Məhkəmə qərarları › İş №2(102)-2235/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2235/2020

03.07.2020 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2235/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında DSMF-nun Lerik rayon Şöbəsinin vəkili Vəkil və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2(106)3084/2019 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında DSMF-nun Lerik rayon Şö bəsinin kasasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(048)-94/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.Q.Kiçibəyov) iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında DSMF-nun Lerik rayon Şöbəsinin Cavabdeh qarşı “artıq ödənilmiş 7.071 manat pensiyaya əlavənin tam və ya aylara bölünərək pensiyadan müəyyən faizlə tutulması” barədə iddiası rədd edilib. İddiaçı təşkilat qətnamədən apelyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2(106)3084/2019 saylı qətnaməsi ilə (hakimlər Z.B.Babayev sədrlik edən, məruzəçi, N.F.Mirzəyev və Q.B.Kərimov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Lerik Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. İddiaçı təşkilat qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, artıq ödənilmiş 7.071 manat pensiyaya əlavənin tam və ya aylara bölünərək pensiyadan müəyyən faizlə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara düzügün hüquqi qiymət verməyib və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, i ddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında DSMF-nun Lerik rayon Şöbəsinin vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İŞİN HÜQUQİ MƏSƏLƏLƏRİ Kasasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı təşkilatın vəkili Vəkil izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsini n maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın əsassız olmasına, iddiaçı təşkilatın cavabdehə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin səbəbi və bunun üçün qanunda nəzərdə tutulmuş əsasların olması, habelə hesablamanın səhv aparılmasını təsdiq edən hər hansı sübu tları iddiasına əlavə etməməsinə istinad edib və hüquqi mövqeyini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1, 39.1, 39.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, hazırki işə məhkəmədə baxılmalı olmadığından qətnamə ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı təşkilat iddia edir ki, cavabdeh, anası Kinəvəs Məmmədovanın da ailə başçısını itirməyə görə pensiya alma hüququnu gizlədib və bu hal iddiaçı təşkilata 2019-cu ilin fevral ayında məlum olub. Qanuna görə, hesablanmış pensiya məbləği ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri ara sında bərabər şəkildə bölünməli idi. 01 yanvar 2011-ci ildən cavabdehə ailə başçısını itirməyə görə əmək pensiyası düzgün hesablanmayıb. Bu səbəbdən də 01 mart 2019-cu ildən cavabdehin aldığı pensiyanın məbləğinə dəyişikilik edilərək, onun pensiyası 184,64 manatdan 92,32 manata endirilib. O, keçmiş aylar üzrə pensiyasını öz əmək pensiyası kartı ilə alıb. Ona görə də cavabdeh 01 yanvar 2011-ci ildən 01 mart 2019-cu il tarixədək artıq aldığı 7.071 manat pensiya məbləğini geri qaytarmalıdır. “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə əsasən, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hisəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsində göstərilir ki, əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsində göstərilir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutul ur. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin təfsirində səhvə yol verərək, sözügəden Qanunun tələblərinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyasını təyin edən orqanın qərarı ilə tutulmasını və hazırki işdə, artıq belə bir qərarın əmək pensiyasını təyin edən orqan tərəfindən qəbul edilməsini, yəni 01 mart 2019-cu il tarixdən faktiki olaraq cavabdehə əmək pensiyasının artıq ödənilməsinin dayandırılmasını və həmin tarixdən cavabdehin aldığı pensiyanın məbləğinin 184,64 manatdan 92,32 manata endirilməsini nəzərə almadan və beləliklə də işə məhkəmədə baxılmalı olmaması əsasına görə iş üzrə icraata xitam vermək əvəzinə, əmək pensiyasını təyin edən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini mənimsəyərək, mübahisəyə mahiyyəti üzrə baxıb qətnamə qəbul etmişdir. Halbuki, sadalanan maddələrin mənasına görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyasını təyin edən orqanın qərarı əsasında tutulur. Həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 6.1, 6.1.6-cı maddələrinin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları da icra sənədi sayılır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsində göstərilir ki, iş məhkəmədə baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verir. Maddənin mənasına görə, məhkəmə bu əsasla iş üzrə icraata o, vaxt xitam verə bilər ki, işə məhkəmədə baxılmalı olmasın. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etməsinə və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməsinə baxmayaraq maddi hüquq normalarının tətbiqində səhvə yol verib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə görə, kasasiya instansiyası məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Həmin Məcəllənin 417.1 və 417.1.5-ci maddələrində göstərilir ki, kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kasasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini əsas tutub hesab edir ki, hazırki işə məhkəmədə baxılmalı olmadığından, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Kasasiya instansiyası məhkəməsi eyni zamanda Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələblərini işdə iştirak edən şəxslərə izah etməklə qeyd edir ki, onlar hazırki mübahisə predmet haqqında və hazırki əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edə bilməzlər. Şərh edilə nlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiəsi Fondunun Lerik rayon Şöbəsinin kasasiya şikayəti qismən təmin edilsin, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2(106)3084/2019 saylı qətnaməsi ləğv edilsin. Apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar