Məhkəmə qərarları › İş №2(102)-2250/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2250/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2250/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ASC-nin vəkili Vəkil və Cavabdeh2 vəkili V2oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)V2/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) xx.xx.2019-cu il tarix li 2(005)-X/2019 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 X3, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 X1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 108284,67 manat əsas borcun, 10646,32 manat faiz borcunun, 5396,03 manat dəbbə pulunun, cəmi 124.327,02 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 245 manat pul məbləğinin cavabdehlər Cavabdeh1 X1, Cavabdeh2 və Cavabdeh3 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Həsənov, İ.Əsədov, Z.Zeynalov) xx.xx.2019-cu il tarixli 2(103)-V2/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş a pelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-X/2019 nömrəli qətnaməsinin Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 X3, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimələrin cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış BPŞ/GTV-008/2014 nömrəli xx xxxxxx 2014-cü il tarixli Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun tərkib hissəsi olan xx.xx.2016-cı il tarixli Kİ832 nömrəli maliyyələşdirmə üçün ərizə forması üzrə cavabdehlər Cavabdeh1 X4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 166.596,91 manat əsas, 11.856.10 manat faiz, 5081,19 manat cərimə borcu olmaqla, cəmi 183.533,48 manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət verərək, xx.xx.2016-cı il tarixli Kİ 832 saylı kredit müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh1 X1, Cavabdeh2 və Cavabdeh3 əsas borc üzrə 108.284,67 manat, faiz borcu 12.590,75 manat, cərimə borcu 5.396,03 manat olmaqla, cəmi 126.271,45 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 və vəkili V2oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi nöqsanlara göz yumaraq qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi yalnız onu qeyd etmişdir ki, işdə sifarişli bildiriş mövcuddur. Lakin nəzərə alınmalıdır ki, sifarişli bildirişin olması bu bildirişin cavabdehə çatdırılması anlamına gəlmir. Çatdırılma təsdiq olunmalıdır. Bundan əlavə, bank ilə Cavabdeh1 İKM arasında ipoteka müqaviləsi də bağlanm ış, lakin bank qərəzli olaraq ipoteka müqaviləsini məhkəməyə təqdim etməyərək ipoteka predmetinə tutmanın yönəldilməsinin qarşısını almışdır. Hansı ki, qoyulmuş girov mövcud borcun tamamilə bağlanmasını təmin edə bilərdi. Tərəflərin iştirakı, prosesin çəkişmə prinsipi ilə aparılmaması ilk növbədə bu məsələnin gizli qalmasına şərait yaratmış, borcun real təminatı olan ipoteka predmeti proseslərdən kənar saxlanmışdır. Bundan başqa, hazırki Cavabdeh1 İKM-dəki 50%-lik tam payını, yəni ipoteka predmeti kimi çıxış edən əmlakın mülkiyyətçisi olan müəssisəni iş üzrə digər Cavabdeh3 satmışdır. Kassator təsisçisi olduğu şirkətin mülkiyyətində olan, dolayısı ilə ona məxsus və ipoteka ilə yüklü edilmiş əmlakı digər şəxsə təhvil verdiyi anda da bu hal, yəni yüklülük mövcud olmaqla tərəflərə bəlli idi. Lakin iddiaçı bank hansısa gizli niyyətlər güdərək bu halı iddia ərizəsində qeyd etməmiş, sübutları məhkəməyə təqdim etməmiş, həmin məsələyə məhkəmə araşdırmaları zamanı da hüquqi qiymət verməmişdir. Bundan başqa, ekspertiza tədqiqatı da iddiaçı tərəfin təqdim etdiyi sübutlar əsasında həyata keçirilmişdir. Göründüyü kimi, apelyasiya məhkəməsi prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-V2/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavab dehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 X2 səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili V2oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin vəkili Vəkil kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-V2/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya inst ansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya şikayətində göstərilən dəlillər təsdiqini tapsa belə, zaminə qarşı iddia qaldırmaq iddiaçının müqavilədən irəli gələn hüququdur. Digər tərəfdən apelyator apelyasiya şikayətində birinci instansiya məhkəməsində onun lazımı qaydada xəbərdar edilmədiyini və tərəflərin çəkişmə prinsipinin pozulduğunu bildirir. Apellyasiya kollegiyası buna münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan sifarişli bildirişdən də görünür ki, cavabdeh məhkəmə tərəfindən xəbərd ar edilmişdir. Apelyator apelyasiya şikayətində cavabdeh “Cavabdeh1" X2 İddiaçı ASC ilə kredit müqaviləsi bağladıqda, bu kreditin təminatı olaraq ipoteka müqaviləsini bağladığını qeyd etsə də, məhkəmə kollegiyasına bununla bağlı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya kollegiyası apelyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyni lik təşkil etmiş, apelyasiya kollegiyası həmin dəlillərlə bağlı düzgün hüquqi mövqedə olmuşdur. Kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləni 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticə sində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edil mədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-V2/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar