Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2227/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, Cavabdeh3 tərəfindən Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(106)2977/2019 nömrəli iş üzrə 19 noyabr 2010-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin (hakim Mütəllim İsayev) 2(049)-710/2019 №-li, 12 aprel 2019-cu il tarixli qətnaməsi ilə, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “xxxx” KB ASC-nin xeyrinə 29.04.2014-cü il tarixli 08KL/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 18350,60 ABŞ dolları, faiz borcu üzrə 5362,15 ABŞ dolları, cəmi 23712,75 ABŞ dolları borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınaraq manat hesabı ilə, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş 26 oktyabr 2006-cı il tarixli, MH №0001120 seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daş ınmaz Əmlakın X3 əsasən Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, X7 küçəsində yerləşən 0,04 ha torpaq sahəsi və onun üzərində olan 160 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 96000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Etibar Camalov - sədrlik edən və məruzəçi, Elşad Əliyev, Kamil Bəşirov) 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şika yəti təmin olunmuş, Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli qətnaməsi qismən, yəni İpoteka ilə yüklü edilmiş Lənkəran şəhəri, küçəsində 0.04 ha torpaq sahəsi ilə birgə 160 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 96000 manat məbləğində müəyyənləşdirilməsi hissədə dəyişdirilmiş, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin ilkin satış qiyməti 98000 manat müəyyən edilmiş, qətnamə Cavabdeh3 apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı «xxxx» KB ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabd eh2, Cavabdeh1 iddiaçı «xxxx» ASC-nin xeyrinə 11.04.2014cü il tarixli 08KL/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 29.04.2014-cü il tarixli 08KL/14-1 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 18350,60 ABŞ dolları, faiz borcu üzrə 5362,15 ABŞ dolları, cəmi 23712,75 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, X7 küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində olan 160 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olu nmuş pul vəsaiti hesabına Cavabdeh3 29.04.2014-cü il tarixli 08KL/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 23712,75 ABŞ dolları borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 96000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində yaşayış sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» KB ASC ilə Cavabdeh3 arasında olan 11.04.2014-cü il tarixli 08KL/ 14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 29.04.2014-cü il tarixli 08KL/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 23.04.2017-ci il tarixədək illik faiz ödəmək şərti ilə 103000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini üsulu kimi iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 11.04.2014-cü il tarixli 08KLİ/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Lənkəran şəhəri, X7 küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində olan 5 saylı fərdi yaşayış evini «xxxx» KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda 29.04.2014-cü il tarixli 08KL/14-1 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi X4 və X2 ilə iddiaçı «xxxx» KB ASC arasında zaminlik müqavilələri bağlanmış və həmin zaminlik müqavilələri ilə zaminlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı qarşısında götürdüyü öhdəliklərini tam icra edənədək onunla birlikdə məsuliyyət daşımağı bank qarşısında öhdələrinə götürmüşlər. Lakin Cavabdeh3 bank qarşısında götürdüyü öhdəliyi icra etməmiş və nəticədə onun banka 29.04.2014-cü il tarixli 08KL/14-1 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 18350,60 ABŞ dolları, faiz borcu üzrə 5362,15 ABŞ dolları, cəmi 23712,75 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq onlar bank qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının ipoteka predmeti kimi çıxış edən ə mlakdan cavabdehlərin çıxarılması onunla əlaqəlidir ki, əmlak hərraca çıxarıldığı zaman boş olmalıdır, eyni zamanda orada yaşayan şəxslərin və mənzilin mülkiyyətçisinin hüquqlarından azad olmalıdır. Əks təqdirdə həmin əmlakın hərrac yolu ilə realizə olunması qeyri-mümkün olacaq. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh3kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 19 noyabr 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsinin gedişatında ipoteka ilə yüklü edilmiş və mübahisə predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 98000 manat məbləğində müəyyənləşdirilmişdir ki, bununla razı deyil. Həmin evin real bazar qiyməti hal-hazırda 150-200 min manat arasındadır. İş üzrə dəvət edilmiş «xxxx» MMC-nin vermiş olduğu rəy isə fərdi yaşayış evinin real dəyərini əks etdirmir. Bundan başqa 19 noyabr 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında iştirakı təmin edilməmiş və unun «xxxx» MMCnin vermiş olduğu rəyə olan münasibəti, eləcə də hər hansı vəsatətinin olub-olmaması araşdırılmamışdır. Tərəflərin izahatları: Cavabdeh3 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəm ə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mat eriallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırma: Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh3 vəkili Vəkil izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 19 noyabr 2010-cu il tarixli qətnaməsi Cavabdeh3 kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, 11.04.2014-cü il tarixli 08KL/14 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 60 ay müddətinə ******* manat məbl əğində kredit xətti açılmışdır. 11.04.2014-cü il tarixli 08KL/14 əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 29.04.2014-cü il tarixli 08KL/14-1 saylı əlavə kredit müqaviləsindən görünür ki, Cavabdeh3 ilə «xxxx» KB ASC arasında 29.04.2014-cü il tarixli 08KL/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə 23.04.2017-ci il tarixədək illik 19 faiz ödəmək şərti ilə 103000 ABŞ dolları məbləğində kredit verilməsi üçün kredit müqaviləsi bağlanmışdır. 29.04.2014-cü il tarixli 08KL/14-1 saylı əlavə kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kredit alan Cavabdeh3 36 ay müddətində 29.05.2014-cü il tarixdən başlayıb sonuncu ödənişi 23.04.2017-ci il tarixdə etməklə götürülmüş kredit üzrə cəmi 135918 ABŞ dolları məbləğində hesablanmış əsas borcu və faizi banka qaytarmalı idi. 11.04.20 14-cü il tarixli 08KLİ/14 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış 29.04.2014-cü il tarixli 08KL/14-1 saylı əlavə kredit kredit müqaviləsi üzrə Cavabdeh3 iddaçı ''xxxx'' KB ASC qarşısında götürdüyü öhdəliyin təminatı kimi 26 oktyabr 2006-cı il tarixli qeydiyyat nömrəsi 220602103, reyestr nömrəsi **********32-10301 olan mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən Cavabdeh3 məxsus olan, Lənkəran şəhəri, X7 küçəsində yerləşən 0,04 ha torpaq sahəsi və onun üzərində olan 160 saylı fərdi yaşayış evini ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. RX № ******* seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın X1 görünür ki, Cavabdeh3 məxsus Lənkəran şəhəri, X7 küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində olan 160 saylı fərdi yaşayış evi « xxxx» X11 Səhmdar Cəmiyyətinin 15 aprel 2014-cü il tarixdə 11 aprel 2019-cu il tarixədək ipoteka ilə yüklü edilmişdir. 11.04.2014-cü il tarixli 08KLİ/14 saylı ipoteka müqaviləsinin 2.4-cü bəndində görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə Cavabdeh3 məxsus Lənkəran şəhəri, X7 küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində olan 160 saylı fərdi yaşayış evi 96000 manat qiymətləndirilmişdir. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qaydada qismən təmin edilmişdir. Qətnamənin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissəsi ilə razılaşmayan Cavabdeh3 apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyini, məhkəmənin müəyyən etdiyi qiymətin real bazar qiymətini əks etdirmədiyini göstərmişdir. Cavab deh3 apelyasiya şikayətində fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilməsinin xahiş olunması nəzərə alınaraq apelyasiya instansiyası məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli qərardadı ilə fərdi yaşayış evinin hal-hazırda real bazar qiymətinin müəyyən olunması üçün qiymətləndirici dəvət edilmişdir. Qiymətləndirici «xxxx» MMC-dən daxil olmuş 23 oktyabr 2019-cu il tarixli fərdi yaşayış evinin dəyərinin müəyyən etmək üçün qiymətləndirmə hesabatından görünür ki, fərdi yaşayış evinin hal-hazırda real bazar qiyməti 98000 manatdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndir icinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi həmin rəyi mötbərə sübut kimi qəbul edərək ipoteka predmetinin ilkin satış qiymətini 98000 manat müəyyən etmişdir. Hazırda Cavabdeh3 verdiyi kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi rəydəki qiymətin də real bazar qiymətini əks etdirmədiyini, evin qiymətinin 150200 min manat olduğunu qeyd etmişdir. Lakin cavabdeh etirazının əsası kimi istinad etdiyi hala dair işə mahiyyəti üzrə baxılarkən nə birinci instansiya məhkəməsinə, nə dəki apelyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 19 noyabr 2010-cu il tarixli qətnaməsi Cavabdeh3 kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh3 kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(106)-2977/2019 nömrəli iş üzrə 19 noyabr 2010-cu il tarixli qətnaməsi Cavabdeh3 kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2227/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2227/2020
25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver