Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-224/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə) “ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçd ən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehin vəkili İddiaçı2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)4162/2020 nömrəli qətnaməsindən cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 mülkiyyətindədir. xx xxxxxx 2008-ci il tarixli 69 saylı təminatlı kredit müqaviləsi ilə “xxxx” ASC-nin Cəlilabad filialı tərəfindən X2 15 ay müddətinə, illik faiz dərəcəsi 21 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit vermiş və həmin tarixli 69 saylı ipoteka müqaviləsi ilə kredit müqaviləsi üzrə borcalanın öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı1 mülkiyyətində olan ünvan 1 nömrəli mənzilini banka ipotekaya qoymuş, ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X5 xx xxxxxx 2008-ci il tarixli 69 saylı təminatlı kredit müqaviləsi üzrə bank qarşısında olan öhdəliyini tam icra etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Rey estri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə) iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2008-ci il tarixli 69 saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC-nin Cəlilabad filialı tərəfindən X6 verilmiş kreditin təminatı olaraq xx xxxxxx 2008-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, ünvan 1 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində yerləşən 1 otaqlı 1 saylı mənzilin ipoteka yüklülüyündən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mənzili ilə təmin olunmuş kredit tam ödənilmiş və m ənzilin yüklülük müddəti bitmişdir. Lakin cavabdeh üçüncü şəxsə müvafiq arayış vermədiyindən, həmin mənzilin yüklülüyünə dair qeydiyyat ləğv edilməmişdir. Nəticədə mənzil əsassız olaraq ipoteka yüklülüyündə qalmaqla, iddiaçının həmin mənzil üzərində sərəncam vermək hüquqları pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)5697/2019 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia təmin edilmiş, İddiaçı1 ilə “xxxx” ASC-nin Cəlilabad filialı arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 69 saylı ipoteka müqaviləsinə xitam verilməsi, ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilin yüklülükdən azad edilməsi barədə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin 8 saylı Cəlilabad Ərazi İdarəsinə məlumat verilməsi öhdəliyinin “xxxx” ASC-nin ləğvedicisi Əmanətl ərin Sığortalanması Fondunun üzərinə qoyulması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X1 xx xxxxxx 2008-ci il tarixli 69 saylı təminatlı kredit müqaviləsi üzrə bank qarşısında öhdəliyi olmadığı və ipotekaya xitam verilməli olduğu halda, ipoteka saxlayan tərəfindən ipoteka predmeti olan mənzilin yüklülükdən azad edilməsi ilə əlaqədar müvafiq Ərazi İdarəsinə məlumat verilməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-5697/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mül ki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)4162/2020 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər C.A.Yusifovdan və V.Ə.Baxışovadan ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)5697/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, X4 xx xxxxxxxx 2009-cu il və xx xxxxxxxx 2009-cu il tarixli kredit müqavilələri üzrə borcunun olmasının mübahisənin həllinə heç bir təsiri yoxdur. Çünki hazırda ipotekadan azad olunması tələb olunan əmlak həmin kredit müqavilələri üzrə ipoteka ilə yüklü edilməmişdir. Kasasiy a şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4162/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, X7 “xxxx” ASC-dan xx xxxxxxxx 2009-cu il və xx xxxxxxxx 2009-cu il tarixlərdə başqa kreditlər götürmüş və həmin müqavilələr üzrə onun borcu qalmış dır. Hər iki kredit müqaviləsi üzrə pulun X3 tutulmasına dair məhkəmə qətnamələri mövcuddur. Banka olan borcun ödənməməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi, gələcəkdə mənfi məhkəmə təcrübəsinin yaranmasına səbəb olacaqdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili İddiaçı2 məhkəmə iclasında kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndəsi, habelə vəkilləri gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rə hbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən o lunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kasator apelyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kasasiya baxışının predmetini kasasiya şikayətinin dəlillərinə uyğun olaraq apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasə n əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. 48.2-ci maddəsinə əsasən bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəlləd ə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandı rır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ol unması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus daşınmaz əmlakın “xxxx” ASC və X5 arasında bağlanmış yalnız xx xxxxxx 2008-ci il tarixli 69 saylı təminatlı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilməsi və qeyd olunan müqavilə üzrə borcalanın öhdəliklərini tam icra edərək, bunun nəticəsində Mülki Məcəllənin 528-ci maddəsinə görə həmin öhdəliyə xitam verilməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Belə olan halda, “xxxx” ASC və X5 arasında bağlanmış xx xxxxxxxx 2009-cu il və xx xxxxxxxx 2009-cu il tarixli müqavilələr iddiaçının göstərilən əmlakı ilə təmin olunmadığından, borcalanın həmin müqavilələr üzrə öhdəliklərini icra etməməsi iddiaçının əm lakının ipotekadan azad edilməməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməs in. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)4162/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-224/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-224/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver