Məhkəmə qərarları › İş №2(102)-2231/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2231/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2231/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(106)-1312/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxxxxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit xətti müqaviləsinə, kredit razılaşmasına və sazişə xitam verilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun alınması və s. tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnamədən Cavabde h1 apelyasiya şikayəti vermiş, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi qismən-ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilmişdir. İş üzrə Cavabdeh1 Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə kasasiya qaydasında baxılarkən iddiaçı “xxxxxxxxxx” QSC iddiadan imtina etməsi barədə ərizə vermişdir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddi adan imtina edə bilər. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. (191.1) Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, mə hkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (191.2) Həmin Məcəllənin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiadan imtina heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməlidir. Belə olduqda apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsinə görə kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1 -261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261, 262, 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxxxxxxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi tələbinə dair iş üz rə iddiadan imtinası təsdiq edilsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar