Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2241/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1876/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin ( bundan sonra - birinci instansiya məhkəməsi) 2(060)-799/2020 nömrəli iş üzrə 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddiası qismən təmin edilərək, 19.01.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 05.09.2013-cü il tarixli, 2(060)3904/2013 nömrəli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulmuş alimentin miqdarının artırılaraq hər ay 140 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi və cavabdehdən 15 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1876/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarının artırılaraq hər ay 140 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, alimentin miqdarı 160 manat müəyyən edilmiş, qətnamə cavabdehdən 15 manat məbləğində dövlət rüsumunun tutulub dövlət büdcəsinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, alimentin tutulması vaxtının hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi qət olunmuşdur. Sonuncu qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ed ilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. 22 fevral 2021-ci il tarixli qərardadla kassasiya şikayəti icraata qəbul olunmuşdur. Sonradan müəyyən edilmişdir ki, cavabdehin kassasiya şikayəti mümkünlük baxımından mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda – alınan məbləğlə müəyyən edilir (maddə 112.1.1). Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir (maddə 112.3). Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair iş lər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz (maddə 4041). Hazırkı işdə artırılması tələb olunan aliment məbləği üzrə bir illik ödəmənin məcmusu (60*12=720 manat) 2000 manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz. MPM-ə uyğun olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7). Beləliklə, hazırkı kassasiya icraatı üzrə cavabdehin kassasiya şi kayəti MPM-in tələblərinə zidd olaraq səhvən icraata qəbul olunduğu üçün Məcəllənin 417.1.7-ci maddəsinə əsasən həmin şikayətin icraata qəbul qərardadı ləğv edilməli və şikayət kassasiya baxışından çıxarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 404-1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 22 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1876/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəb
Məhkəmə qərarları › İş №2(102)-2241/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2241/2021
26.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver