Məhkəmə qərarları › İş №2(102)-2235/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2235/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2235/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Canahgir oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-157/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsindən verilmiş iddiaçının kassasiya şikayətinə 01 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehlər iddiaçının mərhum əri X2 qardaşlarıdır. Vurğun Əliyev və qardaşı Cavabdeh1 Rusiya Federasiyasında yaşamış və işləmişlər. 2. 02 yanvar 2021-ci ildə Vurğun Əliyev, bundan bir neçə ay sonra isə qaynatası Cahangir Əliyev vəfat etmişdir.

3. Masallı RİHBA-nın Yeddioymaq kənd İƏDÜN-nin 25 aprel 2022-ci il tarixli arayışından görünür ki, 14-ci Yeddioymaq kənd sakini olmuş mərhum X7 vərəsələri Cavabdeh1, Cavabdeh2 və X5r. 4. 15 iyun 2021-ci il tarixdə iddiaçı ilə "xxxx" MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanda “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 8, ümumi sahəsi 36.3 kv.m.-dən ibarət 1 otaqlı, 62 №-li mənzilin 18.000 manata iddiaçıya satılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə müraciət edərək, 35000 ABŞ dolları, 8000 manat və 293 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X9 02 yanvar 2021-ci ildə vəfat etmişdir. Əri Vurğun vəfat etdikdən təxminən 4 ay sonra qaynatası X11 da vəfat etmişdir. Əri Vurğun və qaynatası Cahangir Rusiya Federasiyasında işləyərək pul qazanmışlar. Ərinin ölümündən sonra ondan miras olaraq 35000 ABŞ dolları və 8000 manat pul qalmışdır. Qaynatası Cahangir həmin pula Xırdalan şəhərində ona və qızlarına üç ədəd bir otaqlı ev almağı nəzərdə tutmuşdur. Həmin evləri almaqda məqsəd ev lərin kirayə pulu ilə uşaqlarını böyütməkdə çətinlik çəkməməsi və uşaqlar böyüdükdən sonra, hər birinə bir ev və bir ev də onun özü üçün, gələcəkdə yaşaması üçün olmuşdur. Ərinin ölümündən 4 ay sonra qaynatası vəfat etdiyindən, qayınları olan cavabdehlər atalarının bu arzusunu yerinə yetirəcəklərini bildirmişlər. Bu səbəbdən onlara güvənərək miras qalmış həmin 35000 ABŞ dolları və 8000 manat pulu onlara vermişdir ki, Xırdalan şəhərində ona və qızlarına üç ədəd bir otaqlı ev alsınlar. Bu hadisə qaynatasının evində olmuş, həmin zaman qaynatasının qardaşı X10 da orada olmuş və bütün olanların şahidi olmuşdur. Lakin bunlara baxmayaraq qayınları olan cavabdehlər onu aldadaraq pulunu mənimsəmiş və onlara üç ədəd ev alınmamışıdır. Əksinə olaraq həmin pula özlərinə ev almışlar. Onlardan ona və qız ları üçün ev alıb-almadıqlarını soruşduqda, ona Xırdalan şəhərində bir ədəd iki otaqlı ev aldıqlarını bildirmişlər. Cavabdehlərdən ona və qızlarına alınmış iki otaqlı evin sənədlərini tələb etsə də, onlar həmin sənədləri ona verməmişlər. Burdan da belə qənaətə gəlmişdir ki, qayınları onu aldatmışlar və 35000 ABŞ dolları və 8000 manat pulu özləri üçün xərcləmişlər.

7. İddiaçı iddiasını əsaslandırarkən Konstitusiyanın 13, MM-in 567, 598, 600-cü maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsində İddiaçı bildirmişdir ki, mərhum əri Vurğun Rusiyada ticarətlə, qadın və kişi geyimlərinin alqı-satqısı ilə məşğul olmuşdur. O və uşaqları qayınatası ilə birlikdə Masallı rayonu Yeddioymaq kəndində yaşamışdır. Əri hər ay ailənin dolanışığı üçün pul göndərmişdir. Vurğun ildə bir dəfə evə g əlmiş, lakin onun məlumatı olmamışdır ki, Vurğun atasına özü üçün saxlamağa pul vermişdir. Yalnız sonuncu dəfə Vurğun gələndən bir neçə gün sonra stolun üzərinə 10000 ABŞ dolları pul qoymuş, həmin pulu götürməsi barədə atasına məlumat verməsini bildirmişdir. O, pulu saymamış, qayınatasına demiş və qayınatası pulu götürmüşdür. Əri Rusiyada qətlə yetirilmiş, ona görə də onun nə qədər pulu olmasını, eyni zamanda qayıntasının ərinə məxsus nə qədər pul saxlamasını bilməmişdir. Çünki əri öləndən sonra ailə başçısı o, idi və adətə görə bu barədə söhbət açmağa ixtiyarı yox idi. Qayınatası vəfat etdikdən sonra qaynı Nahid tərəfindən evdə qayınatasının pul qeydlərinin olduğu dəftər aşkar olunmuşdur. Həmin dəftərdə olan qeydlərə görə əri Vurğunun 35000 ABŞ dolları və 8000 manat pulu olmuşdur. Dəftə rdə olan qeyddən ailə üzvlərinin, o cümlədən cavabdehlər Cahid və Nahidin də məlumatı olmuşdur. Onlar pulun yerini bilmədiklərinə görə qayınatasının yeddi mərasimi başa çatdıqdan sonra evi axtarmağa başlamışlar. Pul Nahid tərəfindən qayınatasının yataq döşəyindən tapılmışdır. Pul tapılanda anası Kəmalə orada olmuş, özü isə atası evində olmuşdur. Bundan sonra pulu ona vermişlər ki, saxlasın və Bakı şəhərində üç ədəd bir otaqlı ev alarlar ki, kirayəyə verib dolansın. Bu məqsədlə razılaşmışlar ki, Cahid, Nahid və anası Kəmalə Bakı şəhərinə getsinlər. Təqribən 1 ay sonra Cahid, anası Kəmalə və özü birlikdə Bakı şəhərinə getmişlər. Nahid də Bakıda olduğuna görə onlar Xırdalanda yerləşən “AAAF-Park” yaşayış kompleksinə görüşmüşlər. Orada üç müxtəlif sənədə imza etmiş, daha sonra sənədlərin bəzil ərində dəyişilik edilmiş, onlara da imza etmişdir. Bütün sənədləşmə işlərinə Nahid nəzarət etmişdir. İmzaladığı sənədlərin 3 ədəd 1 otaqlı evlərin müqavilələri olması ona bildirilmişdir. Həmin sənədləri də ona vermişlər və onlar geri qayıtmışlar. Üzərindən bir müddət sonra ondan sənədləri Nahid almış və bundan 3 ay sonra ona məlum olmuşdur ki, Nahidlə Cahid onu aldatmışlar. Ərindən qalan pula əslində onun adına 1 ədəd mənzil alınmışdır. Həmin mənzilin də sənədləri hal-hazırda Cahiddədir və ev mübahisəsinə görə də Cahid mənzilin sənədlərini ona vermir.

9. İddiaçı 8000 manat pul tələbinə münasibətdə də qeyd etmişdir ki, qayınatası xəstə olarkən qaynı Cahid onlara gəlmiş və sandığı sındıraraq oradan həmin məbləği götürmüşdür. Hesab edir ki, 35000 ABŞ dolları və 8000 manat pul ərinə məxsus olm uşdur və onun vərəsəsi kimi pul ona çatmalıdır.

10. Birinci instansiya məhkəməsində Cavabdeh2 (həmçinin Cavabdeh1 nümayəndəsi) iddianı qəbul etməyərək bildirmişdir ki, qardaşları Nahid və Vurğun uzun müddət Rusiyada yaşamışlar. Nahidin maddi vəziyyəti yaxşı, Vurğunun isə zəif olmuşdur. Nahidin Bakı şəhərində və Masallı şəhərində bir neçə evləri vardır və həmin evləri kirayəyə vermişdir. Kirayə pullarını mərhum atası Cahangir yığıb Nahid üçün saxlamışdır. Vurğunun heç vaxt artıq pulu olmamış, başqa şəxslərə borcları olmuş, yalnız ailəsinin gündəlik təlabatları üçün pul göndərmişdir. Vurğunun vəfatından sonra Çinarə ata evində qalmışdır. 2021-ci ilin ortalarında atası infakt keçirmiş, vəziyyəti ağır olmuş və xx.xx.2021-ci ildə vəfat etmişdir. Atası qəflətən bu hala düşdüyünə və danışa bilməd iyinə görə pul saxlaması barədə söz demək imkanında olmamışdır. Atasının vəziyyətinə görə qardaşı Nahid də Rusiyadan gəlmişdir. Dəfndən sonra Nahid bildirmişdir ki, atasında onun 35000 ABŞ dolları pulu olmalıdır. Atası sağlığında pulun yerini ona desə də, həmin yerdə pulu tapa bilməmişdir. Bu barədə Nahiddə əslində dəftər olmamış, hesab etmişlər ki, pulu Çinarəgil götürüb, ona görə pulu geri qaytarmaq üçün belə bir vasitəyə əl atmışlar. Atasının yeddi mərasimindən sonra qardaşı Nahid pulu atasının yataq döşəyindən tapmışdır. Bu barədə ona da məlumat vermişlər. Bundan sonra pul Nahiddə olmuşdur. Həmin pul Vurğuna məxsus olmamışdır. Qardaşı Nahid ona da pul göndərmiş və həmin pulları "xxxx" ASC və "xxxx" ASC-də dollara dəyişmişdir.

11. Cavabdeh2 həmçinin bildirmişdir ki, o, həyat yoldaşından ayrılmışdır. Ona görə də təsərrüfatında olan heyvanları satmış və əldə etdiyi pulla qardaşı Vurğunun uşaqlarına görə onlara Bakı şəhərində, Xırdalanda, “AAAF PARK” yaşayış kompeksində mənzil almışdır. O və qardaşı Nahid Çinarə ilə heç vaxt razılaşmamışlar ki, Çinarə üçün mənzil alsınlar. O və Nahid Çinarə üçün ev almaq üçün Bakı şəhərində getmişlər və mənzilin pulunu özü vermişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddia əsassızdır və rədd olunmalıdır.

12. Birinci instansiya məhkəməsində şahid X10 ifadəsində bildirmişdir ki, cavabdehlərin əmisidir. Qardaşı Cahangir xəstəxanaya aparılarkən evi Cahid axtarmış və 2500 ABŞ dolları pul tapmışdır. Həmin pulla onu xəstəxanaya aparmışlar. Həmin pul da Nahidin evinin kirayə pulları olmuşdur. Qardaşı Cahangir vəfat etdikdən sonra məlum olmuşdu r ki, onun pul qeydləri olan dəftər tapılmış və orada Nahid və Vurğuna məxsus pul haqq-hesabının qeydləri vardır. Eşitdiyinə görə həmin qeydlərdə 2500 ABŞ dollar Nahidin, 35000 ABŞ dolları isə Vurğunun puludur, lakin Nahid dəftəri ona göstərmiş, dəftərdə 35000 ABŞ dollarının kimə aid olması yazılmamışdır. Lakin onlar pulu axtarsalar da tapa bilməmişlər. Qardaşının yeddi mərasimindən sonra Nahid ona bildirmişdir ki, pulu tapmışdır. O, əvvəllər bilməmişdir ki, Cahangirin pulu var, həmişə demişdir ki, pulu yoxdur. Pul tapılandan sonra birlikdə söhbət etmişlər, onlara məsləhət vermişdir ki, Cahangirin Bakı şəhərində evi vardır, evin kirayə pulunu Çinarəyə versinlər ki, dolana bilsin. Həmçinin söhbət olmuşdur ki, 35000 ABŞ dollarına Çinarə və uşaqlar üçün bir ev alsınlar.

13. Birinci instansiya məhkəməsində şahid X6 ifadəsində bildirmişdir ki, mərhum Vurğunla yaxın münasibətlri olmuşdur. Vurğunla bir yerdə Rusiyada işləmişlər. Vurğun ona Rusiyada 4000 rusiya rublu borc vermişdir. Vurğunun maddi vəziyyətinin pis olması yalandır.

14. Birinci instansiya məhkəməsində şahid X1 ifadəsində bildirmişdir ki, o, mərhum Cahangir Əliyevin nikahdan kənar arvadı olmuşdur. Cavabdehlər Nihad Əliyev və Cavabdeh2 Cahangirin birinci arvadından olan övladlarıdır. Mərhum əri ilə birlikdə yaşadıqları müddətdə onun pulunun, yaxud Nahidin və ya mərhum Vurğunun pulunu saxlmasından məlumatı olmamışdır. Cahangir xəstə olanda Cahid onu həkimə aparmalı idi. Evi axtarmış və pul qabı tapmışdır. Orada nə qədər pul olmasını bilmir, lakin həmin pulla Cahangiri həkimə aparmışlar. Onun ölümündən sonra Nahid deyird i ki, evdə pul olmalıdır, lakin atapa bilmirdilər. Sonradan Kəmalə ilə Nahid həmin pulu ərinin yataq döşəyindən tapmışdı. Həmin yataqda yalnız əri yatmışdır. Eşitmişdir ki, məbləğ 35000 ABŞ dollarıdır. Çinarə ona demişdir ki, pul ondadır. Həmin pulun kimə məxsus olmasını dəqiq bilmir, hesab edir ki, Vurğunun olmuşdur.

15. Birinci instansiya məhkəməsində şahid X8 ifadəsində bildirmişdir ki, o, Çinarənin dayısıdır. 20 ilə yaxın müddətdə Rusiyada yaşamış, Nahidlə birlikdə işləmişdir. Nahid həmişə atasına pul göndərirdi.

16. Masallı Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Habil Bəhmənov, iş № 2(050)-1744/2022) iddia rədd edilmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1lə İddiaçı və ailə üzvləri arasında olan olan telefon danışığı dialoqunda, iddiaçı tərəf 35.000 ABŞ dolları pulun Vurğuna aid olması barədə deyil, Çinarənin evdə yaşamasına görə ona çatmasını, Cavabdeh1 isə pulun atası Cahangirə məxsus olmasını bildirmişdir.

18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Prosessual Məcəllənin tələbinə əsasən iddiaçı daha öncə 35.000 ABŞ dolları, eləcə də 8.000 manat pulun mərhum ərinə məxsus olmasını sübut etməlidir. Bundan sonra həmin məbləğin qaytarılıb-qaytarılmaması, cavabdehlərin hüquqazidd hərəkətlərinin olubolmaması məsələsi müəyyən olunmalıdır. Lakin işin hallarından göründüyü kimi, İddiaçı ümumiyyətlə 8000 manat pulun mövcud olmasını, həmçinin 35.000 ABŞ dolları pulun məhz mərhum əri Vurğuna məxsus olmasını təsdiq edən mötəbər və təkzibolunmaz sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də m əhkəmə iddianı əsassız hesab etmişdir.

19. İşin hallarına əsasən 35.000 ABŞ dolları pulun mövcud olması təsdiq olunsa da, həmin məbləğin məhz İddiaçı mərhum əri Vurğun Əliyevə aid olması, həmçinin cavabdehlərlə aralarında onun üçün 3 ədəd mənzil alınması barədə razılaşmalarının olması sübut olunmur.

20. İddiaçı tərəfin sübutları yalnız şahid ifadələri və səs yazısı olan diskdir. Məhkəmə şahidlərin ifadələrinə qiymət verərək qeyd edir ki, həmin şahidlər birbaşa təsdiq etmirlər ki, 35.000 ABŞ dolları mərhum Vurğun Əliyevə aid olmuşdur. Onlar faktiki olaraq ehtimal əsasında pulun Vurğuna aid olmasını qeyd edirlər.

21. Bundan başqa İddiaçı özü də ərinin sağlığında, hətta onun ölümündən sonra ərinə aid olan pulların qayıntası Cahangir tərəfindən saxlanılması barədə heç bir məlumatının olmadığın ı bildirir.

22. Bundan əlavə Cahangir Əliyevin ölümündən sonra da 35.000 ABŞ dolları pulun axtarıb tapılması cavabdeh Nahidin səyi ilə olmuşdur.

23. İddiaçı bir digər əsası Bakı şəhərinə mənzil almaq üçün getmələridir. Məhkəmə həmin halı da ümumi olaraq dəyərləndirib belə nəticəyə gəlmişdir ki, 35.000 ABŞ dolları pulun bir qisminin mərhum Vurğuna aid olması və yaxud cavabdehlərin mövqeyinə görə ona hədiyyə kimi bir ədəd mənzil alınması ehtimalı istisna olmaya bilər. Lakin iddiaçının tələbi məhz 35.000 ABŞ dolları və 8.000 manat puldur və 35.000 ABŞ dollarının onun mərhum ərinə məxsus olması, o cümlədən 8.000 manat pulun ümumiyyətlə mövcud olması sübuta yetmir.

24. Məhkəmə Cavabdeh1lə İddiaçı və ailə üzvləri arasında olan dialoqdan ibarət telefon danışıqları barədə diski sübut kimi tədqiq etmiş və iddiaçının həmin sübutu qanunun tələblərini pozmamaqla əldə etməsi qənaətinə gəlmişdir.

25. Məhkəmə səs yazısının əldə olunmasında cavabdehin şəxsi toxunulmazlıq hüququnun pozulmadığı, onun şəxsiyyəti ilə bağlı dəyərlərə ziyan dəymədiyi qənaətinə gələrək, eləcə də məhkəmənin həqiqətə nail olmaq vəzifəsini və Konstitusya Məhkəməsinin mövqeyini əsas götürərək hesab etmişdir ki, səs yazısı olan disk sübut növü kimi Mülki Prosessual Məcəllənin 76-cı maddəsinin tələbləri baxımından qanundir.

26. Həmin səs yazısına sübut kimi qiymət verərək məhkəmə qeyd edir ki, tərəflər arasında olan dialoqda iddiaçı tərəf 35.000 ABŞ dolların pulun Çinarəyə çatmalı olmasını bildirsə də, Cavabdeh1 həmin məbləğin atası Cahangir Əliyevə məxsus olmasını bilidirir. Bu hal da ozü göstərir ki, həmin səs yazı sı ilə pulun Vurğun Əliyevə aid olması təsdiq olunmur.

27. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 1096.1, 1097.1-ci maddələrinə, MPMin 76, 4.1, 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

28. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsi, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma apanlaraq iddia tələbimin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə oxşar məzmunda əsaslandırmışdır və əlavə olaraq qeyd edilmişdir ki, sözügedən qətnamə ilə razı deyil, çünki həmin qətnamə hüquqlarını kobud şəkildə pozur. Eləcədə sübutların düzgün tətbiq olunmaması (düzgün qiymətləndirilməməsi) ilə qəbul edilmişdir, sözügedən qətnamə onun və övladlarının hüquqların ı kobud şəkildə pozur. Eləcə də iş üzrə dindirilmiş cavabdeh özü də dolayısı olaraq onun dediklərini az çox etiraf etmişdir. Şahidlərdə dediklərini tam şəkildə təsdiq etmişdilər. Həmçinin bank köçürmələrindən olan çıxarışlar və əri ilə qaynatası arasında olan söz-söhbəti özündə əks etdirən səs yazıları olan CD disklər iddianı tam olaraq sübut edir. Bank köçürmələrinə dair qəbzi və səs yazısı olan CD diski Masallı Rayon Məhkəməsində təqdim edə bilməmişdi. Çünki həm işə tez baxıldı, həm məhkəmə həmin sənədlərin əldə olunması üçün sorğu vermədi, halbuki vəkili həmin sorğunun verilməsi üçün məhkəmə iclasında şifahi vəsatət vermişdi. Həmin bank qəbzlərinin hal-hazırda bir qismini əldə etmişdir. Onları tam əldə edə bilmir. Bunuu üçün müvafiq sorğu verilməlidir. Çünki həmin qəbzlər cavabdehlərdəd ir, onlar isə həmin qəbzləri ona vermirlər.

30. Apellyasiya instansiyası məhkəməsində cavabdeh tərəf apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının qaynatası, cavabdehlərin isə atası öləndən və yeddi mərasimi veriləndən sonra yatağının altından 35.000 ABŞ dolları məbləğində pul tapılmışdır. Həmin pulların rəhmətlikdə mövcud olmasından xəbərdar insan isə yalnız cavabdeh Nahid olmuş və yeddi mərasimindən sonra evdə pul olduğunu bildirərək axtarışına başlanmasının təşəbbüskarı da məhz Nahid olmuşdur. Əslində Nahid atasında ona məxsus pulların olduğunu bildiyindən və ölümündən sonra iddiaçı Çinarə tərəfindən götürüldüyünü güman etdiyində n, atasının yeddisini verəndən sonra pulları geri qaytarmaq məqsədilə yalan uyduraraq demişdir ki, atasının onda qeydiyyat dəftəri var və orada atası ona məxsus 35000 ABŞ dolları məbləğində pulun olduğunu qeyd etmişdir. Reallıqda isə bələ bir dəftər olmamışdır. Pulu Nahid gəlinləri Çinarənin anası Kəmalə xanımla birlikdə axtarmağa başlamışlar və pul Nahid tərəfindən mərhumun yataq döşəyindən tapılmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, 35000 ABŞ dolları və 8000 manat pulu qayınlarına vermişdir ki, Xırdalan şəhərində ona və qızlarına üç ədəd bir otaqlı ev alsınlar. Pulu iddiaçı Çinarə necə qayınlarına verə bilərdi ki, pul tapılanda heç orada olmamış və tapılan kimi də Nahid tərəfindən götürülmüşdür. Həmin zaman pulun Nahid tərəfindən götürülməsi də etirazla qarşılanmamışdır. Ümumiy yətlə tapılan pulla Çinarəyə Xırdalan şəhərindən alınan evin heç bir əlaqəsi yoxdur. Belə ki, cavabdehlərin atası öləndən sonra tərəflərin aralarında belə razılaşma olmuşdur ki, Çinarəyə Xırdalan şəhərindən ev alınsın, əvəzində Çinarə atalarından miras qalan evə vərəsəlikdən imtina etsin. Lakin Çinarə ev alınandan sonra bu razılaşmadan imtina etmiş və övladlarının qanuni nümayəndəsi kimi məhkəmədə iddia qaldıraraq, qaynatasından miras qalmış Masallı rayonu Yeddioymaq kəndindəki fərdi yaşayış evi və torpaq sahəsi üzərində uşaqların qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsini xahiş etmişdir. Hətta həmin iddia ərizəsində hazırki mübahisənin predmeti olan və mərhum ərinə məxsus olduğunu bildirib tələb etdiyi 35000 ABŞ dolları və 8000 manat pulu qaynatasından miras qalmış əmlak kütləsinə daxil edərək, üzərində övladlarının qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsini də xahiş etmişdir. Göründüyü kimi iddiaçı hazırki mübahisənin predmetini təşkil edən pul vəsaitləri ilə bağlı ayrı-ayrı işlərdə fərqli mövqelərdən çıxış edir, iddianı sübuta yetirə bilmir. Bunlardan başqa iddiaçı bildirir ki, guya həmin pullar mərhum əri tərəfindən qaynatasına göndərilən pullar olmuşdur ki, qaynatası onları toplamışdır. Lakin birinci instansiya məhkəməsində səsləndirdikləri kimi bir daha qeyd edirlər ki, iddiaçının mərhum ərinin Rusiyada işləyərkən belə bir imkanı olmamışdır. Bunun təsdiqi olaraq Rusiyada bankdan 04 mart 2020-ci ildə götürdüyü krediti uzun müddət ərzində ödəyə bilmədiyinə görə adına göndərilən bildirişin surətini məhkəməyə təqdim etmişlər.

31. Şirvan Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Cahid İmanov, iş № 2(106)-157/2023) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tərəflərin etiraflarından iddiaçının qaynatası, cavabdehlərin isə atası X7 ölümündən sonra yataq döşəyindən 35.000 ABŞ dolları məbləğində pulun tapılması və tapılandan sonra cavabdeh Nahid tərəfindən götürülməsi işin mübahisəsiz halıdır.

33. İddiaçı həmin pulların mərhum əri tərəfindən Rusiyada işlədiyi dövrdə qazandığı və toplayaraq saxlanmasından ötrü atasına göndərdiyi pullar olduğunu bildirsə də, bunu təsdiq edəcək hər hansı bir m ötəbər sübutunu nə birinci instansiya məhkəməsinə, nədə ki apellyasiya baxışı zamanı verə bilməmişdir. Sonradan isə məhkəmədə qaldırmış olduğu başqa bir iddia üzrə tələb etdiyi pulların mərhum qaynatasına məxsus olan miras aktivi kimi qeyd edərək, üzərində övladlarının qanun üzrə vərəsəlik hüquqlarının tanınmasını tələb etməklə, həmin pulların mərhum ərinə məxsus olması mövqeyini özü təkzib etmiş olmuşdur.

34. İddiaçının birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalaranın pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması fikri yanlışdır.

35. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Konstitusiyanın 60, Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı, MP M-nin 4.1, 14.2, 88, 77.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi və ya işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

37. Şikayət onunla əsaslandırılmışdır ki, bank köçürmələrinə dair qəbz və səs yazısı olan CD diski Masallı Rayon Məhkəməsinə təqdim edə bilməmişdir. Çünki, həmin işə tez baxılmış məhkəmə həmin sənədlərin əldə edilməsi üçün sorğu verməmişdir, baxmayaraq ki, vəkili həmin sorğunun verilməsi üçün şifahi vəsatət vermişdir. Lakin həmin sübutları apellyasiya şikayətinə əlavə etmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkə məsi işə baxarkən təqdim etdiyi bank köçürmələrinə dair qəbz və səs yazısı olan CD diskə heç bir hüquqi qiymət verməmişdir. Həmçinin apellyasiya şikayətində həmin bank qəbzlərinin bir qismini əldə etdiyini və onları tam əldə edə bilmədiyini, bunun üçün müvafiq sorğu verilməli olduğunu, həmin qəbzlərin cavabdehdə olduğunu, onların isə həmin qəbzləri ona vermədiklərini qeyd etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi bununla bağlı heç bir addım atmamışdır.

38. Həmin pulların cavabdehlərin olmasını sübut edəcək hər hansı sübut yoxdur. Onun ali təhsili və xüsusi bacarığı olmadığı üçün övladlarına valideynləri baxır. Övladlarının saxlanılması üçün vərəsəliklə bağlı iddia irəli sürmüşdür.

39. Kassator şikayətində MM-in 152, 157, 21, 1096, 1097, 1133, 1134, 1145, 1151, 1159, 1243, 1246, MPM-in 14, 385, 386, 388, 389 və 390-cı maddəsinin tələblərinin pozulmasına istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

40. Maddə

60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

41. Hüquqlarının və X4 haqqında Avropa Konvensiyası

42. Maddə

6. Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etd iyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlay ır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

49. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

50. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.

51. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəl i sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansi yası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin g əldiyi nəticə əsaslandırılmışdır.

58. Eyni zamanda kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir.

59. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

60. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-157/2023 nömrəli, 01 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar