Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2245/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2245/2019 08 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, vəkili Hüseynov Nüsrət Məzahir oğlunun, Cavabdeh və onun vəkili Talıbova Cəmilə İdris qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli, 2(107)-2126/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə b axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42000 (qırx iki min) manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnamənin qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim H.Mirzəliyev) 10 may 2018-ci il tarixli, 2(051)715/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 42000 (qırx iki min) manat məbləğdə pulun alınıb İddiaçı verilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2(051)-715/2018 saylı qərardadının məhkəmə aktının icrasınadək qüvvəsində saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) 03.10.2018-ci il tarixli, 2(107)-2126/2018 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmi n edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı və onun vəkili Hüseynov Nüsrət Məzahir oğlu iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili Hüseynov Nüsrət Məzahir oğlu iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin mövqeyinə görə əqdin formasına əməl edilmədiyindən bağışlama müqaviləsi etibarsızdır. Birincisi, əqdin (bağışlama müqaviləsinin) bağlandığını təsdiq edən sənəd (qəbz) 2003-cü il oktyabrın 11-də tərtib edilib və imzalanıb. AR MM-in 354-cü maddəsinə əsasən, əqdlərin etibarsızlığı ilə bağlı 1 illik müddət müəyyən edilib. Bu halda cavabdeh əqdin etibarsızlığı ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində mübahisə etmədiyindən bağışlama müqaviləsi bu əsasla etibarsız sayıla bilməzdi. Ümumiyyətlə, işdə qarşılıqlı iddia yoxdur və əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürülməyib. Ona görə də qətnamənin əqdin etibarsız sayılması ilə bağlı hissəsi qanunsuzdur. İkinci,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə, AR Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli qərarının 6.10-cu bəndinə əsasən, əqd ləğv edildikdə və ya etibarsız sayıldıqda qətnamədə restitusiya tətbiqi ilə bağlı məsələlər hə ll edilməlidir. Lakin əqdi etibarsız sayan məhkəmə qətnamədə onun nəticələrini müəyyən etməyib. İddiaçı məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmayıb. Məhkəmə bu qənaətini onunla əsaslandırıb ki, etibarnamə alan şəxs etibarnamədən səlahiyyətləri həddində istifadə etməyərək vəfat edib, birinci etibarnamənin müddəti bitib, ikinci etibarnamə isə ləğv edildiyindən etibarsız olan etibarnamələr və bağışlama müqaviləsi iddiaçıya heç bir hüquq verməyib. Etibarnamələrin müddətinin başa çatması və bağışlama müqaviləsinin etibarsızlığı səbəbindən iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlinməsi əsassızdır. Birinci,yuxarıda göstərildiyi kimi, bağışlama müqaviləsinin etibarsız sayılması qanunsuzdur və işdə belə bir iddia da yoxdur. İkinci,etibarnamə almış şəxs (miras qoyan) və fat edərkən və miras açılarkən etibarnamə qüvvədə idi və onun malik olduğu hüquqlar vərəsəlik qaydasında iddiaçıya - qanun üzrə birinci dərəcəli vərəsəyə keçir. X5 2016-cı il avqustun 17-də vəfat edib və iddiaçı mirası faktiki qəbul edib və 2018-ci il aprelin 25-də onun birinci növbə vərəsəsi kimi vərəsəlik hüququ haqqında şəhadətnamə alıb. Üstəlik, torpaq sahəsi üzərində mülkiyyət hüququ etibarnamələrə deyil, bağışlama müqaviləsinə əsasən əldə edilmişdi. Çünki əslində torpaq sahəsini X5 almışdı, bütün xərcləri o çəkmişdi, sadəcə torpaq sahəsinin ayrılması barədə icra hakimiyyətinin sərəncamı formal olaraq cavabdehin adına rəsmiləşdirilmişdi. Bu halda miras qoyanın ölümünədək ona məxsus olmuş əmlak hüquqları, o sıradan bağışlama müqaviləsindən irəli gələn tələb hüququ miras aktivinə daxil olan hüquq kimi vərəsəlik qaydasında iddiaçıya keçmişdi və vərəsəlik hüququ haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdi. Belə olan halda iddiaçının subyektiv hüququnun olmaması barədə məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151, 1159, 1243-cü maddələrinin tələblərinə ziddir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Hüseynov Nüsrət Məzahir oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə vəkilinin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Talıbova Cəmilə İdris qızı kassasiya şikayətinə etiraz edərək onun təm in edilməməsini, apellyasiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh vəkilinin dediklərinə uyğun izahat vermişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 03.10.2018-ci il tarixli qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 11 okty abr 2003-cü il tarixli əlyazma qəbzə əsasən, X6 03 oktyabr 1994-cü il tarixli, 2596 saylı qərara əsasən 12 nömrəli orta məktəbin qarşısındakı boş sahədən Cavabdeh Hacıağa oğlunun adına 0.6 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə Cavabdeh heç bir xərci çıxmamışdır. Cavabdeh Hacıağa oğlu əmisi X1 570.000 manat pul alıb, əmisinin ona aldığı 06 ha torpaq sahəsini əmisinə bağışlamağı öhdəsinə götürmüşdür. Mingəçevir şəhər xalq deputatları X2 31 oktyabr 1994-cü il tarixli, 107 nömrəli qərarının surətinə əsasən, Cavabdeh 12 nömrəli orta məktəbin qarşısındakı boş sahədən (cizgidə qeyd olunan yerdə) fərdi mənzil tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır. 09 oktyabr 2003-cü il tarixli, ƏN-İ 016120 nömrəli etibarnamənin surətinə əsasən, Cavabdeh Hacıağa oğlu 31 oktyabr 1994-cü il ta rixli, 107 nömrəli qərara əsasən Mingəçevir şəhəri, 12 nömrəli orta məktəbin qarşısında mənzil tikintisi üçün ayrılmış torpaq sahəsini sənədləşdirməyi, istifadə etməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı pulunu almağı, bu barədə müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi X4 etibar etmişdir. Etibarnamə 3 il müddətinə yəni, 09 oktybar 2003-cü ildən 09 oktyabr 2006-cı il tarixinədək verilmişdir. 16 dekabr 2008-ci il tarixli, AR-İ 070166 nömrəli etibarnamənin surətinə əsasən, Cavabdeh Hacıağa oğlu harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənzil və nəqliyyat vasitəsi istisna olmaqla onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün h allarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarında bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı bank orqanlarında olan hesablar üzrə sərəncam verməyi, bütün dövlət idarələrində onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurt armaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət verilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərərqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan bütün mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi X4 etibar etmişdir. Etibarnamə 20 il müddətinə yəni, 16 dekabr 2008-ci ildən 16 dekabr 2028-ci il tarixədək verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, X3 vərəsəsi İddiaçıdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 aprel 2018-ci il tarixli, 18 saylı rəyinə əsasən, Mingəçevir şəhər 12 saylı məktəbin yaxınlığında, Günəş küçəsində 1 sot torpağın satış qiyməti 7000 (yed di) manatdır. Mingəçevir şəhər 12 saylı məktəbin yaxınlığında, Günəş küçəsində 6 sot torpağın hazırda bazar satış qiyməti 42000 (qırx iki min) manatdır. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsasları kimi aşağıdakı kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələ b etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (h ərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Həmin Məcəllənin 1133-cü maddəsinə görə ölmü ş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə ölənin arvadı, uşağı qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi məhkəmə araşdırmaları zamanı müyyən etmişdir ki, mərhum X6 fərdi mənzil tikintisi üçün ayrılan torpaq sahələrindən Mingəçevir şəhər XDM RH-nin 31 oktyabr 1994-cü il tarixli 107 saylı qərarı ilə Mingəçevir şəhəri 12 saylı məktəbin qarşısındakı boş torpaq sahəsindən qardaşı oğlu Cavabdeh adına 0.06 ha torpaq sahəsi almışdır. Həmin torpağın rəsmiləşdirilməsi məqsədiylə Cavabdeh mərhum Vidadi Bədəlova 09 oktyabr 2003-cü ildə və 16 dekabr 2008-ci ildə etibarnamələr vermişdir. Həmçinin cavabdeh 11 oktyabr 2003-cü ildə əlyazma şəklində qəbz verərək əmisi X3 Mingəçevir şəhər XDM RH-n in 31 oktyabr 1994-cü il tarixli 107 saylı qərarı ilə Mingəçevir şəhəri 12 saylı məktəbin qarşısındakı boş torpaq sahəsindən heç bir xərci çıxmadan onun adına torpaq sahəsi aldığını, əmisi Vidadi Bədəlovdan 570000 (köhnə məzənnə) manat məbləğdə pul alaraq torpaq sahəsini ona bağışladığını etiraf etmişdir. Vidadi Bədəlov 17 avqust 2016-cı ildə vəfat etmişdir. Bundan sonra Cavabdeh, X3 adına verdiyi etibarnamələri ləğv etdirmişdir. Göründüyü kimi, Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, torpaq sahəsini mərhum Vidadi Bədəlova bağışlamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllə nin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Həmin Məcəllənin 359.3-ci maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 365.1-ci maddəsinə əsasən etibarnamənin müddətinin bitməsi, etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Həmin Məcəllənin 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh 11 oktyabr 2003-cü ildə əlyazma şəklində kağız vərəqində yazdığı torpaq sahəsinin bağışlanması barədə olan “qəbz” yuxarıda göstərilən maddələrin tələblərinə riayət edilmədiyindən etibarlı deyildir. X4 verilmiş etibarnamələrdən o, səlahiyyətləri həddində istifadə etməyərək öldüyündən birinci etibarnamə üzrə isə müddət bitdiyindən həmin etibarnamlərin qüvvəsinə xitam verilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi əsası kimi bağışlamanın Mülki Məcəllənin daşınmaz əmlakın bağışlama müqaviləsi üzrə imperativ tələblərinə riayət edilməməsi əsası ilə onun etibarsız olması qənaətinə gələrək, ondan irəli gələn tələblərin də əsassız ol masına istinad etmişdir. Habelə etibarsız olan bağışlama və etibarnamələr üzrə hazırki iş üzrə heç bir hüququn verilmədiyini qeyd edib, iddiaçının pul tələbi ilə müraciət etmək üçün subyektiv hüququnun olmamasına əsaslanmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin müqavilənin daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı imperativ tələblərinə riayət edilməməsi ilə bağlı qeyd etdikləri ilə razılaşsa da, pul tələbinə dair iddianın irəli sürülməsi üçün iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı qeyd edilənləri qanunauyğun hesab etmir. Belə ki, aşağı instansiya məhkəmələri işin mübahisəsiz halı kimi iddiaçını mərhum Vidadi Bədəlovun vərəsəsi hesab etmişlər, habelə torpaq sahəsinin cavabdeh tərəfindən mərhum V.Bədəlova 570.000 (köhnə məzənnə) manat məbləği müqab ilində verildiyini müəyyən etmişlər.. Kollegiya bu baxımdan qeyd edir ki, nə qədərki istinad edilən torpaq sahəsi müəyyən pul məbləği müqabilində mərhum V.Bədəlova cavabdeh tərəfindən qanunla müəyyən edilmiş şəkildə olmasa da əvəzli şəkildə verilmişdir, həmin torpaq sahəsinin geri alınması zamanı miras aktivinə daxil olan ödənilmiş pulun tələb edilməsi üzrə iddiaçının qanun üzrə vərəsə kimi tələb etmə üzrə subyektiv hüququnun olması da mübahisəsizdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Odur ki, qətnamə maddi hüquq normasının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməlidir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün pul tələbi ilə bağlı işin faktiki hallarının araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. O da qeyd edilməlidir ki, işə yenidən baxılarkən pul tələbinə dair iddia apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi kimi Mülki Məcəllənin maddi zərərin əvəzinin tutulması ilə bağlı məsələləri tənzimləyən 59-cu fəslin maddələri ilə deyil, məhz əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən 58-ci fəslin müddəaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına əsasən yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, sonuncu maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya inst ansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli, 2(107)2126/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev
Məhkəmə qərarları › İş №2(102)-2245/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2245/2019
08.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver