Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2247/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: maddi zərər, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(103)11985/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh həkim-stomatoloqdur və müəyyən edilməyən tarixlərdə iddiaçının bir neçə dişini müalicə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Premium Dental” stomatoloji klinikasında stomatoloq çalışan cavabdehdən ağız boşluğunun sağlamlığına vurulmuş zərərin əvəzi olaraq bir dişin implantasiyası üçün 800 manat olmaqla, 13 dişin implantasiyası üçün 10400 manatın və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı alt çənə sümüyündə yerləşən dişlərinin kanal müalicəsi məqsədilə “Premium Dental” stomatoloji klinikasında çalışan, 5-6 ildir tanıdığı, bir neçə il əvvəl üst-çənə sümüyündə yerləşən dişlərini müalicə etmiş stomatoloq Cavabdeh müraciət etmiş, bir dişin müalicə dəyəri 120 manat olmaqla, ümumilikdə 13 dişinin kanal müalicəsi üçün cavabdehə ödəniş etmişdir. Cavabdeh onun dişlərinin kanal müalicəsini həyata keçirmək məqsədilə alt çənə sümüyündə yerləşən dişlərin sinirlərini çıxarmış, daha sonra kanalları təmizləyib guya doldurmuşdur. Lakin, dişlərin kanal müalicəsi zamanı diş kanallarının düzgün doldurulmaması səbəbindən dişlərdə kəskin iltihablaşma (kista) yaranmış, cavabdeh iddiaçını öz kirvəsi olan Yusif adında başqa bir stomatoloqa dişlərdəki iltihabı təmizləməsi üçün yönləndirmiş, sonuncu dişlərdəki iltihabı təmizləmək üçün iddiaçıdan 500 manat məbləğ pul tələb etmiş, lakin danışı qlardan sonra 300 manat məbləğində ödəniş etməyə razılığa gəlmişdir. Daha sonra iddiaçı təsadüfən cavabdehlə 10 il birlikdə işləmiş iş yoldaşı və qonşusu olan stomatoloq Hafiz doktorla qarşılaşmış, sonuncu ilə dişlərinin vəziyyəti barədə məsləhətləşmişdir. Hafiz doktor cavabdeh barəsində “dələduz insanın biridir” kimi ifadə ilə onu xəbərdarlıq etmişdir. Həmin stomatoloq iddiaçının dişlərinin ağız boşluğunun ümumi rentgeni ilə tanış olduqdan sonra bildirmişdir ki, onun alt çənə sümüyündə yerləşən dişlərində kanal müalicəsi düzgün aparılmamış, bu səbəbdən iltihab müalicəsi mümkün olmayacaq həddə çatmış və infeksiya dərinləşmişdir. Əlavə olaraq bildirmişdir ki, bu dişlərin müalicəsi mümkün olsa belə, kanal müalicəsi üçün maksimum 50 manat məbləğində xərc tələb olunur. Həmçinin qeyd etmişdir k i, bir neçə il öncə kanal müalicəsi etdirdiyi üst çənə sümüyündə yerləşən dişlərin də aqibəti 3-5 aya eyni bu şəkildə olacaq. Artıq qeyd edilən alt çənə sümüyündə yerləşən dişlərin cavabdeh tərəfindən düzgün kanal müalicəsi aparılmadığı səbəbindən infeksiya dərinləşmiş və iltihab (kista) müalicəsi olunmayacaq səviyyə çatmışdır. Bu səbəbdən, qeyd edilən dişlərin müalicəsi mümkün olmadığından həmin dişlərin implantasiya (diş əkilmə) olunması onun ağız boşluğunun fəaliyyətinin bərpa edilməsi üçün zəruridir. Bir dişin implantasiyasının ən azı 800 manat dəyərində olduğu nəzərə alınaraq, cavabdeh tərəfindən düzgün kanal müalicəsi aparılmamaqla ağız boşluğunda sağlamlığına zərər vurulmuş 13 dişinin implantasiyası üçün ona dəymiş 10400 manat məbləğində təşkil edir.
4. Birinci instansiya məhkəməsin də təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 09 iyul 2021-ci il tarixli rəyinə əsasən İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda alt və üst çənədə olan dişlərdə (14, 11, 22, 24, 25, 27, 44, 45, 46-cı dişlərdə) xroniki periodontit və kista əlamətlərinin olduğu müəyyən edilmişdir. Qeyd olunan patoloji dəyişikliklərin aparılmış stomatoloji proseduradan sonra yaranması istisna edilmir. İddiaçı müəyyən edilən patoloji dəyişikliklərlə əlaqədar onun yenidən ağız boşluğunun sanasiyası, müalicəsi, bəzi dişlərin ekstraksiyası, ortopedik konstruksiyası və dental implantasiyası məsləhətdir. Vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e-2(007)828/2021 nömrəli qətnaməsi ilə (hakim B.N.Qasımov) iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə onun alt çənə sümüyündə yerləşən 13 ədəd dişin müalicəsinin cavabdeh tərəfdən aparılmasına dair hər hansı bir sübut təqdim edilməmişdir.
7. Belə ki, iddia tələbində göstərilmişdir ki, iddiaçı dişlərində kanal müalicəsinin aparılması üçün Bakı şəhəri, Azadlıq prospekti 187-də yerləşən “Premium Dental” stomatoloji klinikasında çalışan Cavabdeh müraciət etmişdir. Lakin iş materiallarından görünür ki, cavabdeh 01 noyabr 2011-ci il tarixindən (0,5 yarım ştat vahidi) 04 aprel 2018-ci il tarixinədək “Vertebra” Onurğa Tibb mərkəzində həkim-stomatoloq vəzifəsində çalışmış, 10 may 2018-ci il tarixdən isə "xxxx" MMC-də işləyir. Yəni cavabdehin “Premiu m Dental” stomatoloji klinikasında işləməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
8. Bundan başqa, iddiaçı bir dişin müalicə dəyəri 120 manat olmaqla, ümumilikdə 13 dişinin kanal müalicəsi üçün cavabdehə ödəniş etdiyini qeyd etsə də, buna dair ödəniş qəbzlərini və ya başqa sənədləri məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş ekspert rəyindən görünür ki, iddiaçının alt və üst çənəsində olmaqla 9 dişində kista vardır, halbuki, iddiaçı iddia tələbində alt çənəsində yerləşən 13 dişində kəskin iltihablaşma olduğunu qeyd etmişdir. Həmçinin rəydən aydın olur ki, kistaların yaranması səbəbi stomatoloji proseduradan da ola bilər. Nəticədə, hansı proseduraların iddiaçının dişlərində patoloji dəyişikliklərə səbəb olması müəyyən edilməmiş, həmçinin həmin proseduraları n məhz cavabdeh tərəfindən iddiaçıya göstərilmiş xidmət nəticəsində yaranması halı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının dişlərinin kanal müalicəsinin cavabdeh tərəfindən aparılması nəticəsində onun dişlərində xroniki periodontit və kista əlamətlərinin əmələ gəlməsi halı öz təsdiqini tapmamışdır. Cavabdeh illər əvvəl iddiaçının üst çənəsində yerləşən üç dişinə qapaq qoyduğunu etiraf etsə də, kanal müalicəsinin onun tərəfindən aparılmadığını bildirmiş, iddiaçı tərəf isə qeyd edilənləri təkzib edərək, dişlərində yaranmış patoloji dəyişikliklərin cavabdehin onun dişlərinin düzgün müalicə etməməsi nəticəsində yaranmasına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, ekspert rəyinə əsasən iddiaçıda müəyyən edilə n patoloji dəyişikliklərlə əlaqədar onun yenidən ağız boşluğunun sanasiyası, müalicəsi, bəzi dişlərin ekstraksiyası, ortopedik konstruksiyası və dental imlantasiyası məsləhətdir. Yəni dişlərinin hamısının implantasiya olunması məsləhət görülməmiş, ağız boşluğunun fəaliyyətinin bərpa olunması üçün edilməli proseduralar sadalanmışdır.
10. Həmçinin iddiaçı dişlərinə dəymiş zərəri 10400 manat kimi qiymətləndirilsə də, ümumiyyətlə zərərin miqdarı məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, iddiaçı tərəfindən onun dişlərinə dəymiş ziyanın aradan qaldırılması üçün tələb olunan məbləğ barədə məhkəməyə sübut təqdim edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e-2(007)- 828/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(103)-11985/2021 nömrəli qətnaməsi ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və E.M.Həsənovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e-2(007)-828/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
14. İddiaçı kassasiya şikayəti verərək, Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(103)-11985/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianı təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, həmin məhkəmə işin faktiki hallarını tam araşdırmamış, verilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir.
16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası mülki prosess ual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
19. İddiaçı apellyasiya instansi yası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulma saydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əml akına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müa licəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şi kayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır.
24. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki tələbin həlli sübutetmə ilə əlaqəli olmuş və apellyasiya instansiyası məhkəməsi bununla bağlı prosessual hüquq normalarını pozmamış, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir.
25. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
26. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
27. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(103)-11985/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.