Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2222/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli 2(103)-12564/2018 saylı qətnaməsindən İddiaçı və v əkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08.01.2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 3400 manat əsas borc, 1012,79 manat faiz borcu olmaqla, 1660,08 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 3263.23 manat cərimə borcu olmaqla, cəmi 9336.10 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 2(005)2907/20 18 saylı 06 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 3400 manat əsas borc, 1012,79 manat faiz borcu, 350 manat cərimə borcu olmaqla, cəmi 4762,79 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Vüqar Həsənov, hakimlər Şərafət Məmmədova, Namiq Cəfərov) 04 dekabr 2018-ci il tarixli 2(103)-12564/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2907/2018 saylı 06 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin olunmaması qət e dilmişdir. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.12.2018-ci il tarixli 2(103)-12564/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi iddia müddəti ilə bağlı ərizəni alaraq, elə həmin məhkəmə prosesində iddia müddətini tətbiq edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Bu isə bərabərlik prinsiplərinin və obyektivliyin pozulması ilə baxılması deməkdir. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn po zulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Prosessual məsələlər: İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” ASC tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə 12 ay müddətinə illik 28% öd əmək şərti ilə 3400 manat məbləğində kredit verilmişdir. Bank həmin müqavilə üzrə 04.05.2018-ci il tarixdə iddia qaldıraraq, cavabdehin 08.01.2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 3400 manat əsas borc, 1012,79 manat faiz, 1660,08 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 3263.23 manat cərimə borcu olmaqla, cəmi 9336.10 manat məbləğində kredit borcunun tutulmasını tələb etmiş, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının qanunla müəyyən olunmuş 3 illik iddia müddətini ötürdüyünü bildirmiş, bunu nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 12.10.2011-ci il tarixdə 12 ay müddətinə illik 28% ödəmək şərti ilə 3400 manat məbləğində kredit v erilməsinə dair müqavilə bağlanmış, müqavilə müddəti 12.10.2015-ci ildə bitmişdir. Müqavilənin müddətinin bitməsindən uzun müddət sonra, yəni 04.05.2018-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı əsaslı hesab etsə də, hazırkı iddia üzrə iddia müddəti keçdiyindən və cavabdeh məhkəməyə verdiyi ərizəsində iddia üzrə müddətin keçməsi ilə əlaqədar həmin mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırmağı üçün cavabdeh həmin məhkəmədə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmək imkanından məhrum olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi mə hkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, tərəflər arasında 12.10.2011-ci il tarixdə 12 ay müddətinə illik 28% ödəmək şərti ilə 3400 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmış, müqavilə müddəti 12.10.2015-ci ildə bitmişdir. Müqavilənin müddətinin bitməsindən uzun müddət sonra, yəni 04.05.2018-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin subyektiv mülki hüququn pozulması məsələsini həll etməməsi barədə dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətində kredit müqaviləsi üzrə məbləğin onun tərəfindən götürülməməsi barədə dəlillərini yoxlayarkən müəyyən etmiş dir ki, kredit müqaviləsini və onun əsasında rəsmləşdirilmiş sənədlərin cavabdeh tərəfindən imzalanması işin mübahisəsiz halıdır. Belə olan halda işin araşdırılmış hər hansı bir halı ilə cavabdehin kredit məbləğini götürmədiyi və ondan istifadə etmədiyi təsdiq olunmur. Bu hallar isə cavabdehin kredit məbləğinin götürməməsinə dair dəlillərinin əsassız olmasını təsdiq edir. Lakin yuxarıda göstərildiyi kimi iddia əsaslı olsa da, iddia müddətinin keçməsi iddianın təmin olunmasını mümkünsüz edir. Eyni zamanda, məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə ərizənin apellyasiya instansiya məhkəməsinə təqdim edilməsinin əsaslarını da araşdırmış və düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandımağı üçün cavabdeh həmin məhkəmədə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmək imkanından məhrum olmuşdur. Kollegiya qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanın a malik olur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya sı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.12.2018-ci il tarixli 2(103)-12564/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2222/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2222/2019
08.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver