Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2212/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10761/2018 mömrəli iş üzrə 02 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin (hakim Elnur Nuriyev) 2(007)-284/2018 saylı 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək «xxxx» Mənzil Tikinti Kooperativindən maddi ziyana görə 30000 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 30030 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh1 Mənzil Tikinti Kooperativindən tutulmalı olan məbləğ azaldılaraq 1200 manat müəyyən edilmiş, qətnamə, «xxxx» Mənzil Tikinti Kooperativin apellyasiya şikayətinə münasibətdə mübahisələndirdiyi qalan hissədə də yişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər «xxxx» MTK-ya və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra Cavabdeh2 ilə razılığa gəldiyini üçün iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativindən 30000 manat maddi, 20000 manat mənəvi zərərin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” Mənzil Tikinti Kooperativi ilə mənzil tikintisi haqqında bağlanmış 20 fevral 2007-ci il tarixli müqavilənin şərtlərinə görə kooperativ Bakı şəhəri Suraxanı rayonu, ********************************* ünvanda tikdiyi yaşayış evinin İV girişində, 3-cü mərtəbəsində ona 108,5 kvadrat metr ümumi sahəsi olan 3 otaqlı 267 №-li mənzili tikib verməyi, o, isə kooperat ivə 42625 manat pul ödəməlidir. O, həmin 42625 manat məbləği MTK-ya ödəsə də, MTK-nın keçmiş sədri N6 müqavilədə göstərilən mənzili ona verməmiş, nəticədə xeyli sayda payçıları aldatdığı üçün dələduzluğa görə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmişdir. Müəyyən edilmişdir ki, MTK-nın sədri N6 payçılara verməli olduğu 56 mənzili borclu olduğu başqa-başqa şəxslərə borc əvəzi vermişdir. Ona görə də, İdarənin rəisi, K6 15.05.2014-cü il tarixli məktubla “xxxx” MTK-nın həmin vaxt sədri Ə6 tövsiyə etmişdir ki, həmin 56 mənzili zərərçəkənlərə paylasın. Buna görə də, MTK-nın sədri Ə6 30.06.2014-cü il tarixli 74 saylı müqavilə ilə həmin binanın İV girişinin 7-ci mərtəbəsindəki 111,4 kvadrat metr ümumi sahəsi olan 3 otaqlı, 273 nömrəli mənzili 43825 manata qiymətləndirərək ona vermiş və ondan əlavə 1200 manat almışdır. O, həmin vaxtdan mənzili təmir edərək köçüb orada yaşayır. Mənzilin təmirinə 41900 manat xərc çəkmişdir. 2015-ci ilin noyabr ayında Cavabdeh2 Bakı şəhəri Suraxanı rayon məhkəməsində ona qarşı 30.06.2014-cü il tarixli 74 saylı müqavilənin etibarsız hesab edilməsi və ailəsi ilə birlikdə mənzildən çıxarılması barədə iddia qaldırmış, iddiasını onunla əsaslandırmışdır ki, həmin mənzilə dair onun “xxxx” MTK-nın sədri Ə6 bağlanmış 14.01.2010-cu il tarixli 08 saylı müqaviləsi vardır və həmin müqaviləyə əsasən kooperativə 25065 manat pul ödəmişdir. Məhkəmə Cavabdeh2 iddiasını təmin etmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və Suraxanı rayon İcra Şöbəsi tərəfindən ona 16.08.2017-ci il tarixdə qərar təqdim edilmişdir ki, o, mənzili 10 gün müddətinə könüllü boşaltsın. Beləliklə, “xxxx” MTK onu aldatmış, mübahisəli mənzilə dair Cavabdeh2lə 14.01.2010-cu il tarixli 08 saylı müqavilə bağladığı halda həmin mənzilə dair onunla 30.06.2014-cü ildə 74 saylı ikinci müqavilə bağlamışdır. Nəticədə, həmin mənzil üçün MTK-ya 43825 manat ödəmiş və təmirinə 41900 manat xərc çəkməklə ümumilikdə 85725 manat maddi zərərə düşmüşdür. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində göstərmişdir ki, o, Cavabdeh2 ilə razılığa gələrək sonuncunun «xxxx» MTK-ya 273 saylı mənzilə görə ödədiyi 30000 manat pay haqqını ödəmişdir. Nəticədə iddia tələbinin həcmi azalmış və iddianın əsası dəyişmişdir. Belə ki, mənzil onda qaldığı üçün o, Cavabdeh2 qarşı 41900 manat təmir xərci tələbi barədə iddiasından imtina etdiy i, eyni zamanda mənzilində onda qaldığı üçün iddia tələbinin «xxxx» MTK-ya mənzilə görə ödədiyi 43825 manat pay haqqının alınıb ona verilməsi hissəsindən də imtina etmişdir. Cavabdeh «xxxx» MTK-nın mübahisəli mənzili həm ona, həm də Cavabdeh2 Hidayət oğluna satması nəticəsində mənzilin dəyərindən əlavə Cavabdeh2pul ödəyərək maddi ziyana düşdüyünə görə, 30000 manat, həm də uzun müddət məhkəmə çəkişmələrində, icra şöbəsində özünün və ailəsinin mənzildən çıxarılacağı təhlükəsi ilə üzləşərək qorxu, həyəcan, gərginlik, əsəb keçirdiyindən mənəvi zərərə görə 20000 manat pul ona verilməlidir. Qeyd edilənlərə əsasən, cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativindən 50000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul ed ilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanuni və əsaslı çıxarılmamışdır. Apellyasiya instansiyası məhkəməsi qətnamənin ləğvi üçün əsas olan nöqsanlara yol vermişdir. Məhkəmə kollegiyası işdə olan sənədləri tam və hərtərəfli tədqiq etmədiyindən yanlış nəticəyə gəlmişdir. Belə ki, X6 və X4 barədə hökm 12.02.2014-cü il tarixdə çıxarılmış, həmin hökmə görə İddiaçı Cavabdeh1 MTK-ya ödədiyi 42625 manat Nəsib Əliyevdən və Zaur Cabb arovdan tutulmalıdır. Hökmdən sonra 15.05.2014-cü il tarixdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Cavabdeh1 MTK-ya göndərdiyi tövsiyə məktubu əsasında İddiaçı dəymiş ziyan ödənilmiş, o, mənzillə təmin edilmişdir. Məhkəməyə təqdim edilmiş 30.06.2014-cü il tarixli müqavilənin mətnindən görünür ki, İddiaçı verilən 273 saylı mənzil ona dəymiş ziyanın əvəzi olaraq ödənilir. Mülki işə əlavə edilmiş protokoldan məhkəməyə bəlli idi ki, Cavabdeh1 MTK-nın sədri Ə6 və İddiaçı razılaşmışlar ki, 273 saylı mənzil ona ziyanın əvəzi olaraq ödənilir, onun başqa tələbi yoxdur, məhkəmənin hökmü icra olunmuşdur, dəymiş 42625 manat ödənmişdir. Məhkəmə isə qətnamədə düzgün olmayan qənaətə gələrək göstərmişdir ki, gələcəkdə hökmdə göstərilən 42625 manat İddiaçı ödənəcəyi təqdirdə iddiaçının müqavilədə qeyd olu nan mənzilin dəyərindən onsuz da 13825 (yaxud 12625) manat aşağı qiymətə mənzil əldə etmiş olur. Apellyasiya instansiyası məhkəməsinin bu rəqəmləri hardan əldə etdiyi bəlli deyildir. Məhkəmə daha sonra göstərir ki, hazırkı iş üzrə qətnamə ilə Cavabdeh1 MTK-dan tutularaq iddiaçıya ödənilməsi qət edilən 30000 manat məbləğin iddiaçıya ödəniləcəyi halda isə iddiaçı əvəzsiz olaraq mənzil əldə etmiş olur, təxminən 28800 manat da əlavə pul vəsaiti qazanmış olur. Məhkəmə kollegiyası işin hallarını düzgün şərh etməmişdir. Hazırkı halda iddiaçı yaşadığı mənzil üçün cavabdehə 43825 manat, onun təqsiri üzündən vurulmuş zərərə görə isə 30000 manat əlavə xərc ödəməli olmuşdur. Məhkəmə isə qətnamədə göstərir ki, guya cavabdeh İddiaçı 30000 manat ödəsə, İddiaçı həm əvəzsiz mənzil əldə etmiş olur, həm də 28800 manat pul vəsaiti qazanmış olur. İşin halları göstərir ki, Cavabdeh1 MTK-nın sədri Ə6 yüklü olan mənzili bilə-bilə İddiaçı satmışdır. Nəticədə İddiaçı əmlakından məhrum olmaq təhlükəsində qalaraq əlavə 30000 manat xərc çəkmişdir. Bu hallar göstərir ki, məhkəmə mübahisəni Mülki Məcəllənin 21-ci maddəsinin müddəalarını tətbiq etməklə iddianı təmin etməli olduğu halda, həmin maddi normanı tətbiq etməmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında mənzil tikintisi haqqında bağlanmış 20 fevral 2007-ci il tarixli müqavilənin şərtlərinə görə kooperativ Bakı şəhəri *************************** ünvanda tikdiyi yaşayış evinin İV girişində, 3-cü mərtəbəsində ona 108,5 kvadrat metr ümumi sahəsi olan 3 otaqlı 267 №-li mənzili tikib verməyi, o, isə kooperativə 42625 manat pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 42625 manat məbləği MTK-ya ödəsə də, MTK-nın keçmiş sədri N6 müqavilədə göstərilən mənzili iddiaçıya təhvil verməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2014-cü il tarixli 1 (101)-69/2014 saylı hökmünə əsasən, İddiaçı mülki iddiası təmin edilərək, X2 və X1 İddiaçı xeyrinə 42625 manat tutulması hökm edilmişdir. Bunda sonra “xxxx” MTK-nın sədri Ə6 30 iyun 2014-cü il tarixli 74 saylı müqavilə ilə həmin binanın İV girişinin 7-ci mərtəbəsindəki 111,4 kvadrat metr ümumi sahəsi olan 3 otaqlı, 273 nömrəli mənzili 43825 manata qiymətləndirərək iddiaçıya vermiş və ondan əlavə 1200 manat almışdır. İddiaçı həmin vaxtdan mənzili təmir edərək köçüb orada yaşayır. İddiaçı mənzilin təmirinə 41900 manat xərc çəkdiyini bildirmişdir. Bundan sonra 2015-ci ilin noyabr ayında Cavabdeh2 Bakı şəhəri Suraxanı rayon məhkəməsində İddiaçı qarşı 30 iyun 2014-cü il tarixli 74 saylı müqavilənin etibarsız hesab edilməsi və ailəsi ilə birlikdə mənzildən çıxarılması barədə iddia qaldırmış və q eyd etmişdir ki, 273 № li mənzilə dair onun “xxxx” MTK-nın sədri Ə6 bağlanmış 14.01.2010-cu il tarixli 08 saylı müqaviləsi vardır və həmin müqaviləyə əsasən kooperativə 25065 manat pul ödəmişdir. Cavabdeh2 iddiası təmin edilmiş, qətnamə qanuni qüvvəyə minmiş və Suraxanı rayon İcra Şöbəsi tərəfindən 16.08.2017-ci il tarixdə iddiaçıya qərar təqdim edilmiş və mənzili 10 gün müddətinə könüllü boşaldılması bildirilmişdir. Qətnamənin icra mərhələsində İddiaçı Cavabdeh2 ilə razılığa gələrək sonuncunun 273 saylı mənzilə görə «xxxx» MTK-ya ödədiyi 30000 manat pay haqqını İddiaçı Cavabdeh2 ödəmişdir. İcra işi üzrə Cavabdeh2 bildirmişdir ki, həmin mənzilin tam dəyəri borclu İddiaçı tərəfindən ona ödənildiyi üçün ondan heç bir tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Mənzilin onun tərəfindən istifadə edilməsinə və onun mülkiyyətində qalmasına razıdır, icra sənədi üzrə icraata xitam verilməsini xahiş edir. Mənzil onda qaldığı üçün İddiaçı Cavabdeh2 qarşı hazırki mübahisə üzrə 41900 manat təmir xərcinin ödənilməsi barədə tələbindən, eyni zamanda iddia tələbinin Cavabdeh1 MTK-ya qarşı mənzilə görə ödədiyi 43825 manat pay haqqının alınıb ona verilməsi hissəsindən də imtina etdiyini bildirmişdir. İddiaçı bildirir ki, cavabdeh «xxxx» MTK-nın mübahisəli mənzili həm ona, həm də Cavabdeh2 satması nəticəsində o, mənzilin dəyərindən əlavə Cavabdeh2 30000 manat ödəyərək ziyana düşdüyünə görə, cavabdeh «xxxx» Mənzil Tikinti Kooperativindən həmin məbləğdə maddi zərər onun xeyrinə tutularaq ona ödənilməlidir. İddiaçı həmçinin bildirir ki, uzun müddət məhkəmə çəkişmələrində, icra şöbəsində özünün v ə ailəsinin mənzildən çıxarılacağı təhlükəsi ilə üzləşərək qorxu, həyəcan, gərginlik, əsəb keçirdiyinə görə 20000 manat mənəvi zərər alınıb ona verilməlidir. Cavabdeh1 Mənzil Tikinti Kooperativindən 1200 manat pulun tutulması qənaətinə gələn apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, mübahisəli binadakı 267 nömrəli mənzil almaq üçün 42625 manat 2007-ci ildə «xxxx» MTK-ya, cəmi 1200 manat isə sonradan 2014-cü ildə 273 nömrəli mənzilə görə Cavabdeh1 MTK-ya ödəmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə İddiaçı zərərçəkən şəxs kimi tanındığı cinayət işi üzrə mülki iddiası təmin olnaraq, 2007-ci ildə almaq istədiyi 267 nömrəli birinci mənzilə görə ödədiyi 42625 manatın onun xeyrinə tutulması müəyyən edilmişdir. İddiaçının Cavabdeh2, qarşılıq lı razılıq əsasında 30000 manat ödəyərək hazırda yaşadığı 273 nömrəli mənzili əldə etməsi, ona məhz həmin məbləği cavabdeh MTK-dan tələb etməyə əsas vermir. Çünki, 273 nömrəli mənzilə görə cavabdehə sonradan, yəni 2014-cü ildə yalnız 1200 manat ödəmişdir. Qeyd olunan hökmün icrası zamanı 42625 manatı əldə edəcəyi təqdirdə iddiaçının müqavilədə qeyd olunan mənzilin dəyərindən onsuz da 13825 (yaxud 12625) manat aşağı qiymətə mənzil əldə etmiş olur. Hazırki iş üzrə qətnamə ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilən 30000 manat məbləğin iddiaçıya ödəniləcəyi təqdirdə isə iddiaçı əvəzsiz olaraq mənzil əldə etmiş olur, təxminən 28800 manat da əlavə pul vəsaiti qazanmış olur. Ona görə də, iddiaçının mənzil almaq üçün ödədiyi məbləğin - 42625 manatın həm qanuni qüvvəyə minmiş məhkəm ə hökmü ilə ona qaytarılmasının müəyyən edilməsi, həm də hazırki iş üzrə qətnamə ilə 30000 manatın ona verilməsinin qət edilməsi, fərqli məhkəmə aktları arasında ziddiyyət yaratmaqla, iddiaçının əsassız varlanmasına gətirib çıxara bilər. Çünki qeyd olunduğu kimi iddiaçı həm mənzil əldə etmiş olur, həm də hər iki məhkəmə aktının icrası nəticəsində əlavə əsassız varlanmış olur ki, bu hal da yolverilməzdir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativin mənzil əldə etmək üçün 4 2625 manat pul ödəməsi, lakin mənzilin iddiaçıya verilməməsi, bu halla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması və 30 iyun 2014-cü il tarixdə iddiaçı ilə “xxxx” MTK-nın sədri Ə6 arasında müqavilə bağlanması və həmin müqaviləyə əsasən iddiaçıya binanın İV girişinin 7-ci mərtəbəsindəki 111,4 kvadrat metr ümumi sahəsi olan 3 otaqlı, 273 nömrəli mənzili 43825 manata qiymətləndirərək iddiaçıya verilməsi barədə yeni müqavilə bağlanması, aradakı yaranan qiymət fərqi kimi 1200 manatın iddiaçı tərəfindən cavabdeh “xxxx” MTK-ya əlavə ödənilməsi və iddiaçının həmin mənzili təmir etdirməsi və ailəsi ilə birlikdə köçərək həmin mənzildə yaşaması işin mübahisələndiriləməyən hallarıdır. İşin digər mübahisləndirilməyən halları ondan ibarətdir ki, iddiaçıya verilmiş 273 saylı mənzillə bağlı “xxxx ” MTK-nın sədri Ə6la Cavabdeh2 arasında 14 yanvar 2010-cu il tarixdə müqavilə bağlanmış, Cavabdeh2 həmin müqaviləyə istinad edərək İddiaçı qarşı iddia qaldırmış, Suraxanı rayon məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş və qətnamə qanuni qüvvəyə mindiyindən icraya yönəldilmişdir. Qətnaməni icra mərhələsində İddiaçı ilə Cavabdeh2 razılığa gəlmiş, İddiaçı Cavabdeh2 həmin mənzil üçün “xxxx” MTK-ya ödədiyi pulun əvəzi olaraq 30000 manat pulu sonuncuya ödəmiş, sonuncuda qətnamənin icrası mərhələsində mənzillə bağlı bütün tələblərindən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin edərkən göstərmişdir ki, tələbin təmin edilməsi fərqli məhkəmə aktları arasında ziddiyyət yaratmaqla, iddiaçının əsassız varlanmasına gətirib çıxara bilər. Çünki, iddiaçı hə m mənzil əldə etmiş olur, həm də hər iki məhkəmə aktının icrası nəticəsində əlavə əsassız varlanmış olur ki, bu hal da yolverilməzdir. İşdən görünür ki, iddiaçı, mübahisəli binadakı 267 nömrəli mənzil almaq üçün 42625 manat 2007-ci ildə «xxxx» MTK-ya, cəmi 1200 manat isə sonradan 2014-cü ildə 273 nömrəli mənzilə görə Cavabdeh1 MTK-ya ödəmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə İddiaçı zərərçəmiş şəxs kimi tanındığı cinayət işi üzrə mülki iddiası təmin olnaraq, 2007-ci ildə almaq istədiyi 267 nömrəli birinci mənzilə görə ödədiyi 42625 manatın məhkum edilmiş şəxlərdən onun xeyrinə tutulması hökm edilmişdir. Lakin iş materiallarından həmin cinayət işi üzrə mülki iddia ilə bağlı icra hərəkətlərinin aparılması və cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı 42625 manat pulun ödənilməsi müəyyən edilmir. Belə olan halda iddiaçının həmin hökm üzrə məhkum edilmiş şəxslərdən hökmlə müəyyən edilmiş pulu tələb etmək hüququ qalır. İddiaçı mənzillə bağlı pozulmuş hüquqlarını müdafiə etmək üçün hökmün icrası tədbirlərinin aparılması üçün müvafiq məhkəməyə və ya hömün icraya yönəldilməsi halında müvafiq icra qurumuna müraciət edə bilər. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10761/2018 mömrəli iş üzrə 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2212/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2212/2019
15.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver