Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2232/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-631/2023 saylı mülki iş üzrə 23 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış 17 sentyabr 2021-ci il tarixli, 11-Y-1-0-2203-21 saylı Bank xidmətlərinin göstərilməsi üzrə Standart şərtlər müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 17 faiz dərəcəsi ilə 36 ay müddətinə 26000 manat kredit verilmişdir.
2. İddiaçı, cavabdeh tərəfindən müqqavilə öhdəliklərinin pozulduğunu bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bankın xeyrinə borcalan və zamindən onun xeyrinə 22527,20 manat əsas borc, 1449,25 manat faiz borcu, 174,17 manat cərimə borcu olmaqla cəmi 24150,62 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, cava bdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2022- ci il tarixinə Cavabdeh banka müqavilə üzrə 22527.2 AZN əsas borc, 1449.25 AZN faiz borcu, 696.68 AZN cərimə borcu olmaqla, cəmi 24673.13 AZN borcu vardır. Cərimə borcu 696.68 AZN təşkil etməsinə baxmayaraq, kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25% miqdarında olmaqla, yəni 174.17 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 5. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli, 11-Y-1-0-2203-21 saylı Bank xidmətlərinin göstərilməsi üzrə Standart şərtlər müqaviləsi üzrə Banka 22527,20 manat əsas borc, 1449,25 manat faiz borcu, 174,17 mana t cərimə borcu olmaqla cəmi 24150,62 manat borcu qalmışdır.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-5534/2022 saylı, 29 sentyabr 2022- ci il tarixli qətnaməsi (hakim Sərdar Mehrəliyev) ilə iddia tələbi təmin edilmişdir.
7. Məhkəmənin mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 11- Y-1-0-2203-21 saylı müqavilə əsasında bankdan borc alması və onu vaxtında ödəməməsi, nəticədə 22527,20 manat əsas borc, 1449,25 manat faiz borcu, 174,17 manat cərimə borcu olmaqla, cəmi 24150,62 manat borcunun qalması təsdiq olunduğundan və cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğundan iddia tələbi təmin edilməli, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbayc an Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 442, 445.1, 448.1 və 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iştirakı olmadan məhkəmə prosesi keçirilərək onun hüquqlarını məhkəmə müdafiə etmə hüququ pozulmuşdur. Nəticədə, məhkəmə birtərəfli qaydada qətnamə qəbul etmişdir. İddia ərizəsində də göstərildiyi kimi cavabdeh üç illik müqavilə bağlanmış və borc üzrə ödənişləri həyata keçirməyinə baxmayaraq iddiaçı müqavilənin müddəti bitmədən məhkəmə qarşısında müqavilə üzrə öhdəliyin dərhal icra edilməsini və müqavilənin l əğv edilməsini xahiş etmişdir. İddia ərizəsindən də aydın görünür ki, qalıq borc xeyli miqdarda azalmış və əsas borc azalmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-631/2023 nömrəli iş üzrə 23 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və İ.S.Şirinov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəlik dən azad etmir. Çünki cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Cavabdeh bankın ona xəbərdarlıq etmədən məhkəmədə iddia qaldırdığını göstərsə də, bu dəlillər iddianın əsassızlığını təsdiq etmir. Çünki, iddia cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülmüşdür. Cavabdeh isə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyinin olmasını bilməmiş deyildir. Demək, bu dəlillər sırf şikayət xatirinə göstərilən formal mülahizələr olmuşdur. Cavabdeh onun iştirakı olmadan məhkəmə iclasının keçirildiyini və buna görə də məhkəmə müdafiə hüququnun pozulduğunu göstərsə də bu dəlillər də açıq-aşkar əsassızdır. Çünki, məhkəmə iclasının yeri və vaxtı barədə ona həm məhkəmə bildirişi, həm də SMS bildiriş göndərilmişdir. Apellyasiya baxışı zamanı da məhkəmə iclaslarına dəvət olunsa da, iştirak etməmişdir. Demək, cavabdeh bu dəlillərdən də sadəcə şikayət etmək xatirinə istifadə edir. Əks halda özü yaxud nümayəndəsi məhkəmə iclasında iştirak edib ən azından şikayətinin dəlillərini müdafiə edə bilərdi. İddiaçı kredit müqaviləsinin müddəti bitməsədə hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və Mülki Məcəllənin tələblərinin pozulmasından söhbət gedə bi lməz. Çünki, kredit müqaviləsində öhdəliyin icrası müddəti 36 ay göstərilsə də bu müddət öhdəlik pozulduqda və ya lazımınca icra edilmədikdə əhəmiyyətini itirmiş olur. Ancaq cavabdeh öhdəliyini vaxtında yerinə yetirməməklə həm müqavilənin şərtlərini, həm də Mülki Məcəllənin 427-ci maddəsinin tələblərini pozmuşdur. Ona görə də kredit müqaviləsinin, yəni öhdəliyin icrası müddəti bitməsə də kreditorun müqavilədən imtina edərək onun icrasını tələb etməsi qanuni və əsaslı olmuşdur. İş üzrə ekspertizanın keçirilməsi üçün də əsas və zərurət yoxdur. Çünki, tələb edilən faiz borcu və cərimə müqavilə şərtlərinə uyğun və əsas borca adekvat olmuşdur.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 462.1, 463.1, 465.2, 467, 739.1 və 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə əsaslandıraraq, həmçinin qeyd edilmişdir ki, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, iddia ərizəsini baxılmamış saxlamalı idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qar şı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız ge cikdirmiş sayılır.
23. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin so nunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edil məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. aktı cavabdeh Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya kollegiyası iddiaçının məhkəmədən əvvəl ona məlumat verməli olmasına dair dəlili ilə bağlı qeyd edir ki, MM-in 445.4-cü maddəsinə əsasən, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Hazırkı işin müəyyən edilmiş halları baxımından kredit müqaviləsi üzrə borcu qaytarma öhdəliyinin tarixləri təyin edildiyi üçün icranın gecikdirilməsi səbəbindən bankın hazırkı iddianı qaldırması qanunvericiliyə zidd olmamışdır.
35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, o cümlədən cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillərə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nət icə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının 2(103)-631/2023 saylı mülki iş üzrə 23 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.