Məhkəmə qərarları › İş №2(102)-2228/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2228/2019

15.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2228/2019 15.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)12570/2018 mömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin (hakim Gülsarə İmanova) 2(010)-427/2018 saylı 14 avqust 2018-ci il t arixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdehdan 199991,59 rubl əsas borc, 22446,65 rubl faiz borcu, 5000 rubl cərimə borcu olmaqla, cəmi 227438.24 rubl borc və 20 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 14 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən məbləğin ödənişi ödəniş günü Rusiya rublunun Azərbaycan manatına olan məzənnəsi ilə həyata keçirilməsi müəyyən edilmiş dir. İşin halları: İddiaçı ASC ərizə ilə 1010 2017-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin xeyrinə 199991,59 rubl əsas borc, 22446,65 rubl faiz borcu, 10044,25 rubl cərimə borcu olmaqla, cəmi 232482,49 rubl borc və 20 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Suraxanı rayon məhkəməsinin 12 oktyabr 2017-ci il tarixdə məhkəmə əmri ilə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 199991,59 rubl əsas borc, 22446,65 rubl faiz borcu,10044,25 rubl cərimə borcu olmaqla, cəmi 232482,49 rubl borc və 20 manat dövlət rüsumunun tutulmasını əmr etmişdir. Cavabdeh məhkəmə əmrinə etiraz verdiyindən, Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 283-cü maddəsinin tələblərinə riayət etməklə 18 dekabr 2017-ci il tarixli qərar dadı ilə Suraxanı rayon məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli əmrini ləğv edib mülki iş üzrə iddia icraatına keçirmişdir. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında iddianı müdafıə edərək izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.09.2014·cü il tarixli 132847CNS-9846 saylı nağd pul kredit müqaviləsinə əsasən cavabdehə illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 358900,00 rubl məbləğində kredit verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliklərini 12.04.2016-cı il tarxdən icra etmir və nəticədə onun banka 199991,59 rubl əsas borc, 22446,65 rubl faiz borcu, 10044,25 rubl cərimə borcu olmaqla, cəmi 232482,49 rubl borcu yarandığını bildirərək iddianın təmin edilməsini xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məzmunu apellyasiya şikayətinin məzmunun ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Ekspert rəyi əsaslandırılmayıb, təkrar ekspertiza keçirilməlidir. İddiaçı ASC məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edi lmişdir. İddiaçı ASC 12.07.2019-cu il tarixdə məhkəməyə yenidən ərizə göndərərək cavabdehin banka olan borcunun restrukturizasiya edildiyini, bu səbəbdən hazırki iddiadan imtina edildiyini və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Tərəflərin izahatları: Cavabdeh vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıəlmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan ba xılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməl idir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini, iddiaçı bank tərəfindən məhkəməyə göndərilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi qətnaməsi ləğv edilərək İddiaçı ASC-nin iddiadan imtinası qəbul edilməli, mülki işin icraatına xitam verilməli, kassasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh banka olan borcu restrukturizasiya edilmişdir. Bu səbəbdən iddiadan imtina edilməsi, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Ərizə bankın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. İddiaçı nın iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya iqtisadi mübahisəyə dair işlərin başlanması, bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC-nin iddiadan imtinası qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 52.5-ci maddəsinin tələblərinə zidd deyildir, imtinanın məhkəmə tərəfindən təsdiq edilməməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışı q sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata x itam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 417.1.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya b u Məcəllənin 261.0.1261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası işin yuxarıda şərh olunan hallarına və qanunvericiliyin normalarına görə belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin iddiadan imtinasının qəbul olunmaması üçün əsaslar yoxdur, ona görə də iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddiadan imtina ərizəsi qəbul edilməklə iş üzrə icraata xitam verilməli, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12570/2018 mömrəli iş üzrə 05 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin iddia tələbindən imtinası təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar