Məhkəmə qərarları › İş №2(102)-2231/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2231/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2231/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)- 26/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 (bundan sonra – borcalan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MK/60132/51/16 saylı kredit müqaviləsinə əsasən Bank borcalana illik 22 faiz olmaqla, 36 ay müddətinə, 30000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh4 və Cavabdeh3 zamin kimi müqaviləni imzalamışdır.

2. Kredit müqaviləsinin təminatı kimi eyni tarixli, İP/60132/51/16 saylı İpoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə X1 məxsus olan Lənkəran r ayonu, Koroğlu küçəsində olan 0,03437 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44,5 kv.m yaşayış, 30,5 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi (bundan sonra – ipoteka predmeti) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı borcalana, X1, Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 24271,55 ABŞ dolları, faiz borcu üzrə 9769.48 ABŞ dolları, cərimə borcu üzrə- 1142,11 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat dövlət rüsumunun tutulmasını, tələbin ipoteka predmetinə yönəldilməsini, həmin daşınmaz əmlakın açıq hərracda s atılması və əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması və həmin mənzildə qeydiyyatda olan Cavabdeh2, X2, Cavabdeh6 və Cavabdeh1 mənzildən çıxarılması, mənzilin boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borcalana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etməmişdir.

5. İşə baxılarkən borcalanın vəsatəti əsasında məhkəmə-mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir.

6. Məhkəmə Ekspertizası Mərkə zinin 09 iyul 2019-cu il tarixli 12658 saylı ekspert rəyində qeyd olunmuşdur ki, borcalanın Banka xx.xx.2017-ci il tarixə əsas borcu 24.095.64 ABŞ dolları, faiz borcu 9.696.40 ABŞ dolları təşkil edir. 7. "xxxx" MMC-nin 7 noyabr 2019-cu il tarixli rəyi (mənzilin qiymətləndirilməsinə dair hesabat) ilə ipoteka predmetinin orta bazar qiyməti 55000 manat müəyyən edilmişdir.

8. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(049)-883/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada əsas borc üzrə – 24095,64 ABŞ dolları, faiz borcu üzrə – 9696.40 ABŞ dolları, cərimə borcu üzrə – 100 ABŞ dolları, cəmi 33892.04 ABŞ dolları məbləğində kredit borcunun, həmçi nin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri 145 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə qənaətə gəlmişdir ki, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq Bank qarşısında öhdəliklərini yerinə yetirmədiyindən, həmin öhdəliyin icrasının təmin etmək məqsədi ilə ipoteka müqaviləsi mövcud olduğundan iddia qismən təmin edilməlidir.

10. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 317, 385.1, 386.1, 442, 445, 448.1, 449.4, 462.1, 471-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 34, 39.3, 59.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Borcalan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normal arının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilməmiş, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Nüsrət Mirzəyev (sədrlik edən və məruzəçi), Qəzənfər Kərimov və Zəki Babayev) 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 24095,64 ABŞ dolları, faiz borcu üzrə 9696.40 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 33892.04 ABŞ dolları məbləğində kredit borcunun (ödəniş günü ABŞ dollarının Azərbaycan Respublikası manatına məzənnə kursuna uyğun olaraq) alınaraq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissə də dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi qətnaməsində iddia tələbini qismən təmin edərkən kredit borcunun xarici valyuta tutduğundan, qətnamənin dəyişdirilərək kredit borcunun ödəniş günü ABŞ dollarının Azərbaycan Respublikası manatının məzənnə kursuna uyğun olaraq tutulmalı olması qənaətinə gəlmişdir.

15. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 317.1, 385.1, 386.1, 389.1, 390.1, 425.1, 442, 443.1, 445.1, 448.1, 470.1, 472.1, 472.2-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Borcalan kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş et mişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə (Hakimlər: X4 (sədrlik edən və məruzəçi), X7 və X5) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, işə həmin hissədə yenidən baxılması üçün mülki işin apellyasiya instansiya məhkəməsinə göndərilməsi qət edilmişdir.

18. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normasının tələbini pozduğundan, habelə təqdim olunmuş vəsatətləri həll etmədən və apellyasiya şikayəti üzrə gəldiyi nəticələri tam əsaslandırmadan gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkə məsinin ipoteka predmetinin hərracda ilkin satış qiymətini qiymətləndirmə rəyinə əsasən orta bazar dəyərinə əsasən müəyyən etməsi ilə razılaşmayaraq qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunda ipoteka predmetinin ilkin satış qiymətinin anlayışında aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi göstərilmişdir. Buna görə də ipoteka predmetinin ilkin satış qiyməti likvid qiyməti ilə müəyyən edilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Apellyasiya instansiya məhkəməsinin 10 may 2022-ci il tarixli qərardadı ilə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə təyin edilmiş, "xxxx" MMC-nin 10 oktyabr 2022-ci il tarixli, 207/BOB/22 saylı qiymətləndirmə hesabatına əsasən ipoteka predmetinin orta bazar qiyməti 110.000 m anat, likvid qiyməti 104.000 manat müəyyən edilmişdir.

21. Qiymətləndiricilərin rəyləri arasında kəskin fərq olduğundan yenidən qiymətləndirmə keçirilməsinə zərurət yarandığından apellyasiya baxışında təkrar qiymətləndirmə üzrə müstəqil qiymətləndiricinin rəyi alınmış, “X10” MMC-nin 15 dekabr 2022-ci il tarixli, ME12/108 saylı qiymətləndirmə hesabatına əsasən ipoteka predmetinin bazar dəyəri 82.500 manat, likvid qiyməti 70.000 manat müəyyən edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin 2(106)-26/2023 nömrəli, 31 yanvar 2023cü il tarixli qətnaməsi ilə (Hakimlər: İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Pərviz Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilm əsi hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 70.000 manat müəyyən edilmişdir.

23. Məhkəmə hesab etmişdir ki, sonuncu qiymətləndiricinin rəyində göstərilmiş dəyərin məbləği orta məbləğdir, optimaldır. Sözügedən əmlakın dəyəri “X10” MMC tərəfindən müqayisəli yanaşma əsasında hesablanmışdır. Qiymətləndirmə obyektinin dəyəri müəyyənləşdirilərkən yerində baxış keçirilmiş, texniki göstəriciləri nəzərdən keçirilmiş, eyni zamanda burada analoji fərdi yaşayış evlərinin internet səhifələrindən dəyərləri barədə məlumatlar da çıxarılmışdır. İpoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilərkən “X10” MMC-nin rəyi əsaslandırılmışdır, həmin rəy daha əsaslı olduğundan burada göstərilən likvid dəyəri əsas götürülməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Borcalan (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini və işin yenidən həmin hissədə baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən alınmış iki müxtəlif tarixli qiymətləndirmə barədə rəylər arasında cəmi bir aydan artıq zaman fərqi olmasına baxmayaraq, apellyasiya məhkəməsi bir ay ərzində ipoteka predmetinin qiymətinin bahalaşma əvəzinə, əksinə (110000-82500=482500) 82500 manat ucuzlaşması barədə “X10” MMC-nin 15 dekabr 2022-ci il tarixli, ME 12/108 saylı formal rəyini mötəbər sübut növü kimi qəbul etmiş, bununla da “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələblərini pozmuş, nəticədə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

26. Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən pretenziya qaydalarına riayət etməmişdir.

27. Eyni zamanda, “İpoteka haqqında” Qanunun 10.1, 10.5-ci və Mülki Məcəllənin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bi lməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. Lakin işə baxmış məhkəmələr həmin normaların tələblərini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Bank kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin 2(106)-26/2023 saylı, 31 yanvar 2023cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq z ərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı iş üzrə sonuncu apellyasiya baxışının predmeti yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə məhdudlaşdığı üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun

31. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəq il qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı qiymət ləndirici rəyləri arasında kəskin fərq olduğundan yenidən qiymətləndirmə təyin edilmiş və məhkəmə sonuncu rəyin əsas götürülməli olması ilə bağlı mövqeyini kifayət qədər əsaslandırmışdır (bax § 23).

42. Kassasiya şikayətinin digər dəlilləri kassasiya baxışının predmetindən kənara çıxdığı üçün hazırkı icraat çərçivəsində onlara qiymət verilə bilməz. Belə ki, əvvəlki kassasiya icraatı zamanı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni baxışa göndərilmiş və baxılmışdır.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstə rilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-26/2023 nömrəli mülki iş üzrə 31 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar