Məhkəmə qərarları › İş №2(102)-2218/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2218/2019

16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2218/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı İKB ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)11272/2018 nömrəli iş üzrə 06 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, C avabdeh2 və Cavabdeh3 1391,44 ABŞ dolları əsas, 893,38 ABŞ dolları faiz, 5 ABŞ dolları cərimə, cəmi 2289,82 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) pul məbləği və ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, X.Cəmilova, İ.Xəlilov) 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2430/2018 saylı iş üzrə 10 iyul 2018-ci il tarixli qətnaməsi kredit faizinin (pul vəsaitindən istifadə haqqının) tutulması hissəsində dəyişdirilmiş,qətnamə iddianın təmin olunmuş qalan hissələr ində dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1391,44 ABŞ dolları məbləğində əsas, 395,57 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları cərimə, cəmi 1792,01 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) pul məbləği və ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. İşin halları: İddiaçı İKB ASC borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit üzrə pul tələbinə dair ərizə ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2015-ci il tarixli ************ saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən sonuncuya illik 27 faiz hesablanması şərti ilə 18 ay müddətinə 2500 ABŞ dolları məblə ğində kredit verilmişdir.Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.Kreditin təminatı kimi borclular Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır.Qeyd olunanlara əsasən, borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1391, 44 ABŞ dolları məbləğində əsas, 893,38 ABŞ dolları məbləğində faiz borcu,191, 09 ABŞ dolları məbləğində cərimə, cəmi 2475,91 ABŞ dolları (qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə) pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dö vlət rüsumunun tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Borclu Cavabdeh2 həmin əmrə qanunla müəyyən olunan qaydada etiraz vermiş və məhkəmənin 05 iyun 2018-ci il tarixli qərardadı ilə əmr ləğv olunmuş,işə iddia icraatı qaydasında yenidən baxılması qərara alınmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı İKB ASC kassasiya şikayətində Bakı Apellyasiya məhkəməsinin mülki kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 449.1, 449.3, 449.4, 739.1, 739.2-ci maddələrinin tələbləri pozulmuş, iş in faktiki hallarına düzgün hüquqi qiymət verilməyərək əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası iddiaçı Nikoil İKB ASC-nin (yeni adı:Yelobank) idarə heyətinin sədri iddiadan imtina barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11272/2018 nömrəli iş üzr ə 06 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı bankın idarə heyətinin sədri Nikoloz Şurqaianın iddiadan imtinası qəbul edilməli, mülki işin icraatına xitam verilməlidir. Belə ki, iddiaçı bankın idarə heyətinin sədri tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış ərizədən görünür ki, iddiaçı cavabdehlərin qalıq borcunun resturukzasiya olunduğunu, cavabdehlərlə yeni kredit müqaviləsi bağlandığını, iddiadan imtinanın nəticələrinin onlara aydın olduğunu göstərmişdir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya iqtisadi mübahisəyə dair işlərin başlanması, bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifa dəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinin tələblərinə zidd deyildir, imtinanın məhkəmə tərəfindən təsdiq edilməməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5- ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndər ilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 417.1.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası işin yuxarıda şərh olunan hallarına və prosessual qanunvericiliyin qeyd olunan normalarına görə belə nəticəyə gəlir ki, iddiaçı bankın idarə heyətinin sədri Nikoloz Şurqaianın iddiadan imtinasının qəbul olunmaması üçün əsaslar yoxdur, ona görə də iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddiadan imtina ərizəsi qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11272/2018 nömrəli iş üzrə 06 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı bankın idarə heyətinin sədri Nikoloz Şurqaianın iddia tələbindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar