Məhkəmə qərarları › İş №2(102)-2226/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2226/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2226/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv Prosessində Olan "xxxx" X2 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı LPO "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-554/2023 saylı iş üzrə 09 fevral 2023-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən veri lmiş kassasiya şikayəti üzrə işə 12 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraatı: 1. "xxxx" KB QSC (bundan sonra mətndə iddiaçı) ilə Cavabdeh1 (bundan sonra mətndə cavabdeh) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/110743/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 28 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir.

2. Cavabdeh1 kredit bolrcunun qaytarılmasının təminatı kimi Cavabdeh2 ilə Bank arasında xx.xx.2015-ci il tarixli 1xx/xx/110743/15 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşı yır.

3. Cavabdeh1 kredit üzrə cəmi borcu 19787,51 manat təşkil edir. Bundan 7799,78 manat əsas borc, 8070,99 manat faiz, 2883,18 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1033,56 manat faiz təşkil edir. a) Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7799 manat 78 qəpik əsas borc, 8070 manat 99 qəpik faiz, 2883 manat 18 qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1033 manat 56 qəpik faiz olmaqla, cəmi 19787 manat 51 qəpik pul vəsaiti və ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda göstərilən hallarına istinad edərək iddia ərizəsini onunla əsaslanmışdır ki, kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilm əsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 14 iyul 2022-ci il tarixli, e-2(006)-3063/2022 nömrəli qətnaməsi ilə (hakim S. F. Cəfərov) iddia qismən təmin edilmişdir və 7799 manat 78 qəpik əsas borc, 8070 manat 99 qəpik faiz, 300 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1033 manat 56 qəpik faiz olmaqla, cəmi 17204 manat 33 qəpik pul vəsaiti və ödənilmiş 150 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan sənədlərə əsasən Cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə "xxxx" KB QSC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarş ısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubuna əsasən LPO "xxxx" KB QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, 7799 manat 78 qəpik əsas borc, 8070 manat 99 qəpik faiz, 300 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1033 manat 56 qəpik faiz olmaqla, cəmi 17204 manat 33 qəpik pul vəsaiti və ödənilmiş 150 manat dövlət rüsumu cavabdehlər Cavabd eh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO "xxxx" KB QSCnin xeyrinə tutulmalıdır.

8. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, məhkəmə hesab etmişdir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. 300 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 300 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir.

9. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1,442, 445, 448.1, 470.1 və 472.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b.) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən narazı qalan Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 14 iyul 2022-ci il tarixli, e-2(006)-3063/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçı bankın pretenziya qaydasına əməl etmədiyini nəzərə almadığı, bu səbəblə işin icraatına xitam verməli olduğu halda qanunsuz qərar çıxardığı, iddia ərizəsinə qarşı göndərdiyi etiraz ərizəsinə banka borcunun tam ödənildiyinə dair sübut təqdim etməsinə baxmayaraq həmin sübuta əhəmiyyət ve rmədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır.

12. Apellyasiya baxışı zamanı mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

13. Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh1 "xxxx" KB QSC-nə xx.xx.2019-cu il tarixinə 7764,56 manat əsas, 5085,46 manat faiz borcu olmuş, xx.xx.2019-cu il tarixdən sonra ödəniş həyata keçirilməmiş, həmin tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün ona 1015,86 manat faiz hesablanmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-554/2023 saylı mülki iş üzrə 09 fevral 2023-ci tarixli qətnaməsi ilə (hakimlər E. M. Həsənov (sədrlik edən və məruzəçi hakim), X.A.Mərdanova, S.X.Bəhrəmzadə) Cavabdeh1 apellyasiya şikayə ti qismən təmin edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3063/2022 saylı iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi “Cavabdeh1 və Cavabdeh2 7799,78 manat əsas borc, 8070,99 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1033,56 manat faiz olmaqla, cəmi 17204,33 manat borcun müştərək qaydada bankın xeyrinə tutulması” hissəsində dəyişdirilmişdir. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli 1xx/xx/110743/15 saylı kredit müqaviləsi üzrə 7764,56 manat əsas, 5085,46 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış 1015,86 manat faiz borcu, yəni əsas və faiz borcu qismində cəmi 13865,88 (on üç min səkkiz yüz altmış beş manat 88 qəpik) ma nat müştərək qaydada tutularaq "xxxx" KB QSC-nə ödənilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, borc məbləğinin düzgün hesablanmaması ilə bağlı cavabdehin dəlillərini qismən əsaslıdır, kredit müqaviləsi əsasında cavabdehə xx.xx.2022-ci il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla Cavabdeh1 arasında bağlanmış həmin müqavilə üzrə kredit 48 ay müddətinə (09 iyun 2019-cu il tarixinə qədər) verilmiş və məhz bu dövr ərzində onun illik 28 faiz ödəməli olduğu razılaşdırılmışdır. Həmin müddətə qədər isə Cavabdeh1 əsas borc qalığının 7764,56 manat, faiz borcunun 5085,46 man at təşkil etdiyi apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur. Həmin ekspert rəyi ilə həmçinin müəyyən edilmişdir ki, kredit müqaviləsinin müddəti başa çatdığı tarixdən bankın maliyyə arayışını tərtib etdiyi xx.xx.2022-ci il tarixinədək Cavabdeh1 illik 5 faiz hesabı ilə 1015,86 manat faiz hesablanmalıdır.

16. Məhkəmə qeyd etmişdir ki, “Cavabdeh1 və Cavabdeh2 7799,78 manat əsas borc, 8070,99 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1033,56 manat faiz olmaqla, cəmi 17204,33 manat borcun müştərək qaydada bankın xeyrinə tutulması” qənaətinə gəldiyi zaman birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmiş və adı çəkilən şəxs lərdən müvafiq kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği 7764,56 manat, faiz borcunun məbləği 5085,46 manat, gecikmə faizinin məbləği isə 1015,86 manat müəyyən edilməlidir.

17. Birinci instansiya məhkəməsi cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaldaraq 300 manat müəyyən etməkdə haqlı olmuşdur. Cərimə pulunun tutulmasına dair hissədə iddianın rədd edilməli olduğuna dair cavabdehin apellyasiya şikayətinin dəlili isə əsassızdır. Çünki tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bi r halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.

18. İddiaçı tərəfindən pretenziya qaydasına əməl olunmadığının nəzərə alınmadığı barədə cavabdehin arqumentinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, birincisi, bu növ iddialarda pretenziya qaydasına əməl edilməli olduğu qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır; digər tərəfdən nəzərə alınmalıdır ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair qayda prosessual qənaət prinsipinə əməl olunması məqsədini daşımaqla, bununla bağlı iddiaçının cavabdehə göndərdiyi bildirişin forması hər hansı əhəmiyyət kəsb etmir. Başqa sözlə, əgər müvafiq bildirişdə cavabdehin öz öhdəliyinə əməl etmədiyi irəli sürülərək bu halın davam edəcəyi təqdirdə m əhkəməyə müraciət olunacağı barədə bəyanat (iradə ifadəsi) yer alırsa və bu bildirişi almış cavabdeh mübahisənin məhkəmə müstəvisinə çıxmaması üçün hər hansı aktiv hərəkət nümayiş etdirmirsə, sözügedən qaydaya əməl olunmadığına dair gəlinən qənaət yalnız formal yanaşma kimi qiymətləndirilə bilər. Borc məbləği ödənilməyəcəyi halda məhkəməyə müraciət ediləcəyi barədə iddiaçı bank tərəfindən cavabdehə bildiriş göndərmiş və cavabdehdən hər hansı cavab almadığı üçün məhkəmədə iddia qaldırmışdır, bununla da həmin qaydaya əməl etmiş hesab olunmalıdır.

19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3., 14.2.1.,385.,386.1,425.,431.1.,431.2.,442.,448.1., 472., 500.1. və 739.1.-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2., 77.1, 80.,81.,88, 97.1. və103.1.-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-554/2023 saylı mülki iş üzrə 09 fevral 2023-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd edib ki, "İddiaçı tərəfindən pretenziya qaydasına əməl olunmadığının nəzərə alınmadığı barədə cavabdehin arqumentinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, bu növ iddialarda pretenziya qaydasına əməl edilməli olduğu qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır; digər tərəfdən nəzərə alınmalıdır ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair qayda prosessual qənaət prinsipinə əməl olunması məqsədini daşımaqla, bununla bağlı iddiaçının cavabdehə göndərdiyi bildirişin forması hər hansı əhəmiyyət kəsb etməməkdədir. Başqa sözlə, əgər müvafiq bildirişdə cavabdehin öz öhdəliyinə əməl etmədiyi irəli sürülərək bu halın davam edəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə bəyanat (iradə ifadəsi) yer alırsa və bu bildirişi almış cavabdeh mübahisənin məhkəmə müstəvisinə çıxmaması üçün hər hansı aktiv hərəkət nümayiş etdirmirsə, sözügedən qaydaya əməl olunmadığına dair gəlinən qənaət yalnız formal yanaşma kimi qiymətləndirilə bilər. Bu mənada kollegiyanın qənaətinə görə, borc məbləği ödənilməyəcəyi halda məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə bildiriş göndərmiş və cavabdehdən hər hansı cavab almadığı üçün məhkəmədə iddia qaldırmış iddiaçı, həmin qaydaya əməl etmiş hesab olunmalıdır." Halbuki, bu kateqoriya işlər üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməli idi və riayət edilmədiyi təqdirdə ərizə məhkəmə tərəfindən baxılmamış saxlanılmalı idi.

22. Cavabdeh kassasiya şikayyətinin dəlillərini Mülki Prosessual Məcəlləsinin 149.2.4 və 259.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətinə etiraz edərək göstərmişdir ki, ape llasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillər formal olaraq qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 fevral 2023-ci il qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul olunmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

25. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

26. Maddə

385. Öhdəliyə əsasən bi r şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə iş güzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.

30. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vax tında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Maddə

472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditor a dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

34. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

35. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

40. Madd ə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. (§ 40).

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§ 41).

45. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§ 42).

46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§ 41). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. İş üzrə Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayəti dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasib ətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

50. Odur ki, qeyd oluna nları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-554/2023 saylı iş üzrə 09 fevral 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar