Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-223/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-223/2022 Bakı şəhəri, 11 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu üzrə pul tələbinə dair” Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1425/2020 nömrəli, 26 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İşin halları
2. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair məhkəməyə müraciət edərək, ödənilməmiş 4.911,33 manat əsas, 258,11 manat faiz, 217,14 manat cərimə, cəmi 5.386,58 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Göygöl Rayon Məhkəməsinin 26.11.2019-cu il tarixli, 2(066)-1154/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Rafiq Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 4.911,33 (dörd min doqquz yüz on bir manat otuz üç qəpik) manat əsas, 258,11 (iki yüz əlli səkkiz manat on bir qəpik) manat faiz, 17,14 (on yeddi manat on dörd qəpik) manat cərimə, cəmi 5.186,58 (beş min yüz səksən altı manat əlli səkkiz qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.10.2020-ci il tarixli, 2(104)-1425/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 26.11.2019-cu il tarixli, 2(066)-1154/2019 nömrəli qətnaməsi əsas və faiz borcu ilə bağlı hissədə dəyişdirilmiş, Cavabdeh 4.854,68 manat əsas, 247,16 manat faiz, 17,14 manat cərimə, cəmi 5.118,98 (beş min bir yüz on səkkiz manat doxsan səkkiz qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, iş üzrə ekspertiza xərcinin tərəflərə aid edilərək, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində xərcin onlar arasında bölüşdürülməsi və 75 (yetmiş beş) manatın iddiaçı "xxxx" KB ASC-dən, 75 (yetmiş beş) manatın isə Cavabdeh alınaraq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.
6. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22.05.2021ci il tarixli, 2(102)-3276/2021 saylı qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilməyərək, geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.06.2021-ci il tarixli, 2(104)-1425/2020 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
8. Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.10.2020-ci il tarixli, 2(104)-1425/2020 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının 26 avqust 2021-ci il tarixli, 2(104)-1425/2020 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpa olunmasına dair Cavabdeh ərizəsi təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.10.2020-ci il tarixli, 2(104)-1425/2020 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilmiş və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
10. Cavabdeh qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün yeni qərar qəbul edilməs ini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayətini prosessual müddətlərə riayət edərək vermişdir. Belə ki, məhkəmə prosessual müddətin bərpası ilə bağlı ərizədə göstərilən dəlillərə heç bir hüquqi qiymət vermədən ərizənin təmin edilməməsi barədə qərardad çıxarımışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası:
15. Maddə.
25. Hissə İ. Hamı qa nun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
17. Maddə.
133. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
18. Maddə. 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilir. Kassasiya baxışının hədləri
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.10.2020-ci il tarixli, 2(104)1425/2020 nömrəli qətnaməsindən kassasiya şikayəti verməsi üçün 06.07.2021-ci il tarixdən etibarən heç bir maneə və ya məhdudiyyət olmamış, lakin iddiaçı mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verməmiş və üzürsüz səbəbdən kassasiy a şikayəti vermə müddətini ötürmüşdür. Eyni zamanda, cavabdeh qərardaddan da vaxıtnda,10 gün ərzində şikayt vermək əvəzinə müddəti 20 gün buraxmışdır.
21. Apellyasiya məhkəməsi həm qətnamədən kassasiya şikayəti vermə müddətinin buraxılmasının üzrlü hesab olunması üçün əsaslar müəyyən etməmiş və həm də qərardadın özündən müddət buraxılmaqla şikayət verilməsini nəzərə alaraq haqlı olaraq vəsatəti təmin etməmişdir.
22. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
23. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(104)-1425/2020 nömrəli, 26 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.