Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2242/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: sayğacdan kənar təbii qazdan istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlunun məruzəsi ilə, Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış debitor borcun ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)557/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 may 2022-ci il tarixdə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) Bakı Regional Qazın Satışı Departamenti ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 15.04.2016-cı il tarixdə 40204-16 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz vermək, cavabdeh isə istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəməni həyata keçirmək öhdəliyini götürmüşdür. Cavabdehə verilən qaz xətti üzrə abonent kodu **********00072 sayla qeydiyyata alınmışdır.
2. İddiaçı tərəfindən cavabdehə 21.11.2016-cı il tarixli, ******* saylı, 03.02.2017-ci il tarixli, ******* saylı, 04.11.2017-ci il tarix li, ******* saylı, 15.03.2018-ci il tarixli, ******* saylı aktlar tərtib edilmiş, həmin aktlar əsasında müvafiq olaraq 10368 kub metr (52 gün ərzində), 8880 kub metr (74 gün ərzində), 2448 kub metr (34 gün ərzində), 5280 kub metr (44 gün ərzində) qanunsuz qaz sərfiyyatı hesablanmışdır. Bununla bağlı cavabdeh iddiaçıya 21.11.2016-cı il tarixli ******* saylı akt əsasında 1036.8 manat, 03.02.2017-ci il tarixli ******* saylı akt əsasında 1776 manat, 04.11.2017-ci il tarixli ******* saylı akt əsasında 489.6 manat, 30.01.2018-ci il tarixli ******* saylı akt əsasında 1262 manat, 15.03.2018-ci il tarixli ******* saylı akt əsasında 1056 manat, cəmi 5620.4 manat ziyan hesablamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizə si ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 19155,57 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 19185,57 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin ünvanında fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-6T markalı 28195917 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh sayğacdan kənar qaz xətti vasitəsilə, təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı olaraq iddiaçının nümayəndələri tərəfindən bir neçə dəfə akt tərtib edilmişdir. Cavabdeh “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” m üqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda cavabdehin təbii qazdan istifadə qaydalarını pozduğuna görə 19155.57 manat debitor borcu qalmışdır.
5. Cavabdeh iddia tələbini qismən qəbul etmiş və bildirmişdir ki, cəmi 20 gün, 2017-ci ilin qışında sayğacdan kənar təbii qazdan istifadə etmişdir. Onun ünvanında tərtib olunmuş aktlar tamamilə əsassızdır. Həmin aktların əsaslı olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 mart 2020-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 1 ünvanına baxış keçirilən zaman müəyyən edilmişdir ki, fərdi yaşayış evini təbii qaz ilə təmin edən iddiaçıya məxsus 108 mm-lik ümumu paylayıcı qaz x əttinə 20 mm-lik rezin boru ilə əlavə qoşulma vardır. Lakin mülki iş materiallarında 108 mm-lik qaz xəttinin təbii qazla təmin etdiyi qaz işlədicilərin iş rejimi (işləmə müddətləri) və həmin xəttin hansı təzyiqdə olması barədə məlumatların olmadığına görə iddiaçıya vurulmuş ziyanın müəyyən edilməsi üzrə tədqiqat aparmaq mümkün olmamışdır
7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-45/2020 nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 480 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 0,75 manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.
8. Birinci instansiya məhkəməsi məhkəmə-mühasiba tlıq və məhkəmə tikinti-texniki ekspertizası üzrə tərtib edilmiş ekspert rəyinə sübut növü kimi qiymət verərək, cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma halının mövcudluğunu təsdiq edilmiş hesab etmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehdən 21.11.2016-cı il tarixli ******* saylı akt əsasında 1036.8 manat, 04.11.2017-ci il tarixli ******* saylı akt əsasında 489.6 manat, 30.01.2018-ci il tarixli ******* saylı akt əsasında 1262 manat, 15.03.2018-ci il tarixli ******* saylı akt əsasında 1056 manat məbləğində pul tələb etməsinə baxmayaraq, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə müvafiq qaydada cavabdeh tərəfindən etiraf edilmiş 2017-ci ilin qışına təsadüf edən 20 gün istisna olmaqla, təbii qazdan qeyri-qanuni istifadə edilməsinə dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
10. Eyni zamanda, məhkəmə cavabdeh tərəfindən 2017-ci ilin əvvəlinə təsadüf edən qışda 20 gün təbii qazdan qeyri-qanuni istifadə halının müəyyən edilməsini nəzərə alaraq, iddiaçı tərəfindən 03.02.2017-ci il tarixdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktla bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən 20 gün ərzində təbii qazdan qeyri-qanuni istifadə olunmasına baxmayaraq, iddiaçı dəymiş zərəri hesablayarkən hesabat müddətini 74 gün qəbul etmişdir. Halbuki, cavabdeh, sadəcə olaraq, qışda və 20 gün təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Ona görə məhkəmə cavabdehə 03 fevral 2017-ci il tarixli akt əsasında təbii qazdan qe yri-qanuni istifadəyə görə hesablanmış 8880 kub metr ziyanı əsassız hesab etmiş, hesabat müddəti 74 gün qəbul edilməklə hesablanmış 8880 kub metr ziyanın hesabat müddəti 20 gün qəbul edilməklə 2400 kub metr müəyyən olunmasını işin hallarına uyğun hesab etmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bunda sonra – Mülki Məcəllə) 21, 443.1, 443.2, 448.1, 448.2, “Qaz təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, MPM-in 14.2, 88, 101.3, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd olunmuş hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birlik tərəfindən istehlakçının təbii qazdan qanunsuz istifadə etməsini sübut edən foto şəkillər və aktlar məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə bunu sübut kimi qiymətləndirməmiş və cavabdehin özünün müdafiə xarakterli çıxışlarına qiymət verərək, iddianı rədd etmişdir. Eyni zamanda, ekspert rəyi ilə də sübut olunmuşdur ki, cavabdeh nəinki 2017-ci ildə, hətta məhkəmə müddətində də qanunsuz xətdən istifadə edərək fərdi istixana fəaliyyəti ilə məşğuldur. Hətta ekspertin çəkdiyi şəkillərə baxanda da aydın görünür ki, qaz xətti istixanaya gedir. Həmçinin, cavabdehin 10 ildir 300 manat ödəniş etməklə təbii qazdan hansı formada istifadə etdiyini məhkəmə ümumiyyətlə araşdırmamışdır. Bununla yanaşı, istehlakçının sayğa cdan kənar istifadədən başqa sayğac üzrə faktiki istifadə edib dəyərini ödəmədiyi borcunu da məhkəmə silmişdir. Belə ki, cavabdehin 21776,37 manat borcdan cəmi 9252,97 manat borcu akt üzrədir, qalan 12523,40 manat borc sırf sayğac üzrə yaranan borcdur.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 yanvar 2021-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 1 ünvanına baxış keçirilən zaman müəyyən edilmişdir ki, fərdi yaşayış evini təbii qaz ilə təmin edən iddiaçıya məxsus 108 mm-lik ümumu paylayıcı qaz xəttinə 20 mm-lik rezin boru ilə əlavə qoşulma vardır. Lakin mülki iş materiallarında 108 mm-lik qaz xəttinin təbii qazla təmin etdiyi qaz işlədicilərin iş rejimi (işləmə müddətləri) və həmin xəttin hansı təzyiqdə olması barədə mə lumatların olmadığına görə iddiaçıya vurulmuş ziyanın müəyyən edilməsi və düzgün hesablanıb-hesablanmaması sualları üzrə tədqiqat aparmaq mümkün olmamışdır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-557/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və N.Cəfərov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı tərtib edilmiş aktlar üzrə itirilmiş qazın dəyərinin tutulmasına dair iddianın qismən təmin edilən və rədd olunan hissələrində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin olunmuş, cavabdehdən iddiaçın ın xeyrinə təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı tərtib edilmiş 21.11.2016-cı il tarixli, ******* saylı, 03.02.2017-ci il tarixli, ******* saylı, 04.11.2017ci il tarixli, ******* saylı, 30.01.2018-ci il tarixli, ******* saylı və 15.03.2018-ci il tarixli, ******* saylı aktlar üzrə 3024 manat itirilmiş qazın dəyərinin və ödənilmiş dövlət rüsumuna görə 4,71 manat pul vəsaitinin tutulması, iddia tələbinin qalan həmin hissədə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehə məxsus ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı ekspertiza rəyləri və cavabdehin qismən etirafı ilə təsdiq olunduğundan iddiaçı bununla bağlı tərtib edilmiş aktlar üzrə itirilmiş qazın d əyərini tələb etməkdə haqlı olmuşdur. Lakin həmin aktlar üzrə itirilmiş qazın dəyərinin hesablanmasına dair hesabat müddətinin 30 gündən artıq müəyyən edilməsi ağlabatan deyil və real hesab edilə bilməz. İddiaçı tərəfindən hesabat dövrünün həmin müddətə hesablanması da əsaslandırılmamışdır. Qeyd edilən aktlarda 30 gündən artıq hesablanmış müddətin aktın tərtib edildiyi tarixdən əvvəlki 30 gün üçün nəzərə alınması qanuni hesab edilməlidir. Birinci instansiya məhkəməsinin 03.02.2017-ci il tarixli akt üzrə hesabat müddətini 30 gündən daha az 20 gün qəbul etməsi və bu müddətə uyğun qaz sərfiyyatını müəyyən etməsi cavabdehin izahatından başqa heç bir mötəbər sübutla təsdiq edilmir.
17. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik aktlarının tələblərinə əsasən istehlakçıya hər ay qazın sərfiyyatı il ə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən tərtib edilmiş aktlar üzrə itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyanın hesablanması üzrə hesabat dövrünün 30 gündən çox götürülməsi hər hansı normativ akta əsaslanmır.
18. Məhkəmə hesab etmişdir ki, 21.11.2016-cı il tarixli akt üzrə 432 manat (6x24x30=4320 kub metr); 03.02.2017-ci il tarixli akt üzrə 720 manat (6x20x30=3600 ); 04.11.2017-ci il tarixli akt üzrə 432 manat (6x12x30=2160 kub metr); 30.01.2018-ci il tarixli akt üzrə 720 manat (6x20x30=3600 kub metr) və 15.03.2018-ci il tarixli akt üzrə 720 manat (6x20x30 =3600), cəmi 3024 manat itirlmiş qazın dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. İddiaçı apellyasiya şikayətində hazırkı iddia ərizəsinin əsası olmayan əlavə aktlara da (17.01.2020-ci il tarixli, ******* saylı, 28.02.2020-ci il tarixli, ******* saylı, 03.03.2020-ci il tarixli, ******* saylı, 30.04.2020-ci il tarixli, ******* saylı) istinad edərək qanunsuz qoşulma nəticəsində cəmi 8241,6 manat zərər dəydiyini göstərmişdir. Həmin aktlar və onlara görə hesablanmış qazın itirilmiş dəyəri hazırkı iddianın əsasını və predmetini təşkil etmədiyindən baxılan iş çərçivəsində apellyasiya şikayətinin bu dəlilinə qiymət verilə bilməz.
20. Məhkəmə cavabdehdən ödənilməmiş təbii qazın dəyəri kimi tələb edilən 13535,17 manat borcun tutulmasına dair apellyasiya şikayətinin dəlillərini əsaslı saymayaraq qeyd etmişdir ki, iddiaçı həmin borcun 2016-cı ilə kimi yarandığını bildirsə də, bu borcun yaranması əsaslarını təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir. Abonentin qeyd edilən dövrədək həmin məbləğdə borcunu ödəmədiyi halda onun ünvanına fasiləsiz qaz təchizatının davam etməsi, qaz paylayıcısı tərəfindən qaz təchizatının dayandırılmaması belə bir borcun mövcud olmasını inandırıcı etmir.
21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 560.1, 560.2-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı, MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5, 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi abonentin saldosunu düzgün və hərtərəfli araşdırmamış, tərtib edilmiş aktları qəbul etməməsini qanunvericiliyin hər hansı tələbi ilə əsaslandırmamış, bununla da Mülki Məcəllənin 21, MPM-in 77, 88, 97-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının dəyişdirilməsini xahiş etdiyindən və kassasiya şikayətinin dəlilləri iddianın təmin edilməmiş hissəsinə yönəldiyindən həmin məhkəmə aktı iddianın təmin edilməmiş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə
27. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam öd ənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
29. Maddə 13 paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabine tinin 12.05.2011-ci il tarixli, 80 №-li Qərarı ilə təsdi edilmiş “Qazdan istifadə Qaydaları”
30. Bənd 5.5 Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
31. Bənd 6.5 Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. MPM
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməl i olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
40. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində apellyasiya ins tansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır.
43. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
44. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-557/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.