Məhkəmə qərarları › İş №2(102)-2250/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2250/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2250/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X1 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə yönəldilməsi və həmin predmetlərin boşaldılması tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 28 oktyabr 2020ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4 və Ca vabdeh3 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 17 dekabr 2014-cü il tarixli, 6-G-1 -0-2448-14 saylı kredit razılaşmasına əsasən, Bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik faiz 26 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 33.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. «xxxx» İKB ASC və Cavabdeh1 arasında bağlanmış 16.03.2017-ci il tarixli Əlavə sazişə əsasən 17 dekabr 2014-cü il tarixli, 6-G-1 -0-2448-14 saylı kreditin müddəti 16.04.2025-ci il tarixədək uzadılmışdır.

3. Cavabdeh1 17 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus olan, digər cavabdehlər Cavabdeh2 Vəli oğlu, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qeydiyyatda olduqları Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzili ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir.

4. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir.

5. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.

6. Bank 14.07.2018-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı “xxxx” İKB ASC, Cavabdeh1 İddiaçı ASC-in xeyrinə 1 7.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 37677,63 ABŞ dolları əsas borc, 9286,7 ABŞ dolları faiz borcu və 2302,28 ABŞ dolları cərimə borcu olmaqla cəmi 49266,61 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması və tutmanın kreditin təminatı kimi Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzilinə (yeni qaydalarla: AZ5011 ünvan 1 yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzilin (yeni qaydalarla: AZ5011 ünvan 1 hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzilinə (yeni qaydalarla: AZ5011 ünvan 1 yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 Vəli oğlunun, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nöm rəli mənzilinə (yeni qaydalarla: AZ5011 ünvan 1 olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 Vəli oğlunun, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə “xxxx” İKB ASC arasında bağlanmış 17 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-5) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də tələbdə göstərilən borc ondan tutulmalı və ipoteka predmetinə yönəldilməlidir.

9. Cavabdeh4 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, devalvasiyadan sonra qrafika uyğun olmasa da, gücləri çatdıqları qədər ödəniş etmişlər. Lakin, ödədikləri 300 manat məbləğində pul vəsaiti hesabdan çıxarışda öz əksini tapmamışdır. Sözügedən kredit müqaviləsindəki borc məbləğini dollar ekvivalentindən manat ekvivalentinə dəyişdirilməsi ilə bağlı banka dəfələrlə müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Bank qarşısında olan öhdəlikdən boyun qaçmır və borclarını ödəməkdən qərəzli olaraq yayınmırlar. O, məhkəmədən kredit borcunun hissə-hissə ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14.01.2019-cu il tarixli, 25699 saylı rəyinə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, 17 dekabr 2014-cü il tarixli, 6-G-1 -0-2448-14 saylı kredit müqaviləsi və 16.03.2017-ci il tarixli Əlavə Sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh1 03.07.2018-ci il tarixinədək (iddia tarixinədək) «xxxx» İKB ASC-yə 37677,63 ABŞ dolları əsas borc və 3687,51 ABŞ dolları faiz borcu olmaqla, cəmi 41.365,14 ABŞ dolları məbləğində borcu vardır. 11. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/092 nömrəli 11 aprel 2019-cu il tarixli məktubuna əsasən, Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 47- ci məhəllə, ev 1, mənzil 33 (yeni qaydalarla: AZ5011 ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin 10.04.2019-cu il tarixə olan bazar dəyəri 62.000 (altmış iki min) manat məbləğində qiymətləndirilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17.10.2019-cu il tarixli 15952 saylı rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə «xxxx» İKB ASC arasında bağlanmış 17 dekabr 2014-cü il tarixli, 6-G-10-2448-14 saylı kredit müqaviləsi üzrə borcalanın «xxxx» İKB ASC-yə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunmuşdur. Əsas kredit borcu 29.361,92 ABŞ dolları, faiz borcu isə 10.477,02 ABŞ dollarıdır.

13. Sumqayıt Şəhər Məhkəməsinin (hakim G.Tanrıverdiyeva) 06 fevral 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” İKB ASC və Cavabdeh1 arasında bağlanılmış 27 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilib, Cavabdeh1 «xxxx» İKB ASC-nin (İddiaçı ASC) xeyrinə 27 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 37404,91 (otuz yeddi min dörd yüz dörd dollar doxsan bir s ent) ABŞ dolları əsas borc, 9286,70 (doqquz min iki yüz səksən altı dollar yetmiş sent) ABŞ dolları faiz borcu və 300 (üç yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 46991,61 (qırx altı min doqquz yüz doxsan bir dollar altmış bir sent) ABŞ dolları və ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzilinə (yeni qaydalarla: A Z5011 ünvan 1 yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 47ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzili (yeni qaydalarla: AZ5011 ünvan 1 açıq hərracdan satılsın və borc mənzilin satışından əldə olunacaq vəsait hesabına «xxxx» İKB ASCyə (İddiaçı ASC) ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 1 nömrəli evin 33 nömrəli mənzilinin (yeni qaydalarla: AZ5011 ünvan 1 ilkin satış qiymətinin 62.000 (altmış iki min) manat müəyyən edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 1 nömrəli evin 33 nömrəli mənzili (yeni qaydalarla: AZ5011 ünvan 1 satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 1 (bir) ay ərzində ipoteka predmeti olan mənzildən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi və iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərci olaraq Cavabdeh1 195 (bir yüz doxsan beş) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmiş, onun bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Quliye v (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) 28 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında kredit müqaviləsi əsasında borc münasibəti yaranmış və borcun təminatı kimi bir neçə daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. Apellyasiya şikayətində daşınmaz əmlakların birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş ilkin satış qiyməti ilə razi olmadıqlarını bildirməklə yanaşı həmin əmlakların real bazar dəyərinin müəyyən etmək üçün onların yenidən qiymətləndirilməsini xahiş etmişlər. Bununla yanaşı cərimə borcunun tam, faiz və əsas borcu isə qismən ləğv edilməsini, hətta real ümumi borcu müəyyən etmək üçün təkrar ekspertiza təyin olunmasını xahiş etmişlər. Lakin apellyasiya məhkəməsi ipoteka predmetinin ilkin qiyməti ilə bağlı bir qiymətləndirmə şirkətinin rəyi ilə, borcla bağlı isə əvvəlki ekspert rəyi ilə kifayətlənmişdir. 2018-2020-ci illər ərzində daşınmaz əmlak bazarında sabitliyin hökm sürdüyündən mənzil yenidən qiymətləndirilməli və müqaisəli yanaşma olmalı idi. Borcla bağlı isə təkrar ekspertiza təyin edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədikləri üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan bax ılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

23. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

24. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

25. Maddə 462.1 və

467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o c ümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.

26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

27. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, bor c bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:

28. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Məhkəmə kollegiyası, qətnaməni kassatorlara aid hissədə yoxlamışdır.

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur.

34. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. İşin yuxarıda qeyd edilən faktiki halla rından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh1 borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Eyni zamanda bankın alacağı ipoteka müqaviləsi ilə təminat altına alınmışdır. 36. “xxxx” İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 müqavilə öhdəliyini pozduğunu, ödəmələri vaxtında aparmadığını bildirmiş və qeyd edilən iddia tələblərini irəli sürmüşdür (§ 7).

37. İşə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən müvafiq araşdırmalar aparılmaqla borcun cavabdehdən tutulması, habelə ipoteka predmetlərinə yönəldilməsi haqqında yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir (§ 13,15).

38. İşdən görünür ki, borc və ipoteka müqavilələrinin tərəfi (əsas borclu və ipoteka qoyan) Cavabdeh1dir. O isə məhkəmə aktlarından apellyasiya və kassasiya şikayətləri verməmişdir.

39. Hazırkı kassasiya şikayətini isə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 vermişlər. Odur ki, borcun və ipoteka predmetinin məbləğinə dair məsələlər üzrə müqavilə tərəfi olmayan kassatorların dəlillərinin araşdırılması və onlara hüquqi qiymət verilməsi üçün əsas yoxdur.

40. Kassatorların mənafeyi qətnamənin ipoteka predmetinin satılmasından bir ay sonra onların Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 1 nömrəli evin 33 nömrəli mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq banka təhvil verilməsi hissəsi ilə bağlıdır.

41. Bu hissə ilə bağlı Kollegiya nəzərə alır ki, mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün i poteka qoyulması halında ipoteka qoyulmuş həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri qanunda nəzərdə tutulmuşdur (§ 28).

42. Odur ki, həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayəti qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəl i iş üzrə 28 oktyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar