Məhkəmə qərarları › İş №2(102)-2221/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2221/2020

10.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2221/2020 10.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-3193/2019 nömrəli qərardadından Cavabdeh və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Göygöl rayon Üçtəpə kəndində yerləşən iki otaqdan, mətbəxtdən və həyətyanı sahədən ibarət olan evə (mənzilə) yaşayış sahədən istifadə hüququnun tanınması barədə qətn amə çıxarılmasını və həmin evin onların adına sənədləşdirilməsinə köməklik edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin (hakim Q.Abbasov) xx.xx.2018-ci il tarixli, 2(066)-1246/2018 nömrəli qiyabi qətnaməsi ilə iddianın təmin edilərək İddiaçı Göygöl rayon Üçtəpə kəndində yerləşən iki otaqdan, mətbəxtdən və həyətyanı sahədən ibarət olan evə (mənzilə) yaşayış sahədən istifadə hüququnun tanınması qət edilmişdir. Həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Göygöl Rayon Məhkəməsinin (hakim Q.Abbasov) xx.xx.2019-cu il tarixli, 2(066)-735/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-L.Süleymanov (sərlik edən və məruzəçi), A.Hüseynzadə və A. Bayramov) xx.xx.2019-cu il tarixli, 2(104)-3193/2019 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayətinin qismən təmin, Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən verdiyi kassasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-L.Süleymanov (sərlik edən və məruzəçi), F.Mehtiyev və A.Bayramov) xx.xx.2019cu il tarixli, 2(104)-3193/2019 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən tələbləri təmin edilməyən şəxs tərəfindən deyil, ona qarşı iddia tələbi təmin olunmayan Cavabdeh tərəfind ən verilmişdir. Bu isə MPM-nin 403.1-ci maddəsinin tələbinə ziddir. Cavabdeh və vəkili qeyd edilən qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator həmin qərardadın ləğv olunmasını və işin qətnamədən verilmiş kassasiya şikayətinə baxılması üçün kassasiya icraatına qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, kassaisya şikayəti verən şəxs qətnamənin nəticəsindən yox, qətnamədə yol verilən prosessual pozuntulardan şikayət vermişdir. Belə olan halda iş baxılması üçün aidiyyəti üzrə Ali Məhkəməyə göndərilməli idi. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblə ri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kollegiya şikayətin dəlilləri ilə bağlı bildirir ki, MPM-nin 403.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Cavabdeh apelyasiya şikayəti vermədiyi üçün iş üzrə onun apelyasiya instansiyası məhkəməsində təmin e dilməmiş tələbi mövcud deyil. Əksinə İddiaçı ona qarşı qaldırdığı iddia rədd edilmişdir. Belə olan halda, MPM-nin qeyd olunan normasının tələbləri baxımından cavabdehin kassasiya şikayəti vermək hüququ yoxdur. Cavabdeh şikayətlərində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsindən deyil, qətnamədə yol verilən prosessual pozuntulardan şikayət verdiyini vurğulamış, gələcəkdə preyudisial əhəmiyyətə malik ola biləcək qərarın çıxarılmasına istinad etmişdir. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanu ni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Odur ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-3193/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar