Məhkəmə qərarları › İş №2(102)-2254/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2254/2020

01.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2254/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X21 və X22 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X23, iddiaçıladan X7 və vəkili X8 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(009)-796/2019, hakim R.N.Qafarova) iddaçı İddiaçı1 və X5 Cavabdeh2 və Cavabdeh1 qar şı iddiası iddiası təmin edilmiş, iddiaçıların ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqları tanınmaqla həmin mənzilə köçürülmələri qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-10110/2020, hakimlər İ.Ə.Kərimli, X.A.Cəmilova, İ.K.Xəlilov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanımışdır. Həmin qətnamədən Cavabdeh2verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxxx 2019-cu il tarixdə iddiaçılar İddiaçı1 və X7 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 2 ünvanına istifadə hüququ tan ınmaqla köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar araşdırılmamış, iş üzrə təqdim edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verilməmişdir. İddiaçı1 mənzilin kirayəçisi olmaqla, mülkiyyətçisi deyil. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, X9 və X14 xx xxx 1978-ci ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx xxxx 1979-cu ildə X17 doğulmuşdur. Onların nikahı məhkəmə qaydasında p ozulmuş, həmin qətnamə xx xxx 2006-cı il tarixdə qanuni qüvvəyə minmişdir. X24 Mirhadiyeva ilə rəsmi nikahda olduğu halda xx xxxxxx 1987-ci il tarixdə X6 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx xxxxxx 1991-ci ildə Nural və Tural adlı əkiz övladları doğulmuşdur. Cavabdeh2 iddiası üzrə İddiaçı1lə Nigar Əbdürəhimovanın (Mirhadıyevanın) xx xxxxxx 1987-ci il tarixli nikahı xx xxx 2006-cı il tarixə kimi etibarsız hesab edilmiş, bundan sonrakı tarixə nikah etibarlı sayılmış, xx xxxxxx 2016-cı il tarixdə nikah qeydə alınmışdır. ünvan 3 ünvanında yerləşən mənzil Azərbaycan Dövlət Universitetinin “Elm işçiləri” Evində yaşayış sahəsinin kirayəsinə dair xx xxxx 1953-cü il tarixli 9 saylı müqaviləyə əsasən X1 verilmiş, “Kirayə dövlət yaşayış sahəsinə dair pasport’da mənzil kirayəçisinin ailə üz vləri kimiX13 Məmməd qızı, İddiaçı1 və X10 göstərilmişdir. İddiaçı1 1961-ci ildən həmin mənzildə qeydiyyatdadır. Mənzilin kirayəçisi X3 vəfatı nəticəsində ailənin həddi-büluğa çatmış qalan ailə üzvlərinin razılığı ilə yaşayış sahəsinin kirayə müqaviləsi onun arvadı X2 adına bağlanmış, sonradan xx xxxxxx 2008-ci il tarixdə X2 vəfat etməsi ilə əlaqədar Bakışəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2012-ci il tarixli 38 nömrəli sərəncamına və müqaviləyə əsasən Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 67 saylı evin 1 saylı mənzilinin şəxsi hesab vərəqəsi İddiaçı1 adına dəyişdirilmiş, İddiaçı1 5 nəfər ailə tərkibində (özü, üç oğlu, Azad, Tural, Nural və keçmiş həyat yoldaşı Zəminə) Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 67 saylı evin, yaşayış sahəsi 56,3 kv.m olan 2 otaqlı 1 saylı mənzilinin kirayəçisi hesab edilmişdir. Tərəflərin hamısı həmin ünvanda pasport qeydiyyatındadırlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İddiaçı1 üzərinə qəyyum təyin edilməsi haqqında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2016-cı il tarixli 04 saylı sərəncamından görünür ki, fəaliyyət qabiliyyəti olmayan xx.xx.1950-ci il təvəllüdlü İddiaçı1 üzərində arvadı İddiaçı2 qəyyum təyin edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilin dövlət mənzil fondunda olması nəzərə alınaraq və maddi hüquq münasibətinin yarandığı zamana uyğun olaraq hazırkı mübahisə 2009-cu il 01 oktyabradək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilməlidir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərini n eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin tələblərinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək ə şyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial- təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, bu əmlakdan (mənzildən) istifadəni həmin mənzildə yaşamaq təşkil edir. Həmin Məcəllənin 35.7-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olanların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən qəyyumluq altında olan şəxsin yaşayış yeri qəyyumun yaşayış-yeri sayılır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 sözügedən mənzilin icarədarı olduğundan, onun arvadı və qəyyumu olan İddiaçı2 yaşayış yeri qəyyumu olduğu şəxsin yaşayış yeri olduğundan həmin mübahisəli mənzildən istifadə hüquqları vardır. Qeyd edilənlərə əsasən onların mübahisəli mənzildən istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar cavabdehlər tərəfindən yaradılan maneələrə son qoyulması tələbində iddiaçı haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münas ibətinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar