Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2214/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı ASC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 10 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən P.A.Hüseynov, iş 2(006)-3052/2017 ) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi” iddia qismən təmin edilmiş, 1.296.698,11 ABŞ dolları əsas borc, 506.060,19 ABŞ dolları faiz borcu, 10.000 ABŞ dolları cərimə borcu, cəmi 1.812.758,30 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh3 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 400.000 manat müə yyən edilməklə Bakı şəhəri, ÜNVANndə 0,2234 ha torpaq sahəsində yerləşən 31 nömrəli binada ümumi sahəsi 57,3 kv.m, yaşayış sahəsi 26,5 kv.m olan 2 otaqlı 10 nömrəli mənzilə, cavabdeh X9 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 48.000 manat müəyyən edilməklə Sumqayıt şəhəri, X massivi, B-5095J nömrəli ünvanda 0,0683 ha torpaq sahəsinə, cavabdeh X10 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 53.000 manat müəyyən edilməklə Sumqayıt şəhəri, X massivi, 5117B nömrəli ünvanda 0,076 ha torpaq sahəsinə, cavabdeh X6 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 84.000 manat müəyyən edilməklə Sumqayıt şəhəri, X massivi, 5096A nömrəli ünvanda 0,12 ha torpaq sahəsinə, cavabdeh X6 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 126.000 manat müəyyən edilməklə Sumqayıt ş əhəri, X massivi, 4681 və B-4681 ünvanda 0,24 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 186,62 kv.m-dən ibarət bağ evinə, cavabdeh X4 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 50.000 manat müəyyən edilməklə Sumqayıt şəhəri, X massivi, B-5096A nömrəli ünvanda 0,072 ha torpaq sahəsinə, cavabdeh X2 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 63.000 manat müəyyən edilməklə Sumqayıt şəhəri, X massivi, 3350A nömrəli ünvanda 0,09 ha torpaq sahəsinə, cavabdeh X2 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 168.000 manat müəyyən edilməklə Sumqayıt şəhəri, X massivi, 5095V nömrəli ünvanda 0,24 ha torpaq sahəsinə, cavabdeh X2 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 66.000 manat müəyyən edilməklə Sumqayıt şəhəri, X massivi, 5097B nömrəli ünvanda 0,11 ha torpaq sahəsinə, cavabdeh X2 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 168.000 manat müəyyən edilməklə Sumqayıt şəhəri, X massivi, 5096 nömrəli ünvanda 0,24 ha torpaq sahəsinə, cavabdeh X2 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 288.000 manat müəyyən edilməklə Sumqayıt şəhəri, X massivi, 5117A nömrəli ünvanda 0,48 ha torpaq sahəsinə, cavabdeh X2 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 84.000 manat müəyyən edilməklə Sumqayıt şəhəri, X massivi, B-4655D nömrəli ünvanda 0,12 ha torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən cəmi 1.812.758,30 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə al ınmaqla manat hesabı ilə və iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, qalan məbləğin müvafiq qaydada Cavabdeh3, X9, X10, X6, X4 və X2 verilməsi, ipoteka predmetlərinin satışdan əldə olunmuş vəsaitinborcunödənilməsinə kifayət etmədiyi halda borcun ödənilməyən digər hissəsinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan qeyd olunan əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan sonra 1 ay ərzində cavabdeh Cavabdeh3 Bakı şəhəri, ÜNVANndə 0,2234 ha torpaq sahəsində yerləşən 31 nömrəli binada ümumi sahəsi 57,3 kv.m, yaşayış sahəsi 26,5 kv.m olan 2 otaqlı 10 nömrəli mənzilə, cavabdeh X7 Sumqayıt şəhəri, X m assivi, B-5095J nömrəli ünvanda 0,0683 ha torpaq sahəsinə, cavabdeh X8 Sumqayıt şəhəri, X massivi, 5117B nömrəli ünvanda 0,076 ha torpaq sahəsinə, cavabdeh X5 Sumqayıt şəhəri, X massivi, 5096A nömrəli ünvanda 0,12 ha torpaq sahəsinə və Sumqayıt şəhəri, X massivi, 4681 və B-4681 ünvanda 0,24 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 186,62 kv.m-dən ibarət bağ evinə, cavabdeh X3 Sumqayıt şəhəri, X massivi, B-5096A nömrəli ünvanda 0,072 ha torpaq sahəsinə, cavabdeh X1 Sumqayıt şəhəri, X massivi, 3350A nömrəli ünvanda 0,09 ha torpaq sahəsinə, Sumqayıt şəhəri, X massivi, 5095V nömrəli ünvanda 0,24 ha torpaq sahəsinə, Sumqayıt şəhəri, X massivi, 5097B nömrəli ünvanda 0,11 ha torpaq sahəsinə, Sumqayıt şəhəri, X massivi, 5096 nömrəli ünvanda 0,24 ha torpaq sahəsinə, Sumqayıt şəhəri, X mas sivi, 5117A nömrəli ünvanda 0,48 ha torpaq sahəsinə və Sumqayıt şəhəri, X massivi, B-4655D nömrəli ünvanda 0,12 ha torpaq sahəsinə olan istifadə hüquqları itirilməklə onların həmin əmlaklardan çıxarılması və həmin əmlakların boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 noyabr 2018-ci il tarixli, 2(103)4168/2018 saylı qətnaməsi ilə (V.T.Həsənov (sədrlik edən və məruzəçi), hakimlər Ş.A.Məmmədova və N.Ş.Cəfərov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(006)-3052/2017 saylı qətnaməsi Cavabdeh1 MMC-yə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, X6, X4, X9, Cavabdeh2, Cavabdeh3, X2, X10 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ipoteka əmlaklarının ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məh kəmə kollegiyasının iclasında İddiaçı ASC-nin vəkili Vəkil özlərinin kassasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsi, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 03.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 20 faiz ödəmək şərtilə 01.10.2017-ci il tarixədək ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 03.10.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. Bundan başqa, İddiaçı ASC ilə müvafiq olaraq bağlanmış 100.CL.011014.00001/e sayl ı, 01 oktyabr 2014cü il tarixli ipoteka müqaviləsinə əsasən 1) Cavabdeh3 məxsus Bakı şəhəri, ÜNVANndə 0,2234 ha torpaq sahəsində yerləşən 31 nömrəli binada ümumi sahəsi 57,3 kv.m, yaşayış sahəsi 26,5 kv.m olan 2 otaqlı 10 nömrəli mənzil, 2) 100.CL.011014.00001/g saylı 03 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən X9 məxsus Sumqayıt şəhəri, X massivi, B-5095J nömrəli bağ sahəsində mülkiyyətində olan 0,0683 ha torpaq sahəsi, 3) 100.CL.011014.00001/g saylı 03 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən X10 məxsus Sumqayıt şəhəri, X massivi, 5117B nömrəli bağ sahəsində mülkiyyətində olan 0,076 ha torpaq sahəsi, 4) 100.CL.011014.00001/g saylı 03 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən X6 məxsus Sumqayıt şəhəri, X massivi, 5096A nömrəli bağ sahəsində mülkiyy ətində olan 0,12 ha torpaq sahəsi, 5) 100.CL.011014.00001/g saylı 03 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən X6 məxsus Sumqayıt şəhəri, X massivində mülkiyyətində olan 0,24 ha torpaq sahəsi və həmin sahədə yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76,44 kv.m yaşayış, 110,18 kv.m köməkçi sahədən ibarət 4681 və B4681 nömrəli bağ evi, 6) 100.CL.011014.00001/g saylı 03 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən X4 məxsus Sumqayıt şəhəri, X massivi, B-5096A nömrəli bağ sahəsində mülkiyyətində olan 0,072 ha torpaq sahəsi, 7) 100.CL.011014.00001/h saylı 03 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən X2 məxsus Sumqayıt şəhəri, X massivi, 3350A nömrəli bağ sahəsində mülkiyyətində olan 0,09 ha torpaq sahəsi, 8) 100.CL.011014.00001/h saylı 03 oktyabr 2014-cü il tarixli ipo teka müqaviləsinə əsasən X2 məxsus Sumqayıt şəhəri, X massivi, 5095V nömrəli bağ sahəsində mülkiyyətində olan 0,24 ha torpaq sahəsi, 9) 100.CL.011014.00001/h saylı 03 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən X2 məxsus Sumqayıt şəhəri, X massivi, 5097B nömrəli bağ sahəsində mülkiyyətində olan 0,11 ha torpaq sahəsi, 10) 100.CL.011014.00001/h saylı 03 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən X2 məxsus Sumqayıt şəhəri, X massivi, 5096 nömrəli bağ sahəsində mülkiyyətində olan 0,24 ha torpaq sahəsi, 11) 100.CL.011014.00001/h saylı 03 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən X2 məxsus Sumqayıt şəhəri, X massivi, 5117A nömrəli bağ sahəsində mülkiyyətində olan 0,48 ha torpaq sahəsi, 12) 100.CL.011014.00001/h saylı 03 oktyabr 2014-cü il tarixli ipoteka müq aviləsinə əsasən X2 məxsus Sumqayıt şəhəri, X massivi, B-4655D nömrəli bağ sahəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21.06.2018-ci il tarixli, 11653 saylı ekspert rəyinə əsasən rəyin tədqiqi hissəsində göstərildiyi kimi iş materiallarında olan hesabdan çıxarış məlumatları və 03.10.2014-cü il tarixli, 100.LN.2005.011014.0001 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "xxxx" MMC-in İddiaçı ASC-yə 02.10.2017-ci il tarixə 1. 296.698,11 ABŞ dolları əsas borc, 506 060,19 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə hesabatlarından məlum olur ki, - Sumqayıt şəhəri, X ma ssivində yerləşən, X8 xüsusi mülkiyyətindəki, reyestr nömrəsi **********14 olan, sahəsi 0,076 ha-dan ibarət 5117B nömrəli bağ sahəsinin bazar dəyəri 35000 manat; - Sumqayıt şəhəri, X massivində yerləşən, X1 xüsusi mülkiyyətindəki reyestr nömrəsi **********08 olan, sahəsi 0,11 ha-dan ibarət, 5097B nömrəli bağ sahəsinin bazar dəyəri 45000 manat; - Sumqayıt şəhəri, X massivində yerləşən, X1 xüsusi mülkiyyətindəki, reyestr nömrəsi **********21 olan, sahəsi 0,09 ha-dan ibarət, 3350A nömrəli bağ sahəsinin bazar dəyəri 43000 manat, - Sumqayıt şəhəri, X massivində yerləşən, X1 xüsusi mülkiyyətindəki, reyestr nömrəsi **********52 olan, sahəsi 0,12 ha-dan ibarət B-4655D saylı bağ sahəsinin bazar dəyəri 54000 manat; - Sumqayıt şəhəri, X massivində yerləşən, X1 xüsusi mülkiyyətindəki, reyestr nömrəsi **********38 olan, sahəsi 0,48 ha-dan ibarət, 5117A nömrəli bağ sahəsinin bazar dəyəri 185000 manat; - Sumqayıt şəhəri, X massivində yerləşən, X7 xüsusi mülkiyyətindəki, reyestr nömrəsi **********33 olan, sahəsi 0,0683 ha-dan ibarət, B-5095J nömrəli bağ sahəsinin bazar dəyəri 35000 manat; - Sumqayıt şəhəri, X massivində yerləşən X3 xüsusi mülkiyyətindəki, reyestr nömrəsi **********07 olan, sahəsi 0,072 ha-dan ibarət, B-5096A nömrəli bağ sahəsinin bazar dəyəri 34000 manat; - Sumqayıt şəhəri, X massivində yerləşən X5 xüsusi mülkiyyətindəki, reyestr nömrəsi **********12 olan, sahəsi 0,12 ha-dan ibarət, 5096A nömrəli bağ sahəsinin bazar dəyəri 55000 manat; - Sumqayıt şəhəri, X massivində yerləşən X1 xüsusi mülkiyyətindəki, reyestr nömrəsi **********07 olan, sahəsi 0,24 ha-dan ibarət 5095V nömr əli bağ sahəsinin bazar dəyəri 100000 manat; - ünvan 12 ünvanındakı 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, Cavabdeh3 məxsus olan 57,3 kv.m ümumi, 26,5 kv.m yaşayış və 30,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 10 nömrəli mənzilin hazırki dövrə orta bazar dəyəri 120000 manat; - Sumqayır şəhəri, X massivində yerləşən, X1 xüsusi mülkiyyətindəki, reyestr nömrəsi **********08 olan, sayəsi 0,24 ha-dan ibarət 5096 nömrəli bağ sahəsinin bazar dəyəri 100000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmiş dir. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, ə mlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərlə ndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və yä zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yara dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsində təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1, 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipotek a saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mübahisənin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhz həmin müqavilə münasibətlərinə uyğun olaraq yaranmış kredit borcunun tutulması və bunun təmin edilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələbi əsaslı olaraq qismən təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borcalan Cavabdeh1 MMC-in hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödənişlər etməli olduqları halda müəyyən miqdar ödənişlər etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmişdir, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsi ilə yanaşı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ da yaranmışdır. “İpoteka haqqında” Qanunun 59.3.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Buna görə məhkəmə əsaslı olaraq yaşayış sahəsi açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılmayacağı təqdirdə məcburi qaydada boşaldılmasına dair tələbi təmin etm işdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətlərinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin və Cavabdeh1 MMC-nin kassasiya şikayət ləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 noyabr 2018-ci il tarixli, 2(103)4168/2018 saylı qətnaməsidəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2214/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2214/2019
10.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver