Məhkəmə qərarları › İş №2(102)-2232/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2232/2019

10.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2232/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, ilkin iddia üzrə İddiaçı-nin vəkili Vəkil iştirakı ilə, ilkin iddia üzrə İddiaçı-nin və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin 11 aprel 2017-ci il tarixli qətnaməsi ilə (F.X.Mirzəyev, iş 2(007)-106/17) İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc un tutulması barədə iddia tələbi qismən təmin edilib cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 11.004 ABŞ dolları 35 sent əsas, 1.649 ABŞ dolları 76 sent faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla cəmi – 12.754 ABŞ dolları 11 sent pulun ödəniş gününə manatla məzənnəsi və 30 manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (A.N.İmanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov, iş 2(103)-7483/2017) cavabdeh Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunub Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı-nin xeyrinə 10.980,20 ABŞ dolları məbləğində əsas,1507,19 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 12.587,19 ABŞ dolları( ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) və dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsait qismində 30 manat pulun İddiaçınin xeyrinə tutulması qət edilmiş, ilkin iddia Cavabdeh2 oğluna münasibətdə təmin edilməmiş, Cavabdeh1 İddiaçı-yə qarşı müqavilə şərtlərinin dəyişdirilməsi barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarı ilə (Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), V.Ə.İbayev və G.A.Quliyev iş 2(102)-1719/18) İddiaçı-nin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli qətnaməsi Cavabdeh2 oğluna qarşı iddianın rədd edilməsi hissəsində ləğv edilib iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova, iş 2(103)-12049/18) Cavabdeh2 oğlunun apellyasiya şikayəti qismən təmin olunub Bakı şəhəri, Nizami rayon məhkəməsinin 11 aprel 2017-ci il tarixli qətnaməsi iddianın Cavabdeh2 aid qismən təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilib iddia tələbi Cavabdeh2 oğluna aid hissədə rədd edilmişdir. İlkin iddia üzrə İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verib qətnamənin ləğv edilməsini və iddianın Cav abdeh2 oğluna aid hissədə təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada xəbər verilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İddiaçı-nin nümayəndəsi üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə kassasiya qaydasında baxılan zaman İddiaçı-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edib təmin olunmasını xahiş etdi. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ilə məhkəməyə müraciət edib cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11.004 ABŞ dolları 35 sent əsas, 1.649 ABŞ dolları 76 sent faiz, 2.381 ABŞ dolları 70 sent cəri mə borcu olmaqla cəmi – 15.035 ABŞ dolları 81 sent pulun ödəniş gününə manatla məzənnəsi ilə və 30 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə bağlanmış 07 iyun 2013-cü il tarixli, 02L000010286 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətində 50.000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmış və İddiaçı ilə Cavabdeh2 oğlu arasında bağlanmış 07 iyun 2013-cü il tarixli, №02S000020701 saylı zaminlik müqaviləsinə əsasən sonuncu Cavabdeh1 kredit xətti müqaviləsində göstərilən məbləğin qaytarılması ilə bağlı öhdəliklərinin tam icrasına dair zaminlik öhdəliyi götürmüşdür. 15 oktyabr 2014-cü il tarixli, 002R********** saylı kredit razılaşması əsasında Cav abdeh1 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 15.000 ABŞ dolları məbləğində kredit verilmiş, 16 mart 2015-cı il tarixli, 28 sentyabr 2015-ci il tarixli və 25 noyabr 2015-ci il tarixli sazişlərə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit öhdəliklərini gecikdirməsi və lazımınca yerinə yetirməməsi nəicəsində banka 11.004 ABŞ dolları 35 sent əsas, 1.649 ABŞ dolları 76 sent faiz, 2.381 ABŞ dolları 70 sent cərimə borcu olmaqla cəmi – 15.035 ABŞ dolları 81 sent borcu yaranmışdır. İlkin iddia tələbi üzrə Cavabdeh1 İddiaçı-yə qarşı müqavilə şərtlərinin dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddia verib ödənişlə bağlı müqavilə şərtlərinə dəyişiklik edilməsi, yeni ödəniş planının qəbul olunması və qəbul ediləcək yeni ödəniş qrafikində kredit b orcunun hər ay 185 ABŞ dolları olmaqla ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh2 oğlunun nümayəndəsi X1 iddianı qismən, əsas və faiz borcu hissəsində qəbul etdiyini bildirib cərimə borcunun azaldılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşması və sazişlərin zaminlik öhdəliyi götürmüş Cavabdeh2 oğlunun zaminlik məsuliyyətini artırmamasına və onun üçün əlverişsiz nəticələr yaratmamasına eyni zamanda zaminlik öhdəliyinin müddətinin müəyyən edildiyi 120 ay müddətini keçməməsinə dair işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, iddia tələbinin Cavabdeh2 oğluna qarşı hissədə rədd olunması barədə əsassız qərar qəbul edilmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, İddiaçı-nin vəkili Vəkil dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işi n faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi ücün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Kassasiya kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qətnaməsi iddia tələbinin kredit üzrə əsas, faiz və cərimə borcunun təmin olunmuş məb ləği, cavabdeh, həmçinin qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmədiyindən və iddia tələbi həmin hissədə apellyasiya baxışının predmeti olmadığından İddiaçı-nin iddia tələbinin Cavabdeh1 aid hissədə kassasiya baxışının predmeti deyildir. Hazırkı iş üzrə rayon məhkəməsinin qətnaməsinin mübahisələndirilən-iddianın Cavabdeh2 oğluna qarşı təmin olunan hissəsində ləğv edilib həmin hissədə iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi öz qənaətlərini Bank ilə borcalan arasında kredit xətti müqaviləsi üzrə kredit razılaşmalarına dəyişikliklər edilməsi barədə 16 mart və 29 sentyabr və 25 noyabr 2015-ci il tarixdə bağlanmış əlavə sazışlərdə kredit müqaviləsi müddəti ilə bağlı müddəa əks olunmasa da, hər üç sazişə əlav ə olunan ödəniş qrafiklərinə əsasən kredit öhdəliklərinin icrası müddətini 17 iyul 2017-ci il, 17 oktyabr 2017-ci il və daha sonra 17 yanvar 2018-ci il tarixədək uzadılmasına və bununla bağlı zaminlik öhdəliyi götürmüş Cavabdeh2 oğlunun razılığının alınmamasına, qeyd olunan dəyişikliklərin zaminlik öhdəliyinin həcmini artırmasına istinad etməklə əsaslandırmışdır. İş materiallarında olan sənədləri və işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarını nəzərdən keçirən kassasiya kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. 07 iyun 2013-cü il tarixli, 02L000010286 saylı kredit xətti müqaviləsinə əsasən İddiaçı- ( bundan sonra “Bank”) tərəfindən kredit alan Cavabdeh1 120 ay müddətinə 50.000 ABŞ dolları məblə ğində kredit xətti açılmışdır. İddiaçı ilə Cavabdeh2 oğlu arasında bağlanmış 07.06.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 oğlu borclu Cavabdeh1la iddiaçı təşkilat arasında bağlanmış kredit xətti müqaviləsindən və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmasından irəli gələn öhdəliklərini icra etməsi üçün Bank qarşısında öz üzərinə tam zaminlik məsuliyyəti götürmüşdür. 15 oktyabr 2014-cü il tarixli, 002R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 2,1667 % faiz dərəcəsi ilə 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hisssəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə ə sasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin olunmuş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu il ə eyni həcmdə məsuliyyət daşıyır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarında zaminliyin mahiyyəti ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: "…Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilmə si mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır… MM-in 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər… Qanunverici borclunu n kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Eyni zamanda, zaminlik müqaviləsinin aksessor xarakterli olduğunu və mövcud olmayan öhdəliyin icra edilməsinin mümkün olmamasını nəzərə alaraq, gələcəkdə yaranacaq öhdəliyi təmin edən zaminlik müqaviləsinin tərəflərinin qarşılıqlı hüquq və vəzifələri belə müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Borclu tərəfindən zaminliklə təmin olunmuş öhdəliyin pozulmasına dair kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərilən hallarda irəli sürülə bilər". Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi yanaşmaya görə, zaminlik müqaviləsində zam inliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman kredit razılaşmasına edilən dəyişikliklərin nəticəsində yaranan borc öhdəliyinin həcminin Cavabdeh2 oğlunun zaminlik öhdəliyi götürdüyü kredit xətti müqaviləsində göstərilən məbləğin həcmini aşmamasına yəni kredit sazişləri üzrə müəyyən edilmiş faizlərin kredit razıl aşması üzrə müəyyən edilmiş faizlərdən az olmaqla zaminlik öhdəliyi götürmüş şəxs üçün əlverişsiz nəticələr yaratmamasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, sazişlərin bağlanması ilə bağlı zaminlik öhdəliyi götürmüş Cavabdeh2 razılığının alınmamasına istinad olunub zaminlik öhdəliyinin həcminin artması və zamin üçün əlverişsiz nəticələr doğurması kimi səhv nəticəyə gəlinib iddia tələbinin Cavabdeh2 oğluna aid hissədə rədd olunması barədə qərar qəbul edilmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Bundan başqa, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılan zaman kredit sazişləri üzrə müəyyən edilmiş öhdəliyin icrası müddətinin uzadılmasının Cavabdeh2 oğlu ilə 07 iyun 2013-cü il tarixdə bağlanmış zaminlik müqaviləsində müəyyən ed ilmiş 120 ay- 07 iyun 2023cü il müddətindən 60 ay az olmaqla zaminin mənafeyi, hüquq və vəzifələri baxımından maddi məsuliyyətinin artması kimi hüquqi nəticələr doğurmamasına dair işin hallarına da düzgün hüquqi qiymət verilməmiş, öhdəliyin icrası müddətinin uzadılmasının zaminin vəziyyətini ağırlaşdırması kimi səhv nəticəyə gəlinib Cavabdeh2 oğlunun zaminlik öhdəliyinə xitam verilməsi barədə qərar qəbul edilmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə 04 sentyabr 2018-ci il tarixli qərarında Cavabdeh2 oğlunun zaminlik müqaviləsi bağlamaqla götürdüyü zaminlik öhdəliyinin Cavabdeh1 120 ay müddətinə 50.000 ABŞ dolları həcmində açılacaq kredit xətti həcmində olmasını bilməsinə, apellyasiya instansiy ası məhkəməsinin kreditin restrukturizasiyası ilə bağlı sazişlərdəki dəyişikliklərin müddət və məbləğ baxımından kredit xətti müqaviləsi çərçivəsində nəzərdə tutulan həddi aşmaması kimi qiymətləndirilməli olmasına dair göstərişləri nəzərə alınmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Şərh olunanları nəzərə alan kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmişdir. Kassator kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissəsind ə ləğv edilməsini və həmin hissədə yeni qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırkı iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyil. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə 14 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılan zaman qərarın təsviri hissəsində göstərilən hallar araşdırılıb mübahisənin həllinə dair qa nuni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və AR MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 14 noyabr 2018-ci il tarixli, 2(103)-12049/18 saylı qətnaməsi ləğv edilsin. İşə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar