Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2246/2024 29.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, maddi zərər, qətnamənin əsaslandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), X3 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1280/2024 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 29 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Nizami rayon Pİ-nin TŞ-nin xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh izahatından görünür ki, Cavabdeh 2008-ci il tarixdə özünün istifadəsində olan 6-8 sot torpaq sahəsini tanışı olan Sevil Quliyevaya 5600 manata satmış, həmin zaman torpaq sahəsində ona məxsus tikinti materialları olmuşdur. Daha sonra həmin torpağın Sevil tərəfindən kimə satılması barədə hər hansı bir məlumatı olmamışdır. Bir müddət əvvəl Sevil Quliyeva Cavabdeh zəng edərək satdığı torpaq sahəsinin başqasının mülkiyyətində olmasını bildirmiş və verdiyi pulu qaytarmasını tələb etmişdir. Lakin onun buna imkanı olmadığını bildirmiş və Sevil Quliyev adan torpaq sahəsi üçün aldığı məbləği qaytara bilməmişdir.
2. Mübahisə 5600 manat pulun qaytarılması ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsi üçün ödədiyi 5600 manat pulun və həmin torpaq sahəsinin üzərində tikdiyi evin tikintisinə xərclədiyi 40.000 manat pulun cavabdehlər X5 və Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpaq sahəsi üçün ödədiyi 5600 manat pulun və həmin torpaq sahəsinin üzərində tikdiyi evin tikintisinə xərclədiyi 40.000 manat pulun yalnız Cavabdeh (bundan sonra “cavabdeh”) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildə Hövsan qəsəbəsi, Quşçuluq massivində X2 5600 manat müqabilində 6 sot torpaq sahəsi almış, 2021-ci ilin fevral ayında fərdi tikinti işinə başlamış, evin tikintisinə ümumilikdə 40.000 manat pul xərcləmişdir. 2022-ci ilin fevral ayında tikinti işi başa çatdıqdan sonra tanımadığı, İlkin adlı şəxs həmin torpaq sahəsinin 5 sotunun ona məxsus olduğunu, bu torpaq sahəsini 2012-ci ildə Aydın adlı şəxsdən aldığını bildirmiş və torpağa dair çıxarışını da göstərmişdir.
6. İddiaçı torpağı aldığı Sevil adlı qadına bu barədə məlumat vermiş, ona verdiyi pulu qaytarmasını, torpağı istəmədiyini bildirmişdir. Sevil adlı qadın isə pulu Cavabdeh adlı şəxsə verdiyini, torpağı ondan ald ığını, hətta ödədiyi pulun geri qaytarılmasına dair Cavabdeh qarşı Suraxanı Rayon Məhkəməsində iddia qaldırdığını bildirmişdir. İddiaçı bu barədə polis bölməsinə müraciət etdikdən sonra Nizami RPİ-nin təhqiqatçısı xx.xx.2022-ci il tarixdə cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin araşdırma zamanı izahat vermiş Cavabdeh Sevil adlı şəxsin ona torpaq sahəsi üçün 5600 manat pul verdiyini etiraf etmişdir.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385-387, 425.1 və 442-448-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh iddiya yazılı etiraz vermiş və etirazında göstərmişdir ki, iddiaçını, ümumiyyətlə, tanımır. İddiaçı ilə onun arasında hər hansı bir torpaq və ya tikinti materialları alveri olmamışdır. Belə ki, Suraxanı Rayon Məhkəməsində 06 mart 2015-ci il tarixd ə bu iddia tələbinə baxılmış, hətta bu iddia üzrə hazırkı iddiaçı şahid qismində iştirak edib dindirilmişdir. Həmin işdə şahid qismində dindirilmiş hazırkı iddiaçı bildirmişdir ki, Sevil Quliyevanı bir qohumu vasitəsi ilə tanımış, X8 Sovxozu adlanan yerdə yerləşən torpaq sahəsinin satıldığını bildirmişdir. Həmin ərəfədə torpaq almaq fikrində olduğundan S.Quliyevaya cəmi 6050 manat pul ödəmişdir. S.Quliyeva torpağı ona göstərmiş və eyni zamanda təklif etmişdir ki, onun vəsaiti hesabına torpağın ətrafına hasar çəksin ki, torpağı zəbt edən olmasın. Günlərin bir günü o, eşitmişdir ki, həmin torpaq sahəsini kimsə zəbt etmişdir. O, dərhal həmin əraziyə getmiş və torpaq üstündə mübahisə getdiyini görmüşdür. Həmin vaxt S.Quliyeva ona təklif etmişdir ki, əgər istəsə başqa ərazidə ona torpaq verə bilər. O, isə artıq bu işlərdən bezdiyindən 24-cü polis bölməsinə şikayət etmişdir. Orada ona məlum olmuşdur ki, bu işlərdə Mamed adlı şəxsin də əli var. Torpaq sahəsini alanda orada heç bir mal-material olmamış və bütün tikinti materiallarını o, özü almışdır. Bundan sonra bir dəfə S.Quliyeva ona 500 manat ödəmiş, qalan məbləği isə bu günədək ödəməmişdir. Sonradan bu məsələ ilə bağlı cinayət işi başlanılıb araşdırılmış və aidiyyatı üzrə Suraxanı RPİ-nə göndərilmişdir. Hazırda o da pulunu tələb edir. O, özü bilavasitə Mamed adlı şəxsi tanımamış və onunla alver etməmişdir. Suraxanı rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli, 2(010)-595/2014 saylı qətnaməsində şahid qismində dindirilən indiki iddaçı yazdıqlarını və verdiyi izahatını görməzdən gəlib, iddia müddətini keçi rib. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə aktını saymazdan gələrək hətta cavabdehin şərəf və ləyaqətinə xələl yetirməklə məşğuldur. Onun barəsində hər cür aidiyyatı olmayan saxta neqativ məlumatlar yaymaqdan çəkinmir. Bu barədə xx.xx.2015-ci il tarixli 2(010)-595/2014 saylı qanuni qüvvəyə minmiş məhkəmə aktında da göstərmişdir ki, həmin ərazidə o, heç bir torpaq sahəsi satmamışdır. Həmin torpaq sahəsinə tökdürdüyü tikinti mal-materiallarını X1. Həmin materialların pulundan X2 5500 ABŞ dolları almışdır. Həmin müddətdə dolların kursu 0,78 manat idi. Hətta həmin vaxtda X5 ondan aldığı tikinti mal-materiallara görə ona verdiyi puldan sonra ondan 1250 manat borc alıb həmin pulu da ona ödəməmişdir.
9. Suraxanı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(010)- 879/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 5600 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Rübabə Qafarova)
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 2008ci il tarixdə Hövsan qəsəbəsində 6 sot torpaq almaq üçün 5600 manat məbləğində vəsaiti Sevil Quliyevaya vermiş, sonuncu isə həmin məbləği cavabdehə vermişdir. Cavabdeh mülkiyyətində olmayan torpaq sahəsini satmaqla iddiaçıdan aldığı 5600 manat məbləğə münasibətdə əsassız varlanmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələb etdiyi 5600 manat məbləğində vəsaitin ona çatmasını cavabdeh iddiaçının müraciəti üzrə toplanmış material üzrə izahatı alınan zaman etiraf etmiş, həmin məbləği qaytarmağa imkanının olmad ığını bildirmişdir. Buna görə də cavabdehin qeyd edilən 5600 manat məbləğində pulu almasını etiraf etməsi iddiaçının tələb etdiyi məbləği cavabdehə verməsini sübut etmə yükündən azad edir.
12. Birinci instansiya məhkəməsi iddia tələbinin mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evinin tikintisinə xərclənmiş 40.000 manat məbləğində vəsaitin cavabdehdən tutulması hissəsi ilə bağlı isə hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, cavabdehin həmin fərdi yaşayış evinin tikilməsi, bununla bağlı hər hansı zərərin vurulması ilə bağlı hərəkəti müəyyən edilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.2.7, 386.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsasl andırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: - cavabdehin qeydiyyatının Fizuli rayonuna olmasına baxmayaraq Suraxanı Rayon Məhkəməsi aidiyyat məsələsini pozaraq qətnamə qəbul etmişdir; - qətnamədə adı qeyd edilən X6 Rayon Məhkəməsində 2015-ci il tarixdə hazırki cavabdehə qarşı iddia qaldırmış və cavabdehdən 5300 manat pul tələb etmişdir, həmin iddia ərizəsi təmin edilməmişdir; - birinci instansiya məhkəməsi cavabdehin hüquq və əsas azadlıqlarını pozaraq məhkəmədə 2(010)-595/2014 saylı 06 mart 2015-ci il tarixli qətnaməni təqdim edilməsinə baxmayaraq və bu iş üzrə iddia müddətinin bitdiyini bildirməsinə məhəl qoymamış, 15 il müddət keçdiyini bildirdikdə müddət tədbiq etməmiş, iddiaçını görmədiyini, tanımadığını və onunla hər hansı bir alğı-satqı etmədiyini, ona hansısa borcunun olmadığını qeyd etsə də, işi düzgün araşdırmayaraq səhv nəticəyə gəlmişdir. Halbuki bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir; - iddia ərizəsindən də məlum olur ki, cavabdehin iddiaçı ilə arasında heç bir alğı-satqı münasibəti olmamış və ondan hər hansı bir məbləği qəbul etməmişdir. Bu halda cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi olmamışdır; - bundan başqa, əssassız varlanmaya əsasən qanunvericilikdə 2 il ərzində iddia qaldırmaq müddəti nəzərdə tutu lur. Əsassız varlanmaya görə iddianı Sevil Quliyeva qaldırmaq hüququna malikdir, ancaq onun tərəfindən də iddia müddəti ötürülmüşdür. Burada subyektiv hüququn da normaları pozulmuşdur.
16. Apellyasiya baxışında şahid X5 bildirmişdir ki, o, tərəfləri tanıyır. Cavabdeh və həyat yoldaşı Hövsanda Quşçuluq sovxozunda qonşuluqda qalırdılar. O, Quşçuluq sovxozunda işləyirdi. Bir gün cavabdeh gəlib ona demişdir ki, yoldaşı xəstədir, 8 sot torpağı var, təcili 5500 manata satmaq istəyir. O, Mehparə xanımla danışmış, Mehparə gəlib torpağa baxmış, pulu ona vermiş, o da Məmmədə çatdırmışdır.
17. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı tərəfin vəsatəti əsasında iş materiallarında olan fleş karta baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən də cavabdeh iddiaçının dediyinə görə maş ında olan qohumları ilə söhbət edir. Lakin həmin söhbətlərdə cavabdehin iddiaçıdan almasını etiraf etməsi müəyyən edilmir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1280/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iddia rədd edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhrəmzadə)
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia tələbinin dəlillərindən görünür ki, iddiaçı tələb etdiyi 5600 manat vəsaiti 2008-ci ildə Hövsan qəsəbəsi, Quşçuluq massivindən torpaq sahəsini almasına görə X4 vermiş, sonuncu da həmin vəsai ti cavabdehə vermişdir. Cavabdehin isə istər iddiaya olan etirazının, istərsə də, apellyasiya şikayətinin əsas və yeganə dəlili ondan ibarətdir ki, onun iddiaçı ilə arasında heç bir alğı-satqı münasibəti olmamış və ondan hər hansı bir məbləği qəbul etməmişdir. Bu halda hesab edir ki, onun iddiaçı qarşısında heç bir öhdəliyi olmamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, birinci instansiya məhkəməsinin istinad etdiyi iddiaçının müraciəti üzrə toplanmış materialda (Nizami rayon Pİ-nin TŞ-nin xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı) cavabdeh izahatında – torpaq sahəsinin Sevil Quliyevaya 5600 manata satmasını bildirmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən hər hansı etirafedici izahat olmamasına baxmayaraq, birinci instansi ya məhkəməsi qeyd edilən izahatı cavabdehin etirafı kimi qəbul etmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şahid qismində dindirilmiş Sevil Quliyevanın ifadəsinə qiymət verərək tənqidi yanaşmış və hesab etmişdir ki, bu ifadə işin digər halları, xüsusən iş materiallarında olan qanuni qüvvəsini almış qətnamədəki S.Quliyevanın nümayəndəsinin izahatının məzmunu və iddiaçının həmin işə baxılarkən şahid qismində verdiyi ifadəsinin məzmunu ilə ziddiyət təşkil edir. Belə ki, qanuni qüvvəyə minmiş Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-595/2014 saylı xx.xx.2015-ci il tarixli qətnaməsində iddiaçı kimi çıxış edən Sevil Quliyevanın nümayəndəsi izahatında göstərmişdir ki, S.Quliyeva Cavabdeh ilə 2009-cu ilin əvvəlində qonşusunun evində tanış olmuşdur. Həmin vaxtlar Sevil özünə t orpaq sahəsi almaq istəmişdir. Söhbət əsasında Məmməd Sevilin torpaq sahəsi almaq istədiyini bilmiş və Sevilə cavabdehə məxsus olan 8 sot torpağı almağı təklif etmişdir. Həmin torpağı 5600 manata satdığını bildirmişdir. Sevil torpağın sənədinin olub-olmadığını soruşanda Cavabdeh hər şeyin qanuni olaraq Sevilin adına olacağını bildirmiş və Sevil bununla razılaşmışdır. Sevil 5600 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini qonşusunun evində Məmmədə vermişdir. Bir neçə gündən sonra Məmməd Sevilə zəng vurmuş və sənədləri düzəltmək üçün 250 manat verməsini istəmişdir. Sevil 250 manat pulu gətirib qonşusunun evində Məmmədə vermişdir. Bir müddətdən sonra X9 X10 Kollektivi Şurasının və Həmkarlar Təşkilatının birgə iclasının 12 saylı Protokolunu gətirib vermiş və həmin protokolda Sevilin adı qey d olunmuşdur. Sevil bir neçə ildən sonra ev tikmək qərarına gəlmişdir. Torpağın 4 sotunu Mehparə adlı bir qadına 5200 manata satmışdır ki, həmin pulun bir hissəsini qızının cehizləri ilə əlaqədar qohumlardan götürdüyü borcu qaytarsın və bir hissəsinə isə ev tiksin. Sevil təxminən bir ildən sonra evi tikməyə başlamaq istəyirdi ki, həmin torpağın başqa şəxsə aid olduğunu öyrənmişdir. Bu barədə Sevil Məmmədə zəng vurub deyəndə Məmməd Sevilə demişdir ki, vaxtında tiksə idin, indi belə problem çıxmazdı, torpağı alan kimi tikmək lazım idi. Bir neçə gündən sonra Sevil yenə qonşu vasitəsilə Məmmədlə əlaqə saxlamaq istəsə də, Məmməd müxtəlif bəhanələr gətirərək Sevilin telefonlarına cavab verməmişdir. Dəfələrlə Sevil pulun könüllü qaydada ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin Məmməd müxtəlif bəhanələrlə bundan imtina etmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, həmin iş üzrə şahid qismində dindirilmiş hazırkı iddiaçı ifadəsində bildirmişdir ki, o, Sevil Quliyevaya cəmi 6050 manat pul ödəmişdir. O, özü bilavasitə Məmməd adlı şəxsi tanımamış və onunla alver etməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin vəsatəti əsasında iş materiallarında olan guya cavabdehin iddiaçıdan pul almasını etiraf etdiyini təsdiq edən fleş kartı sübut növü kimi qiymətləndirməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçı torpaq sahəsi almasına görə 5600 manat məbləğində vəsaitin cavabdehə verməsini sübut edə bilməmişdir. Hazırkı işin faktiki hallarından cavabdehin hüquqi əsas olmadan idd iaçının hesabına əsassız varlanması öz təsdiqini tapmamışdır.
25. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərimişdir ki, işin faktiki halları ilə X5 tərəfindən iddiaçının tələb etdiyi 5600 manat pul vəsaitinin məhz cavabdehə verilməsi müəyyən edilməmişdir. Onun Nizami rayon Pİ-nin TŞ-nin xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından verdiyi izahatında iddiaçının tələb etdiyi 5600 manat pul vəsaitinin cavabdehə verilməsinə dair izahatı isə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçının torpaq sahəsini aldığı Sevil Quliyeva hazırkı iş üzrə cavabdehə qarşı 5600 manat vəsaitin qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən ap ellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır.
26. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia müddətinin tətbiqinin zəruriliyi ilə bağlı dəlilinə qiymət verərək bildirmişdir ki, iddia tələbinin əsasları öz təsdiqini tapmadığından, hazırki tələb üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülübötürülməməsinə qiymət verilməsinə zərurət yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 14.2.7, 1091.2, 1092.1, 1095-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər
28. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasi ya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində “əsassız varlanma” ilə bağlı mövqeyini aydın formada əsaslandırmamışdır. Belə ki, hazırkı halda cavabdehin tələbkarın (iddiaçının) maddi vəsaiti hesabına varlanması şübhəsizdir. Çünki cavabdeh torpaq satmaq adı ilə tələbkarın (iddiaçının) vasitəçi bildiyi bir şəxsdən (X5) tələbkara məxsus əmlakı alaraq, heç bir qanuni əsas olmadan həmin əmlaka sahib çıxmaqla maddi fayda əldə etmişdir. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən “...Pullar və sənədli qiymətli kağızlar da əşyadır”. Mülki Məcəllənin 135.2-ci maddəsinə əsasən “Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur”. Yəni cavabdeh öz hərəkətilə bu cür varlanmaya əsas verən halın qanunda və ya müqavilədə nəzərdə tutlmamasına rəğmən başqa birisinin əmlakına sahiblənmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1092.1-ci maddəsini qeyd etsə də, həmin maddənin tələblərinin şərhini verməməklə yanaşı, hazırkı mübahisə üzrə həmin maddənin kimə münasibətdə tətbiq edilib-edilməməsini aydınlaşdırmamış, qətnamənin formal tərtibi üçün maddi hüquq norması olaraq istifadə etmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 425.1-ci maddəsinə istinad edərək mövcud mübahisənin tərəflərinin arasında dolayısıyla baş tutmuş münasibətin qanuni tərəflərini araşdıraraq, onların hər birinin baş tutmuş bu münasibətə vicdanlı yanaşma tərzini və bu münasibətdən irəli gələn öhdəliklərin hansı qaydada icra edildiyini aydınlaşdırmaq yerinə, anlaşılmaz, mücərrəd bir mövqe ortaya qoymuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin istinad etdiyi və cavabdehin etirafı kimi qəbul etdiyi Nizami rayon Pİ-nin TŞnin xx.xx.1922-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarındakı izahatının hər-hansı sübut kimi dəyərləndirilməsini məqbul saymamış, əvəzində cavabdehə verilmiş pulun kimə məxsus olmasını, nə üçün verildiyini, cavabdehin həmin pulu alarkən torpaqların alqı-satqısı ilə bağlı heç bir səlahiyyət sahibi olmamasına baxmayaraq hansı niyyətlə həmin pulu almasını tam araşdırmamış, tələbkarın maddi itkiyə məruz qalıb-qalmamasına diqqətə yetirməmiş, nəticədə tələbkarın hüquqlarının pozulmasına yönəlik hərəkətə hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsi n əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verili r. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Ka ssasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
32. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin baxış predmeti cavabdehin apellyasiya şikayəti üzrə iddianın yalnız təmin edilən hissəsi olub və qətnamə də həmin hissə üzrə çıxarılıb. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin ed ilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə qanuni nəticəyə gəlmişdir.
36. İddia tələbindən görünür ki, iddiaçı torpaq sahəsinə görə cavabdehə verdiyi pulu tələb edir. Cavabdeh isə idd iya etiraz olaraq iddiaçını tanımadığın, ona torpaq satmadığını, ondan hər hansı məbləğdə pul almadığını göstərmişdir.
37. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddiaçının müraciəti üzrə toplanmış materialda (Nizami rayon Pİ-nin TŞ-nin xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı) cavabdehin izahatına istinad etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi istinad edilən həmin qərarda cavabdehin torpaq sahəsini iddiaçıya deyil, Sevil Quliyeva adlı şəxsə 5600 manata satmasını müəyyən etmişdir.
38. Göründüyü kimi, cavabdeh tərəfindən hər hansı etirafedici izahat olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi qeyd edilən izahatı cavabdehin etirafı kimi qəbul etmişdir. Üstəlik, apellyasiya instansiyası məhkəməsi müəyyən etmiş dir ki, Sevil Quliyevanın hazırki cavabdehə qarşı iddiası üzrə Suraxanı Rayon Məhkəməsində baxılan işdə şahid qismində dindirilmiş hazırki iddiaçı ifadəsində bildirmişdir ki, Sevil Quliyevaya cəmi 6050 manat pul ödəməsini, özünün bilavasitə Məmməd adlı şəxsi tanımadığnı, onunla alver etmədiyini bildirmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə torpağın satılmasına görə 5600 manat pul verməsi barədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə istinad edərək, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv və iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
40. Belə ki, iş materialarından görünür ki, iddiaçı torpaq sahəsinə görə iddia tələbində göstərilən pulu cavabdehə verməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
42. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü üçün və buna baxmayaraq, i ddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə ləğv etməklə, iddanı təmin etməmişdir.
43. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 19-27-ci bəndlərində əks edilən hüquqi qiymətləndirməsi ilə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.
44. Kassasiya şikayətin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər iddianın təmin olunmasına yönəlmişdir və məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instanasiyası məhkəməsi iddianı, sübut edilməməsi əsası ilə, təmin etməmişdir.
45. Apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 1092.1-ci maddəsini qeyd etsə də, həmin maddənin tələblərinin şərh ini verməməsi barədə dəlillə bağlı məhkəmə kollegiyası izah edir ki, həmin normaya görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu normaya əsasən iddianın təmin edilməsinin əsas şərti cavabdehin əsassız varlanması halının sübut edilməsidir. Qeyd edildiyi kimi iddiaçı həmin halı sübut edə bilməmiş, əksinə, cavabdeh iddiya etirazını – iddiaçıdan pul almamasını – işdə olan sənədlərlə sübut etmişdir.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellya siya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)1280/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.