Məhkəmə qərarları › İş №2(102)-2217/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2217/2019

10.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2217/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, Cavabdeh1 və vəkili Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə (A.S.Məmmədov, iş 2(004)-280/17) İdd iaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 250703 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın “Hyundai Universe avtobus” markalı, **-BP-*** dövlət nömrə nişanlı, “Hyundai Universe avtobus” markalı, **-BK-*** dövlət nömrə nişanlı, “Hyundai Universe avtobus” markalı, **-BP-*** dövlət nömrə nişanlı, “Hyundai Universe avtobus” markalı, **-BP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə ediləcək məbləğdən borcun ödənilməsi, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək şəkildə tutulm ası qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov, iş 2(103)-413/18) Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-280/2017 saylı iş üzrə 31 avqust 2017-ci il tarixli qətnaməsinin ipoteka predmetlərinə tutmanın yönəldilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmetləri olan “Hyundai Universe avtobus” markalı, **-BP-*** dövlət nömrə nişanlı avtobusun açıq hərracda ilkin satış qiymətinin 130.000 manat, “Hyundai Universe avtobus” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtobusun qiymətinin 80.000 manat, “Hyundai Universe avtobus” markalı, **BP-*** dövlət nömrə nişanlı avtobusun qiymətinin 130.000 manat, “Hyundai Universe avtobus” markalı, **-BP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qiymətinin 130.000 manat müəyyən edilməsi, qətnamənin iddianın Cavabdeh1 qarşı təmin olunmuş qalan hissəsində dəyişdirilmədən saxlanılması və işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verib qətnamənin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin nümayə ndəsi X2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu və ipoteka predmetinə yönəltmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulm uşdur. Məruzəçini, Cavabdeh1 vəkili dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməs ini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 22.12.2014-cü il tarixli, TK000419 saylı kredit müqaviləsinə əsasən iddiaçı borcalana illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 310000 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Digər Cavabdeh2 borclunun öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi barədə məsuliyyəti üzərinə götürmüşdür. Kredit müqaviləsindən irəli gə lən öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmetləri ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə keçirilmiş 02 may 2017-ci il tarixli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, borcalanın 31.10.2016-cı il tarixə (son ödəniş tarixinə) 270575,43 manat əsas, 2678,51 manat faiz borcu olmaqla, cəmi 273253,94 manat borcu mövcuddur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 385, 427, 442, 448, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 36-cı maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən y aranan 250703 manat əsas borc Bankın xeyrinə tutulmalı və tutma ipoteka predmetlərinə yönəldilməlidir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən iddiaçıya məhkəmə baxışı zamanı ekspert rəyində göstərilməyən 14.150 manat və 8400 manat əlavə ödənişlər edilmişdir. Birinci instansiya məhkəməsi həmin məbləğləri ilk növbədə faiz borcundan, daha sonra isə əsas borcdan silərək qalan məbləği borcalandan tutmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 kredit borcunun tutulması hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və x ərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamənin ipoteka predmetlərinə tutma yönəldilməsi hissəsində maddi hüquq normalarının tələblərini pozmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsası nda məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3). İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 sentyabr 2018-ci il tarixli, 4567 nömrəli rəy əsasında müəyyən edilmişdir ki, “Hyundai Universe avtobus” markalı, **BP-*** dövlət nömrə nişanlı avtobusun qiyməti 130.000 manat, “Hyundai Universe avtobus” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtobusun qiyməti 80.000 manat, “Hyundai Universe avtobus” markalı, **-BP-*** dövlət nömrə nişanlı avtobusun qiyməti 130.000 manat, “Hyundai Universe avtobus” markalı, **-BP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qiyməti 130.000 manat müəyyən edilir. Nəqliyyat vasitələrinin ümumi qiyməti 470.000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, birinci ins tansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinə tutma yönəldilməsi hissəsində dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyinə uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ekspertiza xərci ödənilmiş tələbin məbləğinə münasib olaraq tərəflərə aid edilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessu al hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 30 oktyabr 2018-ci il tarixli, 2(103)-413/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar