Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2230/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2018-ci il tarixli qətnaməsindən XXX oğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-291/2018 hakim G.A.Əsədova) “xxxx” ASC-nin XXX oğlu və Cavabdeh1 qarşı iddiası qismən təm in edilmiş, cavabdehlərdən müştərək qaydada 4.523 ABŞ dolları əsas borc, 388 ABŞ dolları faiz borcu, 53 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4.965 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-6999/2018 hakimlər F.Ş.Talışınski, S.F.Hacıyev, R.Ə.Eyvazov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmşdır. Həmin qətnamədən Mansır Məmişov verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 18 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx ” ASC XXX oğluna 24 ay müddətinə illik 24 % ödəmək şərti ilə təmir-tikinti işləri üçün 10.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. 06 sentyabr 2017-ci il tarixdə “xxxx” ASC XXX oğlu və Cavabdeh1 qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 4,536 ABŞ dolları əsas borc, 739 ABŞ dolları faiz borcu, 53 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5.329 ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kass asiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, manatın məzənnəsinin xarici valyutaya nisbətdə dəyərdən düşməsi nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı bank 18 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 4.536 ABŞ dolları əsas borc, 739 ABŞ dolları faiz borcu, 53 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5.329 ABŞ dolları məbləğində pulun borclu və zamin olan cavabdehlərdən onun xeyrinə tutulmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış 28 mart 2018-ci il tarixli ekspert rəyi ilə borc məbləğinin 18 iyun 2017-ci il tarixə 4.523 ABŞ dolları əsas borc, 388 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4.911 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən eks pert rəyinə istinad edərək, cavabdehlərdən müştərək qaydada 4.523 ABŞ dolları əsas borc, 388 ABŞ dolları faiz borcu, 53 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4.965 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə tutularaq iddiaçının xeyrinə ödənilməsi qət etmişdir. Həmin qətnamə Cavabdeh1 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421, 425.1, 442, 443.1, 445.1, 448.1, 467, 739, 741-ci maddələrinə istinad edərək şikayəti təmin etmədən, qətnaməni dəyişdirilmədən saxlamışdır. Müəyyən edilmişdir ki, borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtd a ödənişləri həyata keçirməmişdir. Buna görə də cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Mansır Məmişov onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas kredit borcunu müqavilədə razılaşdırdığı kimi faizlərlə, habelə dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələr ini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2230/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2230/2019
10.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver