Məhkəmə qərarları › İş №2(102)-2243/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2243/2023

01.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2243/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: dəymiş ziyanın ödənilməsi 01.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı İB-nin Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1241/2023 nömrəli, 06 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İB-nin Bakı RQSD ilə istehlakçı Cavabdeh arasında «qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə» 13 iyul 2021-ci il tarixli, 01/3158 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı tərəfindən cavabdehə - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 4918,4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1110,4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1340,4 manat, xx.xx.2018-ci i l tarixli ******* saylı akt əsasında 57,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 313,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 602,1 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 635,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 615,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 50,.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143,4 manat, xx.xx.2019-cu il tarixli ******* sayl ı akt əsasında 143,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 302,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 20,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 640,8 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,6 manat olmaqla, cəmi 13.525,03 manat məbləğində itirilmiş qaz sərfiyyatına görə borc yazılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İB Cav abdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İB-nin xeyrinə tərtib olunmuş akt üzrə 13.525,03 manat, dövlət rüsumunun əvəzi olaraq 133,44 manat və 400 manat vəkil xərci olmaqla, cəmi 14.058,47 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01/3158 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00120 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərin də G-4 markalı 28026373 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və 6.5-ci yarımbəndinin tələblərini pozmuş, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotoçəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 1) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 4 918.4 manat, 2) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1110.4 manat, 3) xx.xx.2018- ci il tarixli ******* saylı akt əsasında 1340.4 manat, 4) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57.6 manat, 5) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 313.2 manat, 6) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21.6 manat, 7) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 602.1 manat, 8) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 635.4 manat, 9) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 615.6 manat, 10) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183.6 manat, 11) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183.6 manat, 12) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183.6 manat, 13) xx.xx.2019-cu il tarixli ****** * saylı akt əsasında 50.4 manat, 14) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143.4 manat, 15) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143.4 manat, 16) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143.4 manat, 17) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143.4 manat, 18) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183.6 manat, 19) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 302.4 manat, 20) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302.4 manat, 21) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302.4 manat, 22) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302.4 manat, 23) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 20.20 manat, 24) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 640.8 manat, 25) xx.x x.2020-ci il tarixli ******* saylı akt əsasında 273.6 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 13260.7 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməmişdir. Cavabdeh borcundan müəyyən ödənişlər etmişdir. Cavabdehin hazırda İddiaçı İB-nə 13525.03 manat borcu vardır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri 133.44 manat ödənilmiş dövlət rüsumundan və 400 manat vəkil xərcindən ibarətdir.

5. Bak ı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2481/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim X2) iddia qismən təmin edilmiş, təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə yaranmış cəmi 951,80 manat borcun və ödənilmiş 133,04 manat dövlət rüsumun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda sayğacdan kənar təbii qazdan istifadə hallarının mövcudluğu aşkar edilmiş və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Zərər vurulması halı sübuta yetirilmiş olsa da, aktlar əsasında borc məbləğinin hesablanmasında İddiaçı tərəfindən səhvə yol verilmişdir. Belə ki, aktlarda və digər sənədlərdə qeyd edilən itirilmiş təbii qaz həcmləri hesablanarkən cavabdehin sayğacdan istifadə etməklə təbii qazdan istifadə etdiyi dövrlərdəki real həcmlər, həmçinin mövsümi özəlliklər (yay aylarında təbii qazdan minimum istifadə edilməsi, qış aylarında təbii qazdan daha çox istifadə edilməsi kimi ümumi məlum olan tendensiyalar) nəzərə alınmamış, sərf edilməsi qeyd olunan qaz həcmlərində tarixi xronologiya üzrə məntiqi ardıcıllıq, mövsümlə əlaqədar azalma və çoxalma dinamikası pozulmuşdur. Bu hal, tərtib olunmuş hesablamalarda özünü qabarıq biruzə verir. Aktlar aşkar edilmiş faktlar üzrə tərtib olunsa da, aktlarda qeyd edilən məbləğlər real deyildir. Belə olduğu təqdirdə, təsbit olunur ki, aktlar baş vermiş təbii qazdan sayğacdan kənar istifadə edilməsi hallarının mövcud olması baxımından düzgün tərtib olunsa da, aktlarda qeyd edilən rəqəmlər reallığa uyğun deyil. Ona görə də həm paylayıcının (iddiaçının), həm də istehlakçının (cavabdehin) qanunla qorunan mənafelərini nəzərə alınaraq, iddiaçı tərəfindən tələb edilən məbləğ tam olaraq deyil, ağlabatan məbləğdə tutulmalıdır.

7. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia ərizəsinin təqdim edilməsi üçün 133,04 manat məbləğində dövlət rüsumu ödənilməsi barədə iş materiallarına qəbz əlavə edilsə də, iddiaçı göstərilmiş hüquqi yardıma görə vəkilə 400 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair sübutları (ödəniş qəbzi, tapşırığı və s.) məhkəməyə təqdim etməmişdir

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mü lki Məcəlləsinin (bundan sonra MM) 386.1, 442, 443.1, 448.1, 1096, 1097.1, 1097.3, 1115-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1, 139.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 3.2.1-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Ba kı Regional Qazın Satışı Departamentinə ərizə ilə müraciə edərək, 14501.28 manat borcu olduğunu etiraf etmiş və borcunun hissə-hissə tutulması üçün karta keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. Bundan əlavə, məhkəmənin hüquqi yardıma görə ödənilmiş vəsait barədə sübutun təqdim edilməməsini qeyd etmişdir. Lakin, iddia ərizəsi elektron məhkəmə sisteminə yüklənilərkən iddiaçı tərəfdən hüquqi yardımın ödənilməsinə dair xx.xx.2022-ci il tarixli hesabdan çıxarış əlavə edilmiş və həmin çıxarışdan da görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçı "Azəriqaz" İB tərəfindən 400 manat pul Cavabdeh işi üzrə hüquqi xidmət üçün ödənilmişdir.

11. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslan dırılmışdır ki, məhkəmə işə baxarkən mənzilin mülkiyyətçisinin kim olduğunu dəqiqləşdirməmiş və onun iştirakı olmadan işə baxmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 387.2.4 məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə qətnamə ləğv edilməlidir. Belə ki, məhkəmə yetkinlik yaşına çatmış ailə üzvlərini işə cəlb etməmiş, lakin onların hüquqlarına toxunan qətnamə qəbul etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1241/2023 nömrəli, 06 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X1 (sədrlik edən və məruzəçi), X6 və X4) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şi kayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2481/2022 saylı işi üzrə 01 noyabr 2022-ci il tarixli qətnaməsi qismən – iddianın təmin edilən (təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə yaranmış cəmi 951,80 manat borcun və ödənilmiş 133,04 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi) hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehin pozuntu törətməsi (qazı talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də, təqdim edilən aktlarla bir neçə illər boyu iddia edilən pozuntuların iddiaçı tərəfindən cavabdehin aktlarla və yaranmış borcla rəsmi tanış e dilməsi və xəbərdarlıq edilməsi, müvafiq tədqiqatların aparılması, qərarların qəbul edilməsi və vaxtında tələblərin irəli sürülməsi üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. Mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən iddiaçının şikayətinin (iddiasının) dəlillərinə qiymət verilməsi isə suiistifadəyə şərait yaradan hal kimi mülki mühakimə icraatı qaydasında mübahisəlidir və müzakirəyə çıxarılan sübutlar təkzibediləndir. İddiaçının (vəzifəli şəxslərinin) tərtib etdiyi aktlarının nəticəsiz qalması, bu aktların davamlı olaraq bir neçə il ərzində cavabdehin iştirakı olmadan tərtib edilməsi və sonrakı aktın tərtibi zamanı ondan öncəki aktın mövcudluğu, onların şübhələrdən kənar sübut növü kimi qəbulu üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, təqdim edilmiş aktların hər bir i üzrə peşəkar struktur təsisata malik olan iddiaçı (vəzifəli şəxsləri) tərəfindən mülki mühakimənin əsaslarını təşkil edən sübutetmə vəzifələrinə formal yanaşılmışdır (aktların tərtib edilməsində cavabdehin və ya iddiaçıya aidiyyəti olmayan digər şəxslərin iştirakı təmin edilməmiş, foto-video çəkilişin aparılması və onların müvafiq qeydiyyatı bu aktlarda təsbit edilməmiş, talama faktı üzrə nəzarəti qanunla həvalə edilmiş müvafiq icra hakimiyyətinə və ya müvafiq hüquq-mühafizə orqanlarına aidiyyəti müraciətlər edilməmişdir). Cavabdehin mülki hüquq pozuntusunun mövcudluğu məhz onun və ya digər şəxslərin hüquqa zidd hərəkətlərindən (hərəkətsizliyindən) irəli gəlməsi üçün təqsirsizlik prezumpsiyasının mahiyyəti və iddiaçının iddia etdiyi davam edən pozuntuya susması aspektindən anlaşılan deyi l. Qeyd edilən müstəvidə mülki münasibətlərin səciyyəsi, deliktin mövcudluğu və onun kim tərəfindən törədilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, bunun səbəbləri və ya digər xüsusatların əsasları müəyyən edilmir.

15. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edildiyi kimi, aktların baş vermiş təbii qazdan sayğacdan kənar istifadə edilməsi hallarının mövcud olması baxımından düzgün tərtib olunduğu, aktlarda qeyd edilən rəqəmlərin reallığa uyğun olmadığı, tərəflərin qanunla qorunan mənafeləri nəzərə alınaraq tələb edilən məbləğin tam olaraq deyil, ağlabatan məbləğdə tutulması əsası ilə iddianın qismən təmin edilməsi özü-özlüyündə ziddiyyətli və əsassız nəticədir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə edilən hissədə iddiaçının apellyasi ya şikayətinin dəlilləri əsassız, cavabdehin apellyasiya şikayəti üzrə tələbi isə, sübuta yetirilməyən iddiaya münasibətdə, əsaslı olduğundan, qətnamə qismən – iddianın təmin edilən (təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə yaranmış cəmi 951,80 manat borcun və ödənilmiş 133,04 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi) hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-388, 560, 1096-1098, 11281131-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2, 6-4, 13-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 4.1, 9.3, 14.2, 76, 77, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iddia üzrə mülki hüquq pozuntusu (delikt) vardır, hüquqa zidd əməli Cavabdeh törətmiş, Cavabdeh tərəfindən onunla iddiaçı arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin öhdəlikləri pozulmuş və nəticə də iddiaçıya maddi ziyan dəymişdir. İddia çı İB-nin əməkdaşları tərəfindən cavabdehin yaşadığı ünvana baxış keçirilmiş, cavabdeh tərəfdən sayğacdankənar təbii qazdan istifadə hallarına dair aktlar tərtib edilmiş, cavabdehə aktları imzalamaq təklif olunsada cavabdeh ziyanına tərtib edilmiş aktları imza etməkdən imtina etmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda sayğacdankənar təbii qazdan istifadə edildiyinin aşkar edilməsi qeyd olunmuş və aktlara müvafiq şəkillər əlavə edilmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixdə Cavabdeh Bakı X7 Departamentinə ərizə ilə müarciət edərək, aktlarla tanış olmuş, borcunun olmasından xəbəri olmuş və borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Həmin ərizə apellyasiya şikayətinə əlavə edilmişdir. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində yalnız birinci instansiya mə hkəməsinin mənzilin mülkiyətçisinin kim olduğunu dəqiqləşdirilməməsinə və iştirakı olmadan işə baxılmasını qeyd etmiş, cavabdeh apellyasiya şikayətində təbii qazdan qeyri-qanuni istifadə etməməsini qeyd etməsi özü-özlüyündə təbii qazdan qeyri-qanuni istifadə edilməsini sübut edir. Əgər cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etməsə idi və ya tərtib edilmiş aktlara etiraz etsə idi, bununla bağlı apellyasiya şikayətində qeydləri edər, xx.xx.2022-ci il tarixli ərizəni yazmazdı. Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi və bununla da iddiaçıya ziyan vurulması faktı, həm tərtib edilmiş aktlarla, şəkillərlə, cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsi ilə tam sübuta yetirilir.

20. Bundan başqa apellyasiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün qiymət verməmi ş, iddiaçıya qarşı qərəzli mövqe tutmaqla, MPM-n 6, 8, 9.3, 88 maddələrinin tələblərini pozmuş, işə obyektiv baxılmayıb və sonda maddi və prossesual hüquq normalarının pozuntularına yol verilməklə düzgün olmayan qətnamə çıxarılmışdır. Belə ki, qətnaməndə iddiaçının apellyasiya şikayətinin tam qeyd edilməməsi, cavabdehin apellyasiya şikayətinin əsaslarının qeyd edilməməsi, cavabdeh apellyasiya şikayətində porsessual hüquq normalarının pozulmasında MPM-nin 217.3-cü maddəsinə istinad etməsə də qətnamədə həmin maddəyə istinad edilməsi, cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsinə münasibət bildirilməməsi, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin mənzilin mülkiyətçisinin kim olduğunu dəqiqləşdirilməməsinə və iştirakı olmadan işə baxılmasını qeyd etməsini, cavabdehin ape llyasiya şikayətində təbii qazdan qeyri-qanuni istifadə etməməsinə dair heç bir qeydin olmamasına nəzər yetirməməklə, apellyasiya məhkəməsinin işi hərtərəfli, tam araşdırmamasını, işə şablon yanaşmasını, qərəzli olmasını sübut edir. Həmçinin, birinci instansiya məhkəməsində araşdırma zamanı cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi və bununla da iddiaçıya ziyan vurulması faktımüəyyən edilmiş, həmçinin cavabdehin BakıRegional Qazın Satışı Departamentinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində və apellyasiya şikayətində də öz təsdiqini tapmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca i cra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

28. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Qaz təchizatı haqqında” Azərbaycan Respub likası Qanunu

29. Maddə 6-21. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşaya n yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.

30. Maddə 13 (6) Paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. 3

1. Maddə 13(8-1) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz p aylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarı ilə təsdi edilmiş “Qazdan istifadə Qaydaları”

32. Bənd 5.5 Qaz paylayıcısının istehla kçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

33. Bənd 6.5 Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq nor malarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının po zulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. İddiaçı tərəfindən cavabdehə - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 4918,4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1110,4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1340,4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 313,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 602,1 manat, xx.xx.2018-ci il tarixli ****** * saylı akt əsasında 635,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 615,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 50,.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 302,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasın da 302,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 20,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 640,8 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,6 manat olmaqla, cəmi 13.525,03 manat məbləğində itirilmiş qaz sərfiyyatına görə borc yazılmışdır.

47. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunv ericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

48. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının 3-cü bəndinə əsasən istehlakçılar tərəfindən təbii qazın alqısatqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir.

49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı təşkilat cava bdeh tərəfindən qaz xəttinə qanunsuz müdaxilə halının olması, kənar xəttin cavabdeh tərəfindən quraşdırılması halını sübut edə bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş aktların hər biri üzrə peşəkar struktur təsisata malik olan iddiaçı (vəzifəli şəxsləri) tərəfindən mülki mühakimənin əsaslarını təşkil edən sübutetmə vəzifələrinə formal yanaşılmışdır (aktların tərtib edilməsində cavabdehin və ya iddiaçıya aidiyyəti olmayan digər şəxslərin iştirakı təmin edilməmiş, foto-video çəkilişin aparılması və onların müvafiq qeydiyyatı bu aktlarda təsbit edilməmiş, talama faktı üzrə nəzarəti qanunla həvalə edilmiş müvafiq icra hakimiyyətinə və ya müvafiq hüquq-mühafizə orqanlarına aidiyyəti müraciətlər edilməmişdir).

50. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olun muş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab etmişdir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. İddiaçı İB-nin istinad etdiyi aktlar isə cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuşdur, buna görə də mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz.

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

52. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılm alı, kassasiya şikayəti təmin olunmamalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1241/2023 nömrəli iş üzrə 06 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar