Məhkəmə qərarları › İş №2(102)-2236/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2236/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2236/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10427/2021 nömrəli, 1 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh1 vasitəsi ilə sonuncunun bacısı Cavabdeh2 adına olan mənzili satın alaraq ona 138.000 ABŞ dolları pul ödəmişdir. Sonradan məlum olmuşdur ki, həmin mənzil başqa adamalara satılıb və onun adına MTK tərəfindən tərtib edilmiş müqavilə həqiqəti əks etdirmir. Ona görə iddiaçı hazırkı mübahisəni başladaraq mənzilə görə vermiş olduğu pulu geri tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 138 000 (yüz otuz səkkiz min) ABŞ dollarının və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə Bakı şəhərində özünə ev almaq istəmiş və XXX adlı tanışı bildirmişdir ki, XXX adlı bir nəfər Bakıda ev alqı-satqısı ilə məşğul olur. O, cavabdehin telefon nömrəsini ona vermiş, cavabdehə zəng etmiş və onunla görüşdə bildirmişdir ki, ünvan 1 ünvanda (əyləncə mərkəzi ilə üzbəüz) inşa edilən 2 saylı, 24 qatlı binanın 6-cı qatında 19 saylı, 191.4 kvm.sahəsi olan 4 otaqlı mənzilli evi satır. Həmin ev bacısı Cavabdeh2 məxsus olduğunu və onun bacısının razılığı ilə satdığını bildirmişdir. Cavabdehlə gedib evə baxmış, lakin bina hələ istifadəyə verilməmişdir, ancaq ev yaşamaq üçün hazır idi, evi bəyənmişdir. Elə orada da 138 min ABŞ dollarına evi ona satması üçün cavabdeh ilə razılığa gəlmişlər. Səhəri günü cavabdeh ilə görüşmüşlər. Yanında cavan bir oğlan da varmış. Həmin oğlanın adının XXX olduğunu bildirmişdir. Ayna Sultanova heykəlindən "Gənclik" metrosuna gələn istiqamətdə, "İnqilab" küçəsinə çatmamış hündür binaya girmişlər. cavabdeh demişdir ki, burada "xxxx" şirkəti yerləşir. Gedək ora evi sənin adına keçirək. 8-ci mərtəbəyə qalxmış, cavabdeh qapını açan qızdan XXX burda olmağını soruşmuş, qız isə otağında olduğunu demişdir. X2 otağının dəhlizinə daxil olmuşlar. Cavabdeh ilə XXX ona demişlər ki, “sən 5 dəqiqə otur dəhlizdə gözlə, biz girək XXX müəllimlə danışıb çıxaq.” O gözləmiş, onlar içəri girmişlər. Müəyyən müddətdən sonra XXX müəllim onlarla birlikdə dəhlizə çıxmışlar. XXX müəllim iddiaçı ilə salamlaşmış və ona demişdir ki, o, pul almır. Pul işini özləri (yəni cavabdeh ilə iddiaçı) gedib notariusda həll etsinlər və sənədləri gətirsinlər, həmin sənədlər əsasında da mənzil iddiaçının adına keçirilsin. Cavabdeh ilə razılaşmışlar ki, sabah ora yaxın olan notariusda görüşsünlər. Səhəri gün cavabdeh ilə "xxxx" şirkətinə yaxın olan 51 saylı Notariat kontorunda görüşmüşlər. cavabdehın bacısı Cavabdeh2 həyat yoldaşı ilə birlikdə gəlmişlər. cavabdeh2 və həyat yoldaşı həmin mənzilin iddiaçının adına keçirilməsinə razılıq ərizələrini Notariusun müdiri X1 vermişlər. O, imzaların həqiqiliyini təsdiq etmişdir. Notarial kontordan çıxıb maşına əyləşəndə 100 min dollar sayıb cavabdeha vermişdir. Bacısı cavabdeh2 və əri də maşında idilər. Öncədən danışdığı kimi 38 min dolları da sonrakı 3 ay ərzində verəcəkdi. Bundan sonra "xxxx" Kompani MMC-nin direktoru XXX Cavabdeh2 şirkətə təqdim etdiyi 15.02.13-cü il tarixli re yestr XXX notariusda qeydə alınaraq təsdiq olunmuş ərizəsinə əsasən XXX küçəsi,1156 ünvanda inşa edilən 2 saylı binanın 6-cı qatında ümumi sahəsi 191,4 kvm olan 4 otaqlı mənzilin iddiaçının adına keçməsi ilə bağlı 1 mart 2013-cü il tarixli,17 saylı əmr vermişdir. Arada 2-3 dəfə gedib o mənzilə baxmışdır. Qapısı yox idi. Komendanta demişdir ki, o, evi təmir etdirmək istəyir. O da "xxxx"-yə sayğacın pulunu ödəməyi və icazə kağızını da alıb təmirə başlaya biləcəyini bildirmişdir. İddiaçı XXX yanına, hansı ki, onu iddiaçıya "xxxx" şirkətinin rəhbəri kimi təqdim etmişdilər. Qapıda dayanan nəzarətçi ondan soruşduqda "XXX” şirkətinə geldiyini bildirmiş, o isə XXX şirkətinin 2 ildir buradan köçdüyünü qeyd etmişdir. İddiaçı 3 ay bundan öncə burada XXX iştirakı ilə Cavabdeh2 məxsus mənzili qardaşı c avabdehdan aldığını bildirmişdir. Ona demişlər ki, XXX artıq “XXX şirkətində işləmir. O, "XXX" şirkətinin rəhbəridir. Qeyd edir ki, cavabdeh2 ona guya 38 min manat borc verməsi ilə bağlı həmin notariusda müqavilə bağlamışdır. Bu iddiaçının mənzilin alınmasından qalan borcu idi. Sonra iddiaçı həmin 38 min manatı da toplayıb cavabdeh2 ilə cavabdeha vermişdir. "xxxx" şirkətinin ünvanını öyrənmiş, İnqilab küçəsində "Asan xidmətin" arxasında yerləşirdi. Ora gəlib bildirmişdir ki, icazə kağızı alsın ki, evini təmir etdirsin. Mühasib XXX yanına sayğac pulunun ödənilməsi üçün getmiş, sənədləri ona göstərmişdir, o, sənədə baxmış və qaytarıb bildirmişdir ki, sənədlər saxtadır. X4 saxta möhür vurmaqla 53 nəfəri aldadaraq guya mənzil vermişdir. O, dərhal cavabdeha zəng açmışdır. cavabdeh dedi ki, on ları da aldadıblar. cavabdehla görüşmüş, cavabdeh məhkəməyə verəcəklərini bildirmişdir. Bildirdi ki, o binada 9 mənzil bacının adınadır, o cümlədən sənin mənzilin. Ümumi yazıb verəcəklər. Sən şikayət yazma. Məhkəməyə verdilər. Hərdən iddiaçı da gedib məhkəmədə kənardan izləmə aparırdı. Ancaq bir nəticəsi görünmürdü. Odur ki, cavabdeha dedi ki, "xxxx" ilə, XXX nə “müqavilə” var, nə mübahisə var. Pulu onlara yox, cavabdeha vermişdir. Odur ki, pulunu qaytarmasını xahiş etdi. cavabdeh isə pulunu iş üçün bir nəfərə verdiyini, o da cavabdehı aldadıb qaytarmadığını toplayıb verəcəyini bildirmişdir. Hər dəfə cavabdeha zəng açıb soruşanda cavabında deyirdi ki, apellyasiya məhkəməsinə vermişdir, sonra Ali məhkəməyə, ancaq bu məhkəmələrin bir nəticəsi olmamışdır. Pulunu başqa adam vermişdir, alıb qay taracaqdır. Hazırda cavabdehdan pulu istəyəndə deyir ki, XXX ona pul ya ev versin ki, o da iddiaçıya versin və ya "xxxx" pulu ödəsin ki, o da iddiaçıya versin. İndi pulu yoxdur. Pulu alıb özləri xərcləyiblər. Həmin ev üçün pul verməyiblər. Deyirdilər ki, bacısı cavabdeh2nin "XXX" şirkətinə verdiyi villası əvəzinə ona tikiləcək həmin evdən 13 ev veriləcəyi ilə bağlı razılaşma var imiş. Ancaq aldatmış, evi verməmişlər. Deməli bu problem onların arasındadır. Odur ki, 138 min ABŞ dollarını istədikdə, cavabında cavabdeh pulu olan kimi qaytaracağını bildirmişdir. cavabdeh iddiaçıya öz xətti ilə 22.03. 2021-ci il tarixdə yazılı kağız da verib və ondan yüz otuz səkkiz min ABŞ dolları aldığını təsdiqləmişdir. Hazırda evə ehtiyacı olduğu, ancaq pullarını cavabdehlərin qaytarmaması səbəbindən və bu q aytarmanı əsassız bəhanələrlə uzatdıqları üçün, məhkəməyə müraciət etməyi qərara almışdır. Belə ki, iddiaçının 138 min ABŞ dolları pulu 8 ildir ki, cavabdehlərin qanunsuz mülkiyyətindədir və bununla da ona böyük məbləğdə maddi ziyan vurmuş, zamanında ev almağına mane olmuşlar. Ancaq iddiaçı cavabdehlərdən dəymiş zərəri yox, verdiyi pulu tələb edir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Babazadə, iş № 2(004)-4494/2021) iddia qismən təmin edilmiş, Cavabdeh1 138000 (bir yüz otuz səkkiz min dollar) ABŞ dolları (ödəniş icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət ed ilmişdir.

5. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı məxsus 138000 (bir yüz otuz səkkiz min dollar) ABŞ dolları məbləğində pul hər hansı hüquqi əsas olmadan Cavabdeh1 saxlanılmış, ona özünün mülkiyyətində olmayan əmlak satmaqla əssassız varlanmış və cavabdeh tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə kimi qiymətləndirilməlidir.

6. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 tərəfindən iddianın etiraf edilməsi barədə ərizədə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, iddia tələbinin etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməlidir.

7. Məhkəmə həmçinin qeyd etmişdir ki, digər Cavabdeh2 mün asibətdə iddia tələbi təmin edilməməlidir. Belə ki, Cavabdeh1 138000 ABŞ dolları məbləğində pulu onun iddiaçıdan aldığını etiraf etmiş, eləcə də İddiaçı Cavabdeh2 pul verməsinə dair sübut iş materiallarına əlavə olunmamışdır, həmçinin məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1091.1, 1092.2, 1093.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-4494/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsinin iddia məbləğinin Cavabdeh1 tutularaq İddiaçı hesabına ödənilməsi hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev, iş № 2(103)-10427/2021) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(004)4494/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı məxsus 138000 (bir yüz otuz səkkiz min dollar) ABŞ dolları məbləğində pul hər hansı hüquqi əsas olmadan Cavabdeh1 saxlanılmış, ona özünün mülkiyyətində olmayan əmlak satmaqla əssassız varlanmış və cavabdeh tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə kimi qiymətləndirilməlidir.

12. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 tərəfindən iddianın etiraf edilməsi barədə ərizədə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, iddia tələbinin etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməlidir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, digər Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir. Belə ki, Cavabdeh1 138000 ABŞ dolları məbləğində pulu onun iddiaçıdan aldığını etiraf etmiş, eləcə də İddiaçı Cavabdeh2 pul verməsinə dair sübut iş materiallarına əlavə olunmamışdır, həmçinin məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 dekabr 2021-ci il tarixli 2(103)-10427/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1 Mülki Prosessual Məcəlləsinin 418.1-cı maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək iş üzrə İddiaçı dediklərini təsdiq edərək bildirmişdir ki, həqiqətən də ünvan 2 ünvanında yerləşən, 2 saylı evin 19 saylı mənzilinə görə İddiaçı tərəfindən ödənilmiş 138 000 ( yüz otuz səkkiz min) ABŞ dolları pulu bacısı Cavabdeh2 nümayəndəsi kimi qəbul edərək sayıb bacısı Cavabdeh2 vermişdir. Belə olan halda, məhkəmə tərəfindən protokolda iddianın guya Cavabdeh1 tərəfindən etiraf edilməsi kimi qeyd edilməsi və sözügedən mənzilə görə iş üzrə Cavabdeh2 ödənilmiş və onun tərəfindən mübahisəsiz olaraq qəbul edilmiş pulun Cavabdeh1 tutularaq iddiaçıya qaytarılması barədə qərar qəbul etməsini maddi hüquq normasının pozulmasıdır. Belə ki, əvvəla apelyasiya instansiysı məhkəməsi tərəfindən 2(103)-10427/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qətnamə çıxarılarkən demək olar ki, heç bir maddi hüquq normasına istinad edilməmişdir. Digər tərəfdən isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və y a lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki işə əlavə edilmiş sənədlərdən isə məlum olduğu kimi hal-hazırkı iş üzrə kreditor iş üzrə İddiaçı, borclu isə iş üzrə cavabdeh olan Cavabdeh2dır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkə mə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.4. Maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının həd ləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

31. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsində n cavabdeh kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etsə də dəlilləri iddianın təmin olunan hissəsi ilə bağlıdır. Kassasiya şikayətinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı iddia tələbinin təmin olunan hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

33. Məhkəmələr müəyyən etmişlər ki, İddiaçı Cavabdeh1 vasitəsi ilə sonuncunun bacısı Cavabdeh2 adına olan mənzili satın alaraq Cavabdeh1 138.000 ABŞ dolları pul ödəmişdir. Sonradan məlum olmuşdur ki, cavabdehin bacısının adına rəsmiləşmiş mənzillər başqa-başqa adamlara satılmışdır. MTK tərəfindən iddiaçının adına rəsmiləşmiş müqavilə etibarlı müqavilə olmadığı üçün mənzil İddiaçı verilməmişdir. Ona görə İddiaçı cavabdehə və onun bacısına vermiş olduğu pulu tələb etməyə başlamışdır. Araşdırma zamanı təsdiq olunmuşdur ki, iddiaçı pulu məhz cavabdehlərdən Cavabdeh1 vermişdir. Ona görə iddia tələbi ona münasibətdə təmin olunmuşdur.

34. Cavabdeh1 iddiaçıdan 138.000 ABŞ dolları almasını etiraf etmiş və ödəyəcəyini vəd etmişdir.

35. İddia tələbi cavabdehin bacısına münasibətdə rədd edildikdən sonra cavabdeh pulun ona deyil, bacısına aid olduğunu bildirmiş və iddiaya da cavab verməli olan şəxsin məhz bacısı Cavabdeh2 olduğunu bildirir.

36. Cavabdehin həmin dəlili keçərli deyil. Çünki işin faktiki halları ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilir. Nəzərə almaq lazımdır ki, kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Nə qədər ki, iddiaçının dəlili işin faktiki hallarının müəyyən edilməsi ilə bağlıdır, məhkəmə həmin dəlili yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edir.

37. Məhkəmələr haqlı olaraq hesab etmişlər ki, cavabdeh iddiaçının pulunu almaqla əsassız varlanmışdır. Ona görə ki, cavabdehin iddiaçıdan pul almasının qanuni əsas və ya müqavilə əsası olmamışdır.

38. Məhkəmələrin bu mövqeyi həm qanuni və həm də ədalətlidir. Çünki pul vəsaiti cavabdehin sahibliyində qalacağı təqdirdə o, əsassız varlanmış olur.

39. Eyni zamanda məhkəmələr haqlı olaraq cavabdehin iddianı etiraf etməsini qəbul edərək iddianı təmin etmişlər. İddianın e tirafı ilə bağlı prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır(&26). 40. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəti cəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10427/2021 nömrəli, 1 dekabr 2021-ci il tari xli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar