Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2221/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı X2 vəkili X1, cavabdeh X3 vəkili Vəkil iştirakları ilə, cavabdeh X3 və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 10 aprel 2018-ci il tarixli qətnaməsi ilə (S.R.Səlimova, iş 2(011)-487/18) İddiaçı X2 cavabdehlər X5, Cavabdeh3 və Xqarşı borc təl əbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilərək Cavabdeh1, Cavabdeh2 X və Cavabdeh3 27.12.2012-ci il tarixli 6-GZ2-1-0-1283-12 saylı əsas kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 517 425,50 ABŞ dolları, faiz borcuna görə 91.642,16 ABŞ dolları, dəbbə puluna görə 5000 ABŞ dolları olmaqla cəmi 614 067,66 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 210 manat İddiaçı İKB-nin xeyrinə tutulması, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ipoteka predmetlərinin qiymətləndirilməsinə görə 300 manat «xxxx» MMC-nin xeyrinə tutulması, Cavabdeh2 X mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, 9 saylı evin 9 saylı mənzilinin 3 ota ğı, Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, 9 saylı evin 12 saylı mənzili, Bakı şəhəri, Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 13 saylı mənzili, Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi 9 saylı evin 15 saylı mənzili, Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi 9 saylı evin 18 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfıli küçəsi 9 saylı evin 24 saylı mənzili ilkin satış qiyməti 597 600 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hazırkı qətnamə ilə tutulmalı olan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi 9 saylı evin 9 saylı mənzilinin 3 otağı, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 12 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfıli küçəsi 9 saylı evin 13 saylı mənzili, Bak ı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi 9 saylı evin 15 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 18 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 24 saylı mənzili satıldıqdan bir ay sonra Cavabdeh2 həmin mənzillərdən çıxarılmaqla mənzillərin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və N.Ş.Cəfərov, iş 2(103)-7927/2018) Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-487/2018 saylı, 10 aprel 2018-ci il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X6 və vəkili Vəkil kassasiya şikayəti verib qətnamən in ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh X3 vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı X2 vəkili X7 kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, cavabdehlər X6, Cavabdeh3 və X üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı İKB cavabdehlər X5, Cavabdeh3 və X qarşı 27.12.2012-ci il tarixli, 6-GZ2-1-0-1283-12 saylı əsas kredi t müqaviləsi üzrə borc tələbinə və tutmanın ipoteka predmetinə yönəldilməsinə və sair tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh X6 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, İddiaçı X2 vəkili X4, cavabdeh X3 vəkili Vəkil dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.12.2012-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 12 faiz ödəmək şərtilə 96 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı İKB ASC ilə Cavabdeh3 və X arasında bağlanmış 16.01.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. Bundan başqa, İddiaçı İKB ASC ilə müvafiq olaraq bağlanmış 16 yanvar 2013cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 X mülkiyyətində olan 1) Bakı şəhəri Nəsimi rayonu M.Rəfıli küçəsi 9 saylı evin 9 saylı mənzilinin 3 otağı, 2) Bakı şəhəri Nəsimi rayonu M.Rəfıli küçəsi 9 saylı evin 12 saylı mənzili, 3) Bakı şəhəri Nəsimi rayonu M.Rəfıli küçəsi 9 saylı evin 13 saylı mənzili, 4) Bakı şəhəri Nəsimi rayonu M.Rəfıli küçəsi 9 saylı evin 15 saylı mənzili, 5) Bakı şəhəri Nəsimi rayonu M.Rəfıli küçəsi 9 saylı evin 18 saylı mənzili, 6) Bakı şəhəri Nəsimi rayonu M.Rəfıli küçəsi 9 saylı evin 24 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı İKB-nin 02.10.2017-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 27.12.2012-ci il tarixli, 6-GZ2-1-0-1283-12 saylı əsas kredit müqaviləsi üzrə əsas borca görə 586344,83 ABŞ dolları, faiz borcuna görə 111766,85 ABŞ dolları, dəbbə puluna görə 201136,4 ABŞ dolları olmaqla cəmi 899248,08 ABŞ dolları borcu vardır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 03.10.2017-ci il tarixli, 2(103)-5668/2017 saylı qətnaməsindən müəyyən olunur k i, iddiaçı Cavabdeh1 X və cavabdeh İddiaçı İKB ASC-nin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)362/2016 saylı iş üzrə 04.07.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı Cavabdeh1 X cavabdeh İddiaçı İKB ASC-yə qarşı cərimənin ləğv edilməsi və faizlərin hesablanmasının dayandırılması tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh1 X cavabdeh İddiaçı İKB ASC arasında bağlanmış 6-GZ2-1-0-1283-12 saylı 27.12.2012-ci il tarixli əsas kredit müqaviləsi və həmin kredit müqaviləsinə əlavə olan 6-GZ2-1-01283-12 (Ə) saylı 27.12.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 X cavabdeh İddiaçı İKB ASC-yə 27.10.2015-ci il tarixə olan əsas borcu 517 427,5 ABŞ dolları, faiz borcu 91642,16 ABŞ doll arı məbləğində müəyyən edilmiş, müqavilə müddətinin bitdiyi (28.12.2015-ci il) tarixdən başlayaraq Cavabdeh1 X cavabdeh İddiaçı İKB ASC arasında bağlanmış 6-GZ2-1-0- 1283-12 saylı 27.12.2012-ci il tarixli əsas kredit müqaviləsi və həmin kredit müqaviləsinə əlavə olan 6- GZ2-1-01283-12 (Ə) saylı 27.12.2012-ci il tarixli kredit müqaviləsinin 1.11-ci bəndində nəzərdə tutulmuş faizlər dayandırılmış, iddia qalan hissədə rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 15.03.2018-ci il tarixli 6ÜŞ-795 saylı məktubundan müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 03.10.2017-ci il tarixli, 2(103)5668/17 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 X və cavabdeh İddiaçı İKB ASC-nin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 2(006)-362/20 16 saylı iş üzrə 04.07.2016- cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddiaçı Cavabdeh1 X cavabdeh İddiaçı İKB ASC-yə qarşı cərimənin ləğv edilməsi və faizlərin hesablanmasının dayandırılması tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh1 X cavabdeh İddiaçı İKB ASC arasında bağlanmış 6-GZ2-1-0-1283-12 saylı 27.12.2012-ci il tarixli əsas kredit müqaviləsi və həmin kredit müqaviləsinə əlavə olan 6-GZ2-1-0-1283-12 (Ə) saylı 27.12.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 X cavabdeh İddiaçı İKB ASC-yə 27.10.20 1 5-ci il tarixə olan əsas borcunun 517427,5 ABŞ dolları, faiz borcunun 91642,16 ABŞ dolları məbləğində olması müəyyən„edilmiş, müqavilə müddətinin bitdiyi (28.12.2015-ci il) tarixdən başlayaraq Cavabdeh1 X cavabdeh İddiaçı İKB ASC a rasında bağlanmış 6-GZ2-1-0-1283-12 saylı 27.12.2012-ci il tarixli əsas kredit müqaviləsi və həmin kredit müqaviləsinə əlavə olan 6-GZ2-1-01283-12 (Ə) saylı 27.12.2012-ci il tarixli kredit müqaviləsinin 1.11-ci bəndində nəzərdə tutulmuş faizlər dayandırılmış, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir və \zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən 03.10.2017-ci il tarixli ptnamə 03.12.2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İşdə olan Əmlak Ekspert Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 03 oktyabr 2018-ci il tarixli, ƏEM/O 01-912/18 saylı qiymətləndirmə rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, 9 saylı evin 9, 12, 13, 15, 18, 24 saylı mənzillərinin birlikdə 0 3 oktyabr 2018-ci il tarixə bazar dəyəri 620000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Mübahisənin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi də məhz həmin müqav ilə münasibətlərinə uyğun olaraq yaranmış kredit borcunun tutulması və bunun təmin edilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələbi əsaslı olaraq təmin etmişdir. Belə ki, borcalan cavabdeh X3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödənişlər etməli olduqları halda müəyyən miqdar ödənişlər etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmişdir, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsi ilə yanaşı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ yaranmışdır. İş materiallarında olan Əmlak Ekspert Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 03 oktyabr 2018-ci il tarixli, ƏEM/O 01-912/18 sa ylı qiymətləndirmə rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, 9 saylı evin 9, 12, 13, 15, 18, 24 saylı mənzillərinin birlikdə 03 oktyabr 2018-ci il tarixə bazar dəyəri 620000 manat təşkil edir. Cavabdehin göstərdiyi kimi ipoteka predmetlərinin dəyərinin birinci instyansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən kifayət qədər çox olması müəyyən edilmir. Apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmənin nəticəsi üzrə müəyyən olunmuş məbləğ isə ipoteka predmetinin dəyərinin dəyişdirilməsini zəruri etmir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İşin yuxarıd a qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 13 noyabr 2018-ci il tarixli, 2(103)-7927/18 sa ylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2221/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2221/2019
10.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver