Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2256/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X2” Şirkəti) iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinə köçürülmə, özbaşına tikili Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X2” Şirkəti) yaşayış sahəsinə köçmə və s. tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9277/2021 n ömrəli iş üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-816/2019 nömrəli, 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında 04.12.2014-cü il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 25.09.2015-ci il təvəllüdlü X1 ananın himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladının Bakı şəhəri, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivi, Ruslan Allahverdiyev küçəsi, döngə 12 ünvanında yerləşən özbaşına tikilmiş fərdi yaşayış sahəsinə (bundan sonra – mübahisəli ev) köçürülməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə qurduqdan sonra yoldaşı ilə Bakı şəhəri, Sulutəpə yaşayış massivində məskunlaşmış, qayınanası ilə birlikdə 1 həyətdə ayrıayrı evlərdə yaşamış, cehiz əşyalarını qaldığı evə aparmışdır. Nikah pozulduqdan sonra cavabdehlər tərəfindən azyaşlı övladı ilə birlikd ə mübahisəli evdən qovulmuş, cehiz əmlakı isə həmin evdə qalmış, ona və övladına məxsus şəxsi əşyalarını götürməyə maneə yaratmışlar. Cavabdehlər həmin ev üzərində heç kəsin hüququnun qeydə alınmamasından istifadə etməklə onu və uşağını evdən məhrum etmək niyyətindədirlər.
4. İş üzrə verilmiş Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin mütəxəssis rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin 10/2629 saylı, 05 mart 2021-ci il tarixli rəyinə əsasən iddiaçının köçürülmək istədiyi Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivi, Ruslan Allahverdiyev küçəsi, döngə 12 ünvanında yerləşən özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir.
5. Bakı Şəh əri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-146/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) iddia tələbi təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının köçürülməsini və istifadə hüququnun tanınmasını tələb etdiyi mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X2” Şirkətinin mülkiyyətindədir.
7. İddiaçının hazırda köçürülmək istədiyi yaşayış sahəsi özbaşına tikilidir, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi isə məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Ona görə də iddiası təmin edilməməlidi r.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 180-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-9277/2021 nömrəli iş üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apell yasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırda köçürülməsini istədiyi yaşayış sahəsinin özbaşına tikili olduğunu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını və özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olduğunu nəzərə alaraq iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
12. Məhkəmə torpaq sahəsinin məqsədli təyinatına görə başqa olsa da, üzərində fərdi yaşayış evi inşa olunduğunu və cavabdehlərin həmin fərdi yaşayış evində yaşaması barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu dəlillər iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etir azın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi öz mövqeyini maddi və prosessual normalara riayət etməklə əsaslandırmamış, formal mülahizələr göstərmiş, maddi hüquq normalarını, o cümlədən Mülki Məcəllənin 180-ci maddəsini düzgün tətbiq etməmişdir. Kassator öz iddia tələbində həmin evə mülkiyyət hüququnun tanınmasını istəməmiş, sadəcə azyaşlı övladı ilə evə köçürülməklə yaşamaq və istifadə etmək istəmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. K assasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
17. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq
18. Mülki Məcəllə Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sah əsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
19. MPM Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Nəzərə alınmalıdır ki, iddiaçı özü də iddia ərizəsində Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra cavabdehlərin daha əvvəldən məskunla şdıqları mübahisəli yaşayış sahəsinə gəlin köçdüyünü bildirmiş, məhkəmələr tərəfindən iddiaçının köçmək istədiyi özbaşına tikilinin inşasında və ya əsaslı təmirində iştirak etdiyi müəyyən edilməmişdir.
23. Kassasiya şikayətinin dəlilləri əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
23. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiy a şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9277/2021 nömrəli iş üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.