Məhkəmə qərarları › İş №2(102)-2253/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2253/2019

25.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2253/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Cumayev Ceyhun Rizvanoğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, Cavabdeh X2 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2015-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin 12 dekabr 2014-cü il tarixli qətnaməsi ilə (hakim N.İ.Abıyev, 2(060)-7084/2014) iddia cavabdehlər Cavabdeh1 və Abıyev Elnur Vahid oğluna münasibətdə qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və A6 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə 4.000 ABŞ dolları əsas, 4.432 Abş dolları faiz, 200 ABŞ dolları cərimə, cəmi 8.632(səkkiz min altı yüz iki) ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikaı Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulması, ekspertiza tədqiqatının dəyəri 80(səksən) manat məbləğində pul iddiaçı “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə köçrülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30(otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və A6 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdi r. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), E.G.Rəhimov və S.A.Qafarov; 2(105)-1281/2015) Cavabdeh3 apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12 dekabr 2014-cü il tarixli qətnaməsi qismən ləğv olunmuş, “xxxx” ASC-nin kredit tələbi barədə iddiasının cavabdeh A6 aid hissədə rədd edilməsi, iddiaçı “xxxx” ASC-dən 100(yüz) manat ekspertiza xərci X3 Kod ********** VÖEN ********** Müxbir hesab AZ 41****************** SFİFT BİK CTREAZ22 SAP (XİİS) hesaba və ya Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** AZ******************* hesaba köçürülməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmişdir. İşin halları İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və X9, A6 qarşı kredi t tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X4, A6 müştərək qaydada “xxxx” ASC-nin “Biznes” filialının xeyrinə 4.000 (dörd min) ABŞ dolları əsas, 4.432 ABŞ dolları faiz, 2.216 ABŞ dolları cərimənin, cəmi 10.648 ABŞ dolllarının və 31 manat dövlət rüsumunun tutulması bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İddiası iddiasını onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Biznes filialı ilə M6 arasında bağlanmış № ******* saylı, 13 noyabr 2010-cu il tarixli lit müqaviləsinə əsasən bank Cavabdeh1 12 (on iki) ay müddətinə )0 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən kredit 3 istifadə edilmiş vəsaitə illik 26 % faiz borc hesablanmalı və həmin müqavilənin 3-cü İdəsinə görə isə vaxtı keçmiş borc məbləği üçün illik 52% borc hesab lanmalıdır. Cavabdeh lit vəsaitindən istifadə etmiş, lakin kredit borcunu və hesablanmış faizləri ödəməmiş, bununla da javilənin şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə əsas kredit və hesablanmış faizlərin lilməsi barədə filial tərəfindən cvabdehə və zaminlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq inəsinə baxmayaraq cavabdeh öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir, avqust 2014-cü il tarixdə Cavabdeh1 “xxxx” ASC-nin “Biznes” lına 4.000 ABŞ dolları əsas, 4432 ABŞ dolları faiz, 2216 ABŞ dolları cərimə, cəmi 10648 ABŞ ırı və dövlət rüsumuna görə 31 manat məbləğində borcu vardır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mübahisənin yenidən apellyasiya qaydasında baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Beləki, iddiaçı ilə 13 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasında olmadığı halda müqavilənin onun tərəfindən imzalandığı göstərilmişdir. 17.12.2009-cu il tarixdən 16 mart 2012-ci il tarixinə qədər Azərbaycan Tespublikasından kənarda yaşamışdır.Bunu AR Dövlət Sərhəd Xidməti, Sərhəd Nəzarəti İdarəsi 21.11.2018-ci il tarixli ******** saylı məktubu ilə təsdiq etmişdir. 13 noyabr 2010-cu il tarixli ***** saylı kredit müqaviləsi onun tərəfindən imzalanmamış və o kredit götürməmişdir. Tərəfin izahatı Məhkəməkollegiyasınıniclasındaiddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkilşiayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahişetdi. Cavabdeh1 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq,digər cvabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki ha llarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. İş materiallarında olan: 13 noyabr 2010-cu il tarixli,******** №li müddətli öhdəliyə görə 4000 ABŞ dolları məbləğində pul kredit müqaviləsinə görə “xxxx” ASC-nin Biznes filialı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 26 faiz olmaqla 12 ay müddətinə 4.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 3-cü bəndinə görə isə vaxtı keçmiş borc məbləği üçün illik 52% borc hesablanmışdır. Müqavilənin 6-cı bəndinə görə hər geçikdirilmiş gün üçün kredit məbləğinin 0.1 faiz həcmində gecikmə faiz hesablanır. Bu müqavilə üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 və C avabdeh3, Cavabdeh1 zamin durmuşdurlar. Müqavilənin 7.1-ci bəndinə əsasən borcalan bankdan götürdüyü pul vəsaitini ödəmədiyi, ödəməkdən boyun qaçırdığı halda bütün öhdəlik zaminlərin üzərinə düşür. 13 noyabr 2010-cu il tarixli,******** №li kredit müqaviləsinə görə “xxxx” ASC-nin Biznes filialı tərəfindən Cavabdeh1 ödənilmişdir. Kredit ödəmə cədvəlindən görünür ki, Cavabdeh1 verilmiş kredtin 13 noyabr 2010-cu il tarixdən 13 noyabr 2011-ci il tarixədək faiz ödənişi cəmi 585,46 ABŞ dolları, kreditin əsas məbləğinin ödənişi 3999,98 ABŞ dolları, cəmi 4585,44 ABŞ dolları təşkil edir. 22.08.2014-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 21.08.2014-cü il tarixə “xxxx” ASC-nin Biznes filialına 4.000 ABŞ dollarə əsas, 4.432 ABŞ dolları faiz, 2.216 ABŞ dolları cərimə, cəmi 10,648 ABŞ dolları borc u var. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, digər cavabdeh zamin Cavabdeh2 qarşı irəli sürülmüş tələb isə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ədlyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 oktyabr 2014-cü il tarixli ******** №li ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 5-ci vərəqəsindəki “xxxx” ASC-nin Biznes filialı ilə X6 arasında olan 13 noyabr 2010-cu il tarixli ******** №li kredit müqaviləsindı “Zamin 2” qrafasında “Cavabdeh2” yazısı qarşısındakı imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ona görə də idda tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə qismən təmin edilərək yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Sumqayıt şəhər məhkəməsi tərəfindən işin baxıl ma vaxtı və yeri barədə cavabdeh X7 göndərilmiş məhkəmə bildirişləri “köçüb” qeydi yazılmaqla məhkəməyə qaytarılmış, işə cavabdeh T6 iştirakı olmadan baxılaraq qətnamə çıxarılmışdır. Həmçinin cavabdeh T6 göndərilmiş 12 dekabr 2014-cü il tarixli qətnamə də”köçüb” sözü göstərməklə məhkəməyə qaytarılmışdır. Sumqayıt Apellyasiya məhkəməsinin yuxarıda göstərilən qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin qeyd olunan qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti təmin olunaraq,qətnamə qismən ləğv edilmiş, iddia tələbi Cavabdeh3 dair hissədə rədd olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya məhkəməsi tərəfindən cavabdeh X7 məhkəmədə işin baxılma vaxtı və yeri barədə göndərilmiş bildirişlər də “köçüb” qeydi aparılmaqla məhkəməyə qaytarılmış və işə T.Abdullayevi n iştirakı olmadan baxılıb qətnamə çıxarılmışdır. Azərbaycan Respubliksı MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə verilə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsində işin baxılma vaxtı və yeri barədə cavabdhə Cavabdeh1 məlumat verilməsi və həmçinin qətnamənin verilməsini təsdiq edən sübut iş materiallarında yoxdur. Cavabdeh1 kassasiya ş ikayətinə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Cavabdeh1 ərizəsinə əsasən ona göndərdiyi 21.11.2018-ci il tarixli ****** nömrəli məktubdan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Sərhədindən 17.12.2009-cu ildə çıxmış və 16.03.2012-ci ildə qayıtmışdır. Yuxarıda göstərilən Cavabdeh1 ilə iddiaçı “xxxx” ASC-nin Biznes filialı arasında bağlanması göstərilən kredit müqaviləsinin bağanma tarixi isə 13 noyabr 2010-cu il göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəaların həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 21 may 2011-ci il tarixli qərarında şərh edilmişdir ki, MPM-nin: -372.1-ci ma ddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır; -372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirdiyi hissədə yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər; -372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-c i maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət edilməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Cavabdeh3 Sumqayıt şəhər məhkəməsinin yuxarıda göstərilən qətnaməsindən verdiyi apellyasiya şikayəində onun cavabdehlikdən çıxarılaraq iddiaçının tələb etdiyi məbləğin Cavabdeh1 tutulmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, o digər cavabdehlərin heç birini tanımır və heç vaxt heç bir sənədə imza etməmişdir. Ona görə də, cavabdehlikdən çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi Cavabdeh3 apellyasiya şikayətində qətnamənin ona aid olan hissəsini mübahisələndirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamə ilə iddia tələbini Cavabdeh3 dair hissədə rədd etməklə yanaşı, həm də birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissəsini, yəni faktiki olaraq Cavabdeh1 aid hissəsini dəyişdirilmədən saxlamış, nəticədə sonuncu yəni X5 birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayti vermək hüququnu məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinə əsasənprosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin şərh olunan hallarını müzakirə edilərək məhkəmə kollegiyası nəticəyə gəl ir ki, kasassiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olmayan qətnamə çıxarılması ilə nəticələnən prosessual pozuntuya yol verildiyinə görə və ddia tələbi bölünməz olduğu üçün qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419- cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunsun. Sumqayıt Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 22 oktyabr 2015 -ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar