Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2213/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması, əldən çıxmış fayda 11.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2(107)119/2023 saylı qətnaməsindən iddiaçılar X4, İddiaçı2, İddiaçı3 və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 11 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi: İşin halları Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, X8, X1 və X3 mülkiyyətinə verilib və JN-0674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınıb. Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 1.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X5, Nümayəndə2, X7 və X2 mülkiyyətinə verilib və JN-594 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birin ci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra iddiaçılar) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan, Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,70 ha torpaq sahəsindən istifadələrinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq onlara təhvil verilməsi, əldən çıxmış faydanın və vurulmuş zərərin əvəzi olaraq 48.000 manat pulun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırıblar ki, JN-0674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə verilm iş cizgidə göstərilən sərhəd daxilində 0,81 hektar torpaq sahəsi “kənd təsərrüfatı məhsulları istehsalı” məqsədilə onların və Qərib Qurbanov mülkiyyətinə verilib. Cavabdeh uzun illərdir ki, mülkiyyətlərində olan torpaq sahəsini zəbt edərək onları torpaq sahəsinə buraxmır. Dəfələrlə oraya getsələr də, cavabdeh qanunsuz olaraq onların həmin torpaq sahəsindən istifadə etmələrinə maneçilik yaradır və 1997-ci ildən həmin torpaq sahəsindən cavabdeh istifadə etməklə gəlir əldə edir. Onlar bununla bağlı dəfələrlə müxtəlif orqanlara müraciətlər ediblər, lakin heç bir müsbət nəticə əldə edə bilməyiblər. Qəbələ rayon İHB-nın Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 11 fevral 2019- cu il tarixli məktubunda göstərilir ki, sözügedən ərazidə qarşı tərəf olan cavabdeh kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinə dəvət edilib və məsələ ilə bağlı ətraflı söhbət aparılıb və o, bildirib ki, “əkib becərdiyi bağ sahəsi özünə məxsusdur və heç kimə veriləsi torpaq sahəsi yoxdur”. Bu hal bir daha onu təsdiq edir ki, cavabdeh qəsdən mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz zəbt edib və onların həmin torpaq sahəsindən istifadə etməklərinə maneə yaradır. Göründüyü kimi, onlar mülkiyyətçi olduğu halda, öz mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə və ondan gəlir əldə edə bilmirlər, yəni xüsusi mülkiyyətlərindən qanunsuz olaraq məhrum olublar. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərib ki, yararsız, daşlıq ərazini icarəyə götürərək həmin torpaq sahəsini yararlı hala gətirərək bağ salıb. Bağ sahəsini yetişdirmək üçün ağır zəhmət çəkib. Həmçinin iddia çıların atası X torpaq sahəsini zəbt edərək orada bağ sahəsi salıb. Xv torpaq sahəsini hansı yollarlasa gizlədilərək bələdiyyə adı altında saxlayıb və onun zəhmətlə becərdiyi bağdan ona pay torpaq sahəsi verilib. Beləliklə, iddiaçıların onun bağından iddia etdiyi 0,7 ha torpaq sahəsinin onların gizlətdiyi bələdiyyə torpaq sahəsindən verilməsini xahiş edir. "xxxx" MMC-nin 07 dekabr 2020-ci il tarixli ekspert rəyində göstərilir ki, Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-0674 saylı Dövlət Aktına əsasən iddiaçıların ümumi birgə mülkiyyətinə verilib, cizgidə göstərilən sərhəd daxilində 0,81 hektar torpaq sahəsinin hüdudları müəyyən edilməklə naturaya uyğundur. Həmin torpaq sahəsi cavabdeh tərəfindən tam həcmdə zəbt edilib. Məh kəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş JN-0674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 0,70 ha torpaq sahəsinin hüdudları yerində müəyyən edilib və həmin torpaq sahəsinin 0,6873 ha hissəsi cavabdehin istifadəsindədir. Qəbələ Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(025)-49/2022 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddia qismən təmin edilərək, JN-0674 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən iddiaçıların mülkiyyətinə verilmiş 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-674 “A” saylı cizgidə g östərilmiş 0,6873 ha hissəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilməsi və həmin torpaq sahəsindən cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə JN-0674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçıların mülkiyyətinə Qəbələ rayonu, Mıxlıqovaq kəndindən 0,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib. Lakin, iddiaçılar mülkiyyətlərinə verilmiş torpaq sahəsinin bir hissəsindən cavabdeh tərəfindən tutulması səbəbindən lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər. Belə ki, mütəxəssis rəy inə görə iddiaçıların mülkiyyətinə verilmiş 0,7 ha torpaq sahəsinin 0,6873 ha hissəsi cavabdehin qanunsuz istifadəsindədir. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Mülki Məcəllənin 157.2-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi iddiaçıların cavabdehdən torpaq sahəsini boşaltmasını tələb etmələri üçün ilk növbədə onların həmin torpaq sahələrinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçıların təqdim etdiyi JN-0674 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı və mütəxəssis rəyi ilə də təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıların iddia etdikləri və mülkiyyətlərində ola n torpaq sahəsi 0,81 hektar təşkil edir. Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə JN-0674 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktının 674 “A” cizgisinə əsasən verilmiş 0,7 ha torpaq sahəsinin 0,6873 ha hissəsi cavabdehin istifadəsində və həmin hissə onun tərəfindən tutulduğundan, iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən istifadələri məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçıların iddia etdikləri maneələr qismən mövcud olduğundan, iddia tələbi torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması hissəsində təmin edilməlidir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçılar iddia tələblərin də mülkiyyətlərinə verilmiş 0,70 ha torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılmasını tələb etsələr də, mütəxəssis rəyi ilə cavabdehin faktiki istifadəsində olan sahənin 0,6873 ha olması müəyyən edilir, bu səbəbdən də iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçılar iddia ərizəsində əldən çıxmış faydanın və vurulmuş zərərin əvəzi olaraq 48.000 manat pulun cavabdehdən tutularaq onlara ödənilməsini xahiş ediblər. Məhkəmə, işin araşdırması zamanı müəyyən edilmiş hallarını və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını, habelə qanunvericiliyin tələblərinə görə sübutetmə vəzifəsinin tərəflərin üzərinə qoyulduğunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçıların cavabdehə qarşı torpaq sahəsindən istifadəyə görə 48.000 manat maddi ziyan tələbinə dair hissəsi əsasızdır və təmin edilməməlidir. Belə ki, iddiaçılar maddi ziyanla bağlı tələb etdikləri məbləğlərə, yəni iddia tələbinin əsaslandığı hallara dair lazımi və iş üçün əhəmiyyət kəsb edəcək- mötəbər sübutları məhkəməyə təqdim edə bilməyiblər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 152, 157.2, 157.4, 152-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- iddia tələblərinin təmin olunmayan hissəsində ləğv edilib, iddianın tam təmin edilm əsi, eyni zamanda məhkəmə xərci olaraq iddiaçılar tərəfindən ödənilmiş mütəxəssis tədqiqatlarının dəyəri kimi 375 manat pulun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırıblar ki, mübahisəli 0,81 ha torpaq sahəsi onların xüsusi mülkiyyətindədir. Cavabdeh uzun illərdir ki, mülkiyyətlərində olan torpaq sahəsini zəbt edərək onları torpaq sahəsinə buraxmır və torpaq sahəsindən istifadə etmələrinə maneçilik yaradır. 1997-ci ildən cavabdeh həmin torpaq sahəsindən istifadə etməklə gəlir əldə edir. Bununla bağlı dəfələrlə müxtəlif orqanlara müraciətlər etsələr də, heç bir müsbət nəticə əldə edə bilməyiblər. Onların müraciətinə əsasən cavabdeh müvafiq icra hakimiyyəti orqanına dəvət edilib və onunla ətrafl ı söhbət aparılıb. Cavabdeh orada bildirib ki, onun əkib-becərdiyi bağ sahəsi özünə məxsusdur və heç kimə veriləsi torpaq sahəsi yoxdur. Bu hal bir daha onu təsdiq edir ki, cavabdeh qəsdən onların mülkiyyətində olan torpaq sahəsini zəbt edib və onların həmin torpaq sahəsindən istifadə etmələrinə maneçilik yaradır. Göründüyü kimi, mülkiyyətçi olduqları halda, öz mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə və ondan gəlir əldə edə bilmirlər, yəni xüsusi mülkiyyətlərindən qanunsuz olaraq məhrum ediliblər. Belə ki, cavabdeh 1997-ci ildən mülkiyyətlərində olan torpaq sahəsindən qanunsuz olaraq təyinatı üzrə istifadə etməklə, yəni həmin bağda olan və bar verən çoxsaylı (200-dən artıq) meyvə- fındıq, alma və sair ağaclardan gəlir əldə edir. Mülkiyyətlərində olan və cavabdeh tərəfindən qan unsuz olaraq zəbt edilmiş 0,70 ha torpaq sahəsi məhz kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilib. Həmin bağ sahəsindən illik 2.000-3.000 manat qazanc əldə edilir. Bu səbəbdən də cavabdehdən hər il üçün 2.000 manat olmaqla 1997-ci ildən başlayaraq hazırkı vaxtadək, yəni 24 il müddət üçün hesablanmaqla 48.000 manat əldən çıxmış faydanın onların xeyrinə tutulmasını iddia edirlər. Mütəxəssis və ekspert rəylərinə görə, onların mülkiyyətində olan 0,70 ha torpaq sahəsinin 0,6873 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunduğu müəyyən olunur. Lakin, 0,70 ha torpaq sahəsinin rəydə göstərilməyən hissəsi, yəni 0,0127 ha torpaq sahəsi cavabdeh və oğlu Nümayəndə2 aid torpaq sahələri arasında hasar yerinin altında qalan hissədir. Bu səbəbdən iddia bu hissədə tam təmin edilərək, 0,0127 ha torpaq sahəsi də daxil olmaqla onların mülkiyyətinə verilmiş 0,70 ha torpaq sahəsi cavabdeh tərəfindən boşaldılaraq onlara təhvil verilməli və həmin torpaq sahəsindən cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməlidir. Eyni zamanda, aparılmış mütəxəssis tədqiqatının dəyəri kimi 375 manat pul vəsaiti onlar tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq hesabına ödənilib. Məhkəmə hesab etmişdir ki, onlar həmin məbləği cavabdehdən tələb etməmişlər. Bu səbəbdən həmin məbləğ iddiaçıların özünə aid edilməlidir. Halbuki, məhkəmənin bu mövqeyi tam əsassızdır. Belə ki, mülki prosessual qanunverciliyə görə iddia ərizəsində tələb edilib-edilməməsinə baxmayaraq, məhkəmə xərcləri qanunverici liyin tələbləri baxımından ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə xərci olaraq iddiaçılar tərəfindən ödənilmiş mütəxəssis tədqiqatlarının dəyəri kimi 375 manat pul vəsaiti cavabdehdən tutularaq onlara verilməlidir. Qeyd olunan torpaq sahəsinin təyinatı, yəni kənd təsərrüfatlı torpaq sahəsi olması mübahisəsizdir, həmin torpaq sahəsi qanunsuz zəbt olunaraq onun tərəfindən orada meyvə bağı (fındıq və sair ağacları) salınıb. Belə olan halda kənd təsərrüfatı təyinatlı torpaq sahəsində salınmış meyvə bağından gəlir əldə edilməsi mübahisəsizdir, cavabdeh özü də bu faktı inkar etmir. Buna baxmayaraq məhkəmə, onların mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,70 ha torpaq sahəsindən gəlir əldə etmək və fayda götürmək imkanlarının sü but olunmadığını qeyd edib. İddia tələbinin bu hissəsi ilə bağlı məhkəmə, əldən çıxmış faydanın məbləğinə dair araşdırma apara və Mülki Prosessual Məcəllənin 87-ci maddəsinə əsasən ekspertiza təyin etməklə təmin edə bilərdi. Lakin işə baxan məhkəmə bu vəzifəsini həyata keçirməyib və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, o iddia ərizəsində qeyd edilənlərlə və birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Belə ki, mübahisəli torpaq sahəsi yararsız, daşlıq ərazi olduğundan oranı icarəyə götürərək, torpaq sahəsini yararlı hala gətirərək oraya bağ salı b və həmin bağda olan meyvə ağaclarını yetişdirmək üçün ağır zəhmət çəkib. Təxminən 3-4 il bundan əvvələ kimi heç kim həmin torpaq sahəsinin islahat zamanı onlara pay torpaq sahəsi kimi verildiyini bildirməyib. Həmçinin, məlum olduğu kimi iddiaçıların atası Qərib Qurbanov də torpaq sahəsini zəbt edərək bağ salıb, həmin torpaq sahəsini hansı yollarlasa gizlədilərək bələdiyyə mülkiyyəti adı altında saxlayıb, onun zəhmətlə becərdiyi meyvə bağından isə ona pay torpaq verilib. Həmçinin, iş üzrə verilmiş ekspert rəyləri ilə razı deyil. Belə ki, onların kəndində torpaq islahatı bir neçə dəfə aparılıb və müəyyən edilib ki, iddiaçıların istifadəsində hər hansı torpaq sahəsi yoxdur və keçirilmiş ekspertiza zamanı suallara tam aydınlıq gətirilməyib. Ona görə də təkrar məhkəmə tikinti-mühəndis ekspert izasının keçirilməsinə zərurət vardır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən ölkədə torpaqların elektron kadastr uçotu informasiya sistemi qurulur. Habelə, ölkənin torpaq sahələrinin elektron kadastr xəritələri tərtib edilir. Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaq lardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. Əlavə olaraq onu da qeyd etmək istəyir ki, torpaq sahələrinin xəritələrində əsassız sürüşdürülmələr və yerdəyişmələr aparılıb. Ona görə də elektron kadastr uçotu informasiya sistemi yaradılmadığından iddiaçıların iddia tələbi əsaslı hesab oluna bilməz. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2(107)119/2023 saylı qətnaməsi ilə (hakimlər M.A.Əsədli - sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və E.M.Mehdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətlərinə münasibətdə dəyişdiriləmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçılar iddia ərizəsində tələb etmədikləri üçün məhkəmə xərclərinin qanunvericiliyin tələbləri baxımından ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsinə dair şikayətin dəlilləri ilə razılaşmır. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçıların iddia tələbi qismən təmin edilib. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilib. Yəni ekspertiza tədqiqatının dəyəri tam olaraq cavabdehdən tutulub. Daha sonra, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəf ödənilmiş xərclərlə bağlı iddia tələbində hər hansı bir tələb irəli sürmədiklərindən birinci ihstansiya məhkəməsi ödənilmiş məhkəmə xərcləri ilə bağlı düzgün nəticəyə gəlib. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların apellyasiya şikayətinin ikinci dəlili iddia tələbin in təmin edilməyən 48.000 manat zərərin cavabdehdən tutularaq onlara ödənilməsi hissəsinin rədd edilməsi ilə bağlıdır və şikayətin bu dəlili də əsassızdır. Belə ki, iddiaçıların iddia ərizəsində əldən çıxmış faydanın və vurulmuş zərərin əvəzi olaraq 48.000 manat pulun cavabdehdən tutularaq onlara ödənilməsi hissəsinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar maddi ziyanla bağlı tələb etdikləri məbləğlərə, yəni iddia tələbinin əsaslandığı hallara dair lazımi və iş üçün əhəmiyyət kəsb edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməyiblər. Hazırki iş üzrə sübutetmə vəzifəsi iddiaçıların üzərinə düşsə də, onlar, öz iddia tələblərini, yəni cavabdeh tərəfindən subyektiv hüququn və qanunla qorunan oby ektiv hüquqlarının (sosial və hüquqi aspektdə) pozulduğuna dair halları sübuta yetirə bilməyiblər. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddia cavabdehdən 48.000 manat əldən çıxmış faydanın və maddi zərərin alınaraq iddiaçılara verilməsi hissəsində əsassızdır və təmin olunmamalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçılara məxsus torpaq sahəsini bilərəkdən zəbt etməyib. Belə ki, işdə olan JN- 0594 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehin və ailə üzvlərinin mülkiyyətinə verilib. Yəni, cavbdeh iddiaçılara məxsus torpaq sahəsini öz torpaq sahəsi bilib və tərəflərin izahatlarında qeyd edildiyi kimi həmin torpaq sahəsində m eyvə ağacları əkib. Təbii ki, cavabdeh həmin torpaq sahəsinin iddiaçılara məxsus olduğunu bilmiş olsaydı kifayət qədər xərc çəkib orada bağ salmaz və qətnamə ilə həmin əmlakdan məhrum olmazdı. Ona görə də iddia bu hissədə də təmin edilə bilməz. Məhkəmə kollegiyası cavabehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçıların iddia etdikləri və ümumi birgə mülkiyyətində olan torpaq sahəsi 0,81 hektar təşkil edir. İddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş 0,7 ha torpaq sahəsinin 0,6873 ha hissəsi cavabdehin istifadəsində, yəni həmin hissə cavabdeh tərəfindən tutulduğundan, iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən istifadələri isə məhdudlaşdırıldığından, başqa sözlə iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçıların iddia etdikləri maneələr qismən mövcud olduğundan, iddia tələbi torpaq sahəsindən törədilən maneələrə son qoyulması hissəsində qismən əsaslı olduğundan təmin edilməlidir. İşin faktiki hallarına görə iddiaçıların mübahisələndirdikləri torpaq sahəsi mülkiyyət hüququ ilə onlara məxsus olmasına baxmayaraq, bir hissəsi cavabdeh tərəfindən zəbt olunmaqla onun tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçıların qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Yenidən ekspertizanın keçirilməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibət məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyinin əsassızlığı ilə bağlı apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və birinci instansiya məhkəməsi əsaslı olaraq cavabdehin torpaq sahəsini zəbt etdiyini keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən edib. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilib. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyil və cavabdeh bununla bağlı məhkəməyə sübut təqdim etməyib. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmayıb. Ona görə də, apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şik ayətlərinə münasibətdə dəyişdiriləmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 6, 152, 157-ci maddələrinə, Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinad etməklə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçılar, (vəkili Nümayəndə3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddia təl əblərində mülkiyyətlərinə verilmiş 0,70 ha torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılmasını tələb etsələr də, işə baxan məhkəmələr mütəxəssis rəyinə əsaslanaraq cavabdehin faktiki istifadəsində olan torpaq sahənin 0,6873 ha olduğunu müəyyən edib və bu səbəbdən də iddianı həmin hissədə qismən təmin etmişlər. Halbuki, bu hissədə iddianın qismən təmin edilməsi ilə bağlı məhkəmənin mövqeyi əsassızdır və iddia tələbi bu hissədə də tam təmin edilməlidir. Belə ki, mütəxəssis və ekspert rəylərdə iddiaçıların mülkiyyətində olan 0,70 ha torpaq sahəsinin 0,6873 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunduğu müəyyən edilib. Lakin 0,70 ha torpaq sahəsinin rəydə göstərilməyən hissəsi, yəni 0,0127 ha torpaq sahəsi də cavabdeh və Nümayəndə2 aid torpaq sahələri arasında hasar yerini n altında qalan hissədir. Həmin hissə də iddiaçıların mülkiyyətində olan torpaq sahəsidir və cavabdeh tərəfindən çəkilmiş hasar yerinin altında qalıb. Bu səbəbdən hesab edirik ki, iddia bu hissədə də tam təmin edilərək, 0,0127 ha torpaq sahəsi də daxil omaqla iddiaçıların birgə mülkiyyətinə verilmiş 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh tərəfindən boşaldılaraq onlara təhvil verilməli və həmin torpaq sahəsindən cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməlidir. Lakin bu dəlillər apellyasiya şikayətində göstərilməsinə baxmayaraq, işə baxan apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlilinə ümumiyyətlə qiymət verməyib və qətnaməni yalnız formal mülahizələrlə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən hüqu qlarının pozulmasına dair halları onların sübuta yetirə bilməmələrinə dair qənaəti də əsassızdır. Belə ki, iddiaçıların mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,70 ha torpaq sahəsinin cavabdeh tərəfindən 24 ildir ki qanunsuz zəbt olunduğu mülki iş materiallarında olan sübutlarla öz təsdiqini tapıb və məhkəmə tərəfindən də təsdiq edilib. Qeyd olunan torpaq sahəsinin təyinatı, yəni kənd təsərrüfatlı torpaq sahəsi olması mübahisəsizdir, həmin torpaq sahəsi qanunsuz zəbt olunaraq cavabdeh tərəfindən orada meyvə bağı (fındıq və sair ağacları) salınıb. Belə olan halda aydın olur ki, kənd təsərrüfatlı torpaq sahəsində salınmış meyvə bağından gəlir əldə etmək mübahisəsizdir, eyni zamanda cavabdehin özü tərəfindən də etiraf edilir, bu səbəbdən də bu fakt tam sübut olunur. İş üzrə ekspertiz a təyin olunmasına dair 13 dekabr 2022-ci il tarixli vəsatətlə məhkəməyə müraciət olunaraq, iddiaçılara məxsus kənd təsərrüfatı təyinatlı 0,70 ha torpaq sahəsindən (100 fındıq, 37 qoz, 26 şabalıd, 14 alma, 6 gilas, 4 alça, 4 əzgil və 1 armud ağacı olan torpaq sahəsi) 1997-ci ildən hesablanmaqla 24 il ərzində götürülmüş və ya götürülməli olan bütün gəlirlərin (əldən çıxmış faydanın) həcminin müəyyən olunması üçün ekspertizanın təyin olunması xahiş olunub. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə zidd olaraq mülki iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi və iş üzrə ədalətli və düzgün qərar qəbul edilməsi üçün vəsatəti təmin etməyib. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində göstərmişdir ki, iddiaçılar ödənilmiş xərclərlə bağlı iddia ərizəsində hər hansı bir tə ləb irəli sürmədiyindən birinci ihstansiya məhkəməsi ödənilmiş məhkəmə xərcləri ilə bağlı düzgün nəticəyə gəlib. Məhkəmənin bu mövqeyi qanunsuz və əsassızdır. Belə ki, mülki prosessual qanunverciliyə görə iddiada tələb edilməməsinə baxmayaraq, məhkəmə xərcləri qanunvericiliyin tələbləri baxımından ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə xərci (işə baxılması ilə əlaqədar olan məsrəflərdən) olaraq- iddiaçılar tərəfindən ödənilmiş mütəxəssis tədqiqatlarının dəyəri kimi 375 manat pul vəsaiti də cavabdehdən tutularaq onlara ödənilməlidir. İşə baxan apellyasiya instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normalarını kobud şəkildə pozub və hazırki iş üzrə sübutlara tətbiq edilməli hüquq normalarına uyğun olaraq qiymət verməyib. Hə mçinin cavabdeh də kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyasi məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırıb ki, mübahisəli torpaq sahəsini uzun müddətdir ki, icarəyə götürüb və həmin torpaq sahəsini yararlı hala gətirərək orada bağ salıb və həmin bağda olan meyvə ağaclarını yetişdirmək üçün illərlə ağır zəhmət çəkib. Təxminən 3-4 il bundan əvvələ kimi heç kim həmin torpaq sahəsinin islahat zamanı onlara pay torpaq sahəsi kimi verildiyini bildirməyiblər. Həmçinin, iddiaçıların atası Qərib Qurbanov da müəyyən bir torpaq sahəsini zəbt edərək bağ salıb, həmin torpaq sahəsini hansı yollarlasa gizlədilərək bələdi yyə mülkiyyəti adı altında saxlayıb, onun becərdiyi meyvə bağından isə ona pay torpaq sahəsi verilib. Həmçinin, o iş üzrə keçirilmiş ekspert rəyi ilə razı olmadığını bildirərək, apellyasiya şikayətində yenidən təkrar tikinti-texniki ekspertizasının keçirilməsini xahiş etsə də, apellyasiya instansiyası məhkəməsi ekspertiza təyin etməyib. Yaşadığı kənddə torpaq islahatı bir neçə dəfə aparılıb, iddiaçılara verilən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı 1997-1998-ci illərdə aparılan torpaq islahatı zamanı deyil, təxminən 10 il sonra 2006-ci ildə verildiyindən iddiaçıların istifadəsində hər hansı torpaq sahəsi yoxdur və keçirilmiş ekspertiza zamanı suallara tam aydınlıq gətirilməyib. Bu səbəbdən təkrar məhkəmə tikinti-mühəndis ekspertizası keçirilməsi zərurəti vardır. Azərbaycan Respubli kası Prezidentinin 07 mart 2016-cı il tarixli “Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən ölkədə torpaqların elektron kadastr uçotu informasiya sistemi qurulur. Habelə ölkənin torpaq sahələrinin elektron kadastr xəritələri tərtib edilir. Torpaq sahələrinin xəritələrində əsassız sürüşdürülmələr və yerdəyişmələr aparılıb. Ona görə də kənd ərazisinin elektron kadastr uçotu informasiya sistemi yaradılmadığından, iddiaçıların iddia tələbləri əsaslı hesab oluna bilməz. İşə baxan məhkəmələr qeyd edilən faktiki halları nəzərə almayıb, mülki iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin etiraz ərizəsində iddiaçıların kassasiya şikayətinin təmin edilmədən saxlanılması xahi ş olunub. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər,həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, on a mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 82 Başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudu r. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ol an, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən iddianın- 0,7 ha torpaq sahəsinin təmin olunmayan 0,0127 ha hissəsində, habelə mütəxəssis tədqiqatının də yəri kimi ödənilmiş 375,0 manat pulun tutulmamasına aid hissələrdə əsassız olduğundan ləğv edilməli, mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən kənd təsərrüfat təyinatlı 0,81 ha torpaq sahəsi iddiaçıların və X, 1,02 ha torpaq sahəsi isə cavabdehin və ailə üzvlərinin mülkiyyətinə verilib. JN-0674 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 0,81 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə iddiaçıların və X, JN-0594 saylı “Torpağa mülkiyyət hüq uquna dair” Dövlət Aktına əsasən isə 1,02 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdehin və ailə üzvlərinin adlarına qeydə alınıb. Həmçinin, Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi cavabdehin və ailə üzvlərinin mülkiyyətinə verilib. JN-377 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,10 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdehin və ailə üzvlərinin adlarına qeydə alınıb. Hazırda iddiaçıların cavabdehə qarşı birinci tələbi mülkiyyətlərində olan 0,81 ha torpaq sahəsinin 0,70 ha hissəsindən istifadələrinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasından və 0,70 ha torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq onlara təh vil verilməsindən ibarətdir. İşə əlavə edilmiş mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunur ki, iddiaçıların mülkiyyətində olan 0,7 ha torpaq sahəsinin hüdudları yerində müəyyən edilməklə, həmin torpaq sahəsinin 0,6873 ha hissəsinin cavabdehin faktiki istifadəsində olduğu müəyyən edilib. Həmçinin həmin rəylərə əlavə edilmiş yerquruluşu planından görünür ki, iddiaçıların mülkiyyətinə verilmiş 0,7 ha torpaq sahəsinin, həmçinin cavabdehin faktiki istifadəsində olan 2,7777 ha torpaq sahəsinin yerində döngə nöqtələrinin koordinatları müəyyən edilib. İddia ərizəsindən, iddiaçıların izahatlarından, habelə onların apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, iddiaçıların mülkiyyətində olan 0,81 ha torpaq sahəsinin 0,7 ha hissəsi cavabdehin qanunsuz sahibliyindədir, ekspert in və mütəxəssisin rəylərində həmin torpaq sahəsinin 0,6973 ha olduğu qeyd edilsə də, 0,7 ha torpaq sahəsinin rəylərdə göstərilməyən 0,0127 ha hissəsi də cavabdehin və oğlu Nümayəndə2 qanunsuz sahibliyindədir, yəni 0,0127 ha torpaq sahəsi onlara aid torpaq sahələri arasında hasar yerinin altında qalan hissədir. Göründüyü kimi, hazırki tələbin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir və həmin maddədə göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın mənasına görə, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: Birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; İkincisi, əmlakın naturada mövcud olması və başqasının sahi bliyində olması; Üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: Birincisi, mülkiyyət hüququnun tanınması; İkincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; Üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Məhz mülkiyyətçi bu normada nəzərdə tutulan üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakın ı başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, vimdecere- sözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Apellyasiya insitansiyası məhkəməsi, sözügedən normanın tələblərini hazırki mülki mübahisəyə tətbiq etsə də, iddiaçıların apellyasiya şikayətində mülkiyyətlərində olan 0,7 ha torpaq sahəsinin 0,0127 ha hissəsinin də cavabdehin və oğlu Nümayəndə2 qanunsuz sahibliyində olmasına dair göstərdikləri dəlil üzrə kifayət qədər araqdırma aparmayıb, zərurət yarandığı halda xüsusi bilik tələb edən sözügedən sualı aydınlaşdırmaq, habelə 0,7 ha torpaq sahəsinin çatışmayan 0,0127 ha hissəsinin yerində (naturada) döngə nöqtələrinin koordinatlarını aydınlaşdırmaq üçün iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almadan, ümumiyyətlə 0,0127 ha torpaq sahəsinin naturada yerləşdiyi ərazini dəqiqləşdirmədən, cavabdehin və ailə üzvlərinin sənəd üzrə mülkiyyətlərində cəmi 1,02 ha kənd təsərrüfatı təyinatlı, habelə 0,10 ha həyətyanı torpaq sahəsi olduğu halda, faktiki olaraq 2,7777 ha torpaq sahəsindən istifadə etmələrini nəzərə almadan, başqa sözlə hansı dəlillərə əsasən iddiaçıların apellyasiya şikayətini bu hissədə təmin etmədiyini qətnamədə göstərmədən, yalnız işə əlavə edilimiş tam olmayan mütəxəssis və ekspert rəylərinə əsaslanaraq, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb. Halbuk i, Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinin mənasına görə, apellyasiya şikayəti təmin edilmədikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayəti təmin etmədiyini qətnamədə göstərməyə borcludur. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda ekspertiza təyin edə bilər. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsində göstərilir ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Nəzərə alınmalıdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 88, 103.1 və 205.1-ci maddələri). Digər tərəfdən, işdən görünür ki, iş üzrə aparılmış mütəxəssis tədqiqat ının dəyəri kimi iddiaçılar tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin bank hesabına 375,0 manat pul köçürülüb. Apellyasiya instansiyası məhkəməsi, iddiaçıların iddia ərizəsində məhkəmə xərcini cavabdehdən tələb etməməsini əsas tutub həmin xərci ödənilmiş tələbin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid etməməklə Mülki Prosessual Məcəllənin 107, 115.0.1, 119.1-ci maddələrinin tələblərini pozub. Halbuki, həmin maddələrin mənasına görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Ekspertlərə, mütəxəsisslərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak ed ən şəxslərə aid edilir. Göründüyü kimi, iddia ərizəsində göstərilib-göstərilməməsindən asılı olmayaraq məhkəmə xəcləri, o cümlədən ekspertə, mütəxəssisə ödənilmiş xərclər də təmin edilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ona görə də kassasiya instansiyası məhkəməsi iddiaçıların kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən yuxarıda göstərilən hallar aydınlaşdırılmaqla yanaşı, iddiaçılar tərəfindən ödənilmiş mütəxəssis tədqiqatının dəyəri kimi 375,0 manat məbləğində məhkəmə xərci də təmin ediləcək tələblərin məbləğinə mütənasib olaraq cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. İddiaçıların cavabdehə qarşı iddiasının təmin olunan 0,6873 ha hissəsinə, habelə əldən çıx mış faydaya və vurulmuş zərərin əvəzinə görə 48.000 manat pul tələbinin təmin olunmamasına gəlincə isə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu hissələrdə qanuni və əsaslı olmaqla iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıldığından, habelə tərəflərin kassasiya şikayətlərinin dəlilləri bu hissədə mülki iş materialları ilə öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsi eyni zamanda cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdıralaraq düzgün hüquqi qiymət veri ldiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunacaq hissədə əsaslılıq baxımından Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Qətnamənin əsaslılığı dedikdə- qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar mülki iş materiallarına uyğun olsun. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən maddi və prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb hesab edir ki, iddiaçıların kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən iddianın- 0,7 ha torpaq sahəsinin təmin olunmayan 0,0127 ha hissəsində, habelə mütəxəssis tədqiqatının dəyəri kimi ödənilmiş 375,0 manat məhkəmə xərcinin tutulmamasına aid hissədə ləğv edilməli, mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən, cavabdehi n kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçılar X4, İddiaçı2 və İddiaçı3 birgə verdikləri kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2(107)-119/2023 saylı qətnaməsi qismən- iddianın 0,7 ha torpaq sahəsinin təmin olunmayan 0,0127 ha hissəsində, habelə mütəxəssis tədqiqatının dəyəri kimi ödənilmiş 375,0 manat məhkəmə xərcinin tutulmamasına aid hissədə ləğv edilsin, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən, Cavabd eh kassasiya şikayəti isə təmin edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.