Məhkəmə qərarları › İş №2(102)-2243/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2243/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2243/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “”pul tələbi”nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-191/2025 nömrəli 6 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 29 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 və Cavabdeh2 İddiaçı birlikdə 100.000 manat borc aldıqlarını və həmin borcu 8 ay ərzində hissə-hissə qaytaracaqlarını bildirdikləri 11.2023-cü il tarixli iltizam imzalamışlar.

2. Mübahisə həmin pulun qaytarılması ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100.000 (yüz min) manat və ödədiyi 391 (üç yüz doxsan bir) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçının tanışıdır. Cavabdehlər iddiaçıdan borca pul istəmiş, iddiaçı da cavabdehlərə 10 noyabr 2023-cu il tarixdə 100.000 (yüz min) manat borca pul vermişdir. Cavabdehlər həmin məbləği hissəhissə 8 ay müddətində geri qaytaracığına dair üzərlərinə öhdəlik götürmüşlər. Hətta bununla bağlı öz aralarında yazılı qəbz tərtib etmişlər. Dəfələrlə cavabdehlərə pulunu geri qaytarılmasını tələb etsə də, pulu ödəməkdən boyun qaçırırlar, nə vaxt ödəyəcəkləri barədə dəqiq vaxt demirlər.

5. Cavabdehlər birinci instansiya məhkəməsində iştirtak etməmişlər.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4292/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100000 (bir yüz min) manat məbləğində borcun və ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Günel Tanrıverdiyeva)

7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında borc müqaviləsi imzalanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcları yaranmışdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 442, 443.1, 445.2.1, 500, 739.1 və 742-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflərə bildiriş göndərmədən, hərtərəfli qaydada cavabdehlərin iştirakı olmadan işə baxaraq, cavab dehlərin sübut təqdim etmə səlahiyyətlərini məhdudlaşdırmışdır. Cavabdehlərin Konstitusiya ilə qorunan hüquqları pozulmuşdur. Məhkəmə bəsit formada tərtib edilmiş qəbzin həmin şəxslərə məxsus olub olmamasını, ekspertiza ilə müəyyən etmədən bu qədər pulun bir qəbzlə verilməsinin mümkünsüzlüyünü, nə üçün şahidlərin olmamasını araşdırmadan iddiaçının xeyrinə heç bir əsaslı dəlil olmadan qətnamə qəbul etmişdir. İddiaçı cavabdehlərin özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qeyriqanuni yuyucu vasitələr istehsalı edən sexdə fəhlə və işə nəzarətçi kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə AR DİN Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsi tərəfindən sexin tutulmasından sonra özünün sahibkarlıq etdiyi sexin məsuliyyətdən qurtarmaq üçün hər 2 cavabdehin özü vəzifəsindən və sahibkar lığı ilə inandıraraq, hədə-qorxu ilə onlara borc müqaviləsi imzalatdıraraq, cinayət məsuliyyətindən yaxa qurtadıqdan sonra cırıb atacağı vədi ilə yazdırmışdır. İddiaçı həmin qəbzlərdən istifadə edərək cinayət işi üzrə qeyri-qanuni istehsalat sexinin onun tərəfindən deyil, ondan pul borc almış Tural və Vüsal tərəfindən işlətdiyini bildirib, cinayət məsuliyyətindən uzaq durmuşdur. İddiaçı sonradan bu qəbzlərin əsaslı olmasını sübut etmək üçün verilməyən pulu qeyri-leqal reallaşdırmaq istəyərək, məhkəməyə müraciət etmişdir, əks təqdirdə birinci polisə şikayət edərdi. Etdiyi əməlin üstü açılmasın deyə, iddiaçı məhkəməyə müraciət etmişdir. Əsl həqiqətdə İddiaçı pul vermədən qəbz almışdır.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-191/2025 nömrəli 6 mart 2025-ci il tari xli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4292/2024 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış və iddia tələbi təmin edilmişdir. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Almaz Süleymanova, Fuad Məmmədov)

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 10 noyabr 2023-cu il tarixdə 100.000 ( yüz min) manat pul vermişdir. Cavabdehlərin həmin məbləği hissə-hissə 8 ay müddətində geri qaytaracağına dair üzərlərinə öhdəlik götürmələri barədə cavabdehlər yazılı qəbz tərtib etmişlər. Pulu geri qaytarılmayan iddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

13. İddianı təmin edən birinci instansiya məhkəməsi isə tərəflər arasındakı mübahisəni borc müqaviləsindən irəli gələn mübahisə kimi qiymətləndirmiş, öhdəliyin icra edilməməsi və borc müqaviləsinə dair Mülki Məcəllənin müvafiq normalarına istinad edərək iddianı təmin etmişdir.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işə onları məlumatlandırmadan və iştirakı olmadan işə baxmış, sübut təqdim etmələri üçün şərait yaratmamışdır. Qeyd edilən dəlillə münasibətdə qeyd edilməlidir ki, iş materiallarında olan (iş vər. 17, 19, 20, 27, 28, 29, 36, 37, 39, 47, 48, 50) SMS xəbərdarlığın “AZEMİS” vasitəsilə göndərilməsi barədə bildirişlərdən, eləcə də iş materiallarının 21, 22 və 52-ci vərəqlərində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən aydın olur ki, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışlar.

15. Cavabdehlərin digər dəlili isə ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi bəsit formada tərtib edilmiş qəbzin, həmin şəxslərə məxsus olub-olmamasını, ekspertiza ilə müəyyən etmədən bu qədər pulun bir qəbzlə verilməsinin mümkünsüzlüyünü, nə üçün şahidlərin olmamasını araşdırmadan iddiaçının xeyrinə heç bir əsaslı dəlil olmadan qətnamə qəbul etmişdir. İddiaçı onları öz vəzifəsi və sahibkarlığı ilə inandıraraq, hədə-qorxu ilə onlara borc müqaviləsi imzalatmış, cinayət məsuliyyətindən yaxa qurtadıqdan sonra cırıb atacağı vədi ilə yazdırmışdır. Həmin qəbzlərdən istifadə edərək cinayət işi üzrə qeyri-qanuni istehsalat sexinin onun tərəfindən deyil, ondan pul borc almış Tural və Vüsal tərəfindən işlətdiyini bildirib, cinayət məsuliyyətindən uzaq durmuşdur. İddiaçı sonradan bu qəbzlərin əsaslı olmasını sübut etmək üçün verilməyən pulu qeyri-leqal reallaşdırmaq istəyərək, məhkəməyə müraciət etmişdir, etdiyi əməlin üstü açılmasın deyə məhkəməyə müraciət etmişdir. Əsl həqiqətdə iddiaçı pul vermədən qəbz almışdır.

16. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdehlər apellyasiya şikayətinin dəlillərində, eləcə apellyasiya baxışı zamanı qəbzi iddiaçıdan pul almadan imzaladıqlarını bildirsələr də, buna dair hər hansı sübut təqdim etməmişlər.

17. Beləliklə, iddiaçı cavabdehlərə pul verməsini sübut etdiyi halda cavabdehlər həmin pulu almadıqlarını, sözügedən qəbzi formal olaraq imzalamalarını sübuta yetirə bilməmişlər.

18. Apellyasiya instansiyası məhkəməsin in mövqeyinə görə tərəflər arasındakı mübahisənin borc müqaviləsindən irəli gəlməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlış olmuşdur. Hazırkı iş üzrə isə yazılı borc müqaviləsi olmadığı halda, iş materiallarında olan qəbz borc müqaviləsi kimi qiymətləndirilə bilməz. Qeyd edilən hal isə qətnamənin ləğvi üçün əsasdır.

19. Əvəz edilən əşya olan pulun iddiaçı tərəfindən verilməsi hazırkı iş üzrə yazılı qəbz ilə öz təsdiqini tapdığından, İddiaçı həmin pulun geri tələb etməkdə haqlı olmuşdur. İddia tələbinin qanuni əsasını isə əsassız varlanmaya dair qanunvericiliyinin müddəaları təşkil edir. Lakin birinci instansiya məhkəməsi tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmişdir.

20. Beləliklə, tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etirazın qanu ni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyən edilərək iddia həll edilməlidir. Belə olan halda tərəflər arasındakı mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.

21. Əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli, 2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qayta rmalıdır.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 14.2.6, 16.1., 21, 22, 324.1, 385.1, 386.1, 1091.1, 1091.2, 1092, 1095-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh1 kassasiya şikayəti verərək (vəkil Nümayəndə3 Rauf oğlu) qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunan borc üzrə qəbz sadəcə formal olaraq yazılmışdır. Bu sənədin tərtibində və imzalanmasında müəyyən məqsəd olmuşdur. Bunu da iddiaçı özü bilərək həyata keçirtmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə DİN Mütəşəkkil Cinayətlərə Qarşı Müb arizə idarəsi tərəfindən qanunsuz fəaliyyət göstərən sexin tutulmasından sonra iddiaçı özünün sahibkarlıq etdiyi sexin məsuliyyətindən qurtarmaq üçün cavabdehlərə formal olaraq hədə-qorxu gələrək qəbz yazdırmış, cinayət məsuliyyətindən azad olduqdan sonra isə həmin qəbzi cırıb atacağı vədini vermişdir. Həmin qəbz vasitəsilə cinayət işi üzrə qeyri-qanuni istehsalat sexinin onun tərəfindən deyil, ondan borc almış cavabdehlərin işlətdiyini bildirərək, cinayət məsuliyyətindən uzaq durmuşdur. Göründüyü kimi, iddiaçının rəhbərlik etdiyi müəssisə qanunsuz fəaliyyət göstərdiyinə görə hüquq-mühafizə orqanlarına şikayət edilmiş, həmin tarixdə müəssisədə polis yoxlaması aparılmış və buna görə iddiaçı cavabdehlərə məsuliyyətdən yayınmaq məqsədi ilə formal qəbz tərtib etdirmişdir. Bu addımın yeganə məq sədi cinayət məsuliyyətini cavabdehlərin üzərinə yönəltmək olmuşdur. Həqiqətən də bu hadisə əsasında cinayət işi başlanmış, lakin sonradan Qusar rayon prokurorluğunun qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Bu isə onu göstərir ki, təqdim edilən “qəbz” həqiqi maliyyə münasibətinə əsaslanmır, sadəcə formal, hüquqi məsuliyyətdən yayınmaq üçün tərtib edilmiş sənəddir. Belə ola halda mübahisənin predmeti olan pulun verilməsi ilə bağlı heç bir maddi-hüquqi əsas mövcud deyil. Belə ki, cavabdehlərin mövqeyinə əsasən iltizam qeyd olunan tarixdən 6-7 ay sonra, iddiaçının mövqeyinə əsasən isə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və həmin vaxt pul verilmişdir. Məhkəməyə iddiaçı və cavabdehlərin iltizamda qeyd olunan tarixdə həqiqətən birlikdə olubolmamasının, həmçinin həmin tarixdə pu lun verilib-verilməməsinin yoxlanılmasının aydınlaşdırılması məqsədi ilə onlara məxsus telefonların anten məlumatlarının əldə olunması üçün tərəfindən vəsatət verilməsinə baxmayaraq, vəstatət təmin olunmamışdır. Hesab edir ki, bu vasitə ilə imzalanma zaman və şəraiti aydınlaşdırıla bilərdi. Həmçinin bu məbləğdə pulun cavabdehlərə verilməsi ilə bağlı məhkəməyə bank köçürməsi həyata keçirilməsi ilə bağlı və ya notarial təsdiq olunmuş ciddi hesabat sənədi təqdim olunmadığından həmin pulun verilməsi mötəbər sübutla təsdiq olunmur. İltizamın formalaşdırıldığı şərait, onun həqiqi iradəyə uyğun olub-olmaması tam və hərtərəfli araşdırılmamışdır. Bundan başqa sözügedən pul məbləğinin cavabdehlərə nə səbəbə, hansı əsasla verilməsi, bu pulun mənbəyi, iddiaçıda həqiqətən mövcud olub-olmaması da araşdı rılmamışdır. Eyni formal sənədlər əsasında analoji olaraq eyni məzmunlu mülki iş hazırda Sumqayıt şəhər Məhkəməsinin icraatındadır. Bütün bunlar bir daha göstərir ki, məhkəmə işin mahiyyətini tam araşdırmamış, əsaslı və zəruri sübutları toplamaqdan yayınmışdır. Bununla da cavabdehlərin hüququ pozulmuşdur. Nərimanov rayon Məhkəməsinin 4(005)-760/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı özünü guya qanunsuz sexin rəhbəri yox, işçisi olaraq tanıtdırmaq üçün formal qəbz imzalatdırdığı izahatlarla bir daha təsdiqini tapmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan b aşqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instans iyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirsə də, məhkəmə kollegiyası qətnaməni yalnız ona aid hissədə yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisəlnədirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin mübahisəlnədirilən hissədə qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Məhkəmə kollegiyası kassasiya şikayətini şikayətin dəlilləri üzrə yoxlayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.

31. İddia tələbi pulun tutulması barədə olmuş, iddiaçı tələbinin əsas ı kimi cavabdehin yazılı iltizamına istinad etmişdir. Cavabdeh apellyasiya şikayətində həmin qəbzin formal olaraq yazılması, iddiaçıdan pul almadığnın göstərmişdir.

32. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halı, yəni cavabdehin ondan 100000 pul almasını cavabdehin yazdığı iltizamla təsdiq etdiyi halda, cavabdeh etirazını əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi sübutları ətraflı araşdırmış, iddia tələbi üzrə hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, sübut etmə yükünü düzgün bölüşdürmüş, apelly asiya şikayətinin dəlillərinə, ekspertizanın rəyinə qiymət vermiş, əsaslı hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

34. Məhkəmə kollegiyası izah edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb və ya etiraz əsaslı hesab edilə bilməz.

35. Kassasiya şikayətinin dəlillə rinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olmaqla iltizamın formal olması, iddiaçıdan hər hansı məbləğ alınmaması barədədir ki, bu dəlillərə də işə mahiyyəti üzrə, sübutları qiymətləndirməklə baxan apellyasiya instansiyası məhkəməsi qiymət vermişdir.

36. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-191/2025 nömrəli 6 mart 2025-ci il tari xli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar