaşayış evinə belə yüksək məbləğdə şişirdilmiş qiymət qoyulması həmin əmlakın yerləşdiyi rayondakı daşınmaz əmlakların qiymətləri ilə müqayisədə real bazar qiymətindən qat-qat artıq olduğu üçün kassator qiymətləndirmənin nəticələri ilə razı deyildir və “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirmənin nəticə ləri ləğv olunmalıdır. Yuxarıda göstərilənlərlə yanaşı, həm də əmlaklara qoyulmuş qiymət onların faktiki vəziyyəti ilə müqayisədə hədsiz şişirdilmişdir, bu qiymətlər hazırki real bazar qiymətlərini əks etdirmir.

28. Bundan əlavə, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Doğrudur, AR MPM-in 102-ci maddəsi dispozitiv normadır, yəni təkrar ekspertiza təyin etmək məhkəmənin hüququdur, lakin bəzən elə situasiya yaranır ki, məhkəmənin AR MPM-in 88-ci maddəsini təmin edə bilməsi üçün təkrar ekspertiza təyin etməsi zəruri hala çevrilir. AR MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalıdır. Lakin burada sübutları obyektiv qiymətləndirmək üçün təkrar ekspertiza təyin edilməsi zərurət idi, çünki əmlakların faktiki vəziyyətinin müəyyən edilməsi ilə qoyulan qiymətlə ekspert intuitsiyası və praktikasına əsasən qoyulan qiymət arasında ziddiyyət mövcuddur və belə bir qanunauyğunluq mövcud deyildir ki, ekspert rəyi digər sübutlardan üstündür. AR MPM-in 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Sübutlar arasında uyğunsuzluq olması aşkardır. Bakı Apellyasiya məhkəməsinin əmlakın qiymətləndirilməsi və cərimə borcu hissəsində iş üzrə qəbul etdiyi qətnaməsi qanuni və ədalətli deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlill əri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

31. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

32. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məb ləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

35. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

39. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 4

0. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

41. Maddə 449.4. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

42. Maddə 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.

43. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edil məməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

44. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

45. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (bor cverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

46. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin a ktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd e dir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiy ası qərara aldı: İddiaçı “LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar