Məhkəmə qərarları › İş №2(102)-2250/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2250/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2250/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alınmış əşyanın dəyərinin dəyərinin ödənilməsi 15.07.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-243/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdı raraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı ilə Cavabdeh arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair şifahi razılaşma olmuşdur.

3. İddiaçı və X1 şikayəti əsasında toplanmış HK-1/1825 nömrəli Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərara əsasən, Cavabdeh isə izahatında Türkan Salmanovaya və İddiaçı qızıl əşyalarının alqı-satqısına görə 50000 manat borcunun qaldığını göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.104 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad e tməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehi tanıyır və münasibətləri normal olmuşdur. 2021-ci ilin dekabr ayında cavabdeh ondan ümumi dəyəri 25000 manat olan qızıl-zinət əşyaları götürmüş və pulunu bir neçə aya qaytaracağına söz vermişdir. Cavabdeh borcunu qaytarmadığı üçün Şəmkir Rayon Polis Şöbəsinə şikayət etmişdir. Şəmkir Rayon Polis Şöbəsində cavabdeh ona olan borcundan 800 manat qaytarmışdır. Cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır.Hal-hazırda cavabdehin ona 24104 manat borcu vardır.

6. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)-213/2023 nömrəli 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arası nda qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair şifahi razılaşma olmuşdur. Cavabdeh 2022-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayının sonuna kimi iddiaçıdan 34654 manat dəyərində qızıl-zinət əşyalarını nisyə almış və həmin əşyaların dəyərindən müxtəlif vaxtlarda qismən ödəniş etdikdən sonra iddiaçıya 24104 manat məbləğində borcu qalmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh Şəmkir Rayon Polis Şöbəsində İddiaçı və X1 şikayəti əsasında izahatı alınarkən Türkan Salmanovaya və İddiaçı qızıl əşyalarının alqısatqısına görə 50000 manat borcunun olduğunu göstərmiş olsa da, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən bir ədəd diskdə olan səs yazısında isə cavabdeh Türkan Salmanovaya və İddiaçı 55000 manat borcunun olduğunu bildirməklə ziddiyyətli fikirlər söyləmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla (“Whatsapp” sosial şəbəkəsi vasitəsilə İddiaçı ilə Cavabdeh arasında aparılmış yazışmalar və qızıl əşyalarının alqı-satqısı ilə bağlı nisyə dəftəri) cavabdehin iddiaçıdan nisyə aldığı qızılzinət əşyalarına görə 24104 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600.1, 600.4 və 601.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməs inin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. İddiaçı tələb etdiyi pulu ona borca verməmişdir. Ondan borc pul almamışdır. Qanunvericiliyin tələbinə görə o iddiaçıdan borc pul almış olsaydı, həmin borc notarial qaydada təsdiq olunmuş müqavilə əsasında rəsmiləşdirilməli idi. Cavabdeh qeyd etmişdir ki, əgər doğurdan da iddiaçı ona qızıl-ziynət əşyaları satıbsa, ondan qızıl-ziynət əşyaları tələb edərdi. Həmçinin tələb etdiyi borcun yaranma əsasları barədə məhkəməyə sübut təqdim edərdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili əlavə olaraq bildirmişdir ki, İddiaçı arasında qızıl-zinət əşyalarının nisyə alğı-satqısı olmuşdur. Cavabdeh iddiaçıdan aldıqları qızıl əşyalarını geri qaytarmış dır. Həmçinin, cavabdeh ibtidai istintaq orqanına verdiyi izahatı yadında deyildir. Hazırda iddiaçı tərəfindən nisyə alqı-satqının qeydiyyata alındığı dəftərlə bağlı mühasibatlıq ekspertizası təyin edilməlidir.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-243/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehdiyev - sədrlik edən və məruzəçi, Rəhman Muradov və Ədil Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır.

15. Belə ki, cavabdeh iddiaç ıdan müxtəlif vaxtlarda nisyə əşya almış, pulunu qaytaracağına söz versə də aldığı malların pulunu tam qaytarmamışdır.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan hal cinayət işinin başlanmasının rədd edilməsi haqqında Şəmkir rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə də təsdiqini tapmışdır. Lakin həmin qərar hazırki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

17. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin iddiaçıdan aldığı nisyə qızıl əşyalarının dəyərinin tam ödənilməsi və buna görə də heç bir borcunun olmaması barədə göstərdikləri əsassızdır. Çünki, cavabdeh tərəfində qeyd etdikləri yalnız formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi cavabdehin üzərinə düşür.

18. Məhkəmə ko llegiyası qeyd etmişdir ki, cavabdeh borcun düzgün hesablanmadığını bildirsə də, buna əsas verəcək dəlilləri, yəni etdiyi hansı ödənişin nəzərə alınmamasını və bunu təsdiq edəcək sübutları şikayətində göstərməmiş, ümumiyyətlə ekspertiza təyin olunması zərurətini yetərincə əsaslandıra bilməmişdir.

19. Həmçinin, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş və ekspertiza təyin edilməsi barədə vəsatət verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası onun bu dəlilini ağlabatan hesab etməmişdir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 567, 600.1, 600.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun hesabına əsassız varlanmaq istəyir. Onların arasında əldə edilmiş şifahi razılıq əsasında qızıl-zinət əşyalarının alqı-satqısı olmuşdur. O iddiaçıdan qızıl-zinət əşyalarını nisyə almış, sonradan borcunu qaytarmışdır. Onun iddiaçıya heç bir borcu qalmamışdır. Onların arasında 5000 manatdan çox dövriyyə olmuşdur, bu isə borc demək deyildir. Cavabdeh həmçinin qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi dəftər onun tərəfindən yazılmışdır. Həmin dəftərdə cavabdehin adından hər hansı qeydiyyat aparılmamışdır. Məhkəmələr isə bunlara heç bir əhəməmiyyət verməmişl ər.

23. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2, 390.1, 425.1, 385, 1096.1, 1096.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (q iyməti) ödəməyi öhdəsinə götürür.

27. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

28. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz t ələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh iddiaçıdan aldığı əşyaların dəyərini tam ödədiyini sübuta yetirə bilməmişdir. Ona görə də iddia təmin edilən həcmdə əsaslıdır.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfind ən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfi ndən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-243/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar