Məhkəmə qərarları › İş №2(102)-2258/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2258/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2258/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “xxxx” Lizinq Şirkəti QSC-nin hüquqi varisi XXX MMC Cavadehlər: Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 İddia tələbi: pul və lizinq obyektinin geri qaytarılması Açar sözlər: lizinq öhdəlikləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx xxxxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində olan XXX «xxxx» Lizinq Şirkəti QSC-yə 20.000 manata satmışdır. Eyni tarixdə eyni tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqaviləsinə əsasən, Lizinq Şirkəti tərəfindən ümumi dəyəri 25.000 manat olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 saylı fərdi yaşayış evi Cavabdeh1 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Həmçinin, müqavilə üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təmini üsulu kimi Lizinq Şirkəti ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmı şdır. Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 saylı fərdi yaşayış evi «xxxx» Lizinq Şirkəti QSC-nin xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxxx 2014-cü il tarixdə qeydə alınmışdır. Birinci instansiya məhkəməsində icraat xx xxxx 2017-ci il tarixdə «xxxx» Lizinq Şirkəti QSC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli lizinq müqaviləsinə xitam verilməsi, cavabdehlərdən öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində müştərək qaydada əsas 11879 ABŞ dolları, əsas məbləğdən gecikmə borcu 12441 ABŞ dolları, faiz borcu 13263 ABŞ dolları, dəbbə borcu 1777 ABŞ dolları, sığorta borcu 134 ABŞ dolları, cəmi borcu 39495 ABŞ dollar ı məbləğində vəsaitin tutulması, müqaviləyə əsasən «xxxx» Lizinq Şirkəti QSC-nin mülkiyyətində Cavabdeh1 istifadəsində olan XXXn boşaldılaraq «xxxx» Lizinq Şirkəti QSC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, xx xxxxxxxx 2014-cü il tarixli lizinq müqaviləsinə əsasən, Cavabdeh1 xx xxx 2017-ci il tarixə «xxxx» Lizinq Şirkəti QSC-yə olan borcu əsas borc üzrə 24237 ABŞ dolları, faiz borcu üzrə 13142 ABŞ dolları olmaqla, cəmi 37379 ABŞ dolları təşkil edir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1216/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.M.Quliyeva) iddia qismən təmin edilmiş, «xxxx Lizinq Şirkəti» QSC və Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən əsas borc üzrə 11879,99 ABŞ dolları, əsas məbləğdən gecikmə borcu 12441,75 ABŞ dolları, faiz borcu üzrə 13263 ABŞ dolları, dəbbə borcu üzrə 100 ABŞ dolları, sığorta borcu üzrə 134 ABŞ dolları, cəmi 37,818,74 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Həsənzadə küçəsi, 2 saylı döngədə yerləşən 19 nömrəli fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh1 istifadəsindən alınıb «xxxx» Lizinq Şirkəti QSC-yə qaytarılması qət edilmişdir. Məhkəmə Mülki Məcəllənin 385.1, 427.3, 442, 448.1, 462.1, 465.2, 467, 472, 747.1, 748-1.12, 748-2.1, 748-10.1, 748-10.2, 748-10.4-cü maddələrinə istinad edərək, iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu halda, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və lizinq obyektini iddiaçıya geri qaytarmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayət verərək, şikayətini birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulm ası, onun məhkəmə iclaslarında iştirakının təmin edilməməsi, işin hallarına düzgün hüquqi qiymət verilməməsi ilə əsaslandırmışdır. Cavabdeh göstərmişdir ki, həmin fərdi yaşayış evini o özü lizinq şirkətinə 20.000 manata satmış, lizinq şirkəti isə onunla eyni gündə həmin evə dair dəyəri 25.000 manat təşkil edən lizinq müqaviləsi bağlamışdır. Həmçinin iddiaçının heç bir əsas olmadan həmin pulun xarici valyutada-ABŞ dolları ilə qaytarılması barədə tələbi əsassızdır. Apellyasiya məhkəməsi tərəfindən alınmış məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən, xx xxxxxxxx 2014-cü il tarixli lizinq müqaviləsinə əsasən, Cavabdeh1 xx xxxxx 2018-ci il tarixə «xxxx» Lizinq Şirkəti QSC-yə olan borcu əsas borc üzrə 24.448 manat, faiz borcu 18.916 manat təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2125/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev, G.F.Tağızadə, E.G.Rəhimov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2014-cü il tarixli lizinq müqaviləsi üzrə Cavabdeh1 Lizinq Şirkəti qarşısında öhdəliklərinin tam icrası üçün məsuliyyət daşıyır. Bununla belə, iddiaçı Lizinq Şirkəti hazırki iddia ərizəsində cavabdehdən borclu olduğu məbləği ABŞ dolları ilə tələb etmişdir. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 53, 149.1, 149.2 və 149.2.3-cü maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı iddia tələbinin əsasının dəyişdirilməsi, yəni borcu n manatla qaytarılması barədə məhkəməyə yazılı ərizə təqdim etmədiyindən, iddia rədd edilməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı QSC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməklə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən alınmış məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə cavabdehin 24448 manat əsas borc, 18916 manat faiz borcunun olması müəyyən edilmiş, iddiaçı tərəfindən də borcun manatla tutulmasına razılıq bildirilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, ca vabdeh isə vəkilsiz iştirak etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü m addəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı Cavabdeh1 ilə aralarında daxili lizinq müqaviləsi bağlandığına və sonuncunun müqavilə üzrə öhdəliklərini icra etmədiyinə istinad edərək, müqavilə əsas borc, faiz borcu, dədbə pulu, sığorta borcunun Cavabdeh1 və zaminlərdən müştərək qaydada tutulması və lizinq obyekti kimi hesab edilən fərdi yaşayış evinin Cavabdeh1 istifadəsindən alınıb ona qaytarılmasını tələb edir. Cavabdeh1 id diaçı qarşısında 25.000 manat məbləğində vəsaiti 48 ay müddətinə illik 24 faiz olmaqla qaytarmaq öhdəliyinin olması işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilm əməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bununla bərabər, iş materillarından görünür ki, tərəflər arasında öhdəlik manatla ifadə edilmiş, iddiaçı isə iddia ərizəsində həmin öhdəliyin xarici valyutada- ABŞ dolları ilə icra edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu halın mövcudluğu özü-özlüyündə pul tələbinə dair iddia tələbinin qanuniliyinə mahiyyəti üzrə öhdəliyin ifadə edildiyi Azərbaycan manatı ilə baxılmasını istisna etməməklə, iddia tələbindən kənara çıxma kimi də qiymətləndirilə bilməz. O da vurğulanmalıdır ki, iddiaçı tərəf apellya siya instansiya məhkəməsində tələbin manatla təmin olunmasına etiraz etməmişdir. Bu halda apellasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 53, 149.1, 149.2 və 149.2.3-cü maddələrinə istinad edərək iddiaçının öhdəliyin icrasının manatla tələb edilməsi barədə ərizə təqdim etmədiyi əsası ilə iddianı rədd etməkdə haqlı olmamışdır. Çünki, hazırki mübahisənin əsasını pul öhdəliyinin ifadə edildiyi valyutanın növü deyil, öhdəliyin özü təşkil edir. Lakin apellyasiya məhkəməsi tərəfindən işin qeyd edilən halına düzgün hüquqi qiymət verilməməklə, iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə və iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar