Məhkəmə qərarları › İş №2(102)-2242/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2242/2019

08.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2242/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Cavabdeh cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2472/2018 mömrəli iş üzrə 02 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Ağdaş rayon məhkəməsinin (hakim Ruslan Əlizadə) 27 iyul 2018-ci il tarixli, 2(014) 1208/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh cavabdehndan 17700 ABŞ dollarının ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Ağdaş rayon məhkəməsinin 27 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları: İddiаçı İddiaçı cаvаbdeh cavabdehna qаrşı dəymiş ziyanın ödənilməsi tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cаvаbdehin ona göndərdiyi keyfiyyə tsiz mallar üçün əvvəlcədən ödədiyi 17700 ABŞ dolları və həmin malları qəbul etməyi üçün çəkdiyi rüsum və digər yol xərcləri olaraq 4000 ABŞ dolları + 6000 ABŞ dolları = 10000 ABŞ dolları məbləğində pulun, keçirdiyi stress əvəzi mənəvi ziyana görə 5000 manat pulun, ümumilikdə 27700 ABŞ dolları və mənəvi ziyana görə 5000 manat məbləğində pulun cavabdeh cavabdehndan alınaraq ona ödənilməsinə dair qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər İddiaçı tərəfindən ödədiyi pulun müqabilində meyvə (xurma) göndərilməsi barədə razılığa gəlmişlər. Həmin məqsədlə iddiaçı 2017-ci ilin fevral ayında Bakı şəhərində cavabdehə 17700 ABŞ dolları məbləğində pul göndərmiş və cavabdeh həmin pulu almışdır. cavabdeh onunla əlaqə saxlayaraq malı hazırladığını və göndərə cəyini bildirmişdir. O, cavabdehdən malın keyfiyyəti barədə soruşduqda, cavabdeh malın tam keyfiyyətli və bazar təlabatına uyğun olduğunu bildirmişdir. Lakin onun Azərbaycanda olan nümayəndəsi Şahmar göndərilən malın heç də keyfiyyətə tam cavab vermədiyini bildirdikdə, dərhal cavabdehə malı göndərməməsini bildirmişdir. Lakin cavabdeh onu aldadaraq və inandıraraq malın içində tək-tük pis xurma olduğunu, xurma yeşiklərinin əla vəziyyətdə olduğunu bildirmişdir. O, Rusiya Federasiyasında yaşayır və həmin vaxt Rusiyada olduğu üçün mallara özü baxa bilməmişdir. Cаvаbdeh iddiaçının etirazına baxmayaraq malları tır vasitəsi ilə Rusiya Federasiyasına yola salmışdır. Gömrük məntəqəsində 4000 ABŞ dolları məbləğində pul ödəyərək malı qəbul edəndən sonra yüzlərlə xurma yeşiklərinin heç birində sağlam və salamat xurma olmadığını görmüşdür. Bundan sonra cavabdehlə əlaqə saxlamış və xurmanı geri götürməsini və yaxud da xurmanın yaxşı vəziyyətdə olduğunu deyirsə qazancı onun olmaq şərti ilə Rusiyaya gələrək özünün satmasını bildirmişdir. Bir sözlə xurma üçün iddiaçı tərəfindən ödənilmiş və gömrük məqsədi ilə çəkdiyi xərcin ödənilməsini cavabdehdən tələb etmişdir. Cavabdeh iddiaçıdan ona vaxt verməsini istəmişdir. Buna baxmayarq pulu qaytarmaq və ziyanı ödəmək barəsində verdiyi vədlərini bu günə kimi yerinə yetirməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mül ki kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunun ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçı ona qarşı şər və böhtan ataraq xurma yeşiklərinin keyfiyyətsiz olaraq yığılması bəhanəsi ilə ona qarşı əsassız iddia qaldırışdır. O, tədarükçü deyildir, iddiaçı və nümayəndəsi Rusiyada satılması üçün ondan xurma yerinin müəyyən edilməsini, bunun müqabilində ona müəyyən haqq ödəyəcəyini bildirmişdir. O, da kəndlərdə xurma yeri axtararaq yerlərini bələdləmiş və həmin xurmanın yerlərini göstərmişdir. Onlar Quba şəhərində qeyd olunan xurmanı axtarıb tapmışlar və iddiaçının nümayəndəsi Şahmar gəlib xurmaya baxaraq sağlam vəziyyətini görmüş, bundan sonra telefonla şəkilini çəkib çəkisi və keyfiyyəti haqqında məlumat vermişdir. Şahmar xurma satanla razılaşaraq pulunu xurma satana ödəmiş, öz mallarını fəhləyə yığdırmış, dənəbə dənə baxaraq mallarını götürmüşlər. Burada o, nə xurma satandır nə də xurmanın istehlakçısı. Şahmar sağlam vəziyyətdə 4-5 nəzarətçisi ilə xurmanı yığdırıb, aparıb satış məntəqəsinə gec çatdırmış, onun saxlama şəraitinə əməl etməyibsə və yaxud da satdığı əşya həqiqətən də batıbsa, onun günahı yoxdur.Xurmanın keyfiyyətsiz olması səbəbindən xarab olmasını iddiaçı sübut etməl idir. Digər tərəfdən o, xurmanın satıcısı olmamışdır ki, onun nəticəsi üçün cavab versin. İkinci tərəfdən iddiaçının göndərdiyi pul məbləği ona verilməmişdir. Çünki o, xurmanı satan şəxs deyildir. Əgər qeyd etdiyi mal həqiqətən yararsız idisə, o, malı qəbul edən zaman görməli idi. İşin halından da aydın olur ki, əgər həqiqətən də qeyd olunan xurma xarab olubsa, xarab olma rəsmi qaydada aparılmalı, malın hansı çəkidə keyfiyyətsiz olması rəsmi sənədlərlə ortaya qoyulmalıdır. Şəxs malını satmış və pulunu almışdır. Bundan sonrakı məsələ ilə aralarında hər hansı bir sövdələşmə olmamışdır. O, isə bu işdə əsassız olaraq cavabdeh kimi cəlb edilmişdir. O, nə mal satan, nə də şəxsin əmlakının gələcəkdə keyfiyyətli və keyfiyyətsizliyi ilə bağlı nəinki iddiaçıya, heç bir şəxsə zəmanət verməmişdir. Ona görə də, iddia ona yox, xurmanı ona satan şəxsə yönəldilməliidi. Ancaq məhkəmə ondan 17700 ABŞ dollarının tutulmasını qət edərkən tam əsassız nəticəyə gəlmişdir. Onun istinad mənbəyi X3r ki, o da İddiaçı bilavasitə şəriyidir ki, həmin malları o götürmüş, o yoxlamış, onun vasitəsilə meyvələrin şəkilləri çəkilərək göndərilmiş və malın keyfiyyətli olduğu bildirilmişdir. Hətta xurmanı satan şəxslə aralarında münaqişə yaranmış, xurmanı satan şəxs buna bildirmişdir ki, həmin meyvəni onun qeyd etdiyi temperaturda aparsınlar. Ancaq bu şəxs onunla razılaşmayaraq meyvə saralsın deyə meyvəyə özünün bildiyi temperaturu tətbiq etməklə aparmışdır. Onun nə malın alınmasından, nə razılaşdırılmasından, nə də ki, göndərilməsindən maraqlı olmadığından bu işlərə qarışmamışdır.Apellyasiya instansiyası məhkəmə si bu halları araşdırmamışdır. Tərəflərin izahatları: Cavabdeh cavabdeh və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasına birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadəsi alınmış X10 teleqram göndərərək cavabdehin kassa siya şikayətinə etiraz etmədiyini, vəkil tutmaq üçün vaxt istədiyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və iddiaçı X4 nümayəndəsi olduğunu teleqramda göstərmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən mübahisələndirilməyən hallarından görünür ki, Xaçmaz şəhərindən Rusiya Federasiyasına 1836 yeşik xurma göndərilmişdir. 01 saylı hesab-fakturasının surətindən məlum olur ki, Dərbənd sərhəd postundan 1836 yeşik 16500 ABŞ dolları dəyərində xurma keçmişdir. 17 fevral 2017-ci il tarixdə akt tərtib edilərək göstərilmişdir ki, İddiaçı 10 fevral 2017-ci il tarixdə cavabdeh tərəfindən göndərilmiş 1836 yeşik meyvə (xurma) 16 fevral 2017-ci il tarixdə İddiaçı Krasnoyarsk şəhərinə çatdırılmışdır. Maşın açılarkən mal (xurma) 1 sort kimi satılması üçün yararsız (çürük, ləkəli, əzik) olmuşdur. İstifadə üçün yararsız olmuş və atılmalı olmuşdur (mal kameraya çəkilmişdir). Mal 2-ci sort kimi 246800 rus rubluna satılmışdır. İddiaçı bildirir ki, cavabdehlə ödədiyi pulun müqabilində meyvə (xurma) göndərilməsi barədə razılığa gəlmişlər. Həmin məqsədlə 2017-ci ilin fevral ayında Bakı şəhərinə cavabdehə 17700 ABŞ dolları məbləğində pul göndərmiş və cavabdeh həmin pulu almışdır. Cavabdehdən malın keyfiyyəti barədə soruşduqda cavabdeh malın içində tək-tük pis xurma olduğunu, xurma yeşiklərini əla vəziyyətdə olduğunu bildirmişdir. Gömrük məntəqəsində 4000 ABŞ dolları məbləğində pul ödəyərək malı qəbul edəndən sonra yüzlərlə xurma yeşiklərinin heç birində sağlam və salamat xurma olmamasını görmüşdür. Xurma üçün ödənilmiş və gömrük məqsədi ilə çəkdiyi xərcin ödənilməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh iddiaçıdan ona biraz vaxt verməsini istəmişdir. Buna baxmayarq pulu qaytarmaq və ziyanı ödəmək barəsində verdiyi vədlərini bu günə kimi yerinə yetirməmişdir. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı ona qarşı şər və böhtan atır. İddiaçı xurma yeşiklərinin keyfiyyətsiz olaraq yığılması bəhanəsi ilə ona qarşı əsassız iddia qaldırmışdır. O, tədarükçü deyildir, onun nümayəndəsi və şəriki Rusiyada satılması üçün ondan xurma yerini müəyyən edilməsini, bunun müqabilində ona müəyyən haqq ödəyəcəyini bildirmişdir. O, da kəndlərdə xurma yeri axtararaq yerlərini bələdləmiş və ona həmin xurmanın yerlərini göstərmişdir. Onlar Quba şəhərində qeyd olunan xurmanı axtarıb tapmışlar və iddiaçının nümayəndəsi Şahmar gəlib xurmaya baxmış, sağlam vəziyyətini görmüş, bundan sonra telefonla şəkilini çəkib, çəkisi və keyfiyyəti haqqında məlumat verib və xurma satanla razılaşaraq pulunu xurma satana ödəmiş, öz mallarını fəhləyə yığdırıb götürmüşlər. Burada o, nə xurma satandır nə də xurmanın istehlakçısı. İddia ona yox, xurmanı iddiaçıya satan şəxsə yönəldilməli idi. O sadəcə olaraq malın taplmasında iştirak etmiş və bunun üçün iddiaçı ona 1000 manat pul verməli idi ki, həmin pulu da verməmişdir. İş üzrə dindirilmiş şahid ifadələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1,581.2, 582.1, 584.2, 587.1.3, 587.2.1, 595.3, 624.1, 639.1 və 641.1-ci maddələrinə istinad edərək iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı malı qəbul edən zaman onun satış üçün yararsız və keyfiyyəts iz olduğunu görmüş və bu barədə akt tərtib olunmuşdur. İddiaçı cavabdehlə əlaqə saxlayaraq malın keyfiyyətsiz olduğunu bildirmiş, malın pulunu və yaxud həmin pulun müqabilində yeni xurma məhsulunun göndərilməsini tələb etmişdir. Cavabdeh isə növbəti mövsümdə xarab malın əvəzində yenidən xurma göndərəcəyini öhdəsinə götürsə də, öhdəliyə əməl etməmişdir. Ona görə də, iddia qismən təmin edilməli cavabdeh cavabdehndan 17700 ABŞ dolları məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. İddiaçı tərəfindən 4000 ABŞ dolları və 6000 ABŞ dolları məbləğində vəsaitin nədən ibarət olduğunu və bütün bunların nəticəsində cavabdeh tərəfindən ona 5000 manat mənəvi ziyan vurlulmasını təsdiq edən sənədləri barədə məhkəməyə sübut təqdim edilmədiyindən iddia 4000 ABŞ dolları və 6000 ABŞ dolları məbləğində və mənəv i ziyana görə 5000 manat pul tələbinə dair hissədə təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia qismən təmin edilmiş və iddiaçı iddianın təmin edilməyən hissəsini mübahisləndirməmişdir. Ona görə də, iddianın təmin edilməyən hissəsi yəni 10000 ABŞ dolları pulun və 5000 manat mənəvi zərərin təmin edilməməsi hazırki kassasiya baxışının predmetini də təşkil etmir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətn aməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Tərəflər arasında mübahisə Azərbaycandan Rusiya Federasiyasına xurma meyvəsinin göndərilməsi ilə bağlıdır. 1836 yeşik xurmanın göndərilməsi işin mübahisə edilməyən halıdır. Mübahisə malın kimin tərəfindən satılması, dəyərinin kimə veri lməsi və göndərilən xurmaların Rusiya Federasiyasına çatan zaman keyfiyyətsiz olması ilə bağlıdır. İddiaçı göndərilən xurmaların 1-ci növ deyil, 2-ci sort olduğunu və 2-ci növ məhsul kimi 246800 rus rubuluna satıldığını bildirir. Bu barədə iş materiallrına Rusiya Federasiyasında 17 fevral 2017-ci il tarixdə tərtib edilmiş akt əlavə edilmişdir. Cavabdeh isə malın satıcısının o olmadığını, malın tapılmasında vasitəçi olduğunu, həmçini malın maşına yüklənərkən qüsurlu olmadığını bildirmişdir. Cavabdeh göstərir ki, meyvə maşına yükləndikdən sonra onlara məsləhət görülən temperaturda deyil, meyvənin saralması üçün özləri müəyyən etdiyi temperaturda apardıqlarından meyvə yolda xarab olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə həqiqətin müəyyən edilməsi üçün tərəflər arasında yaranmış mü bahisənin hansı hüquq münasibətlərindən irəli gəldiyini müəyyən etməli və eyni zamanda göndərilən malın qüsurlu olub-olmamasını, malda qüsur vardırsa hansı anda yaranmasını və qüsurun yaranma anına görə tərəflər arasında razılaşmanın olub-olmamasını müəyyən etməlidir. Nə birinci instansiya məhkəməsi, nə də tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi bu müəyyən etməmiş, məhkəmələrin gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamış, məhkəmələr işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb qiymət verməmişlər. İş materiallarından iddiaçı ilə cavabdeh arasında meyvənin alqı-satqısı və ya göndərilməsi ilə bağlı hər hansı yazılı razılaşmanın olması müəyyən edilmir. Bu barədə tərəflər məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. İ şdən müəyyən edilir ki, tərəflər arasında olan danışıqlar şifahi qaydada aparılmışdır. Belə olan halda məhkəmə göndərilməsi nəzərdə tutulan meyvədə qüsurun hansı andan yaranmasını araşdırmalı və bu qüsurun yaranması üçün məsuliyyətin kimin üzərində olmasını müəyyən etməlidir. Həmçinin meyvənin satıcısının kimmliyi, cavabdeh Kamil Balakişiyevin həmin əməliyyatda hansı qisimdə, podratçı yaxud tapşırığı yerinə yetirən kimi iştirak etməsi dəqiqləşdirilməlidir. Bu hallar araşdırılarkən iş üzrə tərəflərin izahatları yeganə sübut kimi qəbul edilməməli digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Tərəflər arasında yazılı müqavilə olmadığından məhkəmə həmçinin işin faktiki hallarına əsasən meyvələrdə qüsurun hansı andan yaranmasını və qüsurun yaranma a nına əsasən bununla bağlı məsuliyyətin kimin, tədarükçünün, yaxud daşıyıcının üzərində olmasını da müəyyən etməlidir. İşə baxan məhkəmələr mübahisəni həll edərkən iş üzrə dindirilmiş şahid ifadələrinə istinad etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X10 ifadə verərək göstərmişdir ki, Kamillə Asif aralarında razılaşıblar və Asif Kamilə 17700 ABŞ dolları pul vermişdir, Kamil isə Asifə Rusiyaya xurma göndərmişdir. Asif ona zəng edərək Kamil göndərən malların xarab olduğunu və bu səbəbdən də ziyan etdiyini demişdir. Kamillə zəngləşib Göyçay rayonunda görüşmüşlər. Kamilə onun xarab mal göndərdiyi üçün Asifin ziyan etdiyini və Asifə köməklik etməsini bildirmişdir. Həmin vaxt Asiflə telefon əlaqəsi saxlanılmışdır. Kamil Asifə ona pul və ya yenidən xurma göndər əcəyini bildirmişdir. X17 nə xurma nə də pul göndərməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirmişdir ki, onun qardaşı X1 Federasiyasında yaşayır. Qardaşının oğlunun toyuna gedəndə İddiaçılə Krosnoyarskidə toyda tanış olmuşdur. Toyun səhəri günü o, Azərbaycana qayıtmalı idi. Asif ona Azərbaycanda yaşayan cavabdehna çatdırmaq üçün 17700 ABŞ dolları verəcəyini bildirmişdir. Toyun səhəri gün o ailəsi ilə birlikdə aeroporta gedən vaxtı Asif salafan setkanın içərisində kağıza bükülmüş vəziyyətdə olan pulu ona vermişdir. Həmin kağızın üzərində Kamilin adı və telefon nömrəsi yazılmışdır. O, orda kağızı açıb içərisinə baxmış və kağızın içərisində 100-lük və 50-lik ABŞ dolları əskinaslarının olduğunu görmüşdür. Həmin vaxt onun yanında ailə üzvləri, qardaşı Elman və Asif olmuşdur. O, pulu alarkən saymamışdır. Azərbaycanda evinə çatandan sonra pulu saymış, 17700 ABŞ dolları olduğuna əmin olmuş, yenidən ağ kağıza büküb salafan torbanın içərisinə qoyub Kamillə zəng edərək, onunla görüşə getmişdir. O, Kamilə pulu verməmişdən qabaq Asifə zəng vurub, Kamillə onu calaşdırmış onlar danışdıqdan sonra Asifin göstərişi ilə pulu bükülü vəziyyətdə Kamilə vermişdir. O, Kamillə Bakı şəhərindəki Zəngəzur restoranının qarşısında görüşmüş, Kamil görüşə ağ rəngli, “VAZ 2107” markalı maşında özündən başqa 3 nəfərlə gəlmişdir. Həmin şəxslərin kim olduğunu bilmir və onlarla heç bir söhbət etməmişdir. Asifin Kamilə nə məqsədlə pul göndərməsi ilə bağlı əvvəlcədən məlumatı olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismin də dindirilmiş X10 izahat verərək birinci instansiya məhkəməsində verdiyi izahatı bir daha təsdiq etmiş və Kamilin hələ də, Asifə vurduğu ziyanı ödəmədiyini bildirmişdir. X5 adlı şəxs apellyasiya instansiyası məhkəməsinə teleqram ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddiası üzrə Ağdaş məhkəməsində şahid qismində ifadə vermişdir. O, bu malın alıcısı, nə də ki, Asifin şəriki olmamışdır. Sadəcə olaraq gömrük sənədləşmə işlərini görmüşdür. Ondan Asif telefonda xahiş etmişdir ki, Qusarda Kamilin onun üçün göndərdiyi xurma malının yararlı olub-olmamasına baxsın, İddiaçı bildiyinə görə X2 vilayətinə xurma göndərilməsi üçün 17700 ABŞ dolları pul vermişdir. Asifin xahişi ilə X7 tərəfindən maşına yüklənən xurmanın yaralı-yararsız olmasına baxmışdır. cavabdehin yüklədiyi xurmanın yararsız olduğunu v ə bunun qazanc gətirməyəcəyini Asifə telefon və video görüntü ilə məlumat vermişdir. Asifə xurmadan imtina etməsini söyləmişdir. Kamil Asiflə danışaraq ona yüklənən xarab malın içərisindən heç də yaxşı olmayan az xurma seçərək Asifi xurmanın yaxşı olduğuna inandırmağa çalışmışdır. Asif də xurma yüklənən vaxt Kamilə zəng edərək belə xurmanın göndərilməsini və Kamildən pulunun ona qaytarılmasını istəmişdir. Kamil xurmanı Asifin verdiyi pul əsasında Göyçay rayon sakini, xurma satan Siracdan almışdır. Onun həmin xurma meyvəsinin tədarük edilməsinə və puluna heç bir aidiyyatı yoxdur. Xurmanı satan Sirac da Kamilə bildirmişdir ki, aldığı xurma malı satış üçün yararlı deyil və bunun keyfiyyəti aşağı kateqoriyadır. Rusiya üçün satışa yararsızdır. Cavabdeh izahatlarında malın satıcısının o olmadı ğını, onun sadəcə meyvənin tapılmasında iştirak etdiyini və bu məqsədlə də ona iddiaçı tərəfindən 1000 manat pulun veriləcəyini bildirmişdir. İşə baxan məhkəmələr meyvənin satıcısının kim olmasını müəyyən etmək üçün şahidlərin izahatlarında göstərilən halları araşdırmamış, Sirac adlı şəxsin şahid kimi dindirilməsini tərəflərə təklif etməmişdir. Bundan başqa göndərilən meyvənin Rusiya Fedrasiyasında iddiaçı tərəfindən 2-ci növ meyvə kimi 246800 rus rubluna satıması işin mübahisə edilməyən halı ilə müəyyən edilmişdir. İddia tələbini qismən təmin edərək cavabdehdən 17700 ABŞ dollar pulun tutulmasını qət edən məhkəmələr satılan meyvənin pulunu nəzərə almamışdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiy ası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Məhkəmə ilk növbədə tərəflər arasındakı münasibətlərin xarakterini, bundan sonra cavabdehin məsuliyyətini müvafiq hüquq normalarına ə sasən müəyyən etməlidir. Xurma məhsulunun keyfiyyətini itirməsi ilə iddiaçının məruz qaldığı ziyana görə məsuliyyət daşıyan şəxslərin dairəsini müəyyən etmək üçün həmin məhsulun tədarük vaxtı, yaxud Rusiya Federasiyasına daşınma zamanı zay olmasının dəqiqləşdirilməsi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi ü çün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh cavabdehnun kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2472/2018 mömrəli iş üzrə 02 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar