Məhkəmə qərarları › İş №2(102)-2215/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2215/2024

23.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2215/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2215/2024 Kateqoriya (açar sözlər): pul tələbi, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 286/2024 nömrəli iş üzrə 14 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş və ona bəraət verilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmündən zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti, onun nümayəndəsi Vəkil1 tərəfindən kassasiya şikayətinə əlavə və dövlət ittihamçısı tərəfindən isə kassasiya protestinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 1(102)-2268/2023 saylı qərarı ilə təmin edilməməsi, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün dəyişdirilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün təsviri-əsaslandırıcı hissəsindən Cavabdeh Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair müddəaların xaric edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏM Ə AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 93.500 manat maddi zərərin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, cavabdeh iddiaçıya məxsus, oğlu İsmixan Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları dəyərində “Kia Stinger” markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 30.000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, 27 may 2020-ci il tarixdə iddiaçının razılığı ilə oğlu İsmixan Səfərzadə tərəfindən onun adına KİA markalı Stinger modelli avtomobilə görə notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin tarixdə iddiaçının etibarından sui-istifadə etməklə ünvan 1 ünvanın qarşısında mərhum oğlu Elçin Səfərovdan 51.000 manat dəyərində “Kia Stinger” markalı Az **-TV-*** dövlət nişanlı minik avtomobilini alıb ələ keçirərək, ünvan 2 ünvanda yerləşən "Azcar” avtosalona olan borcunun əvəzinə vermişdir. Eyni niyyətlə qanunsuz əməllərini davam etdirib iddiaçıya məxsus, mərhum oğlu Elçin Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 42.500 manat təşkil edən 25.000 ABŞ dolları dəyərində “BMW 528İ” markalı Az 90- XG-006 dövlət qeydiyyat nişanlı minik avtomobilini 25.000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 oktyabr 2020ci il tarixdə iddiaçının etibarından sui-istifadə edərək ünvan 3 ünvanda yerləşən "On brend” avtosalonun qarşısından BMW markalı 528İ modelli Az * *-XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini mərhum oğlu Elçin Səfərzadədən alıb ələ keçirərək, 26 oktyabr 2020-ci il tarixdə Elçin Səfərzadə tərəfindən həmin avtomobilə görə adına notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra avtomobili X2 milli pul vahidi ilə 28.900 manat təşkil edən 17.000 ABŞ dollarına sataraq vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs olaraq ümumilikdə 93.500 manat dəyərində əmlakımı ələ keçirməklə külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.10 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs id diaçıya dəyən ziyanı ödəməmişdir. Həmin hökmlə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Əminə Abbasova) 3 mart 2023-cü il tarixli, 2(011)-1000/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir.

8. Məhkəmə iddiaya cavabdehdən vurulan maddi ziyana görə 93.500 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə əsaslı hesab edilərək 93.500 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

11. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinə işə baxılan zaman işin halları hərtərəfli araşdırılmamışdır., belə ki qətnamə qəbul edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə istinad etmiş və həmin hökmdə göstərilən halları rəhbər tutaraq, iddia tələbini təmin etmişdir. Lakin məhkəmə hökmündən apellyasiya şikayətinin verildiyini, qətnamənin qəbul olunduğu vaxt apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasında baxıldığını, beləliklə hökmün qanuni qüvvəyə minmədiyini nəzərə almamışdır. Cavabdeh tərəfindən iddiaçıya hər hansı zərər vurulmamış, hər hansı borcu olmamış, bununla da pul tələb etməkdə haqlı olmamışdır. Digər tərəfdən, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş və ona bəraət verilmişdir

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) 2(103)-286/2024 nömrəli iş üzrə 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(011)1000/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməsi və dəymiş maddi ziyana görə 93.500 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandığı mövqe ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinad edərkən həmin hökmdən apellyasiya şikayətinin verildiyini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasında baxıldığını, yəni hökmün qanuni qüvvəyə minmədiyini nəzərə almamışdır. Həmin vaxt cavabdehin hökmdən vermiş olduğu apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının icraatında olmuş, yəni hö km qanuni qüvvəsini almamışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş və təqsirləndirilən şəxsə bəraət verilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki,Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmü ilə hadisənin baş verməsi, iddiaçının cavabdehə ayrı-ayrı vaxtlarda ümumilikdə 93.500 manat pul ödəməsi faktı öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini əldə edərək iddiaçıya qaytarmamaqla iddiaçıya maddi zərər vurmuş, iddiaçı isə çatmağa güman etdiyindən məhrum olmuş və cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Odur ki, pul vəsaitindən məhrum olan id diaçı cavabdehdən pul vəsaitini qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh (Vəkil3) ondan kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayətinin dəlillərinə görə, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri mübahisəli hüquq münasibəti üzrə gəlmiş olduğu qənaət ilə qanunu səhv təfsir etmiş, nəticədə qətnamələr maddi hüquq normalarının pozuntusu ilə qəbul edilmişlər. Apellyasi ya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanuni qüvvəyə minməmiş hökmə istinad etməklə həm prosessual, həm də maddi hüquq normalarını pozmuşdur. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən sonda özü belə ləğv olunan hökmə istinad etməklə iddianı təmin etmişdir. İddia tələbini təmin edərkən Mülki Məcəllənin 1097.1-ci maddəsində ifadə olunan hüquq normasını tətbiq etsə də, əslində işin faktiki hallarına uyğun olaraq, həmin normanın tələbini səhv tətbiq etmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə mülki hüquq pozuntusu törədilmədiyindən, yəni iddiaçının əmlakına hər hansı zərər vurulmadığından onun zərərin əvəzinin ödənilməsi hüququ, cavabdehin is ə zərərin ödənilməsi vəzifəsi yaranmamışdır. Çünki, cavabdehin delikt törədilməsi ehtimal edilən Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmü və Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 noyabr 2023-cüil tarixli qərarı ilə cavabdehin əməlində cinayət tərkibi olmadığından (CPM 42.1.2)bəraət verilmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün mövqeyi təhrif edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə məhkəmə ilk növbədə hazırkı tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini aydınlaşdırmalı, buna uyğun olan maddi hüquq normas ına istinad etməli idi.

18. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olmasına istinad edərkən yenə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmünü təhrif edərək təqsirləndirilən şəxsin ləğv edilmiş birinci instansiya məhkəməsinin hökmündəki ifadələrə istinad etmişdir. Bununla bağlı prosessual normanın məzmununun mütləq şərti odur ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinad olunarkən qanuni qüvvəyə minmiş məhkəmə hökmündəki hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində digər işlərdə məcburidir. Appellyasiya məhkəməsi isə lə ğv olunmuş hökmdəki ifadələrə istinad etməklə eyni zamanda prosessual normalarının tələblərini bu halda da pozmuşdur. Ləğv edilmiş hökmdəki hadisələr digər məhkəmə işləri üzrə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçının nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz təqdim edərək,kassasiya şikayətinin əsassız olduğundan rədd edilməsi və Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-286/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qətnaməsinin qanuni və əsaslı olduğundan qüvvəsində saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödə nilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvə zini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM):

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kas sasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində qətnamənin ləğv i xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. İddiaçı iddia ərizəsini onunla əsaslandırır ki, cavabdeh oğlu İsmixan Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları dəyərində “Kia Stinger” markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 30.000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, 27 may 2020-ci il tarixdə iddiaçının razılığı ilə oğlu İsmixan Səfərzadə tərəfindən onun adına KİA markalı Stinger modelli avtomobilə görə notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin tarixdə iddiaçının etibarından sui-istifadə etməklə ünvan 1 ünvanın qarşısında mərhum oğlu Elçin Səfərovdan 51.000 manat dəyərində “Kia Stinger” markalı Az **-TV-*** dövlət nişanlı minik avtomobilini alıb ələ keçirərək, ünvan 2 ünvanda yerləşən "Azcar” avtosalona olan borcunun əvəzinə vermişdir. Eyni niyyətlə qanunsuz əməllərini davam etdirib iddiaçıya məxsus, mərhum oğlu Elçin Səfərzadənin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 42.500 manat təşkil edən 25.000 ABŞ dolları dəyərində “BMW 528İ” markalı Az 90- XG-006 dövlət qeydiyyat nişanlı minik avtomobilini 25.000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 oktyabr 2020ci il tarixdə iddiaçının etibarından sui-istifadə edərək ünvan 3 ünvanda yerləşən "On brend” avtosalonun qarşısından BMW markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini mərhum oğlu Elçin Səfərzadədən alıb ələ keçirərək, 26 oktyabr 2020-ci il tarixdə Elçin Səfərzadə tərəfindən həmin avtomobilə görə adına notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra avtomobili X2 milli pul vahidi ilə 28.900 manat təşkil edən 17.000 ABŞ dollarına sataraq vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs olaraq ümumilikdə 93.500 manat dəyərində əmlakını ələ keçirməklə külli miqdarda ziyan vurmuşdur və iddiaçı həmin məbləği tələb edir.

40. Cavabdeh iddia ərizəsinə etirazında və kassasyia şikayətində göstərir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə mülki hüquq pozuntusu törədilmədiyindən, yəni iddiaçının əmlakına hər hansı zərər vurulmadığından onun zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ, cavabdehin isə zərərin ödənilməsi vəzifəsi yaranmamışdır.

41. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Kia Stinger” markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili iddiaçının oğlu İsmixan Səfərzadənin, “BMW 528İ” markalı Az 90- XG-006 dövlət qeydiyyat nişanlı minik avtomobili isə iddiaçının digər oğlu mərhum Elçin Səfərzadənin adına qeydiyyata alınmışdır.

42. İddiaçı isə hər iki avtomobilin ona məxsus olduğunu bildirsə də bununla bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir.

43. İddiaçı daha sonra göstərir ki, hər iki avtomobil oğlu mərhum Elçin Səfərzadə tərəfindən cavabdehə etibarnamə əsasında verilmiş, l akin cavabdeh avtomobiləri sataraq dəyərini ödəməli olduğu halda, bu vəzifəsini yerinə yetirməmişdir. Hesab edir ki, cavabdeh ona qarşı mülki hüquq pozuntusu törətmişdir.

44. Hazırda İddiaçı iddia qaldıraraq, dəymiş maddi zərərin əvəzinin Cavabdeh tutulmasını tələb edir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyekti v hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

46. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

47. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ g əlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

48. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.

49. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.

50. Hazırkı işin hallarından görünür ki, işdə iştirak edən tərəflər arasında müqavilə bağlanmamış, dolayısı ilə onlar arasında müqavilə münasibətləri mövcud olmamışdır.

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi haqqında qətnaməsini qüvvədə saxlayarkən Mülki Məcəllənin 21, 1096.1-ci və 1097.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, “mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

52. Apellyasiya məhkəməsi müəyyən etmiş hesa b etdiyi sübutlara məcmu halında qiymət verməklə hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmü ilə hadisənin baş verməsi, iddiaçının cavabdehə ayrı-ayrı vaxtlarda ümumilikdə 93.500 manat pul ödəməsi faktı təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh iddiaçıya məxsus pul vəsaitini əldə edərək iddiaçıya qaytarmaqla iddiaçıya maddi zərər vurmuş, iddiaçı isə çatmağa güman etdyindən məhrum olmuş və cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir.

53. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi icraatda (cavabdeh barəsində olan cinayət işində) müəyyən edilmiş hallarla iddiaçı ilə cavabdeh arasında hər hansı münasibətin yaranması (hər hansı şərtlərlə razılıq əldə olunması, iddiaçı tərəfindən cavabdehə hər hansı mə bləğdə pul verilməsi, cavabdeh tərəfindən iddiaçıya zərər vurulması) müəyyən edilməmişdir. İddiaçı göstərir ki, cavabdehlə onun oğlanları arasında münasibət yaranmış hər iki oğlu tərəfindən verilən etibarnamə əsasında avtomobillər cavabdehə verilmiş, cavabdehlə danışıqları mərhum oğlu Elçin Səfərzadə aparmışdır.

54. Bu qərarın 49-cü bəndində göstərilən hallar cinayət işinə baxan apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Əksinə həmin qərarda apellyasiya məhkəməsi qeyd etmişdir ki, hər iki maşın İddiaçı oğlu Səfərov Elçin tərəfindən faktiki olaraq Cavabdeh verilmiş, Feyruzla Elçin arasında avtomobil alveri ilə bağlı işbirliyi mövcud olmuş, Cavabdeh özgənin əmlakını aldatmaq və ya etibardan sui-istifadə etməklə ələ keçirmək niyyəti olmamışdır.

55. Lakin işdə bunun əksini təsdiq edən sübutların mövcud olmasına baxmayaraq apellyasiya məhkəməsi zərərin məhz cavabdeh tərəfindən iddiaçıya vurulmasını müəyyən etmişdir.

56. Halbuki, sözügedən avtomobil üzərindəki mülkiyyət hüququ göstərildiyi kimi iddiaçıya deyil, iddiaçının övladları Elçin və İsmixan Səfərzadəyə aid olmuşdur.

57. Kollegiya bildirir ki, mülki hüquq pozuntu (delikt) əsası ilə tələb irəli sürməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: cavabdehin əməli (hərəkət və ya hərəkətsizliyi), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsin şəxsiyyət haqlarına və ya əmlakına dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir.

58. Odur ki, tərəflər arasında h ər hansı münasibətlərin mövcudluğu, bunun nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçıya zərər vurulub-vurulmaması, vurulmuşdursa bunun maddi hüquqi əsasları və iddiaçı tərəfindən tələb edilməsi imkanına müvafiq hüquqi qiymət verilməli, bu hüququn söykəndiyi maddi hüquqi əsaslar və normalar göstərilməlidir.

59. Ona görə də, qətnamə ləğv edilməklə, yuxarıda göstərilən xüsusatların araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

60. Göstərilənlərə əsasən və MPM-nin 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-286/2024 nömrəli iş üzrə 14 fevral 2024-cü il tarixli qətnaməsi ləğv ed ilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar