Məhkəmə qərarları › İş №2(102)-2228/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2228/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2228/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit tələbi, zaminlik münasibətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 qarşı “kredit borcu üzrə yaranmış borcun tutulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-939/2023 nömrəli, 6 fevral 2023-cü il tarixli qətnaməsindən c avabdeh "xxxx" ASC-nin kassasiya şikayəti üzrə işə 30 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, PROG-İ-12/10 saylı kredit müqaviləsinə əsasən, Bank Borcalana 115 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə hesablanmaqla, 23345.8 manat məbləğində kredit vermişdir; 2. "xxxx" ASC ilə borclu Cavabdeh2 və zamin "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, PROG-İ-12/10 saylı zaminlik müqaviləsinə əsasən, borclu üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğini, hesablanacaq faizləri, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşıyır.

3. PROG-İ-12/10 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə Əlavədən görünür ki, kredit müqaviləsinin müddəti 115 ay olmaqla hər ay ödənilməli olan ödəniş məbləği 342.54 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 6535.72 manat məbləğində əsas borc, 400.60 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu, 85.33 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 7021.65 manat məbləğində kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 90.21 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmi şdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borc alan tərəfindən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər vaxtında yerinə yetirilmədiyindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdehlərə kreditin qaytarılması haqqında tərəfindən xx.xx.2022-ci il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilsə də, fiziki şəxs olan cavabdeh qeydiyyatda olduğu ünvanında yaşamadığından bildirişin onlara çatdırılması mümkün olmamışdır. Bu hal iddia ərizəsinə əlavə edilən poçt xidməti tərəfindən tərtib edilən aktla təsdiqini tapır. Hüquqi şəxs olan cavabdehə isə bildiriş poçt vasitəsilə ilə çatdırılaraq, xəbərdarlıq edilsə də, öhdəlik onun tərəfindən də yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2022- ci il tarixə cavabdehlərin Banka 6535.72 manat əsas borc, 400.60 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu və 85.33 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 7021.65 manat məbləğində kredit borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün hesablanmış kredit borcunun cavabdehlərdən məhkəmə qaydasında tam tələb edilməsi zərurəti yaranmışdır.

6. İddiaçı tərəf 6535.72 manat əsas borc, 400.60 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu və 85.33 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc barədə maliyyə arayışı təqdim etmişdir.

7. Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il ta rixli qətnaməsi ilə (sədrlik edən Nilufər Cəfərli, iş N e-2(008)-3845/2022) iddia tələbi qismən təmin edilərək Cavabdeh2 6535.72 (altı min beş yüz otuz beş manat, yetmiş iki qəpik) manat məbləğində əsas borc, 400.60 (dörd yüz manat, altmş qəpik) manat faiz borcu, 85.33 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, 7021.65 (yeddi min iyirmi bir manat, altmış beş qəpik) manat kredit borcu, 90.21 (doxsan manat, iyirmi bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqının tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsinə dair iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, mü lki qanunvericiliyin normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, borcalan kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış əsas borcu və ona hesablanmış faiz borcu iddiaçıya ödənməlidir. Məhkəmə iddianın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 85.33 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun Cavabdeh2 tutulması hissəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddia həmin hissədə də əsaslı olduğu üçün təmin edilməlidir.

9. Məhkəmə iddianın təmin edilməyən hissəsinə - zamin "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış zaminlik müqaviləsindən irəli gələn öhdəliyinə ilkin qiymət verərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş zaminlik müqaviləsində kredit müqaviləsi üzrə götürülmüş kreditin məbləği və müddəti göstərilsə də, faiz dərəcəsi göstərilməmişdir, o cümlədən iddiaçı ilə borcalan arasında bağlanmış kredit müqaviləsində isə zaminin razılığı ifadə olunmadığından məhkəmə hesab edir ki, zaminlik müqaviləsi iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun bağlanmamış, zaminin kredit müqaviləsi üzrə öhdəyinin bütün şərtlərindən məlumatı olmadığından, həmin müqavilə üzrə üzərinə düşən öhdəliklə bağlı məsulliyyət yükündən azad olmalıdır.

10. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 739.1, 740.1, 472-ci maddələrinə, həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarınm şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək zamin "xxxx" ASC-yə qarşı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit borcun un təminatı kimi iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında PROG-İ-12/10 nömrəli, xx.xx.2012-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Kreditorla Borclu arasında bağlanmış xx.xx.2012-ci il tarixli PROG-İ-12/10 №-li Kredit Müqaviləsinə əsasən 23345.8 manat məbləğində 115 ay müddətinə Borcluya verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi, Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə, Kreditor qarşısında cavabdehlik daşımağı və buborcun özünün malik olduğu əmlakı (daşınar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Bundan başqa həmin müqavilənin 2.2-ci bəndi ilə zaminin məsuliyyəti, 3.1-ci bəndi ilə zaminliklə təmin edilmiş öhdəliyin mahiyyəti, 3.2 -ci bəndi ilə isə zaminliklə təmin edilmiş öhdəliyin ölçüsü müəyyən edilmişdir. Eyni zamanda zaminlik müqaviləsi kreditor, borclu və zamin tərəfindən imzalanaraq, möhürlə təsdiq edilmişdir. Lakin qeyd edilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi yanlışlığa yol verərək, iddiaçı ilə borcalan arasında bağlanılmış kredit müqaviləsində zaminin razılığının ifadə olunmadığı nəticəsinə gələrək, hesab etmişdir ki, zaminlik müqaviləsi iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun bağlanmamış, zaminin kredit müqaviləsi üzrə öhdəyinin bütün şərtlərindən məlumatı olmadığından, həmin müqavilə üzrə üzərinə düşən öhdəliklə bağlı məsulliyyət yükündən azad olmalıdır. Bundan başqa, birinci instansiya məhkəməsi zaminlik müqaviləsində kredit müqaviləsi üzrə götürülmüş kreditin məbləğinin və müdd ətinin göstərildiyini, faiz dərəcəsinin isə göstərilmədiyini qeyd edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına istinad edərək zaminə qarşı iddianı təmin etməmişdir. Həmin hissə ilə bağlı ilk öncə, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında aydın şəkildə qeyd edilmişdir ki, zaminli k və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Göründüyü kimi Konstitusiya MəhkəməsiPlenumu mühüm şərtlərin (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) kredit xətti müqaviləsində yetərli dərəcədə aydın göstərilməli olduğunu vurğulamış, zaminlik müqavilələri ilə bağlı isə belə bir göstərişi olmamışdır. Yəni birinci instansiya məhkəməsinin göstərdiyi hal zaminə qarşı tələbin rədd edilməsinə əsas ola bilməz. Belə ki, zaminlik müqaviləsinin məzmununda zaminliyin aid olduğu kredit müqaviləsinin tarixi və nöm rəsi qeyd olunub, kredit müqaviləsinin məzmununda isə kreditə görə faiz dərəcəsi göstərilib. Ona görə də Mülki Məcəllənin 472- ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, zamin də bankın qarşısında kredit alan ilə birgə məsuliyyət daşımalıdır. Bu səbəbdən, qətnamənin “iddia tələblərinin təmin olunmayan hissəsində” ləğv olunması və iddianın tam təmin edilərək, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 6535.72 manat əsas borc, 400.60 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu, 85.33 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 7021.65 manat məbləğində kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 90.21 manat dövlət rüsumunun və 0.40 manat ban k xidmət haqqının tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 6 fevral 2023-cü il tarixli, qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov, iş N 2(103)-939/2023) apellyasiya şikayəti təmin edilmiş, qətnamə qismən, iddia tələbinin cavabdeh "xxxx" ASC-yə aid təmin edilməyən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmişdir.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, əvvəla bu müqavilə xətt müqaviləsi olmamışdır, bundan başqa isə "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012ci il tarixli, PROG-İ-12/10 saylı kredit müqaviləsində bankın borcalana 115 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə hesablanmaqla, 23345.8 man at məbləğində kredit verdiyi qeyd edilmişdir. Bankla borclu Cavabdeh2 və zamin "xxxx" ASC arasında elə həmin vaxt bağlanmış xx.xx.2012-ci il tarixli, PROG-İ-12/10 saylı zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən, zaminin öhdəliyi yuxarıda göstərilən kredit müqaviləsinə əsasən, borcluya verilən kreditin və faizlərin qaytarılmasından ibarətdir. Həmin müqavilənin 4.2.1-ci bəndinə əsasən borclu kredit öhdəliyini yerinə yetirmədikdə zamin borclunun kreditora olan əsas və faiz borcunu 5 iş günü müddətində kreditora ödəməyi öhdəsinə götürür (i/v 20). Demək ki, hüquqi şəxs olan və bank kredit münasibətlərində fəal şəkildə iştirak edən zamin zamini olduğu şəxsə kreditin məhz faizlə verildiyini və bunun da kredit müqaviləsinə əsasən neçə faiz olduğunu bilirdi.

15. Belə olan halda məlum olur ki, za min həmin müqaviləyə əsasən borclunun kreditor qarşısında əsas və faiz borcun qaytarılması ilə bağlı öhdəlik götürmüşdür. Nəzərə alınsa ki, zamin hüquqi şəxs olmaqla, mülki dövriyyənin fəal iştirakçısıdır, onda rayon məhkəməsinin zaminlik müqaviləsində faiz dərəcəsi ilə bağlı zaminin razılığının alınmaması barədə gəldiyi nəticə, tam formal olmaqla, işin faktiki hallarına uyğun deyildir və bu baxımdan da əsaslı sayıla bilməz.

16. Apellyasiya instansiyası məhkəməsi öz mövqelərini hüquqi cəhətdən əsaslandırarkən MM-in 472.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh "xxxx" ASC (vəkil X1) kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyi daha ədalətli olmuş, iddianı cavabdeh "xxxx" ASC-yə aid olan hissədə rədd etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı ilə borcalan arasında bağlanılmış kredit müqaviləsində zaminin razılığının ifadə olunmadığını, zaminlik müqaviləsində kredit müqaviləsi üzrə götürümüş kredit məbləğinin və müddətinin göstərildiyini, faiz dərəcəsinin isə göstərilmədiyini qeyd edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin, həm Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şəh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına istinad edərək haqlı olaraq iddianı cavabdeh"xxxx" ASC-yə aid olan hissədə rədd etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi əsassız olaraq birinci instansiya Məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarını fərqli şərh etmişdir.

19. Cavabdeh "xxxx" ASC-nin məhkəmə də iştirakı təmin edilmədiyi, onun iştirakı olmadan işə baxıldığı üçün qəbul edilmiş məhkəmə qətnaməsi ədalətli hesab edilə bilməz.

20. Məhkəmələr işə cavabdehlərin iştirakı olmadan baxaraq, əsas cavabdehin borcla bağlı mövqeyini öyrənmədən, ekspertiza təyin etmədən, yalnız iddiaçının verdiyi araşıyı və məlumatı əsas götürərək əsas borcun və faiz borcunun nə qədər olması qənaətinə gəlmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə:

22. Maddə Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıy ırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarı:

23. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipot eka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassator qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

35. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı kredit xətti müqavilələrinə münasibətdə nəzərdə tutulduğundan hazırkı mübahisəyə şamil edilə bilməz. Belə ki, kassatorun zamin dur duğu xx.xx.2012-ci il tarixli, PROG-İ-12/10 saylı müqavilə kredit xətti müqaviləsi deyildir.

36. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

37. Odur ki, qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(103)-939/2023 nömrəli, 6 fevral 2023-cü qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar